Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-41/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-41/2024 (Açar sözlər:çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X12 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi Cavabdeh2 nümayəndə-vəkili Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X7 işirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 nömrəli 24 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 24 aprel 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X6 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarı ilə X17 ayrılmış və sonuncunun razılığı əsasında həmin torpaq sahəsi Bələdiyyənin 03 iyun 2004-cü il tarixli qərarı ilə Cavabdeh1 adına keçirilmişdir.
2. 03 iyun 2004-cü il tarixdə Bələdiyyə ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır.
3. Bələdiyyənin 03 iyun 2004-cü il tarixli qərarına əsasən Cavabdeh1 0,7755 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 27 iyul 2017-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir.
4. 28 avqust 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 satmış və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla onun adına 15 noyabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir.
5. X6 30 yanvar 2008-ci il tarixli 166 saylı qərarı ilə İddiaçı Tapdıq oğlunun istifadəsinə Binəqədi qəsəbəsi ərazisində 9400 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və bununla əlaqədar onların arasında alqı-satqı müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Bələdiyyəsinin 14 iyul 2008-ci il tarixli 166-saylı qərarı ilə onun sahibliyinə (istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində olan torpaq sahəsi barəsində vətəndaş Cavabdeh2 adma verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək, Binəqədi rayon X6 xx.xx.2008-ci il tarixli 166 saylı qərarı ilə onun sahibliyinə (istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində, istifadəsində olan torpaq sahəsi barəsində saxta sənədlər əsasında (ilkin olaraq Cavabdeh1 adına verilmiş, sonradan isə alqı-satqı yolu ilə Cavabdeh2 adına keçirilmiş) Cavabdeh2 adma verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı yenidən iddia ərizəsinə əlavə verərək, Binəqədi rayonu, X6 xx.xx.2008-ci il tarixli, 166 saylı sərəncamı ilə onun adına (sahibliyinə, istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində, istifadəsində olan torpaq sahəsi barəsində heç bir hüquqi əsası olmayan, saxta, cinayət yolu ilə, bir qrup cinayətkar şəxs tərəfindən X6 adından hazırlanmış (ilkin olaraq Cavabdeh1 adına verilmiş saxta sənədlər əsasında onun adına keçirilmişdir) saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 Sahibqulu qızının adına, daha sonra isə Cavabdeh2 adına verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi, torpaq sahəsində aparılan tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Eyni zamanda İddiaçı bir qrup şəxs tərəfindən saxta sənədlər hazırlanması və həmin saxta sənədlər əsasında onun torpağı barəsində çıxarış alınması və küllü miqdarda pula çıxarışın satılması üzrə cinayət əməllərinin aşkar olunması və bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2006-cı ildə kürəkəni İman Quliyevlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer axtararkən Binəqədi rayonu, DSKyolunun yanında təxminən 1-hektara yaxın boş yer olduğunu bilmiş, həmin yerlə maraqlanarkən o ərazinin X6 qərarı ilə bir neçə şəxsə verildiyini bilmişdir. Həmin şəxsləri tapmış və torpaq sahəsini həmin şəxslərdən almışdır. X6 14 iyul 2008-ci il tarixli 166-saylı qərarı ilə əvvələr bir neçə şəxsin sahibliyində olmuş 9400 kv.m torpaq sahəsi həmin şəxslərin razılıq ərizəsinə əsasən onun adına rəsmiləşdirilmiş və torpaq sahəsi yenidən yerində ölçülərək Bələdiyyənin mütəxəsisi tərəfindən ona verilmişdir. X24 xx.xx.2017-Cİ İl tarixdə ərizə iləBinəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, ona məxsus Cavabdeh1 adına olan Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsi X19 tərəfindən zəbt edilmişdir. Binəqədi RPİ-yə çağırılan X19 izahatında göstərmişdir ki, 2004-cü il tarixdən Binəqədi rayonu, DSK yolunda müxtəlif qiymətlərə bir neçə şəxsdən torpaq sahələri alıb və həmin torpaq sahələrinin bütün xərclərini özü çəkmişdir. Daha sonraX19 Polis İdarəsində iddiaçıya məxsus torpaq sahəsinə dair bütün sənədləri təqdim edərək göstərmişdir ki, sözü gedən torpaq sahəsini 2008-ci il tarixdə Bələdiyyə sərəncamı əsasında iddiaçı mülkiyyətinə qəbul etmiş, əlavə olaraq həmin ərazinin eskiz planını təqdim etmişdir. Binəqədi RPİ-də araşdırma zamanı qarşı tərəfin, yəni Cavabdeh1 təqdim etdiyi sərəncama və eskiz planından görünür ki, onlara ayrılan və iddia etdikləri torpaq sahəsi Binəqədi rayonu, Novxanı şossesində ayrılmış 600 kv.m ərazidi. Binəqədi RPİ-də araşdırma zamanı iddia edilən əraziyə dair heç bir sübüt təqdim etmədiklərindən cinayət işi başlanması rədd edilmişdir. Bundan sonra Cavabdeh1 iddiaçıya məlum olmayan saxta sənədlər əsasında həmin torpağa dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Çıxarış alaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdeh1 9400 kv.m torpaq sahəsini mülkiyyətinə qəbul etdikdən sonra digər şəxsə –Cavabdeh2 satmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 9400 kv.m torpaq sahəsinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına Çıxarış verilmişdir. İddiaçı mübahisəli torpaqla bağlı 14 iyun 2004-cü il tarixli alqı-satqı aktı üzrə ödənilməli olan pul məbləğinin bir hissəsini X11nə, bir hissəsini müxtəlif şəxslərə tam olaraq ödəyərək, torpağı mülkiyyətinə qəbul etmişdir. Mübahisəli torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsi iddiaçının hüquqlarını birbaşa pozur və faktiki olaraq bu alqısatqının mübahisələndirməyə, yəni etibarsızlığını tələb etməyinə tam hüquq verir. Digər tərəfdən Binəqədi rayonu, DSK yolunda yerləşən 9400 kv.m torpaq sahəsini alqı-satqı əsasında mülkiyyətinə qəbul etmiş cavabdehlər bunu qabaqcadan bilirdilər. Bu səbəbdən də onlar vicdanlı alacı hesab edilə bilməzlər.
11. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərmişdir ki, torpaq sahəsi ilkin olaraq müdafiə etdiyi şəxsə verilib. Torpaq sahəsi Cavabdeh1 qanuni əsaslarla və qüvvədə olan sərəncam əsasında verilib. Cavabdeh həmin sərəncam əsasında torpağa mülkiyyət hüququna dair çıxarış alıb. 12.. Cavabdeh2 nümayəndəsi və vəkili isə iddiaya etiraz olaraq göstərmişdir ki, torpaq sahəsini təmsil etdiyi şəxs qanuni əsaslarla alqı-satqı yolu ilə əldə edib. Heç bir qanun pozuntusuna yol verilməyib.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi göstərmişdir ki, Cavabdeh1 adına verilmiş sərəncam arxivdə aşkar edilməyib. Həmin sərəncamın nömrəsi ilə Bələdiyyə başqa sahəyə dair sərəncam verib. Bələdiyyə iddiaçıya verilən sərəncamı müdafiə edir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 nömrəli 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ramin Quliyev).
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.01-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli, “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və "H.Cəfərovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 1 ha torpaq ayrılması barədə X6 xx.xx.2004-cü il tarixli Sərəncamı mövcud deyil. Həmin sərəncam Bələdiyyədə qeydə alınmayıb.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11745/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Namiq Cəfərov).
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərdiyi fakt, yəni iddiaçıya torpaq ayrılması barədə sənədin saxta olması qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunmur. Sənədin müvafiq bələdiyyədə qeydiyyatının olmaması isə sənədin etibarsızılığına əsas ola bilməz. Çünki Cavabdeh1 həmin sənəd təqdim olunmuş, o həmin sənəddən istifadə edərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və sonra isə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. İddiaçı isə müvafiq əqdləri mübahisələndirməmiş, yalnız sonuncu reyesrdən çıxarış mübahisələndirilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və tətbiq etdiyi qanunvericilik normaları ilə razılaşaraq iddianın rədd olunmasını qanuni hesab etmiş və öz mövqeyini əlavə olaraq Mülki Məcəllənin 140-cı maddəsi ilə əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1869/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “ apelyasiya instansiyası məhkəməsi tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin eyni torpaq olmasının işin mübahisələndirilən haİ olmamasını qeyd etsə də, apelyasiya məhkəməsinin bu qənaəti iş materialları ilə təsdiq edilmir. Həmçinin kassasiya instansiyası qeyd etmişdir ki, hər iki tərəfin torpaq sahəsinin eyni torpaq sahəsi olmasını qəbul etməsi faktı mövcud olduğu təqdirdə apelyasiya instansiyası iddiaçının adına olan X6 xx.xx.2008ci il tarixli, 166 saylı “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı Tartıq oğlunun adına və istifadəsinə verilməsi haqqında” Sərəncamının da hazırda qüvvədə olub-olmamasına qiymət verməmişdir. Apelyasiya instansiyası X6 xx.xx.2008-ci il tarixli, 166 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 9400 kv.metr torpaq sahəsinə sonradan başqa şəxsin mülkiyyət hüququnun qeydə alınması əsaslarına da düzgün qiymət verməmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 Səbiqulu qızının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olmuş ilkin sənəd olan “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh1 Səbiqulu qızının adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli Sərəncamda adı qeyd edilən Bakı şəhər sakini X13 ərizəsinin nəzərə alınması və onun istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının Cavabdeh1 Səibquli qızının adına keçməsi qeyd edilmişdir. xx.xx.2004-cü il tarixli 636 saylı sərəncam əsasında Binəqədi qəsəbə ərazisindən 8000 kv.m torpaq sahəsi istehsalat sahəsi üçün vətəndaş X13, xx.xx.2004-cü il tarixli 1187 saylı sərəncamla isə Binəqədi qəsəbə ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 adlarına alqı-satqı qaydasında mülkiyyətinə ayrılmış və toplam şəkildə torpaq sahəsi 8600 kv.metr təşkil edir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi Binəqədi rayonu X11 ərazisində yerləşən 1 ha torpaq sahəsinin Cavabdeh1 adına satılmasının əsaslarını, xx.xx.2004-cü il tarixli 900/1 nömrəli qərarda qeyde dilmiş 1 ha torpaq sahəsinə daxil edilən əlavə 1400 kv.m sahənin kimin istifadəsində və hansı təyinatlı olmasını müəyyənləşdirməmiş, hər iki mübahisə tərəflərinin torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasını aydınlaşdırmaq məqsədiilə adlarına olan sərəncamlarda adları qeydedilən X17, X18, X8, X3, X10 ayrılmış torpaq sahələrinin (koordinatlarını), eləcədə, X17 ayrılmış 8000 kv.m torpaq sahəsi ilə Cavabdeh1 ayrılmış 600 kv.m boş torpaq sahələrinin yanaşı olub-olmamasını, eləcə də, xx.xx.2008-ci il tarixli 166 saylı sərəncamla İddiaçı adına keçirilmiş 9400 kv.m torpaq sahəsinin faktiki yerini və koordinatlarını, bu sahənin Cavabdeh2 hazırda mülkiyyətində olan sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin alınması, ekspertizanın keçirilməsini, daha sonra yerli müaynənin aparılmasının zəruriliyini müzakirə etməmişdir. Halbuki, apelyasiya şikayətinin dəlillərindən biri X14 adına 636 saylı xx.xx.2004-cü il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin eskiz planının, cizgisinin surətlərinə əsasən həmintorpaq Binəqədi rayonu, NovxanıŞossesinin kənarında yerləşməsi olmuşdur. Kassasiya instansiyası onu da qeyd etmişdir kİ, sənədin saxta olmasının qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunması mütləq deyildir, bu halın digər hüquq müəyyənedici və rəsmi sənədlər əsasında işin araşdırılmış faktiki halları ilə də məyyən edilə bilməsinə apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Çünki Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, izahatı alınmış 2004-cü il tarixdə Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri olmuş X21 qeyd olunan torpaq sahəsinin Ramiz adlı şəxsə məxsus olduğunu, təqdim edilmiş sənədlərdə (xx.xx.2004-cü il tarixli 900/1 saylı qərar) isə imzanın ona məxsus olmamasını bildirmişdir. Kassasiya kollegiyasi vurğulamışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələblərinin əsas ıkimi X6 Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi E.Məmmədova ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda X6 xx.xx.2014cü il tarixli sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsini o, hər biri 300 kv.m olmaqla X6 sərəncamları ilə başqa şəxslərin adına keçirməsinin göstərilməsi ilə bağlı dəlil üzrə də heç bir araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan sözü gedən məktubda göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli X6 sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsi sonradan hər biri 300 kv.m olmaqla 30 aprel 2007-ci il tarixli 571 saylı sərəncamla vətəndaş X1 və həmin tarixli 572 saylı sərəncamla vətəndaş X2 adına keçirilmişdir. Qeyd edilən sənəddən belə aydın olur ki, xx.xx.2014-cü il tarixli X6 sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsi artıq 30 aprel 2007-ci il tarixdən ona aid olmamış, həmin sahə X4 ilə X2 istifadəsindədir. Apelyasiya instansiyası məhkəməsi sözügedən şəxslərin istifadəsinə verilmiş toplam 600 kv.m sahənin xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 0,94 ha ərazisi olan torpaq sahəsinə aid olub-olmamasını aydınlaşdırmamış, ümumiyyətlə, mülkiyyətə verilmiş 0,94 ha ərazisi olan torpaq sahəsinin özəlləşməsinə aid ilkin sənədləri lazımi qaydada tədqiq etməmişdir. Kassasiya kollegiyasi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 0,7755 ha ərazisi olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alındıqdan 1 ay sonra sözügedən ərazidə artıq bu dəfə 0,94 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixdən onun adına xüsusi mülkiyyət kimi qeydə alınmasının əsasları apelyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Kassasiya instansiya onu da qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının saxta sənədlərlə bağlı irəli sürdüyü dəlil və arqumentlərinə, özünün vicdanlı alıcı kimi qiymətləndirdiyi Cavabdeh2 hazırda mülkiyyətində olan torpaq sahəsinin əvvəllər Cavabdeh1 Sahibqulu qızının adına qanuni əsaslarla rəsmiləşdirilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi nöqteyinəzərdən müfəssəl qiymət verməmiş, bu dəlillərin əsassız olmasını maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır”
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7184/2019 nömrəli iş üzrə 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov)
26. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilk növbədə Cavabdeh1 verilmiş sənədlərin qanuniliyini və ən nəhayət, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, həmin sənədləri və alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 15 noyabr 2017ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsini, torpaq sahəsində aparılan tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün əsas olmuş notariat qaydasında təsdiq edilmiş müqavilə qüvvədədir. Həmin müqavilə qüvvədə olduğu təqdirdə müqavilənin hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeyd və ya torpaq sahəsinin planının mübahisələndirilməsi əhəmiyyətsizdir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 müqavilə azadlığı hüququndan istifadə edərək 28 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdə qeydə dair etiraz daxil olmamışdır. Əmlakı əldə edən Cavabdeh2 alqısatqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamış, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından onun xəbəri olmamışdır. İşin bu hallarına görə görə apellyasiya məhkəməsi Cavabdeh2 vicdanlı alıcı kimi qəbul etmiş və iddiaçı tərəfin Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsinin Cavabdeh2 vicdanlı alıcı olması barədə gəldiyi nəticə ilə razılaşmışdır.
ə) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
27. İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4607/20 saylı, 12 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “apelyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1869/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərarında şərh edilən və hazırki qərarın 48-57-ci bəndlərində qeyd edilən göstərişlərin heç birinə (ekspertiza təyin edilməsi barədə göstəriş istisna olmaqla) əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin yalnız ekspertiza təyin edilməsi barədə göstərişinə əməl edib, ekspertiza təyin etsə də, həmin rəyi nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmamış, ümumiyyətlə, həmin rəyə qiymət verməmişdir. Nəzərə alınsa ki, ekspert rəyi də sübutun bir növüdür, məhkəmə həmin sübuta qiymət verməli idi. Bu baxımdan, apelyasiya məhkəməsi ekspert rəyinə qiymət verməməklə, Mülki Prosessual Məcəllənin 88 və 103.1- ci maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, iddia tələbinin Cavabdeh1 adına verilmiş 22 avqust 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın etibarsızlığı hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə apelyasiya məhkəməsi ümumiyyətlə hər hansı qiymət verməmişdir. Həmin hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi Cavabdeh1 adına 0.94 ha torpaq sahəsinə dair 22 avqust 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın verilməsi üçün əsas Bakı şəhəri, X6 xx.xx.2004-cü il tarixli, 900/1 nömrəli qərarın və həmin qərarın verilməsinə dair sənədlərin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın etibarsızlığını onunla əsaslandırmışdır ki, həmin Çıxarışın verilməsinə əsas olan X6 xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarı mövcud deyil. X6 14 iyul 2017-ci il tarixli məktubunda da mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması barədə X6 xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarının arxivdə olmaması qeyd edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır. İddiaçı də Cavabdeh1 adına verilmiş Çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarının olmamasına, başqa sözlə, reyestrdəki qeydiyyatın inzibati akta əsaslanmamasına istinad etmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarının 16.3-cü bəndində izah edilir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi İddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın etibarsızlığı barədə iddiasının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarı kontekstində qiymətləndirməmiş, həmin tələbin mülki və inzibati məhkəmə icraatına aid olub-olmaması, inzibati icraata aid olduğu halda iş üzrə icraata xitam verilibverilməməlii olmasına aydınlıq gətirməmişdir. Bundan başqa, apelyasiya məhkəməsi mübahisəli torpaq sahəsini alan Cavabdeh2 alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmaması, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından onun xəbəri olmaması, qeyd olunan hallara görə Cavabdeh2 vicdanlı alıcı kimi qəbul olunması və bu əsaslarla da Cavabdeh2 adına verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün əsas olmuş notariat qaydasında təsdiq edilmiş müqavilənin qüvvədə olmasına, həmin müqavilə qüvvədə olduğu təqdirdə müqavilənin hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeyd və ya torpaq sahəsinin planının mübahisələndirilməsinin əhəmiyyətsiz olmasına istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, apelyasiya məhkəməsi bir tərəfdən alqı-satqı müqaviləsi mübahisələndirilmədən həmin müqavilə əsasında verilmiş çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsinin mümkün olmamasını qeyd edir, bir tərəfdən də Cavabdeh2 vicdanlı əldə olmasını qeydə etməklə həmin müqaviləyə, yəni özünün də qeyd etdiyi kimi mübahisələndirilməyən müqaviləyə qiymət verir. Bir halda ki, apelyasiya məhkəməsi iddiaçının alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa çıxarışı mübahisələndirməsini düzgün saymırsa, çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi barədə iddianı da məhz bu əsasla rədd edirsə, belə olan halda, mübahisələndirlməyən müqavilə (olmayan iddia üzrə) üzrə işin halını müəyyən etməklə Cavabdeh2 vicdanlı əldə edən olması nəticəsinə gəlmək düzgün hesab edilə bilməz. Bu, həm də gələcəkdə verilə biləcək belə bir iddianın taleyini qabaqcadan həll etmək deməkdir.”
f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
30. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və V.Ə.İbayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə, yəni mübahisəli torpaq sahəsində aparılmış tikilinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə tələblərin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı Tapdıq oğlunun hazırkı iş üzrə cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbinin iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair X6 adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 adına, daha sonra isə digər Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 15 noyabr 2017-ci il tarixli Çıxarışın və həmin torpaq sahəsinə dair verilmiş “Eskiz planı”nın etibarsız hesab edilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsi, İddiaçı eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilməsi izah edilmişdir.
g) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
32. İş üzrə Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur.
33. İş üzrə Cavabdeh2 həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsini Cavabdeh1 notariatda təsdiq olunmuş müqavilə əsasında əldə edilməklə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, iddiaçıya məxsus torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşməməsini və s. əsas göstərməklə qərardadın ləğv edilməsini və işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
34. Qərardaddan verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7169/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə - (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Əliyev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadının Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi, iş həmin hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
35. Qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7169/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə - (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Əliyev Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilmiş, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılmış və şikayət işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır.
36. Qərardaddan verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7169/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında mövqeyi belə ifadə olunmuşdur ki “iş materiallarından görünür ki, İddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına verilmiş mübahisəli torpaq sahəsinə dair Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilməsi, orada aparılmış tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları xahiş olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə dair çıxarışların və eskiz planının ləğv edilməsi hissəsi inzibati orqanın hərəkətləri ilə bağlı olduğundan həmin tələbin ümumi məhkəmədə baxılması yolverilməzdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi həmin hissədə iş üzrə icraata xitam verməklə iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuş və bu zaman Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 2.1, 2.2.2 və 2.2.4-cü maddələrinə əsaslanmışdır. İş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahəsini notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almaqla həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Həmin şəxslər arasında yaranmış mübahisəli hüquq münasibətinin inzibati orqanla heç bir əlaqəsi olmadığından, kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, Cavabdeh2 qarşı yönəlmiş iddia tələbinə inzibati məhkəmədə baxılmalı olması barədə apellyasiya instansiyasının nəticəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu səbəbdən kollegiya hesab edir ki, qərardad həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İş üzrə digər Cavabdeh1 mübahisəli torpaq sahəsini Bələdiyyənin qərarı əsasında əldə etməklə ona qarşı yönəlmiş tələb inzibati orqanın hərəkəti ilə bağlı olduğundan, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İPM-nin yuxarıda göstərilən normalarına istinad etməklə mübahisənin inzibati məhkəmədə baxılmalı olması barədə düzgün nəticəyə gəlmişdir.”
ğ) Proses iştirakçılarının izahatı
37. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, 28 avqust 2017-ci ildə 11 saylı Notariat Kontorunda torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış və elektron formada sistemə yerləşdirilmiş və Cavabdeh2 müvafiq çıxarış verilmişdir.
38. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
39. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfin nümayəndə-vəkili Vəkil2 elektron məhkəmə informasiya sisteminə ərizə yerləşdirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
40. Kollegiya AR MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
42. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
45. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
47. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” haqqında Qanunu
48. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab olunur.
49. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
50. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Kollegiya hazırki apellyasiya baxışının predmeti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilsə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2577/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verməmiş, cavabdehin verdiyi kassasiya şikayəti isə baxışdan çıxarılaraq geri qaytarılmışdır. Nəticədə həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2577/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsini və kassasiya instansiya məhkəməsinin sonuncu 2(102)- 7169/2021 saylı xx.xx.2021-ci il tarixli qərarını (mübahisələndirilən qərardad üzrə) nəzərə aldıqda, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddia tələbinin “Cavabdeh2 adına verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi”nə dair rəddi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində, yəni hazırki apellyasiya baxışında qalmış hissədə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiyası məhkəməsinin bu iş üzrə qəbul edilmiş qərarlarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (baxılan) hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
60. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 adına verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi hissəsində rədd edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
61. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə araşdırarkən “əmlakı vicdanlı əldə edən” şəxslə bağlı maddi hüquq normalarını rəhbər tutmuş və Cavabdeh2 vicdanlı alıcı olması səbəbindən onun adına olan 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışının və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsini qanunauyğun hesab etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, vicdanlı əldəetməyə dair hüquqi məsələlərə toxunaraq, əslində iddiaçının mübahisələndirmədiyi müqavilə üzrə (olmayan iddia üzrə) işin halını müəyyən etmiş olur ki, bu da həm irəli sürülmüş tələblərdən kənara çıxmaq, həm də gələcəkdə veriləcək belə bir iddianın müqəddəratını qabaqcadan həll etmək deməkdir.
62. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, baxılan hissədə vicdanlı alıcılıqla əlaqədar normalara istinad olunması qanunvericiliyin tələblərinə zidd olmaqla, həmin hissədə hüquqi dəyərləndirmə yuxarıda sadalanmış maddi hüquq normalarına əsasən həyata keçirlməlidir.
63. Belə ki, iddia edilən 0,94 ha torpaq sahəsinin əvvəlcə Cavabdeh1 mülkiyyətində olması, sonradan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun həmin torpaq sahəsini digər Cavabdeh2 satması və hazırda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 0,94 ha torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır.
64. Kollegiya Cavabdeh2 məxsus çıxarışın etibarlılığına hüquqi qiymət vermədən öncə zəruri olaraq qeyd edir ki, Cavabdeh1 adına verilmiş 22 avqust 2017-ci il tarixli, RX1123641 nömrəli çıxarışın etibarsızlığı hissəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd edilmiş qərarında Cavabdeh1 mübahisəli torpaq sahəsini Bələdiyyənin qərarı əsasında əldə etməklə ona qarşı yönəlmiş tələb inzibati orqanın hərəkəti ilə bağlı olduğundan, həmin mübahisəyə inzibati məhkəmədə baxılmalı olması barəda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir.
65. Bu məqamda kollegiya diqqətə çatdırır ki, mülki iş hazırki apellyasiya icraatında olarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3166/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixində qəbul etdiyi qərarından görünür ki, İddiaçı cavabdeh Binəqədi rayonu X11nə qarşı (üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2) hazırki mübahisəli 0.94 ha torpaq sahəsinə dair Cavabdeh1 22 avqust 2017-ci il tarixli, RX1123641 saylı çıxarışın verilməsinə əsas olmuş bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarının, alqı-satqı aktının və eskizin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır.
66. Qeyd edilənlər onu deməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən və iddianın predmetini təşkil edən 0,94 ha torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətinə alınmasına dair xx.xx.2017-ci il tarixində aparılmış qeydin həqiqiliyi və tamamlılığı prezumpsiyası hələ də qüvvədədir.
67. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilmiş normalarına əsasən aydın olur ki, daşınmaz əmlakla bağlı əldə edənin mülkiyyət hüququ özgəninkiləşdirənin daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair aparılmış qeyd və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında dövlət qeydiyyatına alınır. Bu baxımdan hazırki işdə də Cavabdeh2 0,94 ha torpaq sahəsinə aid mübahisəli 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışı əvvəlcə həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən 22 avqust 2017-ci il tarixli, RX ******* nömrəli çıxarış və onlar arasında notarial formada bağlanan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etməsi işin faktiki hallarındandır.
68. Beləliklə, şərh olunanlar əsasında kollegiya hesab edir ki, Cavabdeh2 adına verilmiş 15 noyabr 2017-ci il tarixli RX ******* saylı çıxarışın etibarsız hesab edilə bilməsi üçün bu çıxarışın verilməsinə əsas olmuş həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 22 avqust 2017-ci il tarixli RX ******* nömrəli çıxarışı və sonuncular arasında notarial formada bağlanan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı sübut olunmalıdır.
69. Bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdehər Cavabdeh1 və Cavabdeh2 arasında mübahisəli torpaq sahəsinin alqısatqısına dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı tələb qoyulmamışdır. Belə olan halda həmin müqavilə ilə bağlı araşdırma aparılmasını, başqa sözlə irəli sürülməyən tələbə münasibət bildirilməsini kollegiya mülki prosessual qanunvericiliyin tələbinə uyğun saymır. Gəlinən nəticədə isə adıçəkilən alqı-satqı müqaviləsi mübahisə predmeti olmadığından, onun etibarlılığı prezumpsiyası qüvvədə qalmış olur.
70. Göründüyü kimi Cavabdeh2 adına olan 15 noyabr 2017-ci il tarixli RX ******* saylı çıxarış özündən əvvəlki mülkiyyətçi Cavabdeh1 məxsus 22 avqust 2017-ci il tarixli, RX ******* nömrəli çıxarış əsasında və sonuncular arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq əldə edilmişdir. Hazırda nə Cavabdeh1 verilmiş 22 avqust 2017-ci il tarixli RX ******* nömrəli çıxarışın, nə də xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin hüquqi qüvvəsini təkzib edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini iddiaçı ümumiyyətlə, məhkəmə qaydasında mübahisələndirməmişdir (əksi iş materialları ilə sübut olunmur).
71. Qeyd edilənlər əsasında kollegiya belə qənaətə gəlir ki, nə qədər ki, Cavabdeh1 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququna dair verilmiş 22 avqust 2017-ci il tarixili RX ******* nömrəli çıxarış və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qüvvədədir, bu halda Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 0,94 ha torpaq sahəsi üzərində 15 noyabr 2017-ci il tarixindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını təsdiq edən RX ******* saylı çıxarışının və bununla bağlı torpaq sahəsinin eskiz planının etibarsız sayılması mümkün deyildir.
72. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayətinə dair 16 iyul 2013-cü il tarixli Qərarı).
73. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
75. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
76. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 nömrəli 24 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən (baxılan) hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova