Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4086/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh 3 il müddətinə MC World ATB Card Debit PayPass tipli kart hesabı açılmışdır.
2. Müqavilənin 2.4-cü bəndindən görünür ki, müştəri Xidmət Müqaviləsini imzalamaqla razılaşır ki, bank tərəfindən özünün rəsmi internet səhifəsi üzərindən yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrlə bankın tətbiq etdiyi yazılı formada tərtib edilmiş sənədin mübadiləsi vasitəsilə ona kredit verilməsi (kredit xətti ayrılması) təklifi təqdim edilə bilər. Belə bir təklif göndərildiyi zaman müştəri Banka təqdim etdiyi mobil telefon nömrəsi vasitəsilə ona göndərilmiş avtomatik birdəfəlik kodu (OTP) daxil etməklə "Standart Şərtlər’in və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan müvafiq kreditinin (kredit xəttinin) şərtlərini özündə əks etdirən əlavə(lər)in şərtləri ilə razı olduğunu bildirir və kredit (kredit xətti) müqaviləsi bağlanmış hesab edilir. Bununla yanaşı kreditin verilməsi (kredit xəttinin ayrılması) ayrıca müqavilə üzrə də rəsmiləşdirilə bilər.
3. Müqavilənin 2.7-ci bəndindən görünür ki, müştəri Xidmət Müqaviləsini imzalamaqla razılaşır ki, bank tərəfindən özünün rəsmi internet səhifəsi üzərindən yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrlə bankın tətbiq etdiyi yazılı formada tərtib edilmiş sənədin mübadiləsi vasitəsilə ona kredit verilməsi (kredit xətti ayrılması) təklifi təqdim edilə bilər. Belə bir təklif göndərildiyi zaman müştəri Banka təqdim etdiyi mobil telefon nömrəsi vasitəsilə ona göndərilmiş avtomatik birdəfəlik kodu (OTP) daxil etməklə "Standart Şərtlər’in və bu xidmət müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan müvafiq kreditinin (kredit xəttinin) şərtlərini özündə əks etdirən əlavə(lər)in şərtləri ilə razı olduğunu bildirir və kredit (kredit xətti) müqaviləsi bağlanmış hesab edilir. Bununla yanaşı kreditin verilməsi (kredit xəttinin ayrılması) ayrıca müqavilə üzrə də rəsmiləşdirilə bilər.
4. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmanın (ərizənin) surətindən müəyən olunur ki, Cavabdeh əlaqə vasitələrinə və bu əlaqə vasitələri ilə ona təqdim edilmiş internet səhifələrə keçidi, kod və parolları (şifrələri) öz sahibliyində saxlayacağını və digər şəxslərdən qoruyacağağını, qeyd edilən əlaqə vasitələri ilə və qeyd edilən əlaqə vasitələrinə daxil olan məlumatlardan istifadə etməklə aparılan əməliyyatlara görə tam məsuliyyəti öz üzərinə götürdüyünü və bununla bağlı banka qarşı hər hansı iddia və ya tələb irəli sürməyəcəyini qəbul və bəyan etmişdir.
5. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın surətindən müəyən olunur ki, borclu tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissəhissə ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, “Borclu” nun “Bank” qarşısında olan borcunun məbləği 3,007.23 AZN (üç min yeddi manat 23 qəpik) təşkil edir. Borclu 3,007.23 AZN (üç min yeddi manat 23 qəpik) borc məbləğini təşkil edən pul vəsaitini 24 ay müddətinə, aylıq 125.30 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür.
6. Razılaşmanın 6-cı bəndindən görünür ki, borclu bu razılaşmanın 4-cü bəndinə uyğun olaraq ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün borcun ödənilməmiş hissəsinə görə illik 5% dəbbə pulu ödəməlidir.
7. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, 5 (beş) iş günü ərzində gecikdirilmiş 172.80 manat məbləğini təşkil edən vəsaitin ödənişi təmin edilmədiyi təqdirdə bank hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət etmək məcburiyyətində qalacaq. Bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh çatdırılmışdır.
8. "xxxx" ASC-nin xx.xx.2021-xx.xx.2024-cü il tarixləri əhatə edən Cavabdeh aid olan hesabdan çıxarışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə banka qarşı açılan etiraz üzrə 3012,40 manat pul vəsaiti (ekvivalenti 1772 ABŞ dolları) chargback acquiring ("uduzulmuş chargeback") kimi qeyd olunmaqla qarşı banka geri göndərilmişdir.
9. Cavabdeh məxsus ******************** saylı bank hesabı üzrə çıxarışdan müəyyən olunur ki, onun hesabına xx.xx.2021-ci il tarixində 3000 manat məbləğində pul vəsaiti gəlmişdir. Həmin köçürmənin təyinat hissəsində "pay.atb.az" saytından aparılmış ödəniş olduğu qeyd olunmuşdur. Daha sonra həmin məbləğin Cavabdeh məxsus hesabdan digər kart hesabına "card to card" əməliyyatı aparılmaqla köçürülməsi müəyyən olunmuşdur. Daha sonra həmin çıxarış məlumatlarından görünür ki, Cavabdeh Nasir diz tərəfindən ayrıS/ayrı tarixlərdə ümumilikdə 631,90 manat olmaqla ödənişlər aparılmış, bank hesabında 2375,33 manat qalıq qalmışdır.
10. Hər iki tərəfin dəlillərini yoxlamaq məqsədi ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1037 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh məxsus ******************** saylı bank hesabına xx.xx.2021-ci il tarixində köçürülmüş 2.375.33 manat məbləğin köçürülmə qaydasının "pay.atb.az” saytından aparılmış ödəniş olduğu müəyyən olundu, lakin həmin hesabdan çıxarışın təyinat hissəsində konkret olaraq hansı məqsədlər üçün köçürüldüyü öz əksini tapmadığından həmin məbləğin təyinatını müəyyən etmək mümkün olmamışdır
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2375.33 manat borcunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 2375.33 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir.
13. Cavabdeh iddia ərizəsi əsassız sayaraq iddianı qəbul etməmiş və göstərmişdir ki, 2021-ci ildə onun kartına xaricdən vəsait daxil olub və həmin pul xərçəng xəstəsi üçün toplanıb və məbləğin hamısı bacısının yoldaşı Yaşara verilib.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-607/2025 saylı, 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Məmmədova) iddia təmin olunaraq Cavabdeh 2375,33 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 43,76 manat pulun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmənin qənaətinə görə cavabdeh kart hesabı müqaviləsi bağlamaqla artıq müqavilə və onun tərkib hissəsi olan standart şərtlərlə razı olmasını və müqavilədən irəli gələn bütün öhdəliklərə görə məsuliyyəti üzərinə götürmüş olmuşdur. Həmçinin, hesabına “səhvən” daxil olmuş olan məbləğ barədə bankı xəbərdar etməklə yanaşı, həmin məbləğin geri qaytarılmasını da təmin etməli olduğu halda, məbləği şəxsi ehtiyaclarına sərf etmiş, sonradan isə etirafedici razılaşma ilə müəyyən hissəvi ödənişləri etsə də, hazırda öhdəliyindən boyun qaçırır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 389, 417, 442, 448, 1091, 1092-ci və s. maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sübutetmə vəzifəsi daşıdığı üçün pulu xarici banka qaytardığını sübut etməlidir. Lakin o, bununla bağlı işə baxan məhkəməyə sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdeh ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki,birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin mübahisələndirilməyən aşağıdakı hallarını nəzərə alır.
28. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsində xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin müqavilənin tərkib hissəsi kimi tərəflərin şərtlərlə razı olmalarını təsdiq etmişlər.
29. xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin 3.1.8-ci və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına səhvən mədaxil olmuş vəsaitdən istifadə etməmək, geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, eləcə də kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifələri kimi göstərilmişdir.
30. Cavabdeh müqaviləni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Yəni müştəri - hazırki halda cavabdeh bütün kart əməliyyatları zamanı hesabı ilə müştəri öz üzərinə götürür.
31. Bundan əlavə cavabdeh baş vermiş pul köçürməsi ilə əlaqədar bank tərəfindən xəbərdar edilmiş, xx.xx.2023-cü il tarixdə isə borclu tərəflər arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Sonradan isə razılaşmaya əsasən cavabdeh banka 631,90 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişdir.
32. Hazırda cavabdeh kartdan ümumilikdə 3000 manat pulu kartından çıxarmasını etiraf edir, lakin pulun xəstə bir şəxs üçün hesaba mədaxil olan pul bilib çıxardığını və bacısının ərinə verdiyini bildirir. Həmçinin, bankla əvvəlcə həmin borcla bağlı razılığa gəldiyini və banka ödənişlər etdiyini də bildirir, lakin indi hesab edir ki, bu ödənişləri düzgün etməyib, bank onun yerinə əsassız varlanıb.
33. Göründüyü kimi, cavabdeh kart hesabı müqaviləsi bağlamaqla artıq müqavilə və onun tərkib hissəsi olan standart şərtlərlə razı olmasını və müqavilədən irəli gələn bütün öhdəliklərə görə məsuliyyəti üzərinə götürmüş olmuşdur. Həmçinin hesabına “səhvən” daxil olmuş olan məbləğ barədə bankı xəbərdar etməklə yanaşı, həmin məbləğin geri qaytarılmasını da təmin etməli olduğu halda, məbləği şəxsi ehtiyaclarına sərf etmiş, sonradan isə etirafedici razılaşma ilə müəyyən hissəvi ödənişləri etsə də, hazırda öhdəliyindən boyun qaçırır.
34. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən bu hallarına istinad edərək iddianı əsaslı saymış və təmin etmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
36. Apellyasiya şikayətinin əsas dəlili yuxarıda qeyd olunduğu kimi, bankın səhv köçürülmüş məbləği xarici banka qaytarmasını sübut etməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və hesab edir ki, cavabdeh bu kimi dəlillər irəli sürməklə əslində etiraf etdiyi, lakin ödəməkdən yayınmaq istədiyi məbləğin tutulmasına maneçilik yaratmaq məqsədi daşıyır.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.