Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4084/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdehın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(009)-884/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh 25 dekabr 2021-ci il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X2” MMC ilə xəstə Cavabdeh 25 dekabr 2021-ci il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. İmzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə xx.xx.2021xx.xx.2022 tarixlər aralığında xəstə Cavabdeh İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 17224.66 manat təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 11.000 manat cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin klinika tərəfindən 2424 manat endirim edilmişdir. Qalıq qalmış 3799.82 manat məbləğ cavabdeh tərəfindən bügunə kimi ödənilməmişdir. Xəstə ilə aralarında bağlanan 25 dekabr 2021-ci il tarixli “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.6-cı maddəsinə əsasən “X5” ərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxana”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir.Həmçinin qeyd olunduğu kimi “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X2” MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq, 3799.82 AZN (üç min yeddi yüz doxsan doqquz manat səksən iki qəpik) məbləğində pulu ödəməyə borcludur. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 3799.82 manat məbləğində pulun, o cümlədən ödənilmiş 58 manat dövlət rüsumunun, ümumilikdə 3857,82 manat Cavabdeh tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 aprel 2023-cü il tarixli, 2(009)-884/2023 saylı qətnaməsi ilə (hakim Abdullayev Şahin) iddia tələbi təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə iddiaçının məbləğlər barəsində əvvəlcədən onun məlumatlandırdığı məsələsinə müsbət yanaşmış və iddiaçının qeyd etdikləri ilə razılaşmışdır. Lakin məhkəmə həqiqətən də məbləğlər və müqavilə barədə onun məlumatı olmasını tam şəkildə araşdırmalı idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında Cavabdehın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən iddiaçı quruma əlavə pul ödənilmişdir. Hər hansı borcu qalmamışdır. Sadəcə ödənişləri barədə əlində sənədləri yoxdur.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəblərini bildirməmişdir. Məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir.
17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
29. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən İddiaçı MMC müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşlər. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.
30. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəstə razılığına əsasən İddiaçı MMC həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, paket qiymətinə aid olmayan, lakin həyata keçirilməsi zəruriliyi ola biləcəyi xidmətlərlə bağlı yaranacaq xərclərlə əlaqədar ona məlumat verildi. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin qarşılıqlı olaraq, “Qiymət Cədvəli” arasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür.
31. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli göstərilmiş tibbi xidmətə görə 1474.42 manat təşkil etmiş, ondan 200 manat məbləğində endirim olunmuş, 1.000 manat ödənimiş, ödənilməmiş məbləğ 274.42 manat təşkil edir.
32. . İş materiallarında olan X1» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək göstərilmiş tibbi xidmətə görə 9458.84 manat təşkil etmiş, ondan 1242 manat məbləğində endirim olunmuş, bundan 5.000 manat ödənilmiş, ödənilməmiş məbləğ 3216.84 manat təşkil edir.
33. . İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək göstərilmiş tibbi xidmətə görə 5309.40 manat təşkil etmiş, bundan 5.000 manat ödənilmiş, ödənilməmiş məbləğ 309.40 manat təşkil edir.
34. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən göstərilmiş tibbi xidmətlərə görə borc 6223.82 manat təşkil edir. Həmçinin klinika tərəfindən 2424 AZN endirim edilmişdir. Ödənilməmiş borc 3799.82 manat təşkil edir.
35. birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. adlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.
36. Kollegiya qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tibbi xidmətlərin göstərilməsi barədə tibbi xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən klinika müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensivTerapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş tibbi xidmətlərin ödənilməsi barədə öhdəlik götürsə də, həmin öhdəlikləri yerinə yetirməmiş və onun xəstəxanaya cəmi 3799.82 manat məbləğində borcu yaranmışdır.
37. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(009)- 884/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.