Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4083/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızı cavabdehlər Cavabdeh3, X2 və X3 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 0,287 ha torpaq sahəsində olan qanunsuz tikilinin sökülərək, torpaq sahəsinin boşaldılması və onlara təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh3 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı1 qərardaddan şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin hazırkı hərəkətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının süni maneələrlə uzadılmasına hesablanmışdır. Məhkəmə proseslərinin bildirişi cavabdehlərə göndərilmişdir. Lakin cavabdehlər bilərəkdən məhkəmə prosesinin uzadılması məqsədi ilə məhkəmə proseslərində iştirak etməmişlər. Həmçinin, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmurunun icraata başlamaq haqqında qərarı və könüllü icra üçün müəyyən olunmuş müddət üzrə bildiriş cavabdehlərə göndərilmişdir. İcra məmuru Aslan Aslanbəyli və Səvxan Abasovun iştirakı ilə məcburi icra tədbirləri həyata keçirilmiş, ünvan 1 ünvanında Azərbaycan Respublikası DİN-nin inzibati sahə rəisi ilə olunmuşdur. Həmin məcburi icra tədbirləri icra məmuru tərəfindən aktlaşdırılmışdır. Bütün xüsusatlar onu deməyə əsas verir ki, cavabdeh məhkəmə icraatından və yekun məhkəmə aktından xəbərdar olmasına baxmayaraq hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneələr yaradır, əsassız olaraq məhkəmə prosesinin gedişini uzatmağa çalışır. Odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasına süni maneələr yaratmaqla ədalət mühakiməsinin aliliyinin şübhə altına salınmasının qarşısı alınmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, qətnamə xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh3 qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş, lakin qətnamənin cavabdehə çatdırılması mümkün olmamış, bu barədə Poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə məktub məhkəməyə geri qaytarılmışdır. Cavabdeh müvafiq qətnamənin surətini 02 may 2025-ci il tarixdə qəbzə imza etməklə almışdır. Apellyasiya şikayətini isə 07 may 2025-ci il tarixdə məhkəməyə vermişdir. Eyni zamanda cavabdeh, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-86/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4083/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4083/2025
18.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver