Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4083/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjasının nəzdində Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərrac protokollarının etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçıların nümayəndəsi) Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjasının nəzdində Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4080/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və X11 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 4.4681,94 ABŞ dolları əsas borc, 5.419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51.101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13.301 ABŞ dolları əsas borc, 1891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 51101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları, xx.xx.2014cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 102.830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi,"xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və X2 həmin yaşayış sahəsindən çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə "Hüquq və Torpaq Məsələləri” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 tutularaq,"Hüquq və Torpaq Məsələləri” MMC-nin xeyrinə verilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-295/2021 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilərək, Abşeron rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 102.830 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ipoteka predmenti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M , 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat müəyyən edilməsi qət olunmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-295/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına əsasən xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Abşeron İcra və Probasiya Şöbəsinə göndərilmişdir.
5. Abşeon rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-1101 1 Q nömrəli sifariş məktubu ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş icra sənədini "xxxx" MMC-yə göndərməklə, İddiaçı1 mülkiyyətində olan, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi, ilkin satış dəyəri 90.000 manat müəyyən edilməklə hərracdan satılmasını sifariş vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjasının nəzdində Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjasının nəzdində Cavabdehndən ipoteka predmetinin-Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin hərracı ilə əlaqədar tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il taixdə məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" KB ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə təmin olunmuş və "xxxx" KB ASC mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ünvanlanmış 20 iyun 2022-ci il tarixli təklifdə aşağıdakılar göstərilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, döngə 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinə dair 31 may 2022-ci il, saat ll:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir, «İpoteka Haqqında» AR-sı Qanunun 43- cü maddəsinin tələbinə üyğun olaraq hərracın baş tutmamasına dair məlumat kütləvi informasiya vasitəsi olan «Bitrjanyus» X4 dərc edildikdən, eləcə də bu barədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında yerləşdirildikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 17 iyun 2022-ci il, saat ll:00-a təyin edilmiş təkrar hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə təkrar hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu «Bitrjanyus» X4 dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat ll:00-a təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmamaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi infomasiya vasitəsi statuslu «Bitrjanyus» X4 dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir və İddiaçı1 təklif olunmuşdur ki, ipoteka predmeti təkrar hərrac satış qiymətindən 15 % aşağı yəni 76.500 manatdan 25% aşağı 57.375 manata almağa təklif edilmişdir. Əks halda 30 gün müddətində ipoteka predmetini əldə etmədikləri təqdirdə ipotekaya xitam verilməsi təklif olunmuşdur. Belə ki, mülkiyyətçi olaraq o təyin olunmuş ilkin hərraca, təkrar hərraca dəvət olunmuş, ora getmiş, lakin hərracın təşkilatçısı hərrac keçirməmiş və əsas onu göstərmişdir ki, «tələbkar tərəf hərracda iştirak etmir, sən isə evi almaq istəyirsənsə pulunu keçir mənzili al». Lakin rəsmi olaraq heç bir hərrac proseduru həyata keçirilməmişdir. Eyni zamanda onun ailə üzvləri olaraq İddiaçı4, İddiaçı3 və X6 hərraca dəvət olunmamış, onların hərracda fikri dinlənilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərrac haqqında protokolların etibarsız hesab edilməsini xahiş edir
9. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4080/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı1 hərracın keçirilməsinə dair iclaslar barədə məlumatı olmuşdur, iddiaçı bu faktı məhkəmə iclası zamanı izahatında etiraf edir. İddiaçı1 hərracın xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə keçirilməsi barədə bildirişləri şəxsən almışdır. Lakin üzürlü səbəblər olmadan keçirilmiş hərracda iştirak etməmişdir. "xxxx" MMC-nin “hərracın nəticələri haqqında” xx.xx.2022-ci il tarixli 130/22 nömrəli protokolundan müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli icra sənədi əsasında borclu İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 90.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 90.000 manatın eniş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 57.375 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC ünvan 1 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi 57.375 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka "xxxx" KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi protokollar hərrac nəticələrinin baş tutmaması ilə bağlı olmuşdur. Dolayısı ilə həmin protokollar mənzilin satılması ilə nəticələnməmişdir. İddiaçı isə həmin hərracların formal keçirlməsini əsas gətirərək etibarsız hesab edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, tələb əsassız olduğundan rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44-cü maddələri, Mülki Məcəllənin 317.1, 317.2, 414.2, 414.3, 415.5, 416.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4080/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən onlara ünvanlanmış 20 iyun 2022-ci il tarxli təkilfdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, Döngə 2-də yerləşən 28 saylı yaşayış evinə dair 31 may 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir, “ipoteka predmeti haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə üyğun olaraq hərracın baş tutmamasına dair məlumat kütləvi informasiya vasitəsi olan “Bitryanus” X3 dərc olunduqdan sonra, eləcə də bu barədə məlumat hərracın təşkilatçısının rəsmi internet sayıtında yerləşdirildikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə olmaqla xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə təkrar hərrac barədə xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Bitryanus” X3 dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixə, saaat 11:00-a təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilərək, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu ”Bitryanus” X3 dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir və İddiaçı1 təklif olunmuşdur ki, 15 faiz aşağı qiymətə 76.500 manatdan 25 faiz aşağı 57.375 manata almağa təklif edilmişdir. Əks halda 30 gün müddətində ipoteka predmetini əldə etmədikdə ipotekaya xitam verilməsi təklif olunmuşdur. Mülkiyyətçi kimi o X12 təyin olunmuş ilkin hərraca, təkrar həırraca dəvət olunub, hərracın təşkilatçısının dəvət etdiyi ünvana təyin olunmuş gün və saatda gedib, lakin hərracın təşkilatçısı hərrac keçirməmiş və əsas kimi onu göstərmişdir ki, “tələbkar tərəf hərracda iştirak etmir. Sən isə evi almaq istəyirsənsə pulunu keçir mənzili al”. Lakin rəsmi olaraq heç bir hərrac proseduru həyata keçirilməmişdir. Eyni zamanda digər cavabdehlər hərraca dəvət olunmamış və təklifləri dinlənilməmişdir. Cavabdehin məhkəməyə göndəriyi iddiaya etiraz və mülahizəsi həqiqəti əks etdirmir. Həmin etraz və mülahizə iş materialları ilə təkzib olunur. Məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının və prosessual hüqüq normalarının tələblərini pozmuşdur. Belə ki, hərracın təşkilatçısı “İpoteka haqqında”Qanunun 43.1-ci maddəsinə əsasən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün internet sayıtında məlumat dərc etdirməli olduğu halda bunu etməmişdir. Cavabdehin etirazında göstərilir ki, ipoteka qoyan şəxs hərracda iştirak etməmiş, digər cavabdehlərə məlumat göndərilmişdir. O hərracın yeri və vaxtı barədə məlumatı aldıqdan sonra vaxtında orada olsa da ona bildirilmişdir ki, hərrac baş tutmur, çünki tələbkar gəlməyib. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı1 hərracın keçirilməsinə dair iclaslar barədə məlumatı olmuşdur, iddiaçı bu faktı məhkəmə iclasında izahatında etiraf edir. İddiaçı1 hərracın xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixlərdə keçirilməsi barədə bildirişləri almışdır. Lakin üzürlü səbəb olmadan keçirilmiş hərracda iştirak etməmişdir. O hərracda iştirak etmək üçün təyin olunmuş yerə vaxtında hərracın keçirildiyi ünvana gəlib və təşkilatçı ilə söhbətlər aparıb. Lakin təşkilatcı göstərmişdir ki, guya o hərracda iştirak etməyib. Bu yalandır. O hərracın keçirilməsi yeri və vaxtı barədə lazımi qaydada bildirişləri alıb və hərracın keçirilməsi yerinə müəyyən edilmiş vaxtan da əvvəl gedib. Hərracın təşkilatçısı ilə söhbətlər aparıb. Tələbkar gəlmədiyinə görə növbəti dəfə hərracın keçiriləcəyi yeri və vaxtı barədə məlumat veriləcəyi ona bildirilmişdir. Hazırda isə ona məlum olur ki, guya o hərracın keçirildiyi yerə gəlməyib və bu səbəbdən hərrac baş tutmamışdır. Cavabdehin iddiaya etirazında göstərilən həqiqətə üyğun olmayan bu məlumatı məhkəmə düzgün məlumat kimi qiymətləndirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də qətnaməni əsassız, ədaltəsiz və qanunsuz sayır.
Apelдyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. İddiaçı1 (eyni zamanda iddiaçıların nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onların narazılığı hərracdandır. Xırdalan şəhərində 1 sot torpağın qiyməti 30 min dollardır. 3 sot torpaq 60.000 edir, ev də normaldır. Hərrac mərkəzi düzgün etməyib. Əvvəl 110.000 ya da 120.000 qoyuldu, daha sonra faizlə qiymət aşağı düşüb 57.000 oldu. Bununla razı deyil. Qiymət çox düşüb. Hərracın keçirilmə qaydası var. Hərrac normal şəkildə keçməyib. Hərracdan xəbəri olmuşdur. İlkin qiymətlə razıdır. 10 gün içində qiymətin elə düşməsi ilə razı deyil.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2016-cı ildən bu işlə bağlı problemlər yaranmışdı. 2018-ci ildə Abşeron rayon Məhkəməsinin qətnaməsindən apellyasiya məhkəməsinə şikayət verilib və işə Ali Məhkəmədə baxılıb. İlk öncə qiymətləndirmə 102.000 olmuşdur. Apellyasiya məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir.Əmlakın qiymətləndirilməsi 90.000 olmuşdur. Hərracla bağlı beh ödənilməli idi. İddiaçı isə ödəməmişdir. Hərracın iştirakçısı olmamışdır. Buna görə də banka 25% aşağı qiymətlə təklif edilmişdir. Hazırda borcu bağlaya bilirsə, bank buna etiraz etmir. Banka vətəndaşın əmlakı lazım olmur. Hərrac tam qanuni keçirilib. İddiaçıya birinci hərracda təklif edilib ki, ya əmlakı alsın, ya da beh ödəsinn.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
19. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iddiaçılar hazırkı iddiasında Cavabdeh tərəfindən ipoteka predmetinin- Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin hərracı ilə əlaqədar tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması haqqında protokolların etibarsız hesab edilməsini xahiş edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi protokollar hərracın yekunu ilə bağlı deyil, 31 may 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə protokollardır.
27. Apellyasiya şikayətinin dəlilləri odur ki, hərracın təşkilatçısının dəvət etdiyi ünvana təyin olunmuş gün və saatda getsə də hərracın təşkilatçısı hərrac keçirməmiş və əsas kimi onu göstərmişdir ki, tələbkar tərəf hərracda iştirak etmir. Lakin rəsmi olaraq heç bir hərrac proseduru həyata keçirilməmişdir. Eyni zamanda digər cavabdehlər hərraca dəvət olunmamış və təklifləri dinlənilməmişdir. Hazırda isə ona məlum olur ki, guya o, hərracın keçrildiyi yerə gəlməyib və bu səbəbdən hərrac baş tutmamışdır.
28. Məhkəmə iclasında İddiaçı1 verdiyi izahatında hərrac mərkəzinin düzgün etmədiyi, evə əvvəl 110.000, yaxud 120.000 manat qiymət qoyulsa da, daha sonra qiymətin 57.000 manat olması, qiymətin belə çox düşməsi ilə razı olmaması, hərracdan xəbəri olsa da 10 gün içində qiymətin belə düşməsi ilə razı olmadığını qeyd etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Abşeron rayon məhkəməsinin qətnaməsi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 102830 manat müəyyən edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsilə ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilmişdir.
30. Bundan başqa, ilkin hərracın xx.xx.2022-ci il tarixinə təyin edilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanews ” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş, eyni zamanda qeyd olunan elan həmin tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com’') yerləşdirilmişdir. 31 may 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində hərracın baş tutmamasına dair protokol tərtib edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “ Birjanews” X4 (Portalında) (www.birjanews.az.) dərc edilmişdir.
31. Bundan sonra ipoteka predmeti olan əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 17 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanews ” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda xx.xx.2022-ci il tarixində hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar həmin tarixdə hərracın baş tutmamasına dair protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “ Birjanews” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin məlumat eyni zamanda hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Bildirilmişdir ki, hazırki sifariş üzrə təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından ipoteka predmeti olan yuxanda sözügedən fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə uyğun olaraq təkrar hərracdakı satış dəyərindən 25% az olmayan qiymətə, yəni 57.375 manata xx.xx.2022-ci il tarixli, 1122/22 saylı “ipoteka predmetinin əldə edilməsi barədə məktub”la ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş və bu barədə Sifarişçiyə, eləcə də digər şəxslərə müvafiq məlumatlar verilmişdir.
32. Bundan əlavə, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
33. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində qeyd edilir ki, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4080/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev