Məhkəmə qərarları › İş №2(103)-4096/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4096/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4096/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasımova (Məmmədova) Hüsniyyə Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə isə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. İlk iddia üzrə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. Həmin qətnamədən iddiaçı narazı qalaraq, kassasiya şikayəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsindən sorğu daxil olaraq, hazırki mülki iş üzrə İddiaçı ərizəsinə baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilənlərə əsasən mülki iş baxışdan çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna əsasən 2(103)-4096/23 saylı mülki iş baxışdan çıxarılaraq kassasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar