Məhkəmə qərarları › İş №2(103)-409/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-409/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-409/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı1 və onun nümayəndəsi-vəkili Nümayəndə1, İddiaçı2 nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı sair “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər”ə dair ilkin iddia, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqı və mənzilin təhvil verilməsi” tələbinə dair, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)-564/2024 nömrəli qətnaməsindən İddiaçı1 və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32- 05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olmaqla, İddiaçı1 ilə ümumi birgə əmlakları olmuşdur. Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ilə İddiaçı1 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilərək, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 1/2 hissədə payı, İddiaçı2 1/2 hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4167/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 5657/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılan dövrdə, yəni 06 oktyabr 2021-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSCtərəfindən inşa ediləcək 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin əvəzinə sahəsi 48,7 kv.m olan mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı1 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "xxxx" MTK tərəfindən sökülməsinə razılıq vermiş, "xxxx" MTK isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mənzilin ümumi sahəsinə 25 faiz və daha əlavə edilməklə İddiaçı1 (1/2 hissədə məxsus olmaqla) mülkiyyətindəki mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi oxdan-oxa 48,7 kv.m olan 1 ədəd təmirsiz mənzili tikib İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə "xxxx" MTK tərəfindən tikilib təhvil veriləcək bir ədəd təmirsiz mənzili qəbul etməyi və 18.231 manat məbləğində pulun 50 faiz hissəsini notarial müqavilə bağlanan gün, qalan 50 faiz hissəsini isə notarial müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariusun depozit hesabı vasitəsilə "xxxx" MTK-nın xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Birləşdirilmiş iş üzrə İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixdə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında onun mülkiyyətində olan ünvan 1-ə dair xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X3 mülkiyyətinə keçəcək 1/2 hissəsinin əvəzinə həmin ünvanda yeni tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdən sol tərəfdə yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən içə 65,8 kv m olan 1 ədəd təmirsiz (çöl qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikilməsinə dair müqavilə bağlanmışdır. Müqavilələr imzalanandan sonra İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqları (1/2 hissədə) xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq **********32-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçılar Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, sonuncu isə hər iki iddiaçı ilə bağlanmış müqavilələrin ləğv edilməli olmasını mübahisələndirirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə (iddia tələbi dəqiqləşdirilmişdir) məhkəməyə müraciət edərək, cavabdehin hüquqi varisi olduğu, "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində, bilavasitə Həsənoğlu küçəsinə baxan sahədə (küçənin digər tərəfində yerləşən Kepro kosmetika mağazası və Spar market ilə üzbəüz sahədə) inşa edilən, 6 saylı binanın (yaxud 6 saylı blok) 2-8-ci mərtəbələrində razılaşdıqları 48,7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsini və 06 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 500 (beş yüz) manatdan hesablanmaqla 12000 (on iki min) manat məbləğində kirayə haqqı məbləğinin, müqavilənin müddətinin bitdiyi 06 oktyabr 2023-cü il tarixdən 06 iyul 2024-cü il tarixə kimi keçən 9 (doqquz ay) ay üçün hər ay 600 (altı yüz) manatdan hesablanmaqla cəmi, 5400 (beş min dörd yüz) manat kirayə haqqı məbləğinin, ona vurduğu mənəvi zərərə görə 15000 (on beş min) manat mənəvi zərərin dəyərinin, ödənilmiş 187 (yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun əvəzinin birdəfəyə ona ödənilməsinin və mənzilin ona təqdim edilməsinə qədər hər ay 600 (altı yüz) manat kirayə haqqının hesablanıb ona ödənilməsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, ona təqdim edilməli olan mənzilin 6-cı tikilən bina, 5 saylı yeni tikilən binada verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 ərizə təqdim edərək, cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ərizənin təsviri hissəsində qeyd olunan maddələrinin əlamətlərinin olmasına əsaslı şübhələr olduğunu nəzərə alaraq xüsusi qəradad qəbul edilərək müvafiq prokurorluq orqanına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə onun arasında 06 oktyabr 2021-ci il tarixli bağlanılmış müqaviləyə əsasən "xxxx" MTK ilə iki il müddətinə paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə məxsus olmaqla) ona məxsus olan, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan, istismar müddəti keçmiş yaşayış sahəsinin və həmin yaşayış sahəsinin yerləşdiyi binanın sökülməsi, sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək həmin binada ona məxsus yaşayış sahəsinin ümümi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə onun (1/2 hissədə məxsus olmaqla) mülkiyyətində olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 48.7 (qırx səkkiz tam onda yeddi) kv.m olan 1 ədəd təmirsiz mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən MTK-nın tikib təhvil verəcəyi mənzili qəbul etməyi və təhvil verdiyi mənzilə əlavə olaraq ödəməli olduğu 18.231 (on səkkiz min iki yüz otuz bir) manat pulun 50% hissəsini notarial müqavilə bağlanan gün, qalan 50% hissəsini isə notarial müqavilə bağlandiqdan sonra 6 (altı) ay ərzində notariusun depozit hesabı vasitəsi ilə MTK-nın xeyrinə ödəməyi razılaşdırmışdırlar. Müqavilə şərtlərinə uyğun olaraq o mülkiyyətində olan yaşayış sahəsini təhvil vermişdir. Mülkiyyətində olan yaşayış sahəsi yerləşən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı bina icraçı tərəfindən sökülərək yerində çoxmərtəbəli bina tikilmişdir. Lakin icraçı bu günədək müqavilə şərtlərini yerinə yetirməyərək mənzilin ona təqdim edilməsini təmin etmir. Nəticədə əlavə ödəməli olduğu 18.231 manat pulun da müqavilə şərtlərinə müvafiq olaraq icraçının hesabına ödənişini həyata keçirə bilmir. Keçən müddət ərzində dəfələrlə "xxxx" MTK-ya, hazırda isə hüquqi varis kimi cavabdeh "xxxx" QSC-yə müraciət etsə də, təhvil verdiyi mənzilin əvəzinə yeni tikilmiş binada müqavilə ilə razılaşdıqları mənzili ona təqdim etmirlər, müqavilə öhdəliklərini yerinə yetirmirlər. Bundan başqa icraçı ilə onun arasında olan müqavilədə razılaşdırılsa da (Müqavilənin 2.1.9-cu bəndi), İcraçı bu günədək ona kirayə haqqı ödəməmişdir. Odur ki, 06 oktyabr 2021-ci tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi olan dövr ərzində hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla 6000 (altı min) manat kirayə haqqı məbləğinin də birdəfəyə ona ödənilməsi təmin edilməlidir. Eyni zamanda hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirib müqavilədə razılaşdırdıqları mənzili ona təqdim edənə kimi har ay üçün 600 (altı yüz) manat olmaqla kirayə haqqı hesablanmalı və ona ödənilməlidir. Əslində cavabdehlə müqavilə bağladıqları dövrdə də cavabdeh onun hüquqlarını pozaraq çox aşağı məbləğdə (iki yüz əlli manat) kirayə haqqı müqaviləyə daxil etmişdir. Hazırda ona məxsus olan yaşayış sahəsinin olduğu, cavabdeh tərəfindən sökülən binanın yerləşdiyi ünvanda 1-2 otaqlı mənzillərin kirayə haqqı 600 manatdan aşağı deyil. Ona görə də cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq sökülmüş mənzilin əvəzində ona mənzil təqdim edənə kimi hər ay 600 yüz manat kirayə haqqının cavabdehdən alınıb ona verilməsi ədalətlidir, qanunun tələblərinə uyğundur. Qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə cavabdehə həm elektron qaydada, həm də poçt vasitəsi ilə məktub ünvanlasa da heç bir münasibət bildirməmişdir. Hesab edir ki, cavabdeh bu qeyri-qanuni hərəkətləri ilə, müqavilə öhdəliklərini yerinə yetirməməklə, yəni sökdükləri yaşayış sahənin əvəzinə ona mənzil verməkdən imtina etməklə, istifadəsinə verməkdən yayınmaqla, kirayə haqqı ödəməməklə ona maddi və mənəvi zərər yetirirlər, onun konstitusiyada və qanunlarda təsbit olunmuş hüquqlarını kobud şəkildə pozurlar. Cavabdehlə qarşılıqlı razılığa gəlmək cəhdləri bir nəticə vermədiyindən, qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı kirayə haqqı tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 3000 manat kirayə haqqının, ödənilmiş 40 manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 1900 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin (iddiaçının) mülkiyyətində olan **********32-05101-093013 Reyestr nömrəli mənzilin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində Sifarişçinin mülkiyyətinə keçəcək 1/4 hissəsinin əvəzinə həmin ünvanda tikiləcək 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzili tikib Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürməsini nəzərə alaraq həmin mənzilin iddiaçıya təhvil verilməsi, 01 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat, 40 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 5400 manat məbləğində pul vəsaitinin İddiaçı2 ödənilməsinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında “Mənzil Tikintisi haqqında” xx.xx.2022-ci il tarixli müqaviləsi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X4 şəxsində bir tərəfdən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 tərəfindən aşağıdakı məqsəd və şərtlərlə imzalamışdırlar. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş, ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə razılıq vermişdir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən müqavilədə qeyd edilən yeni bina icraçı tərəfindən mülkiyyətçilərə tam təhvil verilənədək sifarişçinin yeni yaşayış sahəsini kirayə götürməsi üçün aylıq 500 manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icraçı 01 oktyabr 2023-cü ildən başlayaraq (mənzil təhvil verilən gündən, 01 fevral 2022-ci ildən) yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək və sifarşçinin mənzili sonuncuya təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə bu müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş şərtlərlə rübdə bir dəfə hər rübün 1-ci ayının 15-dək Sifarişçiyə kirayə haqqı ödənilməsini təmin etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi və İcraçı razılaşırlar ki, Sifarişçinin mülkiyyətinə veriləcək mənzilin sahəsinin bu müqavilədə qeyd edilmiş söküləcək mənzildən çox olmasına görə icraçı bu müqavilənin 2.1.9-cu bəndinə qeyd edilən kirayə haqqının xx.xx.2022-ci ilədn etibarən 21-ci aydan yəni, 01 oktyabr 2023-cü ildən başlayaraq sifarişçiyə ödənilməsini təmin etməlidir. Sifarişçinin mülkiyyətinə keçəcək mənzilin sahəsi əvvəlki mənzilin sahəsinin 16.3 kv.m artıq olduğundan Sifarişçi müqavilənin imzalanmasından etibarən 21 ayadək olan kirayə haqqından və mənzilin əsaslı təmir edilməsindən imtina edir. 21-ci aydan başlayaraq icraçı bu müqavilə uyğun qaydada kirayə ödənişini təmin edir və əmlak bazarında kirayə qiymətləri qalxarsa, kirayə haqqı həmin qiymətlərə uyğun qalxmalıdır. 3 aylıq kirayə haqqının ödənilməsi tələbi ilə cavabdehin ofisinə müraciət etdikdə ona "xxxx" ASC-nin rəsmi filialından hesab açılmasının vacibliyini bildirdilər. xx.xx.2023-cü il tarixdə həmin bankda hesab açıb bank rekvizitlərini cavabdehə təqdim etmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu təqdim edilməsinə baxmayaraq bugünə kimi borc ödənilməmiş qalmaqdadır. Eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı1 qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə ilə (qarşılıqlı iddia dəqiqləşdirilmişdir) məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətin məxsus 9 bloklu “Whitstone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m və 65.8 kv.m olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli müqavilələrin ləğv edilməsi, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş iddiaçıların razılığına əsasən sökülmüş sahəsi 49,36 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin bazar qiymətinə əsasən dəyərinin iddiaçıların paylarına mütənasib (1/2 hissədə hər birinə) şəkildə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qarşılıqlı idida üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 ilə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" QSC (keçmiş “Ailə Park" MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. olan təmirsiz mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında" 06 oktyabr 2021-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, müqavilənin:1.1-ci bəndinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı (iş üzrə iddiaçı) tərəfindən sökülməsinə razılıq verir, İcraçı isə əvəzində sökülmüş sahədə yeni yaşayış binasının tikintisini heyata keçirərək bu binada ümumi sahəsinə 25% (iyirmi beş) faiz əlavə edilməklə oxdan-oxa 48,7 kv.m. olan təmirsiz mənzili tikib Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. 1.3 və 2.1.14-cü bəndlərinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) mülkiyyətində olan mənzilin əvəzinə İcraçı (iş üzrə iddiaçı) tərəfindən tikilib təhvil veriləcək təmirsiz mənzili qəbul etməklə yanaşı 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə İcraçıya ödəməyi öhdəsinə götürmüşdür.1.10-cu bəndinə əsasən Sifarişçi (iş üzrə cavabdeh) müqavilədə göstərilən müddət ərzində İcraçının (iş üzrə iddiaçı) müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil verdiyi təmirsiz mənzili 3 (üç) gün müddətində qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.1-ci bəndinə əsasən Sifarişçi söküntüsü nəzərdə tutulan binada ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzili boşaldaraq mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini, mənzilin yüklü olmaması haqqında arayışı, mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi, texniki pasportu təqdim etmək şərti ilə mənzili İcraçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçı mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır. Cavabdeh İddiaçı1 müqavilənin 2.1.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi və 1.3, 2.2.11 və 2.1.14-cü bəndlərinə müvafiq olaraq 18.231 (on səkkiz min iki yüz otuz bır) manat məbləğində borcun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər cavabdeh İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir (lazımınca yerinə yetirilməmişdir). 06 oktyabr 2021-ci ıl tarixli müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Ailə Park" QSC yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi cavabdehin ödənişindən, həmçinin yeni mənzilin təhvil almasından (mənzil təhvil verildikdən sonra kirayə haqqının ödənilməsi dayandırılır) birbaşa asılıdır. Cavabdehdən müqavilədə göstərilən şərtlərlə vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür, QSC maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, cavabdeh İddiaçı1 öhdəliyini yerinə yetirmədiyindən QSC-ni maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır. Belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Əlavə olaraq qeyd etməyi vacib hesab edirlər ki, cavabdehlə xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin o zaman həyat yoldaşı olan İddiaçı2 sökülmüş ünvan 1-də qeydiyyatda olmaqla yanaşı həmin mənzilin yeganə mülkiyyətçisi olmuşdur. Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101- 093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir. İddiaçı2 ilə İddiaçı1 arasında 11 10.2008-ci il tarixdə bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh İddiaçı1 ünvan 1-də yaşamamışdır. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu. Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisinə (1/2 hissədə) yalnız xx.xx.2023-cü il tarixdə çevrilmişdir (hüququ əldə etmişdir). Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-C93013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış təsdiq edir. Beləliklə, göstərilənlərdən aşağıdakılar hasil olunur: cavabdeh İddiaçı1 ünvan 1 dair mülkiyyət hüququnu (1/2 hissədə) xx.xx.2023-cü il tarixdə əldə etməyinə baxmayaraq iddiaçı "xxxx" QSC ilə xx.xx.2021-ci il tarixdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Göründüyü kimi, bu müqavilənin xx.xx.2021-ci il tarixdə bağlanmasına cavabdehin nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki, səlahiyyəti var idi. 06 oktyabr 2021-ci il tarixdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanarkən müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir (müqavilə şərtlərini pozmuşdur) mənzildə qeydiyyatda olan keçmiş həyat yoldaşı İddiaçı2 notarial qaydada təsdiq olunmuş ərizəsi alınmamış və iddiaçıya təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixə tam pay (100%) üzrə mülkiyyətçi İddiaçı2 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ cavabdeh İddiaçı1 tərəfindən kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixdən (2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə) etibarən cavabdeh ünvan 1-də yaşamamışdır. Kirayə haqqı QSC tərəfindən yalnız mənzil (bina) sökülən tarixə kimi orada yaşamış və köçürülmüş sakinlərə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)- 564/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı1 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi” bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin ona təqdim edilməsi öhdəliyi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 06 oktyabr 2021-ci il tarixdən 06 may 2024-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manatdan hesablanmaqla, cəmi 8250 manat (səkkiz min iki yüz əlli) manat kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 47 manatının Cavabdeh QSC-dən tutularaq İddiaçı1 ödənilməsi, mənzil İddiaçı1 təqdim edilənə qədər hər ay 250 manat kirayə haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi, cavabdehin hüquqi varisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş 5-ci binada, Həsənoğlu küçəsinə baxan istiqamətdə (həmin istiqamətdəki liftdən sol tərəfdə) yerləşən 3 pəncərəli, ümumi sahəsi içdən-içə 65,8 kv.m. olan 1 (bir) ədəd təmirsiz (sol qapısı, bütün pəncərələri olmaqla) 2-ci mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyinin "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 01 oktyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək kirayə haqqının (iyul ayı daxil olmaqla) hər ay üçün 500 manat hesablanmaqla 5000 manat və 40 manat dövlət rüsumu İddiaçı2 ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 360 manat xərcin əvəzinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsinin əsası kimi əsasən qeyd edilən tarixlərdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki, səlahiyyəti olmamasına, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququnun İddiaçı1 tərəfindən kobud şəkildə pozulmasına, Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə bağlı ilk növbədə qeyd etmişdir ki, tələb müqavilənin ləğv ilə bağlı olsa da, məzmunu əsasən müqavilələrin etibarsızlığını özündə ehtiva edir. Bundan əlavə, İddiaçı1 ilə müqavilə bağlanan zaman artıq Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 1/2 hissədə payı, İddiaçı2 1/2 hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququnun tanınmasına dair birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri mövcud idi və iş materiallarından göründüyü kimi, müqavilənin bağlanmasından 13 gün sonra xx.xx.2021-ci il tarixdə qətnamə qanuni qüvvəsini almışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5657/2021 saylı qərarı). Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı2 tərəfindən qətnamə mübahisəli mənzil-yəni Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilə dair hissədə deyil, digər hissədə mübahisələndirilmişdir. Bundan da 4 ay sonra İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixli müqavilə bağlanarkən müqavilədə xx.xx.2021-ci il tarixli, 2(005)- 109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində X3 mülkiyyətinə keçəcək 1/2 hissəsinin nəzərə alınması qeyd edilmişdir. Başqa sözlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. və 65.8 kv.m. olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022ci il tarixli müqavilələr bağlayarkən "xxxx" MTK məhkəmə qətnamələrinin mövcudluğundan tam məlumatlı olmaqla, faktiki olaraq tərəflər arasında mənzillə bağlı əmlak bölgüsünə dair məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasa da belə, onun icrası istiqamətində iddiaçıların maraq və mənafeyini nəzərə almışdır və bu halda sonuncuların Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarışın verilməsinin gözlənilməsinə heç bir hüquqi zərurət yox idi. Beləliklə də, mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçıların mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmaması və bu hüququn xx.xx.2023-cü il tarixdə qeydə alınması faktlarının mövcudluğu müqavilənin ləğvi üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmiş və onun özü ilə də eyni məzmunlu 28 fevral 2022-ci il tarixli müqavilə bağlanması sonuncunun 06 oktyabr 2021-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilir. Belə olan vəziyyətdə hazırda qarşılıqlı iddiaçının müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam əsassızdır. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulması ilə bağlı hər hansı mühakimə yürütməsinə Cavabdeh QSC-nin subyektiv hüququ olmamış və yoxdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən məhkəmə bu dəlili də əsassız saymışdır. Məhkəmə həmçinin qarşılıqlı iddianın qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini QSC-yə təqdim edilməməsi ilə müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi (müqavilə şərtlərini pozmaları) kimi dəlillərinə də qiymət verərək bu dəlili də əsassız saymışdır. Belə ki, belə bir razılıq ərizələrinin verilməməsi faktı olsa da, bu tərəflər arasında bağlanmış müqavilənin əsas şərtlərinin yerinə yetirilməsi üçün ciddi maneə yaratmır və işin faktiki, araşdırılmış halları baxımından müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən onlara müqavilələrdə göstərilən mənzil sahələrinin verilməsinə bir-birilərinə qarşı heç bir formada etirazları yoxdur. Başqa sözlə, müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi müqavilələrin ləğv edilməsi üçün ciddi hüquqi əsas deyildir. Bundan əlavə, qarşılıqlı iddiaçı öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsini qeyd etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən də müqavilə şərtlərinə riayət edilməməsi halları mövcuddur. Belə ki, İddiaçı1 ilə bağlanmış müqavilədə oxdan-oxa 48.7 kv.m. olan təmirsiz mənzili tikib ona təhvil verilməsi göstərilsə də, ASC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Halbuki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında "xxxx" QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələblərinin baxımından İddiaçı1 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı2 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli Müqavilədə də mənzilin mərtəbəsi göstərilməmiş və QSC tərəfindən də müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında "xxxx" QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələblərinin baxımından İddiaçı2 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur. Bundan əlavə, İddiaçı1 ilə bağlanmış müqavilənin 1.3 və 2.1.14-cü bəndlərinə əsasən o mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh QSC- tərəfindən tikilib təhvil veriləcək təmirsiz mənzili qəbul etməklə yanaşı 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsi isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-nin ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtindən də göründüyü kimi, 18.231 manat məbləğində pul İddiaçı1 tərəfindən iki dəfəyə, yəni, əvvəlcə pulun 50% (əlli) faiz hissəsini notarial qaydada, sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-yə ödəməli idi. Lakin müəyyən edilmişdir ki, İddiaçı1 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada alınması üçün Cavabdeh QSC- tərəfindən heç bir rəsmi tədbir görülməmiş, Cavabdeh QSC-nin notariat ofisinin depozit hesabı barədə məlumat verilməmişdir. Göründüyü kimi, İddiaçı1 tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməməsinin səbəbkarlarından biri də Cavabdeh QSC-i özüdür. Məhkəmə bu qənaətə gələrkən işin bu halını nəzərə almışdır ki, İddiaçı1 tərəfindən keçən illər ərzində sözügedən öhdəlik yerinə yetirilmədiyi halda Cavabdeh QSC-yə müqavilənin bağlanmasından sonra ağlabatan müddət ərzində bu əsasla müqavilənin ləğvi ilə bağlı müvafiq iddia qaldırılmasına maneə olan halların olması müəyyən edilməmişdir. Halbuki, müqavilənin 2.2.12-ci bəndinə əsasən İcraçı Sifarişçidən 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-nin ödənilməsi tələb etməsi onun hüquq və vəzifələrindən biridir. Məhkəmə daha sonra qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə C.Həcərova ilə aparılmış danışıqlarla (səs yazısı və ekran görüntüsü) bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçıya müxtəlif mənzillərin eskiz layihələrinin göndərilməsi "xxxx"” QSC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi qənaətinə gəlmək üçün kifayət etmir. Qarşılıqlı iddiaçı tərəf də nəyə görə hazırki iddiasını H.Cəfəronanın və İddiaçı2 ona qarşı iddia qaldırdıqdan sonra qaldırmasına dair dəlillərini əsaslandıra bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia qaldırmaq Cavabdeh QSC-nin prosessual qanunvericilik üzrə hüququ olsa da, iddiada qoyulan tələblərin əsaslı olması üçün ilk şərt onun vaxtında və əsaslandırılmış şəkildə qaldırılmasından asılıdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi üçün ciddi əsasların olmasını təsdiq edən mötəbər sübutlar əsasında iddia müqavilə şərtlərinin müqavilə tərəfi olan şəxsin ardıcıl hərəkətsizliyi fonunda verilməli idi. Lakin hazırki iş üzrə İddiaçı1 müqavilə üzrə öhdəliklərinin qəsdən və ya bilərəkdən yerinə yetirməməsi faktı və belə niyyətinin olması müəyyən edilməmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi, götürülmüş öhdəliklərin icrası qarşılıqlı surətdə razılaşdırılmış qaydada həyata keçirilmək yolu ilə baş verməli idi. Müəyyən edilmişdir ki, Cavabdeh QSC-i tərəfindən İddiaçı1 sökülmüş olan ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə "xxxx" QSC tərəfindən inşa edilən yeni 5 saylı binada sökülmüş 54.90 kv m. mənzilin əvəzinə 65.8 kv.m olan mənzili mülkiyyətçi İddiaçı2 verilməsi, boşanma qətnaməsini nəzərə alınaraq İddiaçı1 da eyni mənzilin (1/2 hissə məxsus olmaqla) təhvil verilməsi, sözügedən mənzilin 1/2 hissə olaraq ona təhvil verilməsi məqsədləri vardır və bununla bağlı müvafiq xəbərdarlıq məktubu da ünvanlanmışdır. Məhkəmə işin faktiki və araşdırılmış halları baxımından Cavabdeh QSC- nin iddiaçılarla bağlanmış müqavilələrin məhkəmə qaydasında ləğv edilmədiyi halda qeyd edilənlərlə bağlı hərəkətlərini qanunsuz saymışdır və Cavabdeh QSC-nin qarşılıqlı iddialarını tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınması məqsədi ilə verilmiş iddialar kimi qiymətləndirmiş, əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlmişdir. Qarşılıqlı iddiaçının “müqavilənin ləğvi” tələbi təmin edilmədiyindən, ondan irəli gələn digər tələb – bazar qiymətinin 1/2 hissədə kompensasiya edilməsi tələbinə dair iddiası da təmin edilməməlidir. Məhkəmə İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddialar üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaşayış sahələrini iddiaçılara təhvil verməlidir. Beləliklə, Mülki Məcəllənin 5.3cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh iddiaçılara müqavilələrdə nəzərdə tutulmuş mənzilləri təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilələrin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini icra etməmiş, öz öhdəliklərini icra etməməklə iddiaçıların hüquqlarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mənzillərlə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Lakin məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbinin əsaslı olduğu üçün tam təmin edilməsi nəticəsinə gəlsə də, digər İddiaçı1 tələbinin tələbinin qismən təmin edilməli olmasını hesab etmişdir. Məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 "xxxx" QSC-nin əməkdaşı ilə “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə apardığı danışığın ekran görüntüsü ilə bağlı məhkəmə qeyd etmişdir ki, danışıqlar 2022-ci ilin yanvar ayında baş tutmuş, tərəflər arasında müqavilə isə fevral ayında bağlanmışdır. Belə olan təqdirdə həmin danışıqlarların məzmunu mübahisənin həlli üçün hər hansı rol oynamır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi göstərilməmiş və bu hal keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilk növbədə cavabdehin hüquqi varisi olduğu, "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 manat məbləğində pul ödənilməklə, daha sonra ona Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin təqdim edilməsi öhdəliyi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi isə sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir. Kirayə haqqı tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manat nəzərdə tutulduğundan tələbin 500 və 600 manat kirayə haqqı hissələri əsaslı sayıla bilməz. Həmçinin məhkəmə tələbin mənəvi zərərin tutulması ilə bağlı hissəsi ilə qeyd etmişdir ki, İddiaçı1 məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh şəxslərin qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında belə bir hal aşkara çıxmadığından həmin hissədə də iddia tələbi rədd edilməlidir. Qətnamədən narazı qalan İddiaçı1 və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələblərinin tam şəkildə təmin edilməsi daha ədalətli, qanunun tələblərinə daha müvafiq olardı. Belə ki, cavabdeh onun köməksizliyindən, qadın olmasından istifadə edərək onunla müqavilə bağlayarkən müqaviləyə onun hüqularının pozulması ilə nəticələnən bir sıra bəndlər daxil etmişdir. Məsələn birinci instansiya məhkəməsində ona məlum olmuşdur ki, iddiaçı sökülən mənzildən onunla eyni paya 1/2 hissəyə malik keçmiş həyat yoldaşı ilə bağladığı 28 fevral 2022-ci il tarixli müqavilədə ona 65,8 kv.m sahəyə malik mənzil verməsini öhdəsinə götürmüşdür. Ona isə 48,7 kv.m sahəyə malik mənzil verilməsini müqaviləyə daxil etmişdir. Özü də keçmiş həyat yoldaşı ilə bağladığı müqavilədə ona 65,8 kv.m sahəyə malik mənzil vermək öhdəliyi götürsə də keçmiş həyat yoldaşının iddiaçıya hər hansı məbləğ ödəmək öhdəliyi nəzərdə tutulmamışdır. Halbuki iddiaçının onunla bağladığı müqavilədə 1/2 hissədə ona məxsus olan mənzilin yerləşdiyi sökülmüş binanın yerində tikilən binadan ona 48.7 kv.m sahəyə malik mənzil vermək qarşılığında tərəfindən 18.231 manat məbləğində pul ödənilməsini müqaviləyə daxil ediblər. Bundan başqa iddiaçı ilə aralarında bağlanmış 06 oktyabr 2021ci il tarixli müqaviləyə yeni tiklimiş binada 3 nəfər ailə tərkibi (özü və iki övladı) ilə ona mənzil təhvil verilənədək hər ay 250 manat kiyayə haqqı ödənilməsi bəndini daxil ediblər. Halbuki, onunla eyni paya, hüquqa malik keçmiş həyat yoldaşına mənzil təhvil verilənədək 500 manat verilməsini razılaşdırıblar. Onda olan məlumata görə şirkət tərəfindən sökülən bina sakinlərindən ondan savayı heç kimə 250 manat kirayə haqqı verilməsi bəndi müqavilələrə daxil edilməyib. Digər tərəfdən müqavilənin kirayə haqqı ilə bağlı onsuz da haqsız və ədalətsiz olan şərti də iddiaçı tərəfindən bu günədək yerinə yetirilməmişdir. Yəni iddiaçı tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq kirayə pulu bu günədək ona verilməyərək özlərində saxlanmış, bu hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşlar. İddiaçı ilə aralarında olan müqavilənin şərtinə görə iddiaçı 06 oktyabr 2023-cü il tarixdək müqavilədə nəzərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin göründüyü kimi artıq bir il olacaq ki, cavabdeh ona mənzilin verilməsini təmin etmir. Əvəzində yenə də maddi və mənəvi ziyana məruz qalır. Məhz cavabdehin qanunsuz hərəkətləri, müqavilə şərtlərini yerinə yetirməməsi səbəbindən iddia ərizəsində cavabdeh tərəfindən 06 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2023-cü il tarixə kimi hər ay kirayə haqqı kimi 250 manat yox, 500 manatdan hesablanmaqla 12000 manat, 06 oktyabr 2023-cü il tarixdən 06 iyul 2024-cü il tarixə kimi 600 manatdan hesablanmaqla 5400 manat, mənzil ona təqdim edilənədək isə hər ay 600 manat kirayə haqqının hesablanıb ona ödənilməsini xahiş etmiş və hesab etmişdir ki, iddia tələbləri ədalətli və qanunun tələblərinə uyğundur. Qeyd edilən dövrdə müvafiq mənzillərin kirayə haqqının iddia ərizəsində göstərdiyi məbləğə uyğun olması ilə bağlı “Lex Fori” hüquq və qiymətləndirmə şirkətinin verdiyi arayışı da birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin nədənsə birinci instansiya məhkəməsi onun haqlı, ədalətli və qanunun tələblərinə uyğun olan iddia tələblərini tam yox, qismən təmin etməyə üstünlük vermişdir. Birinci instansiya məhkəməsinin 15000 manat mənəvi zərərin cavabdehdən tutulub ona ödənilməsini təmin etməməsini də ədalətsiz və qanunsuz sayır. Hesab edir ki, cavabdehin təqsiri üzündən 2 azyaşlı övladı ilə artıq 3 ilə yaxındır ki, evsiz qalmışdır, onun bunun evində qalır. Dəfələrlə cavabdehə müraciət edərək mənzilin verilməsinin təmin olunmasını, kirayə haqqının ödənilməsini istəmiş, lakin cavabdehin nümayəndələri tərəfindən təhqirlərə məruz qalmış, aldadılmışdır Onların təqsiri üzündən uşaqları ilə birlikdə həm maddi, həm də mənəvi sarsıntılara, məhrumiyyətlərə məruz qalmışdır. Məgər bütün bunlar əsas vermir ki, böyük bir şirkət, hüquqi şəxs bir sadə vətəndaşın, bir Azərbaycan qadınının başına gətirdiyi bu oyunlara görə məsuliyyət daşısın. Ona vurduğu maddi və mənəvi zərərə görə cavabdehlik daşısın. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etdiyi bu faktların üzərindən sükutla keçib, nəyə görə iddia tələblərini tam təmin etməyib, dolğun, ətraflı əsaslandırmayıb. Müqavilə tərtib edilərkən onu aldatdıqlarını, müqavilə şərtlərində onun hüquqlarını kobud şəkildə pozduqlarını bir tərəfə, axı cavabdeh 06 oktyabr 2021-ci ildən indiyədək ona ödəməli olduğu kirayə haqqını özündə saxlayıb ödəməyib. Digər tərəfdən hazırda həmin ərazidə 600 manatdan aşağı məbləğdə 1 və ya 2 otaqlı kirayə mənzil yoxdur. Belə olan halda birinci inctansiya məhkəməsinin kirayə haqqı ilə bağlı iddia tələbini tam təmin etməməsi nə dərəcədə haqqa, ədalətə, qanunun tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra xırda yanlışlıqlara da yol vermişdir. Məsələn məhkəməyə təqdim etdiyi son iddia ərizəsinə əlavədə 06 oktyabr 2023-cü ildən 06 iyul 2024-cü ilə kimi ödənilməmiş kirayə haqqının hesablanıb ödənilməsini xahiş etmiş. Lakin məhkəmə qətnaməsində 06 may 2024-cü ilə kimi kirəyə haqqının hesablanıb ödənilməsini göstərmişdir. Cavabdeh tərəfindən ona qarşı yol verdiyi mülki və inzibati qanunvericiliyin tələblərinin pozulmasıyla yanaşı, onun cinayət qanunvericliyi ilə təqib olunan hərəkətlərə də yol verməsi qənaətindədir. Belə ki, cavabdeh tərəf guya ki, ona 12 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubu göndərməsi barədə məhkəməyə sübut təqdim etmişdir. Qeyd olunan məktubun və poçt göndərişinin saxta olması ilə bağlı təkzibedilməz dəlillər olduğu üçün birinci instansiya məhkəməsində icraat zamanı vəkili tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanmışdır. Sorğuya verilən cavab məktubunda cavabdehin və 1 Saylı PF-nın 1 saylı PŞ-sinin əməkdaşının qanunsuz əməllərə yol verdiyi və məsələnin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə Azarbaycan Respublikası Prokurorluq orqanlarına müraciət olunduğu bildirilmişdir. Məhkəmə prosesində sübut edilmişdir ki, qeyd olunan xəbərdarlıq məktubu poçt göndərişinin üzərində olan 12 aprel 2022-ci il tarixdə yox, 2023-cü ilin oktyabr ayından sonra ona göndərilməsi görüntüsü yaratmağa cəhd edilmiş və bunun üçün poçt əməkdaşı ilə qanunsuz əlaqəyə girilmişdir. Cavabdehin əməllərində Azərbaycan Respublikası CM-nin bu və bir sıra digər maddələrinin tərkib hisssələri olması ehtimalını nəzərə alaraq cavabdehin barəsində xüsusi qərardad qəbul edilməsi və prokurorluq orqanlarına göndərilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi əsasız hesab etdiyi arqumentlər gətirərək xüsusi qərardad qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin bu yanaşması da düzgün və qəbul edilən deyil. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin onun iddia tələblərinin qismən təmin olunması hissəsində ləğv olunmalı və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə tələb, iddia ərizəsinin dəlilləri (məzmunu) və hüquqi əsasları müqavilələrin ləğv edilməsini ehtiva edir. İlkin iddia ərizələrinə etirazda göstərilənlər isə müqavilələrin etibarsızlığını ehtiva edir. Digər tərəfdən birinci instansiya məhkəməsi qətnamədə ziddiyyətli şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin digər qətnamələr (sadaladığı) əsasında bölünərək əmlakın paylı (1/2 hissədə) mülkiyyətə çevrilməsini vacib hesab etdiyi halda sözügedən müqavilələrin bağlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarış verilməsini (müvafiq hüququn yaranmasını) gözlənilməsinə heç bir hüquqi zərurətin olmadığını qeyd etmişdir. Bundan əlavə qeyd edilən və mübahisə edilməyən xüsusat qeyd edildiyi kimi müqavilələrin ləğvi üçün deyil, müqavilələrin etibarsızlığı üçün əsas olmaqla onlardan irəli gələn ilkin iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Belə olan vəziyyətdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam olaraq əsaslıdır. Bundan başqa ilkin İddiaçı1 məhkəmə iclas zalında özü də etiraf etmişdir ki, digər İddiaçı2la ailə münasibətləri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edildiyi tarixdən əvvəl pozulmuş və İddiaçı1 orada qeyd edilən müddətdən etibarən yaşamamışdır, uşaqları ilə birlikdə kirayə götürdüyü mənzildə hal-hazıra kimi yaşayır. İddiaçı1 müqavilənin 2.1.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi və 1.3, 2.2.11 və 2.1.14-cü bəndlərinə müvafiq olaraq 18.231 (on səkkiz min iki yüz otuz bir) manat məbləğində borcun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş və yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər İddiaçı1 tərəfindən yerinə yetirilməmişdir. Həmçinin İddiaçı2 müqavilənin 1.3, 2.1.10, 2.2.11-ci bəndlərinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə QSC tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər İddiaçı2 tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçıların müqavilələrdən irəli gələn bütün öhdəliklərin icra edilməməsinin səbəbkarı kimi Cavabdeh QSC hesab etməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 müqavilə şərtlərinin (öhdəliklərinin) yerinə yetirilməsindən azad etmişdir. Göstərilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ilkin iddia ərizəsinin təmin edilən hissəsində və birləşmiş iş üzrə iddia ərizəsinin tam olaraq rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi-vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətinin müdafiə edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin müdafiə edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi-vəkili Vəkil İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin - tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki,iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış münasibətlərin podrat müqavilə münasibətləri olmaqla hər iki tərəfin iddia tələbinin əsası kimi müqavilə şərtlərinin yerinə yetirilməməsinə istinad etməsini və qarşılıqlı iddianın da məhz həmin əsaslar da daxil olmaqla digər qanunvericilik tələblərinin pozulması əsası ilə bağlanmış müqavilələrin ləğvini tələb etməsini, ilkin iddiaların hüquqi taleyinin qarşılıqlı iddiaya veriləcək hüquqi qiymətlə bağlı olmasını nəzərə alaraq ilkin olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri sayır. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsinin əsası kimi qeyd edilən tarixlərdə müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ), nə də ki, səlahiyyəti olmamasına, İddiaçı1 ilə MTK arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzilin tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulmasına, Nərimanov rayon Məhkəməsinin 2(005)- 213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsini irəli sürsə də, birinci instansiya məhkəməsi haqlı olaraq həmin tələblərin məzmununa əsasən müqavilələrin ləğvini deyil, onların etibarsızlığını özündə ehtiva etməsini düzgün vurğulamışdır. Belə ki, qanunvericiliyə görə müqavilənin ləğv edilməsi dedikdə onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının tələbində irəli sürdüyü dəlillər xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ləğv edilməsi üçün hüquqi əsaslar olmamışdır. Belə ki, İddiaçı1 ilə müqavilə bağlanan zaman artıq Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə İddiaçı1 1/2 hissədə payı, İddiaçı2 1/2 hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınmasına dair birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri mövcud idi və iş materiallarından göründüyü kimi, müqavilənin bağlanmasından sonra xx.xx.2021-ci il tarixdə qətnamə qanuni qüvvəsini almışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5657/2021 saylı qərarı). Digər tərəfdən İddiaçı2 tərəfindən həmin işdə qətnamə mübahisəli mənzil, yəni ünvan 2 ünvanında yerləşən 28 nömrəli mənzilə dair hissədə deyil, digər hissədə mübahisələndirilmişdir. Bundan da 4 ay sonra İddiaçı2 ilə 28 fevral 2022-ci il tarixli müqavilə bağlanarkən müqavilədə xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 saylı qətnaməyə uyğun olaraq, əmlak bölgüsü nəticəsində İddiaçı2 mülkiyyətinə keçəcək 1/2 hissəsi nəzərə alınması qeyd edilmişdir. Başqa sözlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksində sahəsi 48.7 kv.m. və 65.8 kv.m. olan təmirsiz mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli və 28 fevral 2022-ci il tarixli müqavilələr bağlayarkən "xxxx" MTK məhkəmə qətnamələrinin mövcudluğundan tam məlumatlı olmaqla, faktiki olaraq tərəflər arasında mənzillə bağlı əmlak bölgüsünə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almasa belə, onun icrası istiqamətində iddiaçıların maraq və mənafeyini nəzərə almışdır. Bu halda sonuncuların Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla müvafiq çıxarış verilməsinin gözlənilməsinə heç bir hüquqi zərurət olmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilə bağlanan zaman iddiaçıların mənzilin paylı mülkiyyətçisi kimi mülkiyyət hüquqlarının (1/2 hissədə) qeydə alınmaması və bu hüququn xx.xx.2023-cü il tarixdə qeydə alınması faktlarının mövcudluğu müqavilənin ləğvi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 ilə Cavabdeh QSC (keçmiş Cavabdeh MTK) arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmiş və onun özü ilə də eyni məzmunlu 28 fevral 2022-ci il tarixli müqavilə bağlanması sonuncunun 06 oktyabr 2021-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan hazırda qarşılıqlı iddiaçının müqavilələrin bağlanmasına İddiaçı2 və İddiaçı1 1/2 hissəsində mülkiyyət hüququ olmadıqları halda səlahiyyəti olmamalarına dair dəlilləri tam əsassızdır. Eyni zamanda İddiaçı2 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ İddiaçı1 tərəfindən kobud şəkildə pozulması ilə bağlı hər hansı mühakimə yürütməsinə Cavabdeh QSC-nin subyektiv hüququ olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də kollegiya razılaşır. Belə ki, İddiaçı1 ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə həmin mənzil tam pay (100%) üzrə İddiaçı2 mülkiyyətində olmuşdur. Beləliklə, Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul tarixindən, hətta bu tarixdən əvvəl də İddiaçı1 mübahisəli mənzildə yaşamamasına dair dəlilləri ilə qarşılıqlı iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut növü təqdim etmədiyindən həmin dəlillər əsassızdır. Həmçinin, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini QSC-yə təqdim edilməməsi ilə müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi (müqavilə şərtlərini pozmaları) kimi dəlillərinə də qiymət verərək düzgün olaraq qeyd etmişdir ki, bu dəlil də əsassızdır. Belə ki, belə bir razılıq ərizələrinin verilməməsi faktı olsa da, bu tərəflər arasında bağlanmış müqavilənin əsas şərtlərinin yerinə yetirilməsi üçün ciddi maneə yaratmır və işin faktiki, araşdırılmış halları baxımından müəyyən edilmişdir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən onlara müqavilələrdə göstərilən mənzil sahələrinin verilməsinə bir-birilərinə qarşı heç bir formada etirazları yoxdur. Başqa sözlə, müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsi müqavilələrin ləğv edilməsi üçün ciddi hüquqi əsas deyildir. Bundan əlavə, qarşılıqlı iddiaçı öhdəliklərin İddiaçı2 və İddiaçı1 tərəfindən yerinə yetirilməməsini qeyd etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən də müqavilə şərtlərinə riayət edilməməsi halları mövcuddur. Belə ki, İddiaçı1 ilə bağlanmış müqavilədə oxdan-oxa 48.7 kv.m. olan təmirsiz mənzili tikib ona təhvil verilməsi göstərilsə də, ASC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Halbuki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında "xxxx" QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələblərinin baxımından İddiaçı1 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında "xxxx" QSC-nin nümayəndəsi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin artıq qalmadığını və hamısının satıldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki Bakı şəhəri, "xxxx" QSC tərəfindən tikilən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binalarda yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin hazırda olubolmaması müəyyən edilməsi, (bloku, mərtəbəsi qeyd edilməklə və yerləşmə yeri nəzərə alınmaqla) eləcə də, Bakı şəhəri, "xxxx" QSC tərəfindən tikilən Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binalarda yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin hazırki bazar qiyməti (yerləşmə istiqaməti nəzərə alınmaqla) nə qədər təşkil edilməsinin (hər kv.m qiyməti qeyd edilməklə) müəyyən edilməsi məqsədi ilə kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə audit rəyi alınmaqla ekspertiza təyin edilməsi qərara alınmış, həmin qərardadın icrası barədə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən xx.xx.2025-ci il tarixdə sərəncam verilmiş, sözügedən sərəncamın əsasında isə xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, yerində baxış zamanı Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində çoxmərtəbəli binalar inşa edildiyi müəyyən edildi. Lakin MTK-nın nümayəndəsi binanın layihəsini təqdim etmədiyindən, mənzillərin sahəsini öyrənməyə şərait yaratmadığından 48,7 kv.metr mənzilin mövcud olub-ollmamasını müəyyən etmək mümkün olmamışdır. Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində yerləşən Cavabdeh MTK-nın inşa etdiyi binalarda mənzilin orta bazar qiymətinin (təmirsiz) hər 1 kv.metrinin qiyməti 3300 manat olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında 28 fevral 2022-ci İl tarixli müqavilədə də mənzilin mərtəbəsi göstərilməmiş və QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, həmin bəndə əsasən mənzilin yerləşdiyi mərtəbəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. İş materiallarında "xxxx" QSC tərəfindən müqavilənin 1.2-ci bəndinin tələblərinin baxımından İddiaçı2 verilməli olan mənzilin yerləşdiyi mərtəbəsi ilə bağlı püşkatmaya dəvət edilməsini təsdiq edən sübutlar yoxdur. Bundan əlavə, İddiaçı1 ilə bağlanmış müqavilənin 1.3 və 2.1.14-cü bəndlərinə əsasən o, mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh QSC-tərəfindən tikilib təhvil veriləcək təmirsiz mənzili qəbul etməklə yanaşı 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsi isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-nin ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtindən də göründüyü kimi, 18.231 manat məbləğində pul İddiaçı1 tərəfindən iki dəfəyə, yəni, əvvəlcə pulun 50% (əlli) faiz hissəsini notarial qaydada, sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-yə ödəməli idi. Lakin müəyyən edilmişdir ki, İddiaçı1 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada alınması üçün Cavabdeh QSC- tərəfindən heç bir rəsmi tədbir görülməmiş, Cavabdeh QSC-nin notariat ofisinin depozit hesabı barədə məlumat verilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, notarial qaydada hər hansı əməliyyat aparılması üçün hüquqi müəyyən edən sənəd yəni mənzilin çıxarışı olmalı idi. Halbuki, qeyd edilən mənzilə dair çıxarış 2023-cü ildə verilmişdir və kollegiya qeyd edir ki, Cavabdeh MTK İddiaçı1 ilə sözügedən müqaviləni bağlayarkən mənzilin çıxarışının olmamasını və yalnız bu halda notarial əməliyyatının aparılmasının mümkünlüyünü nəzərə almalı idi. Göründüyü kimi, İddiaçı1 tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməməsinin səbəbkarlarından biri də Cavabdeh QSC özüdür. Məhkəmə bu qənaətə gələrkən işin bu halını da nəzərə almışdır ki, İddiaçı1 tərəfindən keçən illər ərzində sözügedən öhdəlik yerinə yetirilmədiyi halda Cavabdeh QSC-yə müqavilənin bağlanmasından sonra ağlabatan müddət ərzində bu əsasla müqavilənin ləğvi ilə bağlı müvafiq iddia qaldırılmasına maneə olan halların olması müəyyən edilməmişdir. Halbuki, müqavilənin 2.2.12-ci bəndinə əsasən icraçı sifarişçidən 18.231 manat məbləğində pulun 50% (əlli) faiz hissəsini notarial qaydada bağlandığı gün, qalan 50% (əlli) faiz hissəsini isə notarial qaydada müqavilə bağlandıqdan sonra 6 ay ərzində notariat ofisinin depozit hesabı vasitəsi ilə Cavabdeh QSC-nin ödənilməsini tələb etmək onun hüquq idi. Digər tərəfdən ilkin iddia üzrə iddiaçıya müxtəlif mənzillərin eskiz layihələrinin göndərilməsi "xxxx" QSC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaçı tərəfin nəyə görə hazırki iddiasını İddiaçı1 və İddiaçı2 ona qarşı iddia qaldırdıqdan sonra qaldırmasına dair kollegiyanın iclasında bunun onların prosessual hüquqları olması kimi əsaslandırmalarına qiymət verərək, bu izahatın əsaslandırılmış hal olmadığını qeyd edir və buna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, qarşılıqlı iddia qaldırmaq Cavabdeh QSC-nin prosessual qanunvericilik üzrə hüququ olsa da, iddiada qoyulan tələblərin əsaslı olması üçün ilk şərt onun vaxtında və əsaslandırılmış şəkildə qaldırılmasından asılıdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi üçün ciddi əsasların olmasını təsdiq edən mötəbər sübutlar əsasında iddia müqavilə şərtlərinin müqavilə tərəfi olan şəxsin ardıcıl hərəkətsizliyi fonunda verilməli idi. Lakin hazırki iş üzrə İddiaçı1 müqavilə üzrə öhdəliklərinin qəsdən və ya bilərəkdən yerinə yetirməməsi faktı və belə niyyətinin olması müəyyən edilməmişdir. Müqavilə şərtlərindən də göründüyü kimi, götürülmüş öhdəliklərin icrası qarşılıqlı surətdə razılaşdırılmış qaydada həyata keçirilmək yolu ilə baş verməli idi. Müəyyən edilmişdir ki, Cavabdeh QSC tərəfindən İddiaçı1 sökülmüş olan ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə "xxxx" QSC tərəfindən inşa edilən yeni 5 saylı binada sökülmüş 54.90 kv m. mənzilin əvəzinə 65.8 kv.m olan mənzili mülkiyyətçi İddiaçı2 verilməsi, nikahın pozulması qətnaməsini nəzərə alınaraq İddiaçı1 da eyni mənzil (1/2 hissə məxsus olmaqla) təhvil verilməsi və sözügedən mənzilin 1/2 hissə olaraq ona təhvil verilməsi məqsədləri vardır və bununla bağlı müvafiq xəbərdarlıq məktubu da ünvanlanmışlar, lakin həmin məktubların göndərilməsi və ünvanına çatmasına dair izahatlar iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Milli Operatorun məktubunun məzmunu baxımından ziddiyyətli və qeyri müəyyən olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki və araşdırılmış halları baxımından Cavabdeh QSC-nin iddiaçılarla bağlanmış müqavilələrinin məhkəmə qaydasında ləğv edilmədiyi halda qeyd edilənlərlə bağlı hərəkətlərini düzgün olaraq qanunsuz saymış və Cavabdeh QSC-nin qarşılıqlı iddialarını tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınması məqsədi ilə verilmiş iddialar kimi qiymətləndirmiş, əsassız olduğu üçün rədd edilməsi, eləcə də qarşılıqlı iddiaçının “müqavilənin ləğvi” tələbi təmin edilmədiyindən, ondan irəli gələn digər tələb, bazar qiymətinin 1/2 hissədə kompensasiya edilməsi tələbinə dair iddiası da təmin edilməməli olmasına dair nəticəsi düz olmuşdur. İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd edilməlidir ki, iddiaları üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaşayış sahələrini iddiaçılara təhvil verməlidir. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh iddiaçılara müqavilələrdə nəzərdə tutulmuş mənzilləri təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilələrin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini icra etməmiş, öz öhdəliklərini icra etməməklə iddiaçıların hüquqlarını pozmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbinin əsaslı olduğu üçün tam təmin edilməsi nəticəsinə gəlmiş, həmçinin digər İddiaçı1 tələbinin qismən təmin edilməli olmasını da düzgün hesab etmişdir. Belə ki, birləşdirilmiş iş üzrə İddiaçı2 "xxxx" QSC-nin əməkdaşı ilə “Whatsapp” mesajlaşma xidməti vasitəsilə apardığı danışıqlar 2022-ci ilin yanvar ayında baş tutmuş, tərəflər arasında müqavilə isə fevral ayında bağlanmışdır. Belə olan təqdirdə həmin danışıqlarların məzmunu mübahisənin həlli üçün hər hansı rol oynamır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi göstərilməmiş və bu hal keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, ilk növbədə cavabdehin hüquqi varisi olduğu, "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə müvafiq olaraq İddiaçı1 tərəfindən 18.231 manat məbləğində pul ödənilməklə, daha sonra ona Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində tikilmiş binada yerləşən ümumi sahəsi 48,7 kv.m sahəyə malik olan bir ədəd təmirsiz mənzilin təqdim edilməsi öhdəliyi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, mənzilin yerləşdiyi mərtəbəsi və mənzilin nömrəsi isə sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən edilməlidir. Kirayə haqqı tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manat nəzərdə tutulduğundan tələbin 500 və 600 manat kirayə haqqı hissələri əsaslı sayıla bilməz. Məhz bu əsaslarla razılaşan apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi kirayə haqqının məbləğini tərəflər arasında müəyyən edilmiş müqavilə şərtləri əsasında düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kirayə haqqının 06 oktyabr 2023-cü il tarixdən 06 iyul 2024-cü il tarixə kimi 600 manatdan hesablanıb ona ödənilməsi ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi 06 oktyabr 2021-ci il tarixdən 06 may 2024-cü il tarixə kimi ödənilməmiş kirayə haqqının əvəzinə hər ay 250 (iki yüz əlli) manatdan hesablanması ilə yanaşı mənzil İddiaçı1 təqdim edilənə qədər hər ay 250 manat kirayə haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunmasını da nəzərə almışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tələbin mənəvi zərərin tutulması hissəsi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, İddiaçı1 məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti düzdür. Bundan başqa iddiaçı tələbində - cavabdeh şəxslərin qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu tələbin hüquqi mahiyyət etibarı ilə prosessual vəsatət olmaqla Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilməsi, yəni məhkəmənin bu məsələdə tərəflərin vəsatətindən asılı olmamasını və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilməsini düzgün qeyd etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin faktiki halları ilə belə bir halın aşkara çıxmaması əsası ilə həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə nəticəsi düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi faktiki olaraq prosessual vəsatət kimi qiymətləndirdiyi məsələyə iddia tələbi kimi qiymət verməməli idi. Məhkəmə kollegiyası tərəfindən işin faktiki halları üzrə tərəflərə "xxxx" MMC vasitəsilə xəbərdarlıq məktubları göndərilməsi ilə əlaqədar cavabdeh şəxslərin hərəkətlərində cinayət əlamətləri olmasına dair iddiaçı tərəfindən tələbində irəli sürülən prosessual vəsatətə Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri qismən əsaslı, "xxxx" Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, İddiaçı1 müqavilə tərtib edilərkən aldadıldığını və müqavilə şərtlərində onun hüquqlarını kobud şəkildə pozulduğunu bildirsə də iş materialları ilə həmin hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddiaçılar tərəfindən öhdəliklərinin yerinə yetirilməməsini bildirsə də, həmin dəlillərə münasibətdə mötəbər sübutlar təqdim edilməmiş, iş materialları ilə iddiaçıların müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəf təyin edilmiş audit yoxlaması zamanı tələb edilən zəruri sənədləri təqdim etməməklə, bir daha öz şikayətinin, eləcə də tələbinin əsası kimi istinad etdiyi halların əsassız olmasını bir növ təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə yuxarıda qeyd edilən prosessual vəsatət istisna olmaqla düzgün qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. (yuxarıda qeyd edilən prosessual vəsatət istisna olmaqla) Yuxarıda qeyd edilən prosessual vəsatət istisna olmaqla iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi xüsusi qərardadla bağlı prosessual vəsatətə tələb kimi qiymət verilən hissədə ləğv olunmalı, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər (yuxarıda qeyd edilən prosessual vəsatət istisna olmaqla) mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi (yuxarıda qeyd edilən prosessual vəsatət istisna olmaqla) üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Audit rəyinin alınması üçün nəzərdə tutulmuş 5900 manat məbləğində pul vəsaiti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “X6 Konsaltinq” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)- 564/2024 nömrəli qətnaməsi xüsusi qərardad çıxarılmasına dair tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2(005)- 564/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Audit rəyinin alınması üçün nəzərdə tutulmuş 5900 manat məbləğində pul vəsaiti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “X6 Konsaltinq” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar