Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-410/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (İddiaçı X5 ASC-nin) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC (İddiaçı X5 ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dolları faiz borcu, 1115.38 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 beş faizlə hesablanmış 396.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20478.36 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinin hərracdan satışdan əldə edilən vəsait hesabına ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş. Cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 beş faizlə hesablanmış 396.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19462.98 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulub “xxxx” ASC-nin (İddiaçı X5 ASC-nin) xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 65.000 manat olmaqla açıq hərracda satılması, borc Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinin hərracdan satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin (İddiaçı X5 ASC-nin) xeyrinə ödənilməsi, satışdan əladə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manatın cavabdeh X1 tutularaq dövlət büdcəsinə hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iki ildən artıq müddət ərzində götürmüş olduğu kredit öhdəliklərini layiqincə yerinə yetirmiş, lakin, ölkədə baş vermiş devalvasiya səbəbindən və maddi imkansizlıqdan 2018-ci ildən öhdəliklərimi icra edə bilməmişdir. Hazırkı məhkəmə prosessində cavabdeh tərəf olaraq nümayəndəsi iştirak etmiş və məhkəmə tərəfində məhkəmə mühasibatlıq ekspertizasinin keçirilməsini xahiş etmişdir. Lakin, hazirki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən məhkəmə tərəfindən və bank tərəfindən təqdim edilmiş arayışlara və bankdan çıxarışa əsasən hesablanaraq əsasız rəy verilmişdir. Həmçinin mənzilinin qiymətləndirilməsi də məhkəmə tərəfindən aparılmamışdır. Hesab edir ki, hazırkı iş üzrə onun mənzilinə qiymət qoyularkən dövlət tərəfindən müəyyən edilən ekspertlərin iştirakı təmin edilməlidir. Hesab edir ki, iki otaqlı mənzilin qiyməti 65.000 manatdan artıq qiymətləndirilməlidir. Odur ki, hazırki iş üzrə qətnamənin ləğv edilərək işin hallarının araşdırılması zərurəti yaranmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015 il tarixli 3-G1-1-0-955-15 nömrəli kredit müqaviləsi ilə cavabdehə illik 25 % olmaqla 36 aylıq müddətə cavabdehə 14.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət, 104 nömrəli evin 24 nömrəli mənzil, ilkin satış qiyməti 43000 manat müəyyən edilməklə, ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən 104 nömrəli evin 24 nömrəli mənziltam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan borcu 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dollarıfaiz borcu, 1115.38 ABŞ dolları cərimə borcu, cəmi 22043.4 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 29617 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixə (müqavilə müddətinin sonuna əsas borc üzrə 10.610,29 ABŞ dolları, faiz borcu üzrə 8.727,47 ABŞ dolları, cəmi 19.333,76 ABŞ dolları təşkil edir. xx xxxxxxxx 2019-cu il tarixə əsas borc 10.260,29 ABŞ dolları ,faiz borcu üzrə 10.674,00 ABŞ dolları, xx xxxxxxxx 2019-cu il tarixə əsas borc üzrə 10.260,29 ABŞ dolları, faiz borcu üzrə isə 9.116,78 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işə iddia tələbi həddində baxılmalı olduğundan birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqla qərar qəbul etməsi düzgün olmuşdur. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh borcun düzgün hesablanmamasına istinad etsə də, məhkəməyə təqdim edilmiş maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim edilməmişdir. Bundan başqa kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Belə ki, “xxxx” MMC-nin 01/908 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 104 nömrəli evin 24 nömrəli 2 otaqlı mənzilinin bazar dəyəri 65.000 manat təşkil edir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsində yerləşən, 104 nömrəli evin 24 nömrəli 2 otaqlı mənzilinin bazar dəyərinə uyğun likvid dəyəri 56.000 manat təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçı tərəf ipoteka predmetinin satış dəyərini mübahisələndirmədiyindən və qətnamə ilə müəyyən edilmiş məbləğ ilə razılaşdığından ipoteka predmetinin bazar dəyəri birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq 65000 manat müyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat cavabdeh X1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat cavabdeh X1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat cavabdeh X1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-410/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-410/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver