Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4098/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə3, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-476/2022 saylı 05 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyətinin 247 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Sərəncama əsasən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 1 nömrəli bina, blok A və B, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli, 2 səviyyə zirzəmili; və 1 girişli, 15 (+mansarda) mərtəbəli, 2 səviyyəli zirzəmili yaşayış binalarının xx.xx.2019-cu il tarixdən istismarına İcazə verilmişdir.
2. İddiaçı («Payçı») ilə Cavabdeh1 MTK («Kooperativ») arasında bağlanmış xx.xx.2010-cu il tarixli 047 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda 1A nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 179,29 kv.m təşkil edən 3 otaqlı mənzili «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər. Mənzilin dəyəri 105.000 manat müəyyən edilmiş, Cavabdeh1 MTK tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
3. İddiaçı və onun anası X13 ünvan 1 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər və bu günədək həmin ünvanda qeydiyyatdadırlar.
4. Cavabdeh1 MTK tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı anası X7 ünvan 1 ünvanında Cavabdeh1 MTK-nin inşa etdiyi Bina 1A, mənzil 88 ünvanında yaşaması və qeydiyyatda olması barədə arayış verilmiş; xx.xx.2021-ci il tarixdə İddiaçı və X7 həmin mənzildə qeydiyyatda olması, lakin həmin mənzildə yaşamaq hüquqlarının olmaması barədə yeni bir arayış verilmiş, bu zaman yaşamaq hüquqlarının olmamasının səbəbləri barədə hər-hansı bir açıqlama verilməmiş; MTK-nın arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə tarixi göstərilməyən, lakin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavablanan məktub verilmiş; Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində MTK tərəfindən 1A saylı evin inşa edilməsi, 1V saylı evin isə inşa edilməməsi barədə məhkəmənin sorğusuna xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış; İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyünün mövcud olmaması barədə vəkilin xx.xx.2021-ci il tarixli sorğusuna cavab ünvanlanmışdır.
5. Cavabdeh1 MTK («Kooperativ») ilə Cavabdeh2 («Payçı») arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 nömrəli müqavilə bağlanmış ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 167,28 km metr təşkil edən 3 otaqlı mənzil «Kooperativ» «Payçı» a (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; Mənzilin dəyəri 48511,20 manat müəyyən edilmiş, həmin məbləğin «Payçı» tərəfindən «Kooperativ»in kassasına ödənilməli olduğu nəzərdə tutulmuşdur. Adıçəkilən 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47-dir. Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir.
6. Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
7. MTK tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 nömrəli Protokolundan Çıxarış verilmişdir. Həmin Çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmiş, mənzilin ölçüsü 167,28 kv metr qeyd edilmişdir.
8. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokoldan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir.
9. DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1- ci Yavər Əliyev küçəsi ev 1 V, mənzil 88-in mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olduğu qeyd olunmuşdur. Çıxarışda mənzilin ölçüsü 154,9 kv metr göstərilmişdir. Sonradan onun xx.xx.2021-ci il tarixli müraciəti əsasında mənzilin ünvan rekviziti ilə bağlı reyestrdə aparılmış qeyddə düzəliş aparılmış, Cavabdeh2 məxsus mənzil sahəsinin ünvanı ünvan 48, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, 56, M13, m8 olaraq göstərilmiş və bununla bağlı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli yeni Çıxarış verilmişdir.
10. Tərəflər arasında mübahisəli mənzillə bağlı əvvəllər də məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X13 və İddiaçı qarşı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi barədə ilk və İddiaçı Cavabdeh2, Cavabdeh1 MTK-ya və ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın (1V evə dair) etibarsız hesab edilməsi barədə qaşılıqlı iddiaları rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 5 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzilə dair bağlanmış 047 nömrəli xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 6 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1A saylı binanın 88 saylı mənzilini Cavabdeh1 MTK-dan 08 iyul 2010-cu il tarixdə 105.000 manat ödəyərək almış və buna görə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil hazır olduqdan sonra həmin mənzilə köçüb yaşamış, ev tam olaraq ev əşyaları ilə təmin edilmişdir. Səhhəti ilə əlaqədar olaraq xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamamışdır. Anası ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Lakin DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış 047 nömrəli xx.xx.2006-cı il tarixi müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Şirinov X6 Ayna Cəlal qızına və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 və onun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 nömrəli müqavilə onun hüquqlarını pozur. Belə ki, həmin müqavilə qanunsuzdur və saxtadır. Həmin müddətdə, yəni xx.xx.2006-cı il tarixdə bağlanmamışdır və heç bir hüquqi nəticə yaratmır. Müqaviləyə nəzərə salınsa, xx.xx.2006-ci il tarixdə bağlanmış müqavilənin heç də həmin tarixdə tərtib edilməsi görünmür. Çünki müqavilənin özündə göstərilən bənddən də açıqaşkar görünür ki, müqavilə bağlanan müddətdə Cavabdeh2 vəsiqəsi xx.xx.2009 il tarixdə Nizami rayon Polis İdarəsi tərəfindən verilmişdir. Əgər Cavabdeh1 MTK Cavabdeh2 ilə 2006-cl ildə müqavilə bağlayaraq sözügedən mənzili ona vermişdirsə, o həmin mənzildə necə və hansı əsasla yaşamışdır. O evdə olan əşyalar ona məxsusdur. Cavabdeh2 onun qadın olmağından və əmisinə arxayın olmaqla onun mənzilinə qanunsuz daxil olmaqla onun mülkiyyətindən məhrum etmişdir.
13. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 qeyd etmişdir ki, “İsmayıl onun qardaşı oğludur, İsmayılın babası ona ev almışdır. Bu vaxt iddiaçı ilə tanış olmuş, iddiaçı şəhid ailəsindən olduğu üçün ona kömək etmiş, xəstəliyi ilə əlaqədar müalicəyə göndərmiş, təhsil xərclərini ödəmiş, maşınlar almış, iddiaçının anası üçün evini təmir elətdirmişdir. Hazırki evi qardaşı oğluna o, iddiaçı ilə tanış olmamışdan əvvəl almış, evin sənədləri düzgün olmamış, sənədlərin kötüyü olmamış, sənədi o düzəltdirmiş ki, iddiaçı çöldə yaşamasın və həmin evdə yaşamasına icazə vermişdir. O, iddiaçıya Bakı şəhərində ev almamış, Türkiyə Respublikasında ev almışdır. Mübahisəli evin pulunu o və İsmayıl ödəmişdilər.”
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 476/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzilə dair bağlanmış 047 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 6 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 həmin mənzildən çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, iddia «ailə üzvlərinin həmin mənzildən çıxarılması» hissəsində rədd edilmişdir.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 MTK-dan mənzil almış, həmin mənzilin tam dəyərini ödəmiş, həmin mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçının anası X7 həmin mənzildə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmiş, lakin sonradan izahsız bunları inkar etmişdir. Bu zaman, MTK yalnız məhkəməyə və vəkillərə ünvanladığı məktublarda bu halları qeyd etmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, İddiaçı qeyd-şərtsiz ünvan 1 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (xx.xx.2018-ci il tarixədək olan redaksiyasında) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (iddiaçı 2010-cu ildə əldə etmişdir mənzili).
17. 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı ünvan 8ilinin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir.
18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ilə bağlanmış 2006-cı ildə deyil, çox sonralar arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmişdir, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilə etibarlı əqd hesab edilə bilməz.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8, Mənzil Məcəlləsinin 112.1, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman İddiaçı onun mülkiyyətində olan ünvan 10, 88 saylı mənzilə dair hər hansı bir hüquqa malik olmaması ilə bağlı Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olan göstərilən faktlar məhkəməyə məlum olmuş, lakin məhkəmə həmin qətnamə qəbul edilən zaman onun ünvanının 1V saylı evə dair olmasına və buna görə də adıçəkilən məhkəmə qətnaməsinin hazırki iş üçün preyudisial qüvvəsinin olmamasına dair əsassız nəticəyə gəlmişdir. Belə ki, o ünvan 10 ünvanı üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə hazırkı iş üzrə İddiaçı ona məxsus yeganə mənzil olan hazırkı iş üzrə mübahisə predmeti olan mənzilə dair subyektiv hüquqlara malik olmaması müəyyən edilmişdir. Əvvəlki mübahisə üzrə işə baxılan zaman verilmiş çıxarışda olan sadə səhv (evin nömrəsinin 1V deyil, 1 olmasına dair) onun ərizəsi əsasında MM-nin 141-ci maddəsinə müvafiq olaraq düzəldilmişdir (düzəliş edilmişdir). Lakin göstərilən düzəliş, hazırkı iş üzrə İddiaçı üçün yenidən çıxarışın etibarsızlığına dair iddia tələbi irəli sürməsi üçün əsas ola bilməz. Belə ki, şərh olunduğu kimi o ünvan 10 ünvan üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Onun göstərilən ünvanda digər mənzili yoxdur. Digər tərəfdən, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş çoxsaylı arayışlarda göstərilmişdir ki, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər hansı bir ödəniş aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyü mövcud olmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, o Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, ünvan 10, 88 saylı mənzilin payçısı olmuş, həmin mənzilin pay haqqını tam ödəmiş, mənzili təmir etdirmiş və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə göstərilən mənzildə yaşayır. Həmçinin göstərilən mənzil üzrə "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də abonent kimi qeydiyyata düşmüş, mənzilinə öz adına internet xətti və domofon çəkdirmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X5) 2(103)-4894/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(008)-476/2022 saylı qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair hissəsində təmin olunmamışdır.
24. Kollegiya qeyd etmişdir ki, mübahisənin düzgün həlli baxımından iddiaçı ilə cavabdehin iddia etdikləri mübahisəli mənzilin eyni mənzil olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış kompleksi əslində ayrı-ayrı üç binadan ibarətdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 iyul 2010-cu il tarixli 047 №-li müqavilədə mənzilin ünvanı ünvan 11rtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 179,29 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Cavabdehlə Cavabdeh1 MTK arasında bağlanmış 01 iyun 2006-cı il tarixli 047 №-li müqavilədə isə müqavilə predmeti olan mənzilin ünvanı ünvan 12təbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 167,28 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Lakin hər iki müqavilənin mətnindən görünür ki, MTK tərəfindən inşa edilmiş kompleksin bir ünvanı olmuşdur - Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1. Sonradan, yəni 2019-cu il tarixdə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokolundan çıxarışda Cavabdeh2 aid mənzilin ümumi sahəsi 167,28 kv.m, binanın sayı isə 1-V kimi göstərilmişdir. Halbuki MTK tərəfindən məhkəməyə 1V saylı binanın mövcud olmaması barədə məktub göndərilmişdir. MTK səlahiyyətli nümayəndəsinin iştirakını heç bir iclasda təmin etmədiyindən 1V saylı binanın olmadığı halda hansı səbəbdən Protokolda 1V bina qeyd edildiyi barədə MTK-nın mövqeyini öyrənmək mümkün olmamışdır.
25. Kollegiya daha sonra bildirmişdir ki, MDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüquqları onunla MTK arasında 2006-cı ildə bağlanmış müqaviləyə, habelə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokoluna və eyni tarixli maliyyə arayışına əsasən dövlət reyestrində qeydə alınmış və bu barədə verilmiş dövlət reyestrindən çıxarışda mənzilin ünvanı ünvan 14ənzil 88, mənzilin ümumi sahəsi isə 154,9 kv.m kimi göstərilmişdir.
26. Kollegiya tərəfindən Qaraxan MTK-nın inşa etdiyi yaşayış kompleksindəki binaların ünvanları ilə bağlı müvafiq sorğular verilmiş, Cavabdeh1 MTK-nın sorğuya cavab məktubundan görünür ki, MTK-nın inşa etdiyi 3 bina hal-hazırda 1, 1A, 1B kimi sıralanır. Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihətədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, **********94 saylı cavab məktubunda isə qeyd olunan ünvanda Cavabdeh1 MTK tərəfindən 1A, 1B, 1C nömrəli çoxmərtəbəli yaşayış binaları inşa edildiyi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh1 MTK ilə “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC mübahisəli ünvanla bağlı müxtəlif cavablar vermişlər. Bu baxımdan kollegiya mübahisəli ünvandakı evlərin 1A, 1B, 1C nömrələri ilə nömrələnməsinə dair “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş arayışı mötəbər hesab etmir. Belə ki, MMC-nin verdiyi arayışdan bəlli olur ki, həmin ünvanda 1 saylı ev yoxdur, evlər 1A, 1B, 1C nömrəlidirlər. Amma dövlət reyestrindən cavabdehin adına verilmiş Çıxarışda mübahisəli mənzilin 1 saylı evdə yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, həmin arayışda olan məlumat daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatla ziddiyyət təşkil edir və reyestrdə qeydin həqiqiliyi prezumpsiyası baxımından bu məlumatlar mötəbər hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 MTK-nın həm İddiaçı ilə bağladığı 08 iyul 2010-cu il tarixli, həm də Cavabdeh2la bağladığı 01 iyun 2006-cı il tarixli müqavilələr eyni mənzilə aid olmuşdur.
27. Kollegiya hesab etmişdir ki, ilk iddiaçı Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan mənzilin ünvanının dövlət reyestrində fərqli qeyd edilməsi ilə bağlı yanlışlıq aradan qaldırılmaqla reyestrdəki qeydə düzəliş edildiyindən, iddiaçının eyni cavabdehə qarşı eyni əsaslarla və eyni tələblərə dair iddia irəli sürməsinə dair dəlili əsassızdır. Belə ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində cavabdehə məxsus mənzilin 1V saylı binada yerləşməsinə istinad edilmişdir. Hazırkı düzəlişdən sonra isə mənzilin yerləşdiyi binanın sayı 1 kimi göstərilmişdir. Hazırda iddiaçı mübahisəli mənzili 2010-cu ildə 105.000 manat pul ödəməklə Cavabdeh1 MTK-dan aldığını, həmin mənzili özünün təmir etdiyini, mənzildəki əşyaların ona məxsus olduğunu, 2010-2013-cü illərdə həmin mənzildə bir müddət yaşadığını, özünün və anasının həmin mənzilə qeydiyyata düşdüklərini, sonradan səhhəti ilə əlaqədar xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamadığını və bu müddət ərzində cavabdehlərin əlbir olaraq ona məxsus mənzili qanunsuz yollarla ələ keçirdiklərini bildirir. Buna sübut olaraq iddiaçı işin o hallarına istinad edir ki, cavabdehlə bağlanmış müqavilənin tarixi xx.xx.2006-cı il olsa da, həmin müqavilədə cavabdehin xx.xx.2009-cu il tarixdə aldığı şəxsiyyət vəsiqəsində olan məlumatlar öz əksini tapmışdır. Bu isə həmin müqavilənin saxta olmasını göstərir. Cavabdeh isə həmin mənzili hələ 2006-cı ildə əldə etdiyini, mənzili aldıqdan sonra özünün təmir etdiyini, onun əmisi Ceyhun Şirinovun iddiaçı ilə yaxın münasibətlərdə olduğunu və onların həmin mənzildə müvəqqəti olaraq bir müddət yaşadıqlarını, lakin sonradan mənzili tərk etdiklərini, 2019-cu ildə mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırdığını və hazırda ailəsi ilə birlikdə orada yaşadığını bildirir. Həmçinin bildirir ki, onunla bağlanmış müqavilədə mənzilin yerləşdiyi binanın nömrəsi 1 göstərilsə də, dövlət reyestrində səhvən 1V kimi qeydə alınmış, buna görə də onun müraciəti əsasında reyestrdə yol verilmiş yanlışlıq aradan qaldırılaraq, ünvana dair düzəliş aparılmış və ona yeni çıxarış verilmişdir.
28. Kollegiya qeyd etmişdir ki, iddiaçı 08 iyul 2010-cu il tarixdə MTK ilə aralarında bağlanmış müqaviləyə istinad edərək, 105.000 manat ödəyərək mənzili aldığını bildirir və mənzilin dəyərinin tam ödənilməsinə dair eyni tarixli maliyyə arayışını təqdim edir. Cavabdeh2 müqavilə üzrə ödənilməli olan məbləğin iddiaçı tərəfindən ödənilmədiyini bildirsə də, MTK tərəfindən bununla bağlı cavabdehə maliyyə arayışının hansı səbəbdən verildiyini ağlabatan dəlillərlə izah edə bilməmişdir.
29. Kollegiya daha sonra qeyd etmişdir ki, MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, bu məsələyə aydınlıq gətirmək mümkün olmamışdır. MTK yalnız onun arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hərhansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyünün mövcud olmaması barədə sorğuya cavab verməklə kifayətlənmişdir. Cavabdeh hüquqi şəxsin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş arayış iş materiallarına əlavə edilmişdir. Məhkəmə yalnız sorğuya cavab məktubunda qeyd olunanlara və cavabdehin izahatına əsaslanaraq həmin halı (məbləğin ödənilmədiyini) müəyyən edə bilməz. Böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquqi nəticələrə səbəb olduğundan mötəbər sübutlara əsaslanmalıdır. Odur ki, Kollegiya hesab edir ki, kassa mədaxil orderinin kötüyünün mövcud olmaması İddiaçı təqsirindən deyil, MTK-nın təqsirindən baş vermiş, MTK mənzilin pay haqqı ödənilmədiyi təqdirdə onun vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş maliyyə arayışının hansı səbəbdən verildiyinə dair məntiqli mühakimə yürütməmişdir. Beləliklə, müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MTK ilə mənzil tikintisinə dair müqavilə bağlamış və mənzilin tam dəyərini ödəmişdir.
30. Cavabdehlə MTK arasında mübahisəli mənzilə dair bağlanmış müqaviləyə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2la MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən Cavabdeh1 MTK mənzili tikərək Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüş, sonuncu isə mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı və MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış verilmişdir. Cavabdeh həmin sənədlər əsasında mübahisəli mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2la MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qənaətə gələrkən, Cavabdeh2la MTK arasında alğı-satqı müqaviləsinin 01 iyun 2006-cı il tarixdə bağlanmasını, lakin həmin müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriyasının və nömrəsinin yazıldığını əsas gətirmişdir. Belə ki, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmiş, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13- də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanda qeydiyyata düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Bununla da, məhkəmə həmin müqavilənin 2006-cı ildə bağlanmasının qeyri-mümkün olduğu, işin hallarının həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət etdiyi, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilənin etibarlı əqd hesab edilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, kollegiyanın qənaətinə görə, qeyd edilən müqavilədə “payçı” qismində çıxış edən cavabdehin müqavilə tarixindən sonra almış olduğu şəxsiyyət vəsiqəsinin məlumatlarına istinad edilməsi özüözlüyündə bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir. Belə ki, M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə "xxxx" MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxil edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz”. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə görə, müqavilənin bağlanması tarixi müqavilənin standart şərti olmaqla, müqavilənin məzmununa aid tələblərə cavab verməlidir və bu şərtə düzgün əməl edilməsi öhdəliyini onu təklif etmiş tərəf, hazırkı halda MTK daşıyır. MTK tərəfindən bu tələbə əməl edilməməsi isə müqavilənin digər tərəfinin, hazırkı halda Cavabdeh2 ziyanına təfsir edilə bilməz.
31. Kollegiya qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh2la Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqe nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Belə ki, işin hallarından da müəyyən edildiyi kimi tərəflər müqavilənin onların iradəsinə uyğun bağlandığını mübahisələndirməmiş, müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri icra etmiş, yəni MTK müqavilə predmeti olan mənzili inşa edərək Cavabdeh2 təhvil vermiş, sonuncu isə öz növbəsində müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğini MTK-ya ödəmişdir.
32. Kollegiya daha sonra qeyd etmişdir ki, iddia tələbinin digər əsası ondan ibarət olmuşdur ki, mübahisəli mənzil MTK tərəfindən 2010-cu ildə iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mənzili öz hesabına təmir etməklə orada yaşamış, mənzildə olan əşyalar ona məxsus olmuşdur. Cavabdeh isə iddiaçının bir müddət orada yaşamasını etiraf etsə də, mənzilin ilk olaraq ona təhvil verildiyini, həmin mənzili özünün təmir etdirdiyini, iddiaçının mənzildə müvəqqəti yaşamasına isə əmisi ilə iddiaçı arasında yaxın münasibətlərin olması səbəbindən icazə verdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı onun iddia tələbinin faktiki əsasını təşkil edən bu dəlilləri sübut etmək vəzifəsini daşısa da, mübahisəli mənzilin onun tərəfindən təmir edilməsi, mənzildəki əşyaların ona məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər isə onun mübahisəli mənzildə yaşamasını təsdiq edir ki, bu halı cavabdeh mübahisələndirmir. Kollegiya hesab etmişdir ki, iddiaçı ilə cavabdehin yaxın qohumu (əmisi) arasında müəyyən müddət ərzində yaxın münasibətlərin mövcud olması mübahisəsiz olduğundan, həmin şəraitdə iddiaçının bir müddət mübahisəli mənzildə cavabdehin razılığı ilə yaşaması ağlabatandır. Bu baxımdan kollegiya hesab edir ki, həmin halın mövcudluğu, habelə iddiaçı və onun anasının qeyd edilən mənzilə qeydiyyata alınmaları iddianın əsaslılığını güman etməyə imkan vermir.
33. Bundan başqa, iddiaçı cavabdehin adına tərtib edilmiş müqavilədə və MTK-nın ümumi yığıncağının protokolundan çıxarışda mübahisəli mənzilin sahəsinin 167,28 kv.m, onun adına tərtib edilmiş dövlət reyestrindən çıxarışda isə 154,9 kv.m göstərilməsinin, bu ölçülərin onunla bağlanmış müqavilədə göstərilmiş 179,29 kv.m sahədən daha az olmasının, mənzilin sahəsinin çıxarışda göstərilən ölçülərinin müqavilədə və protokoldan çıxarışda göstərilən sahələrdən fərqli olmasının həmin müqavilənin sonradan bağlanmasına və saxta olmasına dəlalət etdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mənzil sahəsinin əvvəllər 179,29 kv.m olması, sonradan arakəsmələr və divarlar tikildikdən sonra həmin sahənin 167,29 kv.m-ə qədər azalması işin araşdırılan halları ilə öz təsdiqini tapmamışdır və bu dəlil yalnız iddiaçının ehtimallarına əsaslanır. Tərəflərin təqdim etdikləri müqavilələrdə də, mənzilin ümumi sahəsinin arakəsmə və divarlar nəzərə alınmaqla, yaxud bunsuz hesablanması göstərilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının özünün adına olan xx.xx.2010-cu il tarixli müqavilə və maliyyə arayışı eyni gündə tərtib edilmiş olsa da, həmin sənədlərdə də mənzilin sahəsi 179,29 kv.m və 178,79 kv.m olmaqla, fərqli göstərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, qeyd edilən dəlil hazırkı iddianın əsaslılığı baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.
34. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2006-cı ildə bağlanmış müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 təhvil verilmiş, həmin mənzil onun tərəfindən təmir edilmiş, iddiaçı cavabdehin əmisi ilə yaxın münasibətdə olmuş və cavabdehin icazəsi ilə həmin mənzildə bir müddət yaşamışdır. Lakin sonradan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və MTK mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisəli mənzildə bir müddət yaşadıqdan sonra mənzili tərk edərək getmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüquqlarını 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır və hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır.
35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2018-ci il tarixədək olan redaksiyasında) 178.8, 112.1, 113.3-cü maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 337.1, 337.3, 385.1, 417.1, 419.2, 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiya məhkəməsindəki icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-612/2023 nömrəli 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər X17, X8 və X2) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
37. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisə eyni mənzillə bağlıdır (§ 23-26) və həmin yaşayış sahəsinə dair “Qaraxan MTK” ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış, sonuncu həmin ünvana qeydiyyata düşməklə orada yaşamışdır. Belə ki, “Qaraxan MTK” xx.xx.2012-ci il və xx.xx.2021-ci il tarixli arayışlarla (cild 1, səh.183-184), İddiaçı və Ayna Hacıyevanın mübahisəli mənzildə qeydiyyatda olma və yaşama faktlarını təsdiq etmişdir. 56. Eyni zamanda iş materiallarında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında tərtib olunmuş xx.xx.2006-cı il tarixli müqavilə mövcuddur.
38. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işdə mübahisə sözügedən uyğunsuzluqların olduğu müqavilə tərəfi - Cavabdeh2la Cavabdeh1 MTK arasında deyil, digər müqavilə ilə mənzilə hüququnun yarandığını bildirən İddiaçı arasındadır. Belə olan halda, apellyasiya məhkəməsinin müqavilədəki uyğunsuzluqları ağlabatan arqumentlərlə izah etmədən, onu Cavabdeh2 xeyrinə, digər mənzil alıcısı və mübahisə tərəfi olan İddiaçı zərərinə təfsir etməsi, xx.xx.2006-cı il tarixli müqavilənin saxta olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı şəkildə təkzib edilməsi sayıla bilməz.
39. Beləliklə, Cavabdeh2 adına olan müqavilənin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmış şəkildə təkzib olunmadığı halda işə mahiyyəti üzrə baxan məhkəmə mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış İddiaçı həmin yaşayış sahəsi üzərindəki əmlak hüququna düzgün qiymət verməlidirlər. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məlum olduğu kimi, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
Proses iştirakçılarının izahatı
40. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
41. İddiaçı tərəf isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
42. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
43. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
45. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
46. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
47. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. MTK tərəfindən inşa edilmiş kompleksin bir ünvanı olmuşdur - Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1.
58. İddiaçı ilə Y.Əliyev küçəsi, 1 ünvanında 1A nömrəli binada yerləşən 88 nömrəli mənzilə dair müqavilə bağlanmışdır, yəni ünvan Y.Əliyev küçəsi 1 olmuş, yalnız binanın nömrəsi 1A qeyd edilmişdir.
59. Cavabdehlə bağlanan müqavilə isə Y.Əliyev küçəsi, 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasındakı mənzilə dair olmuşdur.
60. Məhkəmə haqlı olaraq hesab etmişdir, iddiaçı ilə bağlanmış müqavilədə MTK binanı 1A qeyd etməklə əslində 1 nömrəli binanın A blokunu nəzərdə tutmuşdur. Cavabdehlə bağlanmış müqavilədə MTK binanı 1 qeyd etməklə əslində 1 nömrəli binanın yenə də birinci blokunu, yəni A blokunu nəzərdə tutmuşdur.
61. MTK tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 nömrəli Protokolundan Çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmişdir, halbuki MTK tərəfindən məhkəməyə 1V binanın mövcud olmaması barədə məktub göndərilmişdir.
62. Cavabdeh2 DƏDRX-dən ilk aldığı Çıxarışda da binanın nömrəsi 1V göstərilmiş, sonra onun özünün müraciəti əsasında binanın nömrəsi 1 qeyd edilmişdir.
63. Mübahisə eyni mənzillə bağlı olmuş, mübahisəli mənzilə dair MTK tərəfindən həm iddiaçı, həm də cavabdehlə müqavilə bağlanmışdır.
64. Məhkəmə haqlı olaraq göstərmişdir ki, Cavabdeh2 ilə bağlanmış müqavilə 2006-cı ildə deyil, çox sonralar arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmişdir, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuşdur. xx.xx.2008-ci il tarixdən isə ünvan 3 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir.
65. Qeyd olunanlara əsasən də müqavilə arxa tarixə tərtib edildiyi üçün etibarlı əqd hesab edilə bilməz. Əqd əhəmiyyətsiz olduğu üçün onun hüquqi nəticələri də ləğv edilməli olduğundan, Cavabdeh2 adına verilmiş çıxarışlar da ləğv edilməlidir.
66. Ona görə də iddiaçının tələbi bu hissələrdə əsaslı olmuşdur.
67. İddiaçı Cavabdeh1 MTK-dan mübahisəli mənzil almış, həmin mənzilin tam dəyərini ödəmiş, həmin mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçının anası X7 həmin mənzidə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmişdir.
68. Lakin sonradan MTK izahsız bunları inkar etsə də, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
69. Məhkəmə də əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı qeyd-şərtsiz ünvan 1 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır. Mübahisəli mənzilin 2010-cu ildən 2017-ci ilədək (iddiaçı müalicəsi ilə bağlı Turkiyə Respublikasına getdiyi vaxtadək) iddiaçının faktiki istifadəsində olmasını cavabdeh tərəf də inkar etmir.
70. Apellyasiya şikayətində göstərilənlər əsassızdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-476/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.