Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4085/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4761/2020 saylı işi üzrə 12.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı «İddiaçı» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 1469,86 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1499,86 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4761/2020 saylı işi üzrə 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 425, 442; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2, 3.1-ci bəndinə; Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi»nin 2.4cü bəndinə; «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qnununun 1.0, 2.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 107, 119, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Məhkəmə bu hesablamanı qanuni hesab etmir. aktların hamısı qış aylarına təsadüf etdiyindən və iddiaçı üç qaz qurğusundan istfadə etdiyindən o aylar üzrə 100 manatın tutulması ədalətli olardı (4 ay x 100 manta = 400 manat). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıdan hesablanmış 2369,80 manatdan artıq 899,94 manat tutulduğundan iddia rədd edilməlidir. İddiaçı «İddiaçı» İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, apelyasiya şikayəti təmin olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.11,2020-ci il tarixli 2(008)- 4761/2020 saylı qətnaməsi ləğv edilməsini, iddiaçı “İddiaçı” İB-nın Cavabdeh qarşı iddia tələbinin təmin edilməsini, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün “İddiaçı” İB-nin ümumilikdə ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və bu məqsədlə 45,80 (qırx beş manat səjcsən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “İddiaçı” İB-yə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 14, 77, 88, 119, 217, 385; Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununun 6.2, 6.5, 20, 22-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı “İddiaçı” İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “İddiaçı” İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(008)-4761/2020 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Belə ki, məhkəmə, cavabdeh barəsində tərtib olunmuş 4 akt üzrə ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış ayına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla dəymiş ziyanı 400 manat civarında qiymətləndirmişdir. Daha sonra isə, 4 akt üzrə ümumilikdə hesablanmış 2369,80 manatdan artıq 899,94 manatın iddiaçıdan tutulduğu qənaətinə gələrək iddia tələbini rədd etmişdir (məhkəmə qətnaməsinin 4-cü vərəqəsinin sondan 3-cü abzası). Apelyasiya məhkəməsinin diqqətinə çatdırmaq istəyirəm ki, cavabdeh barəsində tərtib olunmuş 4 akt üzrə hesablanmış 2369,80 manatın 899,9^4 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi iddiaçı qismində “İddiaçı” İB tərəfindən nəzərə alınmış və cavabdeh tərəfindən ödənilməmiş qalan 1469,86 manat məbləğində ziyan tələb edilmişdir. Məhkəmə, qətnamənin 2-ci vərəqəsində cavabdehin izahatında kənar xəttin vaxtilə olmasınrinkar etmədiyini; qətnamənin 2-ci vərəqəsinin sondan 5-ci abzasında iddia tələbinin qismən təmin edilməli olduğunu; qətnamənin 3-cü vərəqəsinin 4-cü abzasında isə cavabdeh tərəfindən ödənişlərin edilməməsinin onun tərəfindən kənar xətdən istifadə edilməsinə dəlalət verdiyini göstərmişdir. Məhkəmə sonda iddia tələbini əsassız yerə rədd etmişdir. İddia təmin olunmalı, qətnamə ləğv olunmalı, cavabdeh barəsində tərtib olunmuş 4 akt üzrə ümumilikdə hesablanmış borcdan ödənilməmiş qalan 1469,86 manat məbləğində ziyan iddiaçı “İddiaçı” İB-nın xeyrinə tutulmalıdır. İddia tələbinin əsassız yerə rədd olunması qanunsuzdur. Sabunçu Rayon Məhkəməsi iddiaçı “İddiaçı” İstehsalat Birliyinin iddia tələbini təmin etməmiş olduğu zaman, Birlik tərəfindən ödənilmiş dövlət rüsumuna da (30,40 manat dəyərində) münasibət bildirməmişdir. Nəticə etibarı ilə, Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbi də pozulmaqla prosessual hüquq normalarına riayət edilməmiş olduğu müəyyən olunur. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “İddiaçı” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, göstərilənləri nəzərə alacaq apelyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Beləliklə, toplanmış sübutlarla müəyyən edilir ki, iddia tələbimiz əsaslıdır, lakin aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin həqiqi və faktiki hallarına uyğun gəlmir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "İddiaçı" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4761/2020 saylı işi üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4085/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4085/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver