Məhkəmə qərarları › İş №2(103)-4101/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4101/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4101/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, X2, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası X3r. Cavabdeh iddiaçının atasının ikinci arvadıdır. Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının atası Şamil Şamilovun istifadəsində olmuşdur və Qaradağ Rayon İcra Hakimiyyətinin balansındadır (Qaradağ rayonu İcra Hakimiyyətinin Ələt Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 32 №-li məktubu). İddiaçının atası X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,10 saylı mənzilinə köçürülməklə,həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanında qeydiyyatdadır. Mənzildə özündən başqa mərhum atası X7 qeydiyyatdadır. Mərhum atası X7 ilə o Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanında qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Lakin, analığı atası vəfat etdikdən sonra onu evdən qovmuş və orada yaşamağa icazə verməmişdir. Onun həmin mənzilə qeydiyyatı olsa da, cavabdeh nə mənzildə yaşamış nədəki, mənzilə qeydiyyatdadır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanına kilid vurub onu qoymur ki, ona məxsus evdə yaşasın. Qohumqardaşının evində yaşayır. İndi onlarda ondan beziblər. Artıq getməyə yeri yoxdur atasından qalmış evə köçüb yaşamaq istəyir. Atası vəfat etmiş, analığının isə onun üzərində və ya əmlakın üzərində heç bir hüququ yoxdur. Buna baxmayaraq o hal-hazırda öz evində yaşaya bilmir. Cavabdehin şər-böhtan atmasından çəkinir. Bu səbəbdən məhkəməyə müraciət edərək, məhkəmə qaydasında onun mənzilə köçürülməsi və onun mənzildən istifadə etməsi qaydasının müəyyən edilməsi barədə qərar verilməsinə dair müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisəli evdə heç bir haqqı olmadığından, onun evə köçüb yaşamasını istəmir. Belə ki, həmin ev iddiaçının atasına 1967-ci ildə işlədiyi yerə görə verilmişdir. İddiaçının atası ilə 1974-cü ildə evləndikdən sonra həmin evə gəlin köçmüşdür. İddiaçının atası öldükdən sonra o və uşaqları həmin evdə yaşamışdır. Evdə oğurluq hadisəsi olduğundan və ev pis vəziyyətə düşdüyündən başqa evə köçmüşdür. Bununla yanaşı, evin kommunal xərclərinin hamısı cavabdehin özü tərəfindən ödənilməkdədir. Mübahisəli ev X6 olmuş, lakin evin sənədi düzəldilməyib və evin sənədi hazırda mövcud deyil. Maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi İH-nin balansındadır. Lakin həmin evlə bağlı onlarda heç bir sənəd mövcud deyildir. Ev iddiaçının atasının sahibliyinə verilmişdir. Evin iddiaçının atasının sahibliyinə hansı əsasla, necə verilməsinə dair sənədlər mövcud deyil. Adətən iş yerindən həmin evlər növbəlilik üzrə məktub əsasında verilirdi, hazırda isə onlarda həmin sənədlər mövcud deyildir. Buna baxmayaraq evin iddiaçının atasının sahibliyində olması, iddiaçının həmin evdə pasport qeydiyyatında olması halı onlara bəllidir, bu barədə evin kartoçkası və qeydiyyatla bağlı sənəd aşkar edilib. Ev həmin şəxslərin istifadəsində oduğuna görə, İHnin bununla bağlı heç bir etirazı yoxdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsi,10 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X6 övladı olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən, həmin mənzildə 1983-cü ildən daimi pasport qeydiyyatında olduğundan və həmin evdə yaşadığından onun mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır. Cavabdeh tərəf iddiaçının həmin mənzildə ümumiyyətlə yaşamadığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd edilən halla əlaqədar cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş yazılı akt ilə bağlı onu bildirmişdir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. Digər tərəfdən, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır. Yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli, hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, iddiaçının həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Bu halda, mənzil qanunvericiliyinin müvafiq normaları rəhbər tutularaq, iddia tələbi mənzilə köçürülmə və istifadə hüququnun tanınması hissəsində əsaslı olmaqla, təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus yaşayış sahəsi kimi qeyd etsə də, həmin yaşayış sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilməmişdir. Belə ki, həmin yaşayış sahəsi Qaradağ Rayon İcra Hakimiyyətinin balansında olmaqla, X6 qanuni sahibliyində olmuşdur. Ona görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217, 218.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı Şamilin birinci nikahından olan oğludur. İddiaçının özündən başqa bacı və qardaşları var və Qobustan qəsəbəsində başqa ünvanda valideynləri ilə birgə yaşayıb. Cavabdeh isə faktiki nikaha daxil olduğu tarixdən mübahisəli ünvanda yaşamışdır. Orada yaşayanda həmin ünvanda heç kim qeydiyyatda olmamışdır. Belə ki, ev barak tipli evlərdən olmuş və cavabdeh əri ilə oranı birgə yaşadığı dövrdə öz vəsaiti hesabına yaşamaq üçün yararlı hala gətirmişlər. Cavabdeh mərhum həyat yoldaşı ilə ailə qurduğundan iddiaçı, onun anası və digər ailə üzvləri onlarla əlaqə saxlamamış, onlara gəlib-getməmiş, onlara qarşı daim qərəzli olmuşlar. Ümumiyyətlə ailə quranda həyat yoldaşı əvvəlki ailəsi barədə cavabdehə heç bir məlumat verməmiş, cavabdeh onları sonradan bilmişdir. Uşaqları da daim həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. İddiaçı bir gün belə onların yaşadığı ünvanda yaşamamışdır. Onun hansı qaydada yaşadığı ünvana qeydiyyata düşməsi də məlum deyildir. Həyat yoldaşı vəfat etdikdən sonra, sözügedən evdə oğurluq hadisəsi baş vermişdir. Evdən oğurlanmış əmlakın hamısı ona məxsus olmuşdur. Bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış hökmü də vardır. Hökmü məhkəməyə təqdim edərək bildirmişdir ki, əgər doğrudan da iddiaçı mübahisəli ünvanda yaşamışdırsa, heç olmasa oğurlanmış əmlaklardan biri ona məxsus olmalı idi. Digər tərəfdən, iddiaçının mübahisəli ünvanda bir gün belə yaşamaması barədə qonşuların iştirakı ilə tərtib edilmiş və Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə isə yalnız həmin akta istinad etməklə aktın düzgünlüyünü şübhə altına almaqla onu sübut vasitəsi kimi qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7148/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla yoxlanılan hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin X1 olması, cavabdehin 1983-1993-cü illərdə, iddiaçının isə 1983-1985, 1986-cı ildən etibarən həmin yaşayış sahəsində pasport qeydiyyatında olması məhz 2000-ci ilə qədər olan dövrə aid oduğundan, həmin yaşayış sahəsinə dair tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 384.0.1, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” 12 mart 1999-cu il tarixli, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1757/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)- 7148/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmələr iddiaçının mübahisəli evdən 2000-ci ildə çıxıb 22 il orada yamamasını Mənzil Məcəlləsinin 60-cı maddəsinin sonuncu bəndinə əsasən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması şərtləri baxımından düzgün təhlil etməmişdir. Belə ki, cavabdeh birinci instransiya məhkəməsində verdiyi izahatında iddiaçının mübahisəli evdə əvvəllər yaşadığını, mərhum Şamil Şamilov 2000-ci ildə vəfat edəndən sonra evdə yalnız özünün uşaqları ilə yaşadığını bildirsə də (bax: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu), sonradan verdiyi izahatlarında iddiaçının ümumiyyətlə orada yaşamadığını qeyd etmişdir. Məhkəmələr bu ziddiyyətli izahatları cavabdehlə müzakirə etməsə də iddiaçının 2000-ci ilədək mübahisəli evdə yaşadığını, atası öləndən sonra evdən çıxdığını müəyyən etmişdir. İddianın düzgün həlli üçün bu halın Mənzil Məcəlləsinin 60-cı maddəsi və 87-ci maddəsinin dispozisiya şərtləri baxımından təhlil edilməsi zəruridir. Birinci isntansiya məhkəməsi bu istiqamətdə təhlli apararaq qeyd edib ki, iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır. İddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmələr bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərara istinad edərək qeyd ediblər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Lakin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin həmin qərarında eyni zamanda qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu baxımdan, iddiaçının evdən çıxıb qanunla nəzərdə tutulan altı aydan bir və ya beş il üçün deyil, daha uzun - 20 ildən də çox müddətə mübahisəli evdə yaşamaması, həmin müddət ərzində evə qayıtmağa cəhd etməməsi, əgər evə qayıtmağa maneələr törədilmişdirsə və evə qayıtmaq niyyəti olubsa, 20 ildə bununla bağlı məhkəmədə iddia qaldırmaması, evdə ona aid hər hansı əşyanın saxlanmaması kimi hallar, daha çox iddiaçının həmin evdən daimi çıxması barədə nəticəyə üstünlük verən faktlardır. İddiaçı bu faktların üzürlü sayılması üçün əsas verən başqa sübutları, məsələn başqa yerdə işləmək, təhsil almaq və sair səbəblərdən evdən çıxdığı barədə sübutları təqdim etməyib. İşin bu vəziyyətində məhkəmələrin “iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsini daimi tərk etməsi kimi qiymətləndirilməsinə əsas vermir” əsaslandırması, işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsiplərinə cavab vermir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli, tam və obyektiv araşdırmalı, nəticədə qanuni və əsaslı qətnamə çıxarmalıdır Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya baxışının hədləri.

Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qətnamə mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş etdiyindən qətnamə tam yoxlanılır.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının hazırkı iddia tələbi mənzil hüququ ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009-cu ilədək yarandığına görə, iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) müddəalarını tətbiq edilməlidir. İddianın düzgün həlli üçün bu halın Mənzil Məcəlləsinin 60-cı maddəsi və 87-ci maddəsinin dispozisiya şərtləri baxımından təhlil edilməsi zəruridir. Birinci isntansiya məhkəməsi bu istiqamətdə təhlli apararaq qeyd etmişdir ki, iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Birinci instansiyasi məhkəməsi bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərara istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Konstitusiya Məhkəməsinin istinda edilən qərarında eyni zamanda qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi iddiaçının mübahisəli evdən 2000-ci ildə çıxıb 22 il orada yaşamamasını Mənzil Məcəlləsinin 60-cı maddəsinin sonuncu bəndinə əsasən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması şərtləri baxımından düzgün təhlil etməmişdir. Belə ki, cavabdeh birinci instransiya məhkəməsində verdiyi izahatında iddiaçının mübahisəli evdə əvvəllər yaşadığını, mərhum Şamil Şamilov 2000-ci ildə vəfat edəndən sonra evdə yalnız özünün uşaqları ilə yaşadığını bildirsə də (bax: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu), sonradan verdiyi izahatlarında iddiaçının ümumiyyətlə orada yaşamadığını qeyd etmişdir. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmələr bu ziddiyyətli izahatları cavabdehlə müzakirə etməsə də iddiaçının 2000-ci ilədək mübahisəli evdə yaşadığını, atası öləndən sonra evdən çıxdığını müəyyən etmişdir. Kassasiya instansiya məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, iddiaçının evdən çıxıb qanunla nəzərdə tutulan altı aydan bir və ya beş il üçün deyil, daha uzun - 20 ildən də çox müddətə mübahisəli evdə yaşamaması, həmin müddət ərzində evə qayıtmağa cəhd etməməsi, əgər evə qayıtmağa maneələr törədilmişdirsə və evə qayıtmaq niyyəti olubsa, 20 ildə bununla bağlı məhkəmədə iddia qaldırmaması, evdə ona aid hər hansı əşyanın saxlanmaması kimi hallar, daha çox iddiaçının həmin evdən daimi çıxması barədə nəticəyə üstünlük verən faktlardır. İddiaçı bu faktların üzürlü sayılması üçün əsas verən başqa sübutları, məsələn başqa yerdə işləmək, təhsil almaq və sair səbəblərdən evdən çıxdığı barədə sübutları təqdim etməyib. İşin bu vəziyyətində məhkəmələrin “iddiaçının uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsini daimi tərk etməsi kimi qiymətləndirilməsinə əsas vermir” əsaslandırması, işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsiplərinə cavab vermir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli, tam və obyektiv araşdırmalı, nəticədə qanuni və əsaslı qətnamə çıxarmalıdır. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçıya mübahisəli mənzildə 20 ildən çox müddətə yaşamamasının səbəbləri barədə hər hansı sübut təqdim etməsini təklif etsə də, iddiaçı bu hala dair sübutunun olmadığını, lakin dəfələrlə evə köçmək üçün cəhd etdiyini bildirmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma zamanı cavabdeh tərəfin izahatları ilə müəyyən etmişdir ki, iddiaçı ümumiyyətlə bu evdə yaşamamışdır. Onun birinci instansiya məhkəməsində izahatında iddiaçının atasının ölümündən əvvəl gəlib getməsinə dair göstərilənlər təhrif olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin iddia ilə bağlı mövqeyini inandırıcı sayır. Belə ki, iddiaçı həqiqətən də atasının ölümündən əvvəl mübahisəli evdə yaşamasından əlavə, ən azından ora gəlib getməsinə dair heç bir mötəbər sübut təqdim belə edə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin dispozisiya şərtləri baxımından iddianın düzgün həlli üçün həmin normaların təhlilinə əsasən bu qənaətə gəlir ki, iddiaçı həqiqətən də mübahisəli evə nə üçün gəlib getməyib, ümumiyyətlə yaşamayıb. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar