Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4099/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(004)- 4397/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən iddiaçının atası X16 vəfat etdiyindən, ünvan 10ında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı, iddiaçının anası X5 ilə bağlanmışdır. X5 xx.xx.2001-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzil iddiaçının, onun qardaşı və cavabdehin əri X9 istifadəsində olmuşdur. İddiaçının qardaşı Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, həmin vaxt Cavabdeh mübahisəsi gedən evə köçmüş, həm başqa ünvanda, həm də sözügedən evdə yaşamışlar. Sərvər Ağayev 04 aprel 2016-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2prel 2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh ünvan 3 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 2prel 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2607/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ünvan 73 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə, ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi, cavabdehlər X17, X2, X7, X6 və X4 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması tələbi”nə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qətnaməyə yenidən baxılaraq qüvvədə saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verılməsi” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(009)- 2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyışdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubuna əsasən, Cavabdeh xx.xx.1988-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi ünvan 5 ünvanında qeydiyyatda olmuş, 2004-cü ildə X19 ilə nikaha girmiş və bu ünvanda həyat yoldaşının yanında qeydiyyatsız, bərabər yaşamışlar. Cavabdeh hal-hazıradək həmin ünvanda qeydiyyatsız olaraq yaşayır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 156 nömrəli mənzilin 1/3 hissəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyatda alınmış və hazırda mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməli və X17, X2, X7, X6 və X4 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İcra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X12, X8, X13 və X10 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 6 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 10ındakı mənzilə cavabdehin, ünvan 73 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daha əvvəllər yaşadığı, ünvan 8 ünvanında yaşamağa davam etmişdir və bu ünvan cavabdehin faktiki yaşadığı ünvanıdır. Cavabdehin məhkəmə tərəfindən mənzilə tanınan istifadə hüququnun, yəni cavabdehin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi icrası mümkün olmayan icra sənədi olaraq Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı, 12 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 15.2, 77.1, 82.3, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X11 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi məsələyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, və 87-ci maddələri tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh müvafiq qanunvericilik normalarına əsasən hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutları, o cümlədən məhkəmə qərarları ilə müəyyən olunanları, icra şöbəsinin qətnamənin icrasının mümkünsüzlüyü barədə qərarını (tələbkarın icra sənədinin icrası üçün icra şöbəsinə gəlməməsi səbəbindən) əhəmiyyətli hesab edilməmiş və demək olar ki, heç bir araşdırma aparılmamışdır. Nəticə etibarı ilə də işin həqiqi halları ilə uzlaşmayan, işin tərəflərinin qarşlıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı mənzilə istifadə hüququ tanınmışdır. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin mənzildən istifadə ehtiyacının aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Digər tərəfdən, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında da bu hal təsbit olunmamışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1, 53.3, 54, 60, 68.1, 68.2, 85.1, 87-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.2, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1959/2022 nömrəli, 01 may 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının təqdim etdiyi və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutlara nəzərə almamış və qiymət verməmişdir. Belə ki, işdən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının qardaşı Sərvər Ağayevlə nikaha daxil olaraq mübahisəli evə köçmüş, əri Sərvər Ağayevin öldüyü 04 aprel 2016-cı il tarixə kimi başqa ünvanlarda, eyni zamanda dövlət mülkiyyətində olan mübahisəli yaşayış evində yaşamış, evə pasport qeydiyyatına alınmış, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə huququ əmələ gəlmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsi təmin edilməsinə baxmayaraq onun evə köçürülməsi təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmiş, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmiş, mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayış etdirməmişdir. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri cavabdehin 2016-cı ildən mübahisənin predmeti olan evdə yaşamamasına, köçüb getməsinə, xx.xx.2016-cı il tarixə kimi qeydiyyatda olduğu ünvan 9 ünvanında qeydiyyatsız yaşamasına, mübahisəli yaşayış evində yaşayış sahəsindən istifadəyə ehtiyacının qalmaması barədə iddia tələbinin əsası kimi istinad olunan hallara dair sübutlara qiymət verməmiş, qeyd olunan halları nəzərə almamış, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığını müəyyən etməmişdir. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində cavabdeh qeydiyyatda olsa da yaşamayıb və halhazırda da yaşamır. İşə baxan məhkəmələr cavabdehin yaşayış evindən istifadə etdiyi halda elektrik enerjisinin, qaz və su sərfiyyatının olub-olmamasını, orada hər hansı əşyasının olub-olmamasını müəyyən etməmişlər. Bundan başqa Cavabdeh mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin ev ilə bağlılığının aradan qalıbqalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb-köçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır Tətbiq edilən hüquq: 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllə:
53. 1 hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
53. 3 hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
85. 1 hissə. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır.
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Qüvvədə olan Mənzil Məcəlləsi: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, ilk olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadeh Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ olmaması kimi səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №li, 11 aprel 1987-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən X16 vəfat etdiyindən, ünvan 10ında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı Minəxanım Ağayeva ilə bağlanmışdır. İş materiaları ilə müəyyən olunur ki, X5 xx.xx.2001-ci ildə vəfat etmiş və anası vəfatından sonra mənzil iddiaçının istifadəsindədir. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi ünvan 10ında yerləşən mənzil Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən iddiaçının valideyinlərinə verilmiş, valideyinlərindən sonrada həmin mənzildən o istifadə etmiş və edir, həmçinin, həmin mənzildə qeydiyyatdadır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmuşdur. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianın əsassız olması ilə bağlı cavabdehin sözügedən mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınması kimi nəticəsi ilə də razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının qardaşı Sərvər Ağayevlə nikaha daxil olaraq mübahisəli evə köçmüş, əri Sərvər Ağayevin öldüyü 04 aprel 2016-cı il tarixə kimi başqa ünvanlarda, eyni zamanda dövlət mülkiyyətində olan mübahisəli yaşayış evində yaşamış, evə pasport qeydiyyatına alınmışdır Göründüyü kimi tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2004-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin qeyd olunan hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Bununla yanaşı iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsi təmin edilməsinə baxmayaraq onun evə köçürülməsi təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmiş, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmiş, mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayiş etdirməmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Cavabdeh mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin ev ilə bağlılığının aradan qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb-köçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Belə ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh adına Bakı şəhəri 25 saylı DNK-nın 2V-19 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 156 saylı mənzilin 1/3 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 156 saylı mənzilin 1/3 hissəsi hazırda Cavabdeh mülkiyyətində olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvan 11 ünvanına ehtiyacı aradan qalxmışdır. Çünki cavabdehin mülkiyyətində başqa mənzil olmuş və cavabdeh daimi yaşamaq üçün yaşayış sahəsi seçmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil üzrə elektrik enerjisinin, qaz və su sərfiyyatı ilə bağlı bütün ödənişlər iddiaçı tərəfindən həyata keçirilmiş, cavabdehin bu ödənişlərdə hər hansı formada iştirakı olmamışdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunun tələbi baxımından baxılan iş üzrə cavabdehin mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının olmaması müəyyən edilmişdir, lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq düzgün hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı və İddiaçı - Cavabdeh ünvan 3 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 3 ünvanına tanınan istifadə hüququna xitam verilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə