Məhkəmə qərarları › İş №2(103)-4087/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4087/2022

10.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4087/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1033/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2016-cı il tarixli 130 №-li Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “İnteks" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən: Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehlərin paylı mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və İddiaçı MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən vaşavış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "İnteks“ MMC tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Bakı şəhəri Maraqlı şəxs başçısının xx.xx.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nə ayrılmış torpaq sahəsində yerləşən, Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehlərin paylı mülkiyyətində olan mənzilin əvəzində həmin ərazidə inşa edilmiş çoxmərtəbəli yaşayış evində tam təmirli 78,81 kv.m yaşayış sahəsinin İddiaçı MMC tərəfindən cavabdehlərə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilinəsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il A sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, verində müasir tələblə;ə uyğun yenilərinin tikilməsi və qəzalı v əziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli. 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı (bundan sonar "Nazirlər Kabinetinin Qərarı" adlandırılacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericili) inin tələblərinə əməl elməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərıəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Maraqlı şəxsə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu ıav onların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların verində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi iiyün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxınənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə. Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs başçısı xx.xx.2016-cı il tarixli 430 Xv’-li Sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə “İnteks" MMC arasında xx.xx.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən hıı istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin sərəncama əsasən İddiaçı MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan haşa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 ınanal miqdarımla kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-və həvalə edilmişdir. Qeyd olunan sərəncamla İddiaçı MMC-nə yuxanda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarəti ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıqplanlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə. Baş plana işlənilmədən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 02 fevral 2017-ci il tarixli fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun rəyinə əsasən, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt (bundan sonar Akt adlandırılacaq) tərtib etmişlər.(göstərilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınma», mövcuddur, evlərinin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yarasız vəziyyətdə olması halları müşahidə olunmuş. həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İddiaçı MMC tərəfindən yuxarda göstərilən istiqamətdə böyiik işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdehlər istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Ə.Əlizadə küçəsi 2 saylı binanın sakini olan cavabdehlər ailə üzvləri ilə İddiaçı MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdehlərə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onların mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çalması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə İddiaçı MMC-nin təkliflərindən iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə çiməklə tam təmiri mənzilin verilməsi təklifindən imtina etmişlər və İddiaçına, təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat- qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdehlərə yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdehlər iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və İddiaçı MMC ciddi maliyyə ilkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə "xxxx" MMC məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Cavabdehlər istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada y erləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1033/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən çıxarılması və həmin yaşayış sahəsinin İddiaçı hesabına sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan mənzilin əvəzində həmin ərazidə inşa edilmiş çoxmərtəbəli yaşayış evində tam təmirli 78,81 kv.m yaşayış sahəsinin İddiaçı MMC tərəfindən cavabdehlərə verilməsi qət edilmişdir (sədrlik edən: Gültəkin Əsədova). Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İnteks MMC-nin İdarə Heyətinin sədri X2 və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə notariat qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: « 1.1 İddiaçı MMC Bakı şəhəri Maraqlı şəxsin 12 dekabr 2016-cı il tarixli 430 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrindəki tikiləcək çox mərtəbəli yaşayış binasının inşa ed" 'iyi ərazidə yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan “Paylı Mülkİyyətçi”lərin hər birinə 1/3 hissədə payla məxsus olan ( Cavabdeh2 payı üzrə- ********** qeydiyyat nömrəli, Cavabdeh3 payı üzrə- ********** qeydiyyat nömrəli, Cavabdeh1 payı üzrə-********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış) birmərtəbəli qəzalı tikilinin söküntüsünü və yeni yaşayış binasının tikintisini həyata keçirərək, “Paylı Mülkiyyətçi”lərin söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanındakı paylı mülkiyyət üzrə mənzilinin ümumi sahəsinə (“Mü!kiyyətçi'’-lərin çıxarışda qeyd olunan 31,52 kv.m payları üzrə mövcud olan (31,52 kv.m) hissəsinə uyğun olaraq) şirkət tərəfindən giizəşt edilməklə (31,52 kv.m+78,04 kv.m əlavə sahə verilməkləri09,56 kv.m) Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsində tikilən 7-ci binanın 12-ci mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 630 nömrəli, 3 (üç) otaqlı mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada "Paylı Mülkiyyətçillərin mülkiyyətinə verməyi, "Paylı Mülkiyyətçilər” isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzili "xxxx" MMC-yə təhvil (istifadə və sahibliyinə) verməyi öhdələrinə götürürlər. 1.2 "xxxx" MMC 109,56 kv.m sahəsi olan tam təmirli mənzili "Paylı Mülkiyyətçillərin mülkiyyətinə verməyi və birdəfəlik 5000 (beş min) manat məbləğində kompensasiya şəklində pul "Paylı Mülkiyyətçi"- lərdən Cavabdeh1 verməyi öhdəsinə götürür. 5000 (beş min) manat məbləğində kompensasiya şəklində pul bu müqavilə bağlanan anda ödəyir və yaşayış sahəsi təhvil verilənədək hər ay 601 .İtı ytiz) manat aylıq kirayə haqqı müvəqqəti yaşayış üçün bu müqavilə üzrə “Paylı Mülkiyyətçillərdən Cavabdeh1 adına açılacaq bank hesabına ödəniləcəkdir. 1.3 "Mülkiyyətçi" bu müqavilənin 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan şərtlərlə razılaşır və qeyd olunanlarla bağlı heç bir şikayət və etirazı yoxdur.

2. Tərəflərin hüquq və vəzifələri: 2.1 “Mülkiyyətçi”-nin hüquq və vəzifələri. 2.1.1 Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə məzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC -yə təhvil verilməsini təmin etmək; Mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti ilə hüquqmüəyyəedici sənədlərlə (ÇİXARİŞLA) “İnteks" MMC -yə təhvil vermək. 2.1.2 Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə nömrələrini "İnteks” MMC nin səlahiyyətli nümayəndəsini yazılı surətdə məlumatlandırmaq; 2.1.3 Bina tikintisi dövründə müvəqqəti yaşayış yerinin dəyişməsi zaman və yaxud əlaqə telefon nömrələrinin dəyişdirilməsi zamanı bu dəyişiklik barədə 3 (üç) gün ərzində “İnteks" MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək; 2.1.4 “Paylı Mülkiyyətçilər" söküləcək mənzilə görə bu müqavilənin 1.1-ci və 1.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən başqa gələcəkdə "xxxx" MMC-dən əlavə ödəniş, mənzil, qeyri-yaşayış sahəsi və s. tələb edə bi!məz.“Paylı Mülkiyyətçilər” qeyd olunan şərtlərlə razılaşır və bununla bağlı heç bir şikayət və etirazı yoxdur. 2.1.5 ‘‘Paylı Mülkiyyətçilər“söküləcək mənzili 7 (yeddi) gün müddətində İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürür.“Paylı Mülkiyyətçi’Mərə veriləcək kirayə haqqı ödənişi “Paylı Mülkiyyətçi'Mərin mənzili boşaltdığı gündən hesablanır; 2.2 İddiaçı MMC-nin hüquq və vəzifələri: 2.2.1 Yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mənzildən “Paylı Mülkiyyətçillərin müvəqqəti yaşayış yerinə köçürülməsi “İnteks’' MMC tərəfindən həyata keçirilməsini təmin etmək; 2.2.2 Müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mənzilin söküntüsü üçün şəraitin yaradılması və sökünütiisünü təmin etmək; 2.2.3 Müqavilənin 1.2-cü bəndində nəzərdə tutulmuş ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş qaydada “Paylı Mülkiyyətçi”-yə ödənilməsini təmin etmək; 2.2.4 Hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək; 2.2.5 Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Paylı Miilkiyyətçi"-yə mənzili tam təmirli, işiq, su və qaz sayğacları quraşdırılmış vəziyyətdə təhvil vermək; 2.7.6 Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş görülməyən işləri tamamlamaq; 2 Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; 2.2.8 Bİna tikintisi başa çatdıqdan sonra “Paylı Mülkiyyətçiləridən mənzilin təhvil alınmasını tələb etmək; 3.Fors – major: 3.1 Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımı qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. 3.2 Tərəflər oların iradəsindən asılı olmayan, müqavilə imzalandığında nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, yanğın, zəlzələ və digər təbiət hadisələri, habelə, müharibə, dövlət hakimiyyətinin akt və hərəkətləri, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors major kimi müəyyənləşdirirlər. 3.3 Fors- major hal(lar)ına istinad edən tərəf digər tərəfə bu barədə 3 (üç) iş günü ərzində yazılı məlumat verməlidir. 4.Məxfilik: 4.1 Tərəflər qəbul edir ki, müqavilənin şərtlərini və müqavilənin icrası zamanı əldə etdikləri kommersiya sirri təşkil edən məlumatlar tam məxfi məlumat xarakteri daşıyır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin və beynəlxalq iş ənənələr müəyyən olunan hallar İstisna olmaqla heç bir şəkildə və qaydada heç bir fiziki və ya hüquqi şəxsə açıqlanmamalıdır. 4.2 Tərəflər müqavilənin müddətinin başa çatmasından və ya ona istənilən səbəbdən xitam verilməsindən sonra, onlarda bir- birinə aid olan sənədləri və digər materiallar ən gec 10 (on) İş günü ərzində digər tərəfə geri q . arılır. 4.3 Tərəflərin konfıdensiallağın qorunması öhdəliklərin müddəti bitəndən sonra da davam edəcək. 4.4 Məxfilik üzrə öhdəliklər, müqaviləyə müvafiq olaraq kütləvi məlumatda, həmçinin tərəflərin təqsiri üzündən olmadan üçüncü şəxslərə məlum olan məlumata şamil edilmir. 5.Mübahisələrin həll qaydası 5.1 Bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqlarm aparılması yolu ilə həll edilir. 5.2 Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. 6.Yekun şərtlər 6.1 “Paylı Mülkiyyətçilər" “İnteks" MMC-nin qabaqcacadan yazılı razılığı olmadan müqavilədən irəli gələn hüquqlarını, vəzifələrini, borclarını və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (Ötürə) bilməz. 6.2 İddiaçı MMC tərəfindən müqavilənin 2.1.2 və 2.1.3 bəndlərinə əsasən verilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş məlumatlar “Paylı Mülkiyyətçillərə çatdırılmış kimi qəbul olunur. 2.1.2 və 2.1.3 bəndlərinin tələblərinin pozulması nəticəsində hər hansı bir məlumatın mülkiyyətçiyə çatmamasına görə İddiaçı MMC məsuliyyət daşımır. 6.3 “Paylı Mülkiyyətçilər” “İnteks" MMC ilə razılığa gəldikdən sonra bu müqavilə üzrə hüquq və vəzifələrini üçüncü şəxslərə ötürülməsi zamanı (həmin mənzilə dair hüquqlarına xitam verilməsinə dair) notarial təsdiqlənmiş ərizələri “İnteks" MMC -ə təqdim etməlidir. 6.4 Yeni tikilmiş evdə mənzilə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş (hüquqi statusundan asılı olmayaraq ) bütün xərcləri “Paylı Mülkiyyətçilər" öz hesabına təmin edir. 6.5 Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi və qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir. 6.6 Mənzildə qeydiyyatda olan və ya olmayan 18 yaşı tamam olmuş şəxslərin “Paylı Mülkiyyətçi'Mərə məxsus qeyd olunan mənziliə dair İddiaçı MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti “Paylı Mülkiyyətçilər' daşıyır. 6.7 Hazırki Müqavilə tərəflərin iradəsinə uyğun hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur. Onlardan biri notariat kontorunda digərləri isə tərəflərdə saxlanılır. ». Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1033/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə r a r a a l d ı:

İnteks MMC-nin İdarə Heyətinin sədri X2 və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: « 1.1 İddiaçı MMC Bakı şəhəri Maraqlı şəxsin 12 dekabr 2016-cı il tarixli 430 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrindəki tikiləcək çox mərtəbəli yaşayış binasının inşa ed" 'iyi ərazidə yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan “Paylı Mülkİyyətçi”lərin hər birinə 1/3 hissədə payla məxsus olan ( Cavabdeh2 payı üzrə- ********** qeydiyyat nömrəli, Cavabdeh3 payı üzrə- ********** qeydiyyat nömrəli, Cavabdeh1 payı üzrə-********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış) birmərtəbəli qəzalı tikilinin söküntüsünü və yeni yaşayış binasının tikintisini həyata keçirərək, “Paylı Mülkiyyətçi”lərin söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanındakı paylı mülkiyyət üzrə mənzilinin ümumi sahəsinə (“Mü!kiyyətçi'’-lərin çıxarışda qeyd olunan 31,52 kv.m payları üzrə mövcud olan (31,52 kv.m) hissəsinə uyğun olaraq) şirkət tərəfindən giizəşt edilməklə (31,52 kv.m+78,04 kv.m əlavə sahə verilməkləri 09,56 kv.m) Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsində tikilən 7-ci binanın 12-ci mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyriyaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 630 nömrəli, 3 (üç) otaqlı mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada "Paylı Mülkiyyətçillərin mülkiyyətinə verməyi, "Paylı Mülkiyyətçilər” isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzili "xxxx" MMC-yə təhvil (istifadə və sahibliyinə) verməyi öhdələrinə götürürlər. 1.2 "xxxx" MMC 109,56 kv.m sahəsi olan tam təmirli mənzili "Paylı Mülkiyyətçillərin mülkiyyətinə verməyi və birdəfəlik 5000 (beş min) manat məbləğində kompensasiya şəklində pul "Paylı Mülkiyyətçi"- lərdən Cavabdeh1 verməyi öhdəsinə götürür. 5000 (beş min) manat məbləğində kompensasiya şəklində pul bu müqavilə bağlanan anda ödəyir və yaşayış sahəsi təhvil verilənədək hər ay 601 .İtı ytiz) manat aylıq kirayə haqqı müvəqqəti yaşayış üçün bu müqavilə üzrə “Paylı Mülkiyyətçillərdən Cavabdeh1 adına açılacaq bank hesabına ödəniləcəkdir. 1.3 "Mülkiyyətçi" bu müqavilənin 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan şərtlərlə razılaşır və qeyd olunanlarla bağlı heç bir şikayət və etirazı yoxdur.

2. Tərəflərin hüquq və vəzifələri: 2.1 “Mülkiyyətçi”-nin hüquq və vəzifələri: 2.1.1 Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə məzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC -yə təhvil verilməsini təmin etmək; Mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti ilə hüquqmüəyyəedici sənədlərlə (ÇİXARİŞLA) “İnteks" MMC -yə təhvil vermək. 2.1.2 Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə nömrələrini "İnteks” MMC nin səlahiyyətli nümayəndəsini yazılı surətdə məlumatlandırmaq; 2.1.3 Bina tikintisi dövründə müvəqqəti yaşayış yerinin dəyişməsi zaman və yaxud əlaqə telefon nömrələrinin dəyişdirilməsi zamanı bu dəyişiklik barədə 3 (üç) gün ərzində “İnteks" MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək; 2.1.4 “Paylı Mülkiyyətçilər" söküləcək mənzilə görə bu müqavilənin 1.1-ci və 1.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən başqa gələcəkdə "xxxx" MMC-dən əlavə ödəniş, mənzil, qeyri-yaşayış sahəsi və s. tələb edə bi!məz.“Paylı Mülkiyyətçilər” qeyd olunan şərtlərlə razılaşır və bununla bağlı heç bir şikayət və etirazı yoxdur. 2.1.5 ‘‘Paylı Mülkiyyətçilər” söküləcək mənzili 7 (yeddi) gün müddətində İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürür.“Paylı Mülkiyyətçi’Mərə veriləcək kirayə haqqı ödənişi “Paylı Mülkiyyətçi'Mərin mənzili boşaltdığı gündən hesablanır; 2.2 İddiaçı MMC-nin hüquq və vəzifələri 2.2.1 Yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mənzildən “Paylı Mülkiyyətçillərin müvəqqəti yaşayış yerinə köçürülməsi “İnteks’' MMC tərəfindən həyata keçirilməsini təmin etmək; 2.2.2 Müqavilədə göstərilən şərtlər əsasında yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mənzilin söküntüsü üçün şəraitin yaradılması və sökünütiisünü təmin etmək; 2.2.3 Müqavilənin 1.2-cü bəndində nəzərdə tutulmuş ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş qaydada “Paylı Mülkiyyətçi”-yə ödənilməsini təmin etmək; 2.2.4 Hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək; 2.2.5 Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Paylı Miilkiyyətçi"-yə mənzili tam təmirli, işiq, su və qaz sayğacları quraşdırılmış vəziyyətdə təhvil vermək; 2.7.6 Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş görülməyən işləri tamamlamaq; 2 Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; 2.2.8 Bİna tikintisi başa çatdıqdan sonra “Paylı Mülkiyyətçiləridən mənzilin təhvil alınmasını tələb etmək; 3.Fors – major: 3.1 Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımı qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. 3.2 Tərəflər oların iradəsindən asılı olmayan, müqavilə imzalandığında nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, yanğın, zəlzələ və digər təbiət hadisələri, habelə, müharibə, dövlət hakimiyyətinin akt və hərəkətləri, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors major kimi müəyyənləşdirirlər. 3.3 Fors- major hal(lar)ına istinad edən tərəf digər tərəfə bu barədə 3 (üç) iş günü ərzində yazılı məlumat verməlidir. 4.Məxfilik 4.1 Tərəflər qəbul edir ki, müqavilənin şərtlərini və müqavilənin icrası zamanı əldə etdikləri kommersiya sirri təşkil edən məlumatlar tam məxfi məlumat xarakteri daşıyır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin və beynəlxalq iş ənənələr müəyyən olunan hallar İstisna olmaqla heç bir şəkildə və qaydada heç bir fiziki və ya hüquqi şəxsə açıqlanmamalıdır. 4.2 Tərəflər müqavilənin müddətinin başa çatmasından və ya ona istənilən səbəbdən xitam verilməsindən sonra, onlarda bir- birinə aid olan sənədləri və digər materiallar ən gec 10 (on) İş günü ərzində digər tərəfə geri q . arılır. 4.3 Tərəflərin konfıdensiallağın qorunması öhdəliklərin müddəti bitəndən sonra da davam edəcək. 4.4 Məxfilik üzrə öhdəliklər, müqaviləyə müvafiq olaraq kütləvi məlumatda, həmçinin tərəflərin təqsiri üzündən olmadan üçüncü şəxslərə məlum olan məlumata şamil edilmir. 5.Mübahisələrin həll qaydası 5.1 Bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqlıqlarm aparılması yolu ilə həll edilir. 5.2 Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. 6.Yekun şərtlər 6.1 “Paylı Mülkiyyətçilər" “İnteks" MMC-nin qabaqcacadan yazılı razılığı olmadan müqavilədən irəli gələn hüquqlarını, vəzifələrini, borclarını və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (Ötürə) bilməz. 6.2 İddiaçı MMC tərəfindən müqavilənin 2.1.2 və 2.1.3 bəndlərinə əsasən verilmiş ünvanlara göndərilmiş və ya göstərilən telefon nömrələri üzrə təqdim edilmiş məlumatlar “Paylı Mülkiyyətçillərə çatdırılmış kimi qəbul olunur. 2.1.2 və 2.1.3 bəndlərinin tələblərinin pozulması nəticəsində hər hansı bir məlumatın mülkiyyətçiyə çatmamasına görə İddiaçı MMC məsuliyyət daşımır. 6.3 “Paylı Mülkiyyətçilər” “İnteks" MMC ilə razılığa gəldikdən sonra bu müqavilə üzrə hüquq və vəzifələrini üçüncü şəxslərə ötürülməsi zamanı (həmin mənzilə dair hüquqlarına xitam verilməsinə dair) notarial təsdiqlənmiş ərizələri “İnteks" MMC -ə təqdim etməlidir. 6.4 Yeni tikilmiş evdə mənzilə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş (hüquqi statusundan asılı olmayaraq ) bütün xərcləri “Paylı Mülkiyyətçilər" öz hesabına təmin edir. 6.5 Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi və qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir. 6.6 Mənzildə qeydiyyatda olan və ya olmayan 18 yaşı tamam olmuş şəxslərin “Paylı Mülkiyyətçi'Mərə məxsus qeyd olunan mənziliə dair İddiaçı MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti “Paylı Mülkiyyətçilər' daşıyır. 6.7 Hazırki Müqavilə tərəflərin iradəsinə uyğun hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur. Onlardan biri notariat kontorunda digərləri isə tərəflərdə saxlanılır. ». Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1033/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar