Məhkəmə qərarları › İş №2(103)-4090/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4090/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4090/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminliyə xitam verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-918/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli 40301***-*******01L nömrəli əlavə razılaşma üzrə iddiaçının zaminliyinə xitam verilsin və mənəvi zərərin əvəzi kimi 15.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikaytinin əsaslı olduğunu bildirdi. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı (zamin) ilə cavabdeh (kredit verənin) arasında xx.xx.2021-ci il tarixli 40FİZAM128002701 nömrəli zaminlik müqaviləsi bağlanıb (iş v. 12). Həmin müqavilədə zaminliklə təmin edilə öhdəlik belə göstərilib: borclu X1 xx.xx.2021-ci il tarixli 40301***- *******01l nömrəli əsas kredit limiti razılaşmasına əsasən 300.000 manat məbləğində, illik faiz dərəcəsi 30 faizdən artıq olmamaq şərtilə 120 ay müddətində (xx.xx.2031-ci ilədək) açılmış kredit limiti. Əsas kredit limiti razılaşması iş materiallarına əlavə edilib (iş v. 28). Əsas kredit limiti razılşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 40301***-*******01L nömrəli kredit razılaşmasına görə, 50.000 manat, illik 18 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək borcalana verilir (iş v. 13). İşdə 2 tələb var: 1) zaminliyin xitamı; 2) mənəvi zərərin əvəzinin ödənilməsi. 1-ci tələb, yəni zaminliyə xitam verilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. İddiaçı zaminliklə təmin etdiyi öhdəlik dəyişdirilməyib, yəni xx.xx.2023-cü il tarixli 40301***-*******01L nömrəli kredit razılaşması ilə verilən kreditin məbləği, faizi və müddəti əsas kredit limiti razılşmasında müyyən edilmiş məbləği, faizi və müddəti aşmayıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi təmin etməyib. 2-ci tələb, yəni mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçıya mənəvi zərər vurulduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi təmin etməyib. Bələliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 918/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar