Məhkəmə qərarları › İş №2(103)-4087/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4087/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4087/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1863/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1863/2023 saylı 18 may 2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 25660 (iyirmi beş min altı yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 (bir yüz altmış altı manat doxsan səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qiyabi qətnamədən narazı qalan cavabdeh 22 yanvar 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1863/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizənin geri qaytarılması qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh sonuncu qərardaddan da şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qiyabi qətnamə ona rəsmi qaydada verilmədiyindən ona qarşı qaldırıılmış iddia tələbindən məlumatsız olmuşdur. Qiyabi qətnamənin mövcudluğu barədə Yasamal rayon İcra Şöbəsində məlumatı olduqdan sonra o, xx.xx.2024-cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Vəkillə müqavilə bağlmaqla həmin qərardadın mövcudluğundan vəkilinin elektron kabinetinə daxil olmaqla məlumatı olmuş və zamanında Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-1863/2023 saylı qərardadı əsassız olduğundan ləğv edilməsi barədə şikayət verilmişdir. Həmin qəradad onun qeydiyyatda olduğu ünvana göndərilsə də, həmin ünvanda nə o, nə də onun ailə üzvləri yaşamadığından onun alınması qeyri-mümkündür. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, qərardaddan şikayət qanunda nəzərdə tutulmuş müddət ötürməklə verilmiş, həmçinin şikayətin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilən şikayət qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddətin üzrsüz səbəbdən ötürülməsi ilə verildiyindən birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qiyabi qətnaməsi poçt vasitəsi ilə Cavabdeh iddia ərizəsində qeyd edilmiş qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, qiyabi qətnamə xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Qiyabi qətnamənin surəti xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatda olduğu ünvanda poçt xəbərnaməsinə imza edilməklə cavabdeh tərəfindən qəbul edildiyindən, MPM-nin 135.5-ci maddəsinə əsasən həmin sənəd göstərilən tarixdə cavabdehə rəsmi qaydada verilmiş sayılmışdır. Belə olan halda, cavabdeh həmin tarixdən ən geci 10 gün ərzində qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Lakin, cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərmişdir ki, bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti 7 aydan artıq müddətdə ötürmüşdür. Cavabdeh qərardaddan şikayət ərizəsində qiyabi qətnamənin onun tərəfindən qəbul edilmədiyini təsdiq edən dəlillərini göstərə bilməmiş, qiyabi qətnamənin onun tərəfindən qəbul edilmədiyini formal olaraq qeyd etmişdir. Cavabdeh həm qiyabi qətnamənin ləğv edilməsi, həm də qiyabi qətnamənin ona təqdim olunması ilə bağlı ərizəsində ünvan kimi ünvan 2iş, həm Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1863/2023 saylı qərardadı, həm də qiyabi qətnamənin ona təqdim olunması ilə bağlı ərizəyə cavab məktubu həmin ünvana göndərilmişdir. Buna baxmayaraq cavabdeh hazırkı qərardaddan şikayət ərizəsində həmin ünvanda yaşamadığını, ünvan 4nında yaşadığını bildirmişdir. Lakin məhkəməyə ünvanladığı heç bir ərizəsində yazışmaların aparılmasını istədiyi ünvan kimi bu ünvanı qeyd etməmişdir. Qeyd edilənlər isə şikayət ərizəsində yazılanların, yəni qiyabi qətnamənin cavabdehin özü tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilməməsinin əsaslılığını şübhə altına alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1863/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar