Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4104/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1250/2022 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2018 saylı, 16.10.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-139/2018 saylı, 16 oktyabr 2018-cı il tarixli qətnaməsinə əsasən İddiaçı1 150000 ABŞ dolları məbləğində əsas borc, 24909 ABŞ dolları məbləğində faiz borcu, 11865 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 186974 ABŞ dolları və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutulmalı olan məbləğ İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə yönəldilməlidir. Həmin ev açıq hərracda satılmalı, evin ilkin satış qiyməti 293200 manat müəyyən edilmişdir, əldə edilmiş vəsait iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Tutma evə yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılaraq, ev boşaldılmalı, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ondan tutulmalıdır və ev boşaldılmalıdır. Binəqədi rayon İcra Şöbəsi tərəfindən İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evi hərraca çıxarılmışdır, lakin sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və bu barədə məlumatlandırılmamışlar. Onlar "xxxx" ASCyə olan borclarını sonuncu hərracda ödəmək qərarına gəlmiş və ona görə də mülkiyyətlərində olan torpaq sahəsini satışa çıxarmışlar. Hazırda yaranmış borcun ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac barədə onlara məlumat verilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1250/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən həyat yoldaşı İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evi hərraca çıxarılmışdır, lakin sonuncu hərracın keçirilməsi barədə hərracın sonuncu məktubunu almamış və həyat yoldaşı da bu barədə məlumatlandırılmamışdır. Biz qərara gəlmişlər ki, "xxxx" ASC-yə olan borclarını sonuncu hərracda ödəsinlər və ona görə də mülkiyyətlərində olan torpaq sahəsini satışa çıxarmışlar. Hazırda yaranmış borclarının ödənilməsi üçün onlarda imkan yaransa da, sonuncu hərrac barədə onlara məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh İddiaçı2 aid təmin edilməyən hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, digər tərəflər qətnaməni mübahisələndirməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-1250/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin ediməsi, cavabdeh İddiaçı1 150000 ABŞ dolları əsas borc, 24909 ABŞ dolları faiz borcu, 11865 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 186974 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması, tutulmalı olan məbləğin İddiaçı2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 293200 manat müəyyən edilərək açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi, tutma evə yönəldilərək açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılaraq, ev boşaldılması və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçı1 tutulması və evin boşaldılması qət edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)- 139/2018 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və 21.12 2018ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin 02.11.2021-ci il tarixli sifariş məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli 2(001)-139/2018 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin yönəldiyi borclu İddiaçı2 mülkiyyətində olan ipotekaya qoyulmuş ilkin satış qiyməti 293200 manat olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-yə sifariş verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 12 noyabr 2021-ci il tarixli 604/21 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin 02.11.2021-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair ilkin hərracın keçirilməsi 08 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan sifarişli-xəbərnaməli poçt zərflərinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 göndərilmiş bildiriş “evdə yoxdur”, İddiaçı2 göndərilmiş bildiriş isə “ünvan tam deyil” qeydi yazılmaqla geri qayıtmışdır. İş materiallarında olan “Hərrac Market” qəzetinin 12.11.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ilkin satış qiyməti 293200 manat olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair açıq hərracın keçirilməsinin 08 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 10 dekabr 2021-ci il tarixli 604/21 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin satış qiyməti 249220 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilmişdir. İş materiallarında olan sifarişli-xəbərnaməli poçt zərflərinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 göndərilmiş bildiriş “köçüb”, İddiaçı2 göndərilmiş bildiriş isə “ünvan tam deyil” qeydi yazılmaqla geri qayıtmışdır. İş materiallarında olan “Hərrac Market” qəzetinin 10.12.2021-16.12.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin təkrar hərracdakı satış qiyməti 249220 manat olmaqla təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan 053099, 053100 və 060901 nömrəli qaimələrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə bildirişi 22.12.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan “Hərrac Market” qəzetinin 24.12.2021-30.12.2021-ci il tarixli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin 249220 manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" MMC -nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 17 yanvar 2022-ci il tarixli 604/21 nömrəli protokolundan və "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış poteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 17 yanvar 2022-ci il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 139/2018 saylı 16 oktyabr 2018-cı il tarixli icra sənədi əsasında İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evininin ilkin satış qiyməti 293200 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 293200 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 186915 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evini 186915 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evi tam mülkiyyət hüququ üzrə 04.03.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. Məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 43.4, 43.5, 43.7, 44-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 293200 manat məbləğində hərracın keçirilməsi 08 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Hərrac Market ” qəzetinin 12.11.2021-18.11.2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 249220 manat məbləğində təkrar hərracın keçirilməsi 23 dekabr 2021-ci il tarixə saati 11:00-a təyin edilmişdir. “Hərrac Market” qəzetinin 10.12.2021-16.12.2021-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçılara keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, lakin təqdim etmək mümkün olmamışdır. İddiaçı1 keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə 22.12.2021-ci il tarixdə şəxsən, İddiaçı2 isə İddiaçı1 vasitəsi ilə məlumatlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Hərrac Market” qəzetinin 22 dekabr 2021ci il tarixli buraxılışında Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin 249220 manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 186915 manat qiymətə tələbkar "xxxx" ASC təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, "xxxx" MMC -nin “İpoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 17 yanvar 2022-ci il tarixli 604/21 nömrəli protokolu tərtib edilmişdir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Novxanı qəsəbəsi, 1060 saylı bağ evinə dair keçirilmiş hərracın nəticələrinin etibarsızlığı üçün əsaslar müəyyən olunmur. İşdə olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçılara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi, həmçinin təkrar hərracın keçirilməsi barədə hər iki iddiaçıya ünvanlanmış bildirişin İddiaçı1 tərəfindən qəbul edildiyi təsdiq edilir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, qəzetdə elanlar verilmişdir. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, cavabdeh İddiaçı2 məlumatlı olmuş, qanunsuz hərəkətlərə yol verilməsi halları olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)- 1250/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4104/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4104/2022
08.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver