Məhkəmə qərarları › İş №2(103)-4088/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4088/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4088/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(004)-6137/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(004)- 6137/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 17450 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin olunmamışdır. Hazırda qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, qətnamə 27.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra iddiaçı 11.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni rəsmi qaydada almadığını qeyd edərək, faktiki ünvan üzrə göndərilməsini xahiş etmiş, məhkəmə 14.04.2022-ci il tarixli məktubla qətnamənin 27.12.2021-ci il tarixdə vəkilnümayəndənin elektron kabinetinə yerləşdirildiyini göstərmiş, eyni zamanda onun surətini məlumat üçün iddiaçının ünvanı üzrə göndərilmişdir. 02.05.2022-ci il tarixdə həmin nümayəndə-vəkil tərəfindən elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Göründüyü kimi, qətnamə 27.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili olan Vəkil elektron kabinetinə yerləşdirilmiş, apelyasiya şikayəti də həmin nümayəndəvəkil tərəfindən verilmişdir. Belə olan halda, iddiaçı tərəfindən apelyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Ona görə də, iddiaçı tərəfindən apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddət ötürüldüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(004)- 6137/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar