Məhkəmə qərarları › İş №2(103)-4102/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4102/2024

15.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4102/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri üzrə (Açar sözlər: əmlakın açıq hərracdan satılması, satış pulunun əmlakın mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, kompensasiya ödənilməklə avtomobilin istifadə və sahibliyə verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “əmlakın açıq hərracdan satılması, satış pulunun əmlakın mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə avtomobilin istifadə və sahibliyə verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-811/2023 nömrəli qətnaməsindən və xx.xx.2024-cü il tarixli, e-2(005)-811/2023 nömrəli əlavə qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5055/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş "Mitsubishi L200" markalı, ** NN *** dövlat qeydiyyat nişanlı avtomobilə X5 ½ hissədə, X3 ½ hissədə payının müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə X10 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş AD999834 nömrəli, 08 fevral 2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi, 08 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 10.000 manatın cavabdeh İddiaçı alınaraq X8 qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə X5 1/2 hissədə, İddiaçı ½ hissədə payının müəyyən edilməsi, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, Bakı şəhəri, ünvan 3 nömrəli mənzilə X5 1 /2 hissədə, İddiaçı ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında xx.xx.2022-ci il tarixdə ünvan 1, 54 nömrəli mənzilin ½ hissəsinə dair X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu əmlakın qalan ½ hissəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1322 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, 54 saylı mənzilin tərəflər arasında naturada paylara münasib bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki X2 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/M 41-288/23 nömrəli ekspert rəyinə əsasən ünvan 1, blok D1, 54 nömrəli mənzilin bazar dəyəri 723.000 manat, "Mitsubishi L200" minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 25.000 manat, “Volkswagen Touareg R-line” minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri isə 94.000 manatdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30 D, blok D1, mənzil 54-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2022-ci il tarixdə icraya yönəlmişdir. Lakin o, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdakı payına mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnu həyata keçirə bilmir. Cavabdehlə aralarında olan münaqişə səbəbindən mənzilə daxil ola, ondan istifadə edə bilmir. Mülkiyyətində olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən icarəyə verilib və əldə olunan kirayə haqqı onun tərəfindən mənimsənilir. Aralarında payın naturada ayrılması həmin mənzilə tənasübsüz zərər vurmadan mümkün və məqsədəuyğun deyil. Bu səbəbdən, Cavabdeh1 ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30 D, blok D1, mənzil 54 naturada bölünməli, bu mümkün olmadıqda qiymətləndirilərək açıq hərracdan satılmalı və satışdan əldə edilən pul onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə bölüşdürülməlidir.

4. Bundan sonra iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissənin (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə verilməklə, “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh İddiaçı alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin, mübahisəli əmlakların qiymətləndirilməsinə dair ekspert rəyi adı altında təqdim edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia icraata götürülmüşdür.

5. Qarşılıqlı iddia işin faktiki hallarına istinad edilərək, onunla əsaslandırılmışdır ki, “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil və “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillərdən qarşı tərəf və onun yaxınları faydalanır və bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ər-arvadın hər birinin pay hüquqları müəyyən edilmiş iki nəqliyyat vasitəsinin naturada, yəni tərəflərin hər birinə bir avtomobil verilməklə bölünməsi mümkündür. “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin digər avtomobilin dəyərindən artıq olmasını nəzərə alaraq, dəyəri aşan hissə (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehə verilməklə, digər nəqliyyat vasitəsi, yəni “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil naturada onun sahibliyinə və istifadəsinə verilməlidir. Bununla belə, məhkəmə tərəfindən, onun mövqeyi aydınlaşdırılmadan qeyd edilən kommersiya qurumunun ekspert qismində seçilməsi əsassız hesab edlməlidir. Digər tərəfdən, ekspertiza qurumu və ekspert kimi təqdim edilən şəxslərin xüsusi biliyə malik olmalarını təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəhayət, ekspert rəyi kimi təqdim olunan yazılı mülahizələrdə, internet saytlarında əmlak satışı ilə bağlı bir neçə elana istinad edilmiş və başqa heç bir tədqiqat aparılmamışdır. Belə vəziyyətdə, rəy adı altında təqdim edilmiş sənəddə əks olunan məlumatların mötəbərliliyindən danışmaq olmaz. Məhz bu səbəbdən xx.xx.2023-cü il tarixli ekspert rəyi adı altında təqdim edilmiş sənəd etibarsız hesab edilməlidir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracda satılması, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilinin açıq hərracda ilkin satış qiymətinin 723.000 manat müəyyən edilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh1 verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun Cavabdeh1 tutularaq, "xxxx" MMCnin hesabına keçirilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. (hakim X11)

7. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 mənzilinin naturada ayrılması qeyri-mümkündür. Bu xx.xx.2020-ci il tarixli, 10/3754 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar, məhkəmə iclası zamanı tərəflərin hər ikisinin izahatlarından və ərizələrindən həmin əmlakın açıq hərraca çıxarılmasından və əmlakın hərracda satıldıqdan sonra paylarına uyğun vəsaitin onlara ödənilməsindən başqa mübahisənin həll edilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzildə mülkiyyətçilərin payı bərabər olduğundan, eləcə də tərəflərin kompensasiya ilə bağlı təklifi digəri tərəfindən qəbul edilmədiyindən, həmin mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir.

8. Məhkəmə qarşılıqlı iddia tələbinin “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini aşan hissəsinin və "Mitsubishi L200" markalı, ** NN *** dövlat qeydiyyat nişanlı avtomobilin ilk iddiaçıya verilməsi yolu ilə “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə olan mülkiyyət hüquqlarına xitam verilməsi barədə tələbinə münasibətdə bildirmişdir ki, ilk iddiaçı qeyd olunan təkliflə razılaşmamış, eyni zamanda da qarşılıqlı iddiaçının həmin əmlakların hərracda satılması ilə bağlı tələbi olmadığından iddia tələbinin təmin edilməməsi qanuni və əsaslıdır. Məhkəmə, əlavə olaraq bildirmişdir ki, tərəflər onlara paylı mülkiyyət hüququ əsasında məxsus olan mübahisəli avtomobillərə kompensasiya verilməklə onların mülkiyyət hüquqlarına xitam verilməsinin iradə ifadələrinə zidd olduğunu qeyd etmişlər. Məhkəmə yuxarıda sadalananlara əsasən tərəflərin bu mövqeyini nəzərə alıb qarşılıqlı iddia tələbini təmin etməməyi qanunamüvafiq hesab etmişdir.

9. Məhkəmə qarşılıqlı iddia tələbinin “ekspert rəyinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən ekspert rəyi ilə razılaşmadıqda məhkəməyə təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə müraciət edə bilərdi. Bunun əvəzinə isə qarşılıqlı iddia üzrə iddiaçı cəmiyyəti cavabdeh qismində cəlb edərək, onun tərəfindən verilmiş rəyi mübahisələndirmişdir. Məlum olduğu kimi, tərəflərin təqdim etdiyi sübutların mötəbərliliyi şübhə doğurarsa, məhkəmə öz təşəbbüsü ilə həmin sübutların mötəbərliliyinin yoxlanılması üçün müvafiq eksperiza təyin edə bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin heç bir hüquqi əsası mövcud olmamaqla, onun bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması müəyyən edilmir.

10. Məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə Cavabdeh1 100 manat dövlət rüsumu ilk İddiaçı xeyrinə, aparılmış aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 400 manat ilkin iddia üzrə Cavabdeh1 tutularaq Cavabdeh2 MMC-nin hesabına keçirilməlidir.

11. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməsi və həmin abzasda “100 dövlət rüsumu” ifadəsinin “100 manat dövlət rüsumu” kimi oxunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

12. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, e-2(005)-811/2023 saylı mülki işlə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə Cavabdeh1 tərəfindən qarşılıqlı iddia verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ilk iddia üzrə cavabdehin etməli olduğu hərəkətlərin nədən ibarət olması ilə bağlı məsələlər həll edilməmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, mülki iş üzrə əlavə qətnamənin çıxarılması, mülki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 78.1-ci, 80-cı, 81-ci, 106.1-ci, 119-cu, 217.4-cü, 229-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, habelə əlavə qətnamənin ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinin tələblərini pozmuş, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olub-olmamasını tam yoxlamadan, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunduğunu qətnamədə yazsa da, əslində iddia ərizəsində bu tələb göstərilməmişdir və bu məsələ ilə bağlı məhkəmə tərəfindən də hər hansı təklif edilməmişdir (bunu yoxlamaq üçün məhkəmə iclasının audio və video yazılarına baxmaq kifayətdir). Bu məsələ mediasiya sessiyasında da qaldırılmamşdır. Ümumiyyətlə, hazırkı iddia tələbləri ilə bağlı iddiaçı mediasiya təşkilatına müraciət etməmiş və bu iş üzrə mediasiya mərhələsi olmamışdır. Halbuki, burada mübahisə predmetini qanunun tələblərinə görə ər-ərvadın paylı mülkiyyətinin naturada ayrılması və hərracda satılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh2 MMC-ni cavadeh qismində cəlb etsə də, onun məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun üçün lazımi şərait yaratmamış, cavabdehi dinləməmiş, onun nümayəndəsinin izahat verməsinə (cavabdehə suallar verməsinə) və sübutlar təqdim etməsinə şərait yaratmamış, qarşılıqlı iddia ərizəsində göstərilən halları araşdırmamış, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin heç bir hüquqi əsasının mövcud olmadığını qeyd etsə də, bu sahədə heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi heç bir sübut olmadan və iddia tələbi irəli sürülmədən, müəyyən etmişdir ki, Mülki Məcəllənin 220.3-cümaddəsinin tətbiqi, yəni payın naturada ayrılmasına yol vermədiyi halda, ayrılan mülkiyyətçiyə, onun payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi mümkün deyildir. Birinci instansiya məhkəsi iddia tələbi olmadan bu məsələni güya öz təklifi ilə həll etməyə çalışmışdır. Həmçinin, birinci instansiya məhkəməsi əlavə qətnamə qəbul edilməsinə dair verilmiş ərizəni qismən rədd edərək, onun tərəfindən edilməli olan hərəkətləri qətnamənin nəticə hissəsində göstərməmişdir. Nəticədə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq, bu hissədə əsassız olaraq əlavə qətnamə qəbul etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə etmiş və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərini qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasəniki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasənbu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasənmülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4750/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 sayı, xx.xx.2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın “Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

26. Hazırki apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, əlavə qətnamənin isə ərizənin təmin edilməyən hissəsində ləğv olunması, həmin hissədə də ərizənin təmin edilməsi xahiş olunduğundan, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 291030-4750/2023 saylı qərardadı ilə iş üzrə icraata “Cavabdeh2 MMC-nin ekspert rəyinin etibarsız hesab edilməsi” hissəsində xitam verildiyindən, qətnamə xitam verilmiş hissə istisna olmaqla tam, əlavə qətnamə isə ərizənin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğu təqdirdə əsaslı hesab edilə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyibsə, həmçinin öz payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

29. İşin hallarından göründüyü kimi tərəflər keçmiş ər-arvaddır. Hazırda mübahisə predmetini təşkil edən mənzil və avtomobillərə münasibətdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tərəflərin ½ hissədə pay hüququ tanınmışdır. Mənzilə münasibətdə bu hüquq xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İlk iddia tələbi ilə mübahisəli mənzilin naturada bölünməsi, bu mümkün olmadığı təqdirdə açıq hərracda satılaraq əldə olunmuş pulun tərəflərin paylarına mütənasib olaraq bölünməsi, qarşılıqlı iddia tələbi ilə isə “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının istifadə və sahibliyinə verilməsi şərti ilə, digər avtomobilin ("Mitsubishi L200" markalı, ** NN *** dövlət qeydiyyat nişanlı) və bu avtomobillərin bazar dəyəri arasında mövcud fərqin kompensasiya məbləği kimi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödənilməsi, habelə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsi xahiş edilir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)-4102/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-811/2023 nömrəli qətnaməsi qismən - “qarşılıqlı iddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən hazırki qətnamə ilə apellyasiya şikayətinin ekspert rəyinin etibarsızlığı ilə bağlı dəlillərinə hüquqi qiymət verilmir.

31. Məhkəmə kollegiyası ilk iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilk iddiaçı iddia ərizəsində ilkin olaraq mənzilin naturada bölünməsini, bu mümkün olmadığı halda mənzilin hərraca çıxarılaraq satılmasını tələb etmişdi. Bu səbəbdən, məhkəmə icraatında ilk növbədə mənzilin naturada bölünməsinin mümkünlüyü araşdırılmış və bununla bağlı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1322 nömrəli ekspert rəyində mübahisəli mənzilin tərəflər arasında naturada paylara münasib bölünməsinin İnşaat Norma və Qaydalarına və Məhkəmə Tikinti Texniki X2 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında məhkəmə tərəfindən mübahisəli mənzilə münasibətdə məhkəmədənkənar razılığın əldə olunması, o cümlədən kompensasiya məbləği ödənilməklə qarşı tərəfə məxsus pay hüququnun da əldə olunmasının mümkünlüyü araşdırılmış, lakin ilk iddiaçı tərəfindən belə bir razılığın əldə olunmadığı bildirilmişdir (i.v. 216, məhkəmə iclasının audi-video yazısı 5:32 dəq – 6:00 dəq aralığı).

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, o cümlədən birinci instansiya məhkəməsində kompensasiya məsələsinin müzakirə olunduğu məhkəmə baxış iclasında ilk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin iştirak etmədiyini nəzərə alaraq apellyasiya baxışı zamanı yenidən kompensasiya ödənilməklə mənzilə olan pay hüququnun əldə edilməsi məsələsini müzakirəyə çıxarmış, lakin yenə də tərəflər arasında hər hansı razılıq əldə olunmamışdır. Belə ki, avtomobillərlə bağlı hər iki tərəf qiyməti daha yüksək olan “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin onda saxlanılması şərti ilə digər avtomobilin ("Mitsubishi L200" markalı, ** NN *** dövlət qeydiyyat nişanlı) və bu avtomobillərin bazar dəyəri arasında mövcud fərqin kompensasiya məbləği kimi qarşı tərəfə ödənilməsini istəyir və əksini qəbul etmir. Mənzilə olan payın dəyərinin ödənilməsi ilə bağlı da tərəflər arasında hər hansı razılıq olmamışdır. İlk iddia üzrə cavabdeh mənzilin müəyyən edilmiş qiymətini yüksək hesab edir. Lakin daha aşağı qiymətdə olması ilə bağlı hər hansı sübut təqdim etmir və ən əsası da hər hansı məbləğin ödənilməsini təklif etmir.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında sərgilənən hüquqi mövqeyi, habelə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, ünvan 3 nömrəli mənzilində payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi qənaətinə gəlmişdir.

34. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 723.000 manat məbləğinin mübahisəli mənzilin ilkin satış dəyəri kimi müəyyənləşdirilməsi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu qəbildən olan işlər üzrə əmlakın hərraca çıxarılaraq satılması zamanı mənzilin ilkin satış dəyəri deyil, bazar dəyəri müəyyənləşdirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, həmin məbləğ mənzilin bazar dəyəri kimi müəyyənləşdirilməlidir.

35. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu baxımdan mübahisəli avtomobillərin də tərəflərin paylı mülkiyyətində olması halı da nəzərə alınaraq məhkəmə kollegiyası dəyəri yüksək olan avtomobilin qarşılıqlı iddiaçıda qalması şərti ilə dəyəri aşağı olan avtomobilin və həmin avtomobillərin bazar qiyməti arasındakı fərqin ilk iddiaçıya kompensasiya məbləği kimi ödənilməsi ilə bağlı məsələni tərəflərin müzakirəsinə çıxarmış və ilk iddiaçı qeyd edilən halın mümkünlüyünü birmənalı olaraq qəbul etməmişdir. Məhkəmə kollegiyası mübahisəli avtomobillərin qarşılıqlı iddia tələbində göstərilən kompensasiya məbləği verilməklə əvəzləşdirilməsi barədə tərəflər arasında razılığın, o cümlədən həmin avtomobillərin açıq hərracda satılaraq satış pulunun bölünməsi ilə bağlı tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi və apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz.

36. Məhkəmə kollegiyası əlavə qətnamədən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, nəticə etibarı ilə birinci instansiya məhkəməsi tərəfindən əlavə qətnamə qəbul edilmişdir. Başqa sözlə, ərizə üzrə əlavə qətnamə çıxarılmasından ümumilikdə imtina edilmədiyindən, ərizədə qaldırılan məsələr üzrə təmin edilən və rədd edilən hissədə əsaslandırma aparıldığından və əlavə qətnamədən də şikayət nəzərdə tutulduğundan, yekunda qarşılıqlı iddiaçının ərizənin təmin edilməyən hissəsində şikayət vermə hüquqi saxlanıldığından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Başqa sözlə, ilk iddia üzrə cavabdehin etməli olduğu hərəkətlər aydındır və əlavə olaraq hər hansı hərəkətin göstərilməsinə hər hansı hüquqi zərurət yoxdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı ailə və əmək mübahisələri üzrə məhkəmədə iddia qaldırmamışdan əvvəl mübahisənin məhkəmədənkənar həll edilməsi üçün mediasiya təşkilatına müraciət etməlidir. Hazırki mübahisə mülkiyyət hüququnun qorunması ilə bağlı olduğundan və birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvad arasında bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğundan, hazırda da mübahisənin predmetini paylı mülkiyyətdə olan əmlakla bağlı hüquq münasibətləri çıxış etdiyindən apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri də əsassızdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-811/2023 nömrəli qətnaməsi “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilməli, həmin məbləğ mübahisəli mənzilin bazar qiyməti kimi müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 811/2023 nömrəli qətnaməsi “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilsin. 723.000 manat məbləği Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin bazar qiyməti kimi müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar