Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-410/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “ X9” Şirkətinin filialına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Kayman Adalarının X9 Şirkətinin filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeha qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Kayman Adalarının Cavabdeha (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 03 iyul 2023-cü il tarixli, 23x-ok saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(006)- 341/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35; Əmək Məcəlləsinin 11, 42, 45, 47, 68, 73-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76 və 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında iddiaçının cavabdehdə “Texnoloji nəqliyyat sexinin rəisi vəzifəsinə” işə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edib. Belə əsaslardan biri də Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Hazırkı mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyil: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bundan başqa, “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə hazırki cavabdeh Kayman Adalarının Cavabdehı arasında hər hansı hüquqi bağlılığın olması müəyən edilməmişdir. Onların eyni hüquqi ünvanda yerləşməsinə səbəb isə onların ünvan 1za-da biznes mərkəzində yerləşməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş müvafiq vergi məlumatlarına əsasən hər iki hüquqi şəxsin bir-birindən törəməsi, çevrilməsi, hüquqi varisliyi və sair müəyyən edilməmiş və bu barədə digər sübutları iddiaçı tərəf təqdim edə bilməmişdir. Hər iki hüquqi şəxsin hər hansı bir qarşılıqlı kommersiya məqsədləri ilə fəaliyyət göstərməsi (müqavilə münasibətləri çərçivəsində) onların eyni hüquqi şəxs olması demək deyildir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Kayman adalarının “X9” şirkəti təşkilati-hüquqi forması “filial” olmaqla 10 noyabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış, İddiaçı ilə filial arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 01/22 saylı əmək müqaviləsinə əsasən o, filialda “Texnoloji-nəqliyyat sexi”nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilədə göstərilmişdir ki, “bu əmək müqaviləsi 29 mart 2022-ci il tarixdən qüvvəyə minir və 29 iyun 2022-ci il tarixədək qüvvədədir. İşəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsinə və (və ya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməyənə qədər qüvvədədir. İşin birinci 2 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl yazılı xəbərdar etməklə əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. İşçi 29 mart 2022-ci il tarixdən işə başlayır. İşəgötürən işçiyə işlədiyi hər təqvim ayı üçün 5000 manat (yəni bütün vergilər, sosial sığorta və ödənişlər daxil olmaqla) əmək haqqı ödəyəcək. Zərərli və ağır əmək şəraitində çalışan işçi üçün zərərli və ağır əmək şəraitində işə görə 0 həcmində əmsal müəyyən olunur. Ödəniş ayda bir dəfə (hər ayın 10-dan gec olmayaraq) işçinin faktiki işləmiş ay əsasında onun bank hesabına elektron şəkildə köçürüləcək. İşəgötürən qeyd edilən əmək haqqından gəlir vergisini və sosial sığorta haqlarını dövlət büdcəsinə çıxacaq. Əmək haqqının ödənişi ilə bağlı bank əməliyyat xərcləri (bank haqları) işəgötürənin hesabına ödəniləcək”. Əmək müqaviləsinin bir nüsxəsi 29 mart 2022-ci il tarixdə İddiaçı verilmiş, o, bu xüsusata, həmçinin vəzifə təlimatı ilə tanış olduğuna dair müvafiq qeyd yazmışdır; - Kayman Adalarının Cavabdehın 03 iyul 2023-cü il tarixli, 23X-OK saylı əmrinə əsasən, İddiaçı ilə bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 03 iyul 2023-cü il tarixdən xitam verilmişdir. Həmin əmrdə göstərilmişdir ki, “Kayman Adalarının Cavabdehın Texnoloji- Nəqliyyat sexinin rəisi vəzifəsində işləyən İddiaçı ilə imzalanmış əmək müqaviləsi 29 iyun 2022-ci il tarixdən müddətli olaraq bağlanmaqla, sonradan müvafiq qaydada müddəti uzadılaraq qüvvədə olma müddəti 28 iyun 2023-cü il tarixədək müəyyən edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə 28 iyun 2023-cü il tarixdə xitam veriləcəyi barədə ona 12 may 2023- cü il tarixdə müvafiq bildiriş təqdim edilmiş, bildirişlə tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etdiyi üçün rəsmi qaydada poçt vasitəsi ilə bildiriş qeydiyyatda olduğu ünvana göndərilmiş, əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq o, 22 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək əmək məzuniyyətində olmuş, əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən 19 iyun 2023-cü ildən 25 iyun 2023- cü il tarixədək xəstəliklə bağlı iş yerində olmamış və bu barədə 03 iyul 2023-cü il tarixdə xəstəlik vərəqəsi təqdim etmiş, bundan sonra onunla bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən 03 iyul 2023-cü il tarixdən xitam verilmişdir; - Cavabdehı tərəfindən İddiaçı ünvanlanmış 03 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “filial ilə onun arasında imzalanmış 29 mart 2022-ci il tarixli əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu barədə ona məlumat verilməsinə baxmayaraq, Şirkətdən əmək müqaviləsinin xitam verilməsi ilə bağlı qanunvericiliyin tələbinə əsasən müvafiq sənədləri gəlib götürməmiş və götürməməsinin səbəbləri barədə Şirkətə məlumat verməmişdir. Əmək müqaviləsinin xitam edilməsi ilə bağlı son haqq-hesab ona ödənilmişdir. Belə olduğu təqdirdə hazırki məktubun qoşmasında əmək müqaviləsinin xitam verilməsi ilə bağlı sənədlər ona göndərilmiş və beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin Şirkət tərəfindən yerinə yetirildiyi ona bildirilmişdir”; - Kayman Adalarının Cavabdehın qanuni təmsilçisi Rustem Qaifullin, hüquqi ünvanı- Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69 İSR Plaza; “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi Alexander Anokhin, hüquqi ünvanı- ünvan 3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi X14, hüquqi Bakı şəhəri, Nəsimi rayon, Nizami küçəsi, ev 340-dır; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, Kayman Adalarının Cavabdehın qanuni təmsilçiləri- 15 aprel 2008-ci il tarixdən X1, 15 aprel 2008ci il tarixdən X15, 25 oktyabr 2010-cu il tarixdən X1, 10 sentyabr 2012-ci il tarixdən Narbutovskix Aleksandr, 09 oktyabr 2012-ci il tarixdən X1, 23 oktyabr 2014-cü il tarixdən Gutuyev İqor, 23 oktyabr 2014-cü il tarixdən Narbutovskix Aleksandr, 11 aprel 2014-cü il tarixdən Gutuyev İqor, 08 may 2017- ci il tarixdən Davlyatov Vladimir, 08 may 2017-ci il tarixdən Gutuyev İqor, 16 may 2017ci il tarixdən Davlyatov Vladimir, 28 oktyabr 2017-ci il tarixdən Gayfullin Rustem, 28 oktyabr 2022ci il tarixdən Davlyatov Vladimir olmuş, 05 noyabr 2022-ci il tarixdən hal-hazıra kimi Gaifullin Rustemdir;- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin tarixçəsində yer alan məlumatlara görə, “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 04 oktyabr 2009-cu il tarixdən Garipov Nail, 15 aprel 2010-cu il tarixdən X6, 15 aprel 2010-cu il tarixdən Qaripov Nail, 18 sentyabr 2012-ci il tarixdən Davlyatov Vladimir, 18 sentyabr 2012-ci il tarixdən X6, 24 aprel 2014-cü il tarixdən Davlyatov Vladimir, 04 noyabr 2022-ci il tarixdən hal-hazıra kimi Anokhin Alexander qanuni təmsilçisi kimi göstərilmişdir;- İddiaçı, Bakı şəhəri, X13 Urologiya şöbəsində 04 iyul 2023-cü ildən 11 iyul 2023-cü il tarixədək stasionar müalicə almış, ona “xroniki rieolonifrit, vahid sağ böyrəyin kistaları, xroniki böyrək çatmamazlığı, 3-cü mərhələ prostatın adenoması 1-ci dərəcə, renal anemiya, renal hiperteniya keçirilmiş insultun qalıq əlamətləri” diaqnozu qoyulmuşdur.
4. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)- 2900/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(006)- 341/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2596/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-2900/2024 saylı qətnaməsi ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 42-ci maddəsinin 1-ci hissəsinə; 45, 47-ci maddəsinin “ f” bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinin “ b” bəndinə, 73-cü maddəsinin 1-ci və 2-ci hissəsinə, 300; “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 fevral 2024-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparmayıb. Əvvəla iddiaçı, iddia ərizəsində, apellyasiya şikayətində 30 noyabr 2016-cı il tarixli müddətli əmək müqaviləsinə əsasən, “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına “Texnoloji-nəqliyyat sexi”nə rəis vəzifəsinə işə qəbul edildiyini; onunla 07 dekabr 2016-cı il; 03 fevral 2017-ci il; 23 yanvar 2018-ci il; 18 dekabr 2018-ci il; 15 yanvar 2019-cu il; 28 iyun 2019-cu il; 21 yanvar 2021-ci il; 26 aprel 2021-ci il tarixli müddətli əmək müqavilələri bağlanaraq əmək müqaviləsinin müddətinin uzadıldığını və onunla bağlanmış əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edildiyini; lakin onunla müddətsiz əmək müqaviləsi bağlamamaq üçün işəgötürənin təklifi ilə məcburiyyət qarşısında qalaraq öz ərizəsinə əsasən “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2022-ci il tarixdən xitam verildiyini, elə həmin gündə də onunla Kayman Adalarının Cavabdehı arasında müddətli əmək müqaviləsi bağlanaraq eyni vəzifəyə, yəni “Texnoloji-nəqliyyat sexi”nə rəis vəzifəsinə qəbul edildiyini, əslində “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Kayman Adalarının Cavabdehın “X11 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla, eyni Şirkət kimi fəaliyyət göstərdiklərini və sair iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə onun bu dəlilləri üzrə heç araşdırma aparmadan, sözügedən filialların hüquqi bağlılığını araşdırmadan, başqa sözlə qeyd olunan filialları təsis və təşkil edən hüquqi şəxsin kimliyinə aydınlıq gətirmədən, həmin filialların əsasnamələrinin lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, yalnız cavabdehin irəli sürdüyü formal mülahizələrlə kifayətlənərək, həmin filialların eyni hüquqi şəxsə məxsus olmadığı və fərqli filiallar olduğu nəticəsinə gəlmişdir. Əksinə, işdən görünür ki, hər iki filial eyni şəxslər tərəfindən idarə olunur və kommersiya qurumlarının dövlət reyestri məlumatına görə, hər iki filial eyni hüquqi ünvanda ünvan 4arəsi platformasında hər iki filialın vergi ödəyicisinin tarixçəsinə diqqət yetirdikdə Vladimir Davlyatov adlı şəxs hər iki filialda fərqli tarixlərdə qanuni təmsilçi olub. Bundan başqa, hər iki filial “X11 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla, eyni Şirkət kimi fəaliyyət göstərir. Bunu hər iki filialın rəsmi blankından da görmək mümkündür. Belə ki, hər ikı filiala aid blankın aşağı sol küncündə “Subsidiary of X11” sözləri yazılıb. “Google” axtarış sistemində yoxladıqda belə hər iki filialın “X11 Management Limited” Şirkətinin strukturuna tabe olması haqqında məlumatlar çıxır. Həmçinin hər iki filialda eyni şəxslərin müxtəlif vəzifələrdə işləmələri, habelə hər iki filialda eyni nəqliyyat vasitələrindən istifadə olunması və sair hallar, açıq-aşkar iddiaçının dəlillərinin əsassız olmaması nəticəsinə gəlməyə əsas verir. Mülki Məcəllənin 53.2 və 53.3-cü maddələrinin mənasına görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyasını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filillar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə hər iki filial arasında hüquq bağlılığın, habelə onların eyni hüquqi şəxsin ayrıca bölməsi olub-olmadığına aydınlıq gətirilməli, onların lazımi qaydada təsdiq edilmiş əsasnamələri işə əlavə edilməklə iddiaçının cavabdehə qarşı hazırkı tələblərinin əsaslılığına Əmək Məcəlləsinin 45-ci maddəsinin 5ci hissəsinin və həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür. Hazırkı halda sözügedən filiallar arasında hüquqi bağlılıq müəyyən edilərsə, qeyd olunan normaların tələblərinə əsasən, İddiaçı “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağladığı müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab ediləcəkdir. Belə olan halda isə işəgötürənin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə, habelə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə görə yolverilməzdir. Çünki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılmasına imkan verən hallardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və sair kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan normaların tələblərini pozaraq, iddiaçının apellyasiya şikayətində göstərilən işəgötürən tərəfindən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilməsinə dair dəlili üzrə heç bir araşdırma aparmadan, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, onunla müddətli əmək müqaviləsinin bağlanmasının səbəblərini, habelə həmin müqavilənin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıb-bağlanmadığını tam, hərətərəfli və obyektiv araşdırmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, sözügedən normada nəzərdə tutulan “razılıq” dedikdə işçinin iradə ifadəsi başa düşülür. İradə isə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir. Hazırkı halda hər ay 5000 manat əmək haqqı alan, 60 yaşına çatmış iddiaçının 3 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməsi və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etməsi inandırıcı, ağlabatan görünmür və əslində onun bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müddətli əmək müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə iddiaçının iradəsi də yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Digər tərəfdən, işdən görünür ki, işəgötürən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə 03 iyul 2023-cü il tarixli, 23x-ok saylı əmrlə 03 iyul 2023-cü il tarixdən xitam verərək Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini də nəzərə almayıb. Həmin normada qeyd olunur ki, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Belə ki, işdən görünür ki, tərəflər arasında 29 iyun 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanıb, sonradan müqavilənin müddəti 28 iyun 2023-cü il tarixədək müəyyən edilib. İşəgötürən tərəfindən müqaviləyə 28 iyun 2023-cü il tarixdə xitam veriləcəyi barədə iddiaçıya 12 may 2023-cü il tarixdə müvafiq bildiriş göndərilib. Əmək müqaviləsində nəzərdə tutulan iş ilinə uyğun olaraq iddiaçı, 22 may 2023-cü ildən 16 iyun 2023-cü il tarixədək əmək məzuniyyətində olub. Əmək məzuniyyətindən sonra ilk iş günü hesab edilən 19 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək xəstəliklə bağlı iddiaçı iş yerində olmayıb. Daha sonra 03 iyul 2023-cü il tarixdə iddiaçı, Bakı şəhəri, Sabunçu rayon X8 şöbəsində həkim müayinəsində olub və həmin gün müayinə üçün qeydiyyatdan keçib və 04 iyul 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək xəstəxanada stasionar müalicə alıb. Bütün bu hallar işə əlavə edilmiş Bakı şəhəri, X16 Publik hüquqi şəxsin 26 avqust 2023-cü il tarixli arayışı və ona əlavə edilmiş tibbi sənədlərlə də təsdiq olunur. Göründüyü kimi işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə xitam verib, bu isə qanunla yolverilməzdir. Cavabdeh etiraz ərizəsində, 03 iyul 2023-cü il tarixli xəstəlik vərəqəsi təqdim olunduqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyini göstərsə də, işdə bu barədə, yəni iddiaçının 03 iyul 2023-cü il tarixdə əmək qabiliyyətli olmaqla iş yerində olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olunan hallara diqqət yetirməyib və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən gün onun işdə və əmək qabiliyyətli olub-olmaması ilə bağlı işin hallar üzrə heç bir araşdırma aparmayıb. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinine- 2(006)-341/2024, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 35; Əmək Məcəlləsinin 45; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 88, 106.1, 385.1.1, 385.1.2, 385.1.4, 386, 388, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin qanundan sui-istifadə ilə müşayiət olunan hərəkətlərini nəzərə almadan onu cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətdən azad etmişdir. Belə ki, cavabdeh qanunda müddətli müqavilə bağlanması ilə bağlı müddəadan suiistifadə etmiş, heç bir əsas olmadan iddiaçı ilə qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmış, daha sonra isə həmin müqavilənin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında oxşar münasibətdən irəli gələn əmək mübahisəsi ilə bağlı yaranan kolliziya barədə aşağıdakıları qeyd etmişdir. “Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da bir qayda olaraq əmək hüququnun subyektləri faktikicəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçılik xüsusiyyətinin olması(məsələn, işçilərin işəgötürəndən iqtisadia sılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ,əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.” Göründüyü kimi, ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi belə öz qərarında işçi və işəgötürənin faktiki cəhətdən bərabər olmadığını, yəni işçinin daha zəif, işəgötürəndən iqtisadi cəhətdən asılı olmasını öz qərarında təsbit etmişdir. Lakin, heç bir əsas olmadan iddiaçı ilə qanunsuz olaraq 3 aylıq müqavilə bağlayaraq onu dəfələrlə uzatmış, daha sonra isə həmin müqavilənin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam vermiş, cavabdehin bu hərəkətlərini məhkəmə hüquqdan sui-istifadə kimi qiymətləndirməyərək dövlətin üzərinə qoyulan işsizliyin aradan qaldırılması üzrə öhdəliyinin icrasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİİİ hissəsi ilə dövlətin işsizliyin aradan qaldırılması üzrə siyasətinə zidd olaraq, cavabdehin istər Konstitusiyada təsbit edilmiş, istərsə də əmək qanunvericiliyi ilə yaranan öhdəliyini yerinə yetirməməsinə göz yumaraq əsassız qətnamə çıxarmışdır. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarı). Lakin, məhkəmə iddiaçının təqdim etdiyi sübutların cəmindən irəli gələrək iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməməsini gördüyü halda işsizliyin aradan qaldırılması üzrə dövlətin üzərinə qoyulan öhdəliyinin icrasını təmin etməmişdir. İşin faktiki hallarına əsasən işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda məhkəmə, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyini, işsiz və işəgötürənin faktiki cəhətdən bərabər olmadığını, yəni işçinin daha zəif, işəgötürəndən iqtisadi cəhətdən asılı olmasını, bu səbəbdən cavabdehin tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığını nəzərə almayaraq, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki,əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddənin “f” bəndinə müvafiq olaraq, o cümlədən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İş materiallarından göründüyü kimi iddiaçı ilk olaraq “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2016-cı il tarixində işə daxil olub və müddətli əmək müqaviləsi bağlayıb. Daha sonra isə 5 ili tamam olduğundan (2016.12.07; 2017.02.03; 2018.01.23.; 2018.12.18.; 2019.01.15; 2019.06.28; 2020.01.21; 2021.04.26 saylı əmək müqavilələri) əmək müqaviləsinin statusu dəyişilərək qanunun tələbinə əsasən müddətsiz hesab edilmişdir. Daha sonra rəhbərlik tərəfindən iddiaçıya bildirilib ki, burada əmək müqviləsinə xitam veriləcək və Cavabdehda işə qəbul olunacaqdır. İddiaçı “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialında rəhbər vəzifədə işlədiyindən həmin şirkətin və Cavabdehın eyni rəhbərliyə tabe olmaqla vahid bir şirkətin tərkib hissələri olmasından xəbərdar olub. Bu zaman iddiaçının 60-a yaxın yaşı olub. İddiaçı iki seçim qarşısında qalıb, ya bunu qəbuledəcəkdi, ya da işdən çıxacaqdı. O, da məcburiyyət qarşısında qalaraq, yaşını, şirkətlərin biri-biri ilə əlaqələrinin olmasını nəzərə alaraq təklifi qəbul edib. Uzun müddətdir işlədiyi iş yerini yalnız rəhbərliyin göstərişi ilə dəyişmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialında işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə, yəni cəmi 1 gün sonra isə Cavabdehda işə başlamışdır. Müqavilənin müddəti bir neçə dəfə uzadılmasına baxmayaraq "X9" Şirkətinin Filialının xx.xx.2023-cü il tarixli 23X-OK №-li Əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə əmək münasibətlərinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə 3 aylıq müqavilənin bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması əmək hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, əmək müqaviləsi işəgötürən tərəfindən tərtib edilərək işçiyə imzalanması üçün təqdim edilmişdir və iddiaçı işini itirməmək üçün məcbur qalıb o müqaviləni imzalamışdır. İddiaçının yerinə yetirdiyi iş daimi xarakterli iş olmuşdur. Cavabdeh 3 aylıq müqavilə bağlamaq və onun uzadılması səlahiyyətini özündə saxlamaqla iddiaçını özündən asılı hala salmış, beləliklə də, işini itirməmək üçün əmək hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməməyinə onu məcbur qoymuşdur. Belə ki, cavabdehin müqavilə müddətini uzatmamasından ehtiyyat etdiyindən, hətta müqavilənin 3 aylıq bağlanmasına belə etiraz etməkdən çəkinmiş, məcbur qalaraq həmin müqaviləni imzalamışdır və bu da iddiaçını əlverişsiz vəziyyətə salaraq sonradan hazırki mübahisəsinin yaranmasına səbəb olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı ilə 3 aylıq müqavilə bağlanaraq ardıcıl olaraq dəfələrlə uzadılması zamanı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə müəyyən olunmuş tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. İddiaçının müqaviləyə imza atmağı hüquq bərabərliyi prinsipinin təmin edilməsi və onun razılığı mənasına gəlmir. İddiaçı müqaviləni imzalayarkən 3 aylıq müddət məsələsinə iradını bildirmişdir, lakin qarşı tərəf müddət məsələsində israrlı olduğu üçün işini riskə atmayaraq imza etmişdir. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərkolunmuş maraqla) müəyyənləşdirilir. İddiaçının bu müddətə (3 aya) münasibətdə motivi yox idi. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz, motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı “X5 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialından işdən çıxdığı dövrdə müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bu zaman onun aldığı əmək haqqı da Karasu ƏŞ-də işləyərkən aldığı əmək haqqıdan daha yüksək idi. Həmin dövrdə onun 60 yaşı var idi. 60 yaşlı bir şəxsin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi və daha yüksək əmək haqqı aldığı bir müəssisədən müddətli əmək müqaviləsi əsasında daha aşağı əmək haqqı olan vəzifəyə işləməyə keçməsi nə qədər məntiqlidir? 5 ildən sonra onun pensiya hüququ yaranırdı. Həmin müddətin onun üçün vacib olduğunu nəzərə alsaq, əvvəlki iş yerini könüllü şəkildə dəyişmədiyinin bir daha sübut olunduğunu görünər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən, "X5 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, Kayman Adalarının "X9" Şirkətinin Filialı (VÖEN **********) xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, filial hüquqi şəxs olmadığından yenidən təşkili, hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, ölkə Prezidentinin xx.xx.2008-ci il tarixli 713 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinə altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestri məlumatlarının və qeydiyyat sənədlərinin Vergilər Nazirliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) müvafiq aktla təhvil verilməsi tapşırığı verilmişdir. Ədliyyə Nazirliyi tərəfindən tapşırığın icrası təmin olunmuşdur. Bunu nəzərə alaraq sorğuda qeyd edilən hüquqi şəxslər barədə məlumatın verilməsi imkan xaricindədir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış sorğunun cavab məktubunda qeyd edilmişdir ki, Məsələ ilə bağlı bildiririk ki, sorğu edilən məlumatların təqdim edilməsi Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri xaricindədir. (təkrar sorğuya da eyni məzmunlu cavab verilmişdir).
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi barədə məlumatları Sizə təqdim edirik. Bildiririk ki, İddiaçı adına “X9" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi daxil edilməmişdir. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan müəssisələrin təşkilati-hüquqi və təsisedilmə əsasları, yaranması, dəyişməsi, birləşməsi və sair məlumatlar Xidmətin səlahiyyətlərinə aid olmadığından həmin məlumatların təqdim edilməsi mümkün olmamışdır. Nəzərə almağınızı xahiş edirik.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, əsas dəlillərindən biri kimi, hər iki şirkətinin kökünün eyni olmasını,iddiaçının işlədiyi dövrdə filial rəhbərinin eyni şəxs olmasını, lakin əvvəlki məhkəmə baxışı zamanı bu halların araşdırılmadığını, əllərində mövcud olan sübutlarla birbaşa olmasa da, dolayısı ilə həmin qurumların eyni hüquq şəxsin tabeliyində olan qurumlar olması, hətta eyni idarəetmə formasında olmasının təsdiq edildiyini, icraçı direktorun da eyni şəxs olduğunu, digər tərəfdən iddiaçının işdən çıxarılarkən bülütendə olmasının da cavabdeh tərəfindən nəzərə alınmadığını, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlamasına qanunvericiliyin yol vermədiyini, tərəflər arasında bağlanan müqavilədə isə sadəcə işin birinci 2 (iki) ayı sınaq müddəti hesab edildiyini və müddətin üç aylıq müəyyən edildiyini, həmçinin tərəflərdən hansısa birinin etirazı olmadığı təqdirdə müqavilənin eyni müddətə uzadılmasının göstərildiyini,lakin tərəflər arasında bağlanan əmək müqaviləsində həmin müqavilənin müddətli bağlanmasının səbəbi, hansı səbəbdən sonradan dəfələrlə üç ay müddətinə uzadılması göstərilmədiyini qeyd etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri də nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, hazırkı iş üzrə Ali Məhkəmənin qərarına mülahizələrini yazılı formada məhkəməyə təqdim etdiyini və onun da izahat kimi nəzərə alınmasını kollegiyadan xahiş etdiyini, hər iki şirkətin yurisdiksiyasının fərqli olduğunu, Belə ki, “X5 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) xx.xx.2009-cu il tarixində dövlət qeydiyyatına alındığını, təsisçisi 100% pay haqqı ilə X3 (Virgin İslands (British)) - “X5” şirkəti olduğunu, Kayman Adalarının Cavabdehın (VÖEN **********) isə xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alındığını və təsisçisisinin 100% pay haqqı ilə Kayman Adalarının (Cayman islands (the)) - Kayman Adalarının “X9” şirkəti olduğunu, kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyində əsaslanmalardan biri olan iddiaçının iddiası üzrə hər iki şirkətin filialının “X11 Managemen Limited” şirkətinin strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərməsi faktına münasibətdə isə bu halın hazırkı iş üçün heç bir hüquqi əhəmiyyət daşımadığını, Azərbaycan Respublikası hal-hazırda bu cür faktla fəaliyyət göstərən bir çox şirkətlər olduğunu, və onların hər birinin əmək qanunverciliyinə əsasən ayrı-ayrı işəgötürənlər hesab edildiyini, həmin şirkətlərin işçilərinin də işəgötürən qarşısında ayrıca əmək müqaviləsi münasibətlərində olduğunu, kasasiya instansiyasının qərarının 49-cu bəndində hər iki filialın rəhbərinin iddiaçının işlədiyi dövrdə eyni şəxs olması və hər iki filialının eyni hüquqi ünvana sahib olmasında da heç bir qanun pozuntusunun olmadığını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən bir işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bildiyini, yəni həmin vaxtda Vladimir Davlyatov adlı şəxsin hər iki filiala rəhbərlik etməsində qanunsuz heç bir halın olmadığını, digər tərəfdən də Azərbaycan Respublikasında qeydiyyata alınan filialların qeydiyyat zamanı bir hüquqi ünvanda olmalarına da qanunvericilik tərəfindən heç bir məhdudiyyət qoyulmadığını, hər iki filialın dövlət qeydiyyatına alındığı hüquqi ünvanın yerləşdiyi binanın biznes mərkəzi kimi fəaliyyət göstərdiyini və həmin binada Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri ilə yanaşı çoxlu sayda şirkət olduğunu,həmçinin iddiaçının cavabdehlə əmək müqaviləsi bağlayan zaman iradə ifadəsinin olmaması ilə bağlı kassasiya instansiyasının göstərişləri ilə razı olmadığını, iddiaçının kifayət qədər savadlı olduğunu və hər iki şirkətin ayrı-ayrı şirkətlər olmasının əvvəlcədən ona məlum olduğunu, yeni işə götürən tərəfindən ona yeni əmək müqaviləsinin təqdim edildiyini, iddiaçının tam anlaqlı olaraq müqavilə şərtləri ilə razılaşaraq onu öz imzası ilə təsdiq etdiyini, digər tərəfdən cavabdehin iddiaçı ilə əmək müqaviləsi imzalayan zaman qabaqcadan onu əmək müqaviləsində göstərilən müddətin sonu, yəni 3 ayın sonunda xitam edilməsi düşüncəsi və məramı olmadığını, buna sübut kimi cavabdehlə bir ildən çox əmək münasibətlərinin davam etdiyini, cavabdeh əmək müqaviləsinə iddiaçının gələcək əmək fəaliyyətinə hər hansı bir əngəl törətmədən müddətin bitməsi ilə əlaqədar xitam verildiyini və xitam verilməsi zamanı da cavabdehin əmək məzuniyyətindən istifadəsinə şərait yaradıldığını, onun həmin vaxt təqdim edilən xəstəlik vərəqəsində göstərilən son günə işdə olmamasını nəzərə alıb bütün müddəti qanunvericiliyin tələbinə əsasən gözlənildiyini və heç bir şəkildə qanuni pozuntuya səbəb verən əməl törədilmədiyini, bundan əlavə , iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verildiyini, əslində əmək müqaviləsinə xx.xx.2023- cü il tarixdə xitam verilməli olduğunu, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi bildiriş ünvanlandığını, bu müddət ərzində işçi xx.xx.2023 tarixdən xx.xx.2023-cü il tarixinə kimi xəstəliklə bağlı iş yerində olmadığını və cavabdehə rəsmi sənədin xx.xx.2023-cü il tarixində təqdim edildiyini , bundan əlavə heç bir xəstəlik vərəqəsinin də olmadığını və ona görə də həmin tarixdən əmək müqaviləsinə xitam verildiyini, xitam verildikdən sonra həkimə getməsi və sabahı gün yəni xx.xx.2024-cü il tarixdə hər hansı arayışın olmasının isə hazırkı mübahisəyə heç bir aidiyyatının olmadığını bildirmiş və dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X5” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.1. Əmək müqavilələri sərbəst bağlanır. 42.2 Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla biləra) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 19.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. 2. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
21. Kollegiya hesab edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kassasiya instansiyasının göstərişlərinin apellyasiya instansiyası üçün məcburiliyi nəzərə alınaraq “X9” Şirkətinin Azərbaycan Filialı və “ X5” LTD şirkətinin Azərbaycan Respublikası Filialı haqqında zəruri məlumatları (təşkilati-hüquqi və təsisedilmə əsasları, yaranması, dəyişməsi, birləşməsi, bir təşkilata tabeçiliyi və ya kökündə fərqi olması, və s.), habelə onlar ilə İddiaçı arasında mövcud olmuş əmək münasibətlərini təsdiq edən müvafiq sənədlərlə bağlı sorğular verilmiş, lakin cavab məktubları ilə həmin şirkətlərin bir hüquqi şəxsin filialları olması, törəməsi və bağlılığı barədə məlumatlar müəyyən edilməmişdir. Bundan əlavə şirkətlərinin hüquqi ünvanlarının və direktorlarının eyni olması ilə bağlı qeyd edilməlidir ki, qanunvericlikdə bununla bağlı məhdudiyyət müəyyən edilmir və bu təsisatların əlaqəsini müəyyən etmir. İddiaçı onunla əsassız olaraq müqavilənin müddətli bağlanıldığını, əslində müqavilənin müddətsiz bağlanılmalı olduğunu, ümumiyyətlə əmək müqaviləsini məcbur qalıb bağladığını bildirsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmiş, iddiaçı müqaviləni tam şəkildə dərk edərək şüurlu şəkildə onu imzalayaraq müqaviləni bəyəndiyini bəyan etmiş, həmçinin müqavilənin müddətli bağlanması hissəsi onun tərəfindən mübahisələndirilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən bütün müddətlər, o cümlədən işçinin xəstəlik dövrü nəzərə alınmışdır.
22. İddiaçı müddətsiz əmək müqaviləsi bağlamamaq üçün işəgötürənin təklifi ilə məcburiyyət qarşısında qalaraq öz ərizəsinə əsasən “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2022-ci il tarixdən xitam verildiyini, elə həmin gündə də onunla Kayman Adalarının Cavabdehı arasında müddətli əmək müqaviləsi bağlanaraq eyni vəzifəyə, yəni “Texnoloji-nəqliyyat sexi”nə rəis vəzifəsinə qəbul edildiyini, əslində “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Kayman Adalarının Cavabdehın “X11 Management Limited” Şirkətinin (VÖEN **********) strukturuna tabe olmaqla, eyni Şirkət kimi fəaliyyət göstərdiklərini və sair iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi, sözügedən filialların hüquqi bağlılığını araşdıran, filialları təsis və təşkil edən hüquqi şəxsin kimliyinə aydınlıq gətirilməsi üçün müvavafiq sorğular göndərilmiş və müəyyən edilmişdir ki, “X5 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) xx.xx.2009-cu il tarixində dövlət qeydiyyatına alındığını, təsisçisi 100% pay haqqı ilə X3 (Virgin İslands (British)) - “X5” şirkəti olduğunu, Kayman Adalarının Cavabdehın (VÖEN **********) isə xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alındığını və təsisçisisinin 100% pay haqqı ilə Kayman Adalarının (Cayman islands (the)) - Kayman Adalarının “X9” şirkəti olduğunu, kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyində əsaslanmalardan biri olan iddiaçının iddiası üzrə hər iki şirkətin filialının “X11 Managemen Limited” şirkətinin strukturuna tabe olmaqla eyni şirkət kimi fəaliyyət göstərməsi faktına münasibətdə isə bu halın hazırkı iş üçün heç bir hüquqi əhəmiyyət daşımadığını, Azərbaycan Respublikası hal-hazırda bu cür faktla fəaliyyət göstərən bir çox şirkətlər olduğunu, və onların hər birinin əmək qanunverciliyinə əsasən ayrı-ayrı işəgötürənlər hesab edildiyini, həmin şirkətlərin işçilərinin də işəgötürən qarşısında ayrıca əmək müqaviləsi münasibətlərində olduğunu, kasasiya instansiyasının qərarının 49-cu bəndində hər iki filialın rəhbərinin iddiaçının işlədiyi dövrdə eyni şəxs olması və hər iki filialının eyni hüquqi ünvana sahib olmasında da heç bir qanun pozuntusunun olmadığını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən bir işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bildiyini, yəni həmin vaxtda Vladimir Davlyatov adlı şəxsin hər iki filiala rəhbərlik etməsində qanunsuz heç bir halın olmadığını, digər tərəfdən də Azərbaycan Respublikasında qeydiyyata alınan filialların qeydiyyat zamanı bir hüquqi ünvanda olmalarına da qanunvericilik tərəfindən heç bir məhdudiyyət qoyulmadığını, hər iki filialın dövlət qeydiyyatına alındığı hüquqi ünvanın yerləşdiyi binanın biznes mərkəzi kimi fəaliyyət göstərdiyini və həmin binada Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri ilə yanaşı çoxlu sayda şirkət olduğunu,həmçinin iddiaçının cavabdehlə əmək müqaviləsi bağlayan zaman iradə ifadəsinin olmaması ilə bağlı kassasiya instansiyasının göstərişləri ilə razı olmadığını, iddiaçının kifayət qədər savadlı olduğunu və hər iki şirkətin ayrı-ayrı şirkətlər olmasının əvvəlcədən ona məlum olduğunu, yeni işə götürən tərəfindən ona yeni əmək müqaviləsinin təqdim edildiyini, iddiaçının tam anlaqlı olaraq müqavilə şərtləri ilə razılaşaraq onu öz imzası ilə təsdiq etdiyini, digər tərəfdən cavabdehin iddiaçı ilə əmək müqaviləsi imzalayan zaman qabaqcadan onu əmək müqaviləsində göstərilən müddətin sonu, yəni 3 ayın sonunda xitam edilməsi düşüncəsi və məramı olmadığını, buna sübut kimi cavabdehlə bir ildən çox əmək münasibətlərinin davam etdiyini, cavabdeh əmək müqaviləsinə iddiaçının gələcək əmək fəaliyyətinə hər hansı bir əngəl törətmədən müddətin bitməsi ilə əlaqədar xitam verildiyini və xitam verilməsi zamanı da cavabdehin əmək məzuniyyətindən istifadəsinə şərait yaradıldığını, onun həmin vaxt təqdim edilən xəstəlik vərəqəsində göstərilən son günə işdə olmamasını nəzərə alıb bütün müddəti qanunvericiliyin tələbinə əsasən gözlənildiyini və heç bir şəkildə qanuni pozuntuya səbəb verən əməl törədilmədiyini, bundan əlavə, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verildiyini, əslində əmək müqaviləsinə xx.xx.2023- cü il tarixdə xitam verilməli olduğunu, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi bildiriş ünvanlandığını, bu müddət ərzində işçi xx.xx.2023 tarixdən xx.xx.2023-cü il tarixinə kimi xəstəliklə bağlı iş yerində olmadığını və cavabdehə rəsmi sənədin xx.xx.2023-cü il tarixində təqdim edildiyini , bundan əlavə heç bir xəstəlik vərəqəsinin də olmadığını və ona görə də həmin tarixdən əmək müqaviləsinə xitam verildiyini, xitam verildikdən sonra həkimə getməsi və sabahı gün yəni xx.xx.2024-cü il tarixdə hər hansı arayışın olmasının isə hazırkı mübahisəyə heç bir aidiyyatının olmadığını nəzərə alaraq apellyasiya şikayətin əsassız olduğundan təmin edilməməli olmasına dair qənaət təsdiqlənir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-341/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.