Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4104/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdehnə qarşı işi üzrə Açar sözlər: (“qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil5 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdehnə qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-14/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)
1. İddiaçı iddia (tələbinin dəqiqləşdirilməsinə dair ərizə) təqdim edərək, cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən 33000 manat icarə haqqının, 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C- D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixli notarial müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən faktiki sahələri 300 kv.m-dən artıq olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın, 1-ci mərtəbəsində yerləşən iki ədəd qeyriyaşayış sahəsini cavabdeh ondan təhvil almışdır. Əvəzində isə həmin müqaviləyə əsasən tərtib olunmuş akta əsasən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində ona tam təmirli formada təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin müqaviləyə əsasən aylıq 2200 manat da icarə haqqının ona ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Nəzərə çatdırır ki, müqavilənin bağlanmasından 4 ilə yaxın müddət keçsə də, bugünki günə kimi həmin qeyri-yaşayış sahəsi ona təhvil verilməməkdədir. Yaxın vaxtlarda isə faktla bağlı haqlı iradını bildirdikdə ona artıq həmin sahənin başqa şəxslərə satıldığı və ona sökülən əmlakının qarşılığında heç bir əmlak verilməyəcəyi deyildi. Bundan əlavə, bağlanmış müqaviləyə əsasən "Yeni Ailə” MTK ona aylıq 2200 manatlıq icarə haqqı da ödəməli idi. Lakin ilk başlarda kart hesabına bu pul köçürülsə də, son iki rüb, yəni 6 aylıq icarə haqqı ona ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən onun konstitusion hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 2.2.1 -ci maddəsinə əsasən cavabdehin tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq mülkiyyətçiyə təhvil verilməsi öhdəliyi müəyyən edilmişdir. Bundan əlavə müqavilənin 2.2.2-ci maddəsində də ona ödənilməli olan icarə xərcinin məcburiliyi qeyd olunmuşdur. Həmçinin hazırki müqavilənin 1.1ci maddəsində ona təhvil verilməli olan əks olunduğu akt və eskiz layihəni də qoşma vasitəsi ilə təqdim edir. Həmin akt və eskizdə verilməli olan qeyri-yaşayış sahəsinin harada yerləşməsi açıq formada qeyd olunmuşdur. Lakin cavabdeh aldığı məlumata əsasən həmin sahəni artıq başqa şəxslər üçün satışa çıxarmışdır. Hazırda elə onu narahat edən əsas məsələ də bununla bağlıdır. Belə ki, cavabdeh tikinti şirkəti həmin sahəni istədiyi kənar bir şəxsə pul qarşılığında satacaqdır. Bu zaman isə artıq qanuni mülkiyyəti kənar şəxslər tərəfindən qəsb edilmiş olacaqdır. Hazırki iddianı qaldırmaqda əsas məqsədi həm cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək, həm də qanuni mülkiyyətinin mühafizəsini həyata keçirməkdir. Nəzərə çatdırır ki, həmin ünvanda yerləşən və cavabdeh tərəfindən sökülmüş qeyri-yaşayış sahələri onun yeganə gəlir və qazanc mənbəyi idi. Həmin sahələri ictimai iaşə məntəqəsi kimi işlədir və ailəsinin gəlirlərini qarşılayırdı. Hazırda isə 4 il müddət keçməsinə baxmayaraq nə əmlakı ona təhvil verilir, nə də aylıq icarə haqqı ödənilir. Halbuki cavabdehin hər zaman istinad etdiyi Nəsimi rayon icra hakimiyyəti başçısının 263 və 264 saylı 16 oktyabr 2017-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı tamamilə vətəndaşların mənzil və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf həmin bu qərar və sərəncamın hüquqi təbiətini dərk etməmiş və onu belə çıxılmaz bir vəziyyətə salmışdır. Bildirir ki, cavabdeh qurum tərəfindən sakinlərlə ilkin danışıq və razılaşma qaydaları da yuxarıda qeyd olunan hüquqi aktlara tamamilə zidd formada olmuşdur. Belə ki, təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırılır, əraziyə giriş-çıxışlarına maneçilik törədilirdi. O, da bu tip qanunsuz hərəkətlərə görə məcbur qalıb cavabdehin təqdim etdiyi şərtlərlə məcburi olaraq razılaşdı. Elə məhz həmin vaxt faktiki sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsi 125.1 ə 39.9 kv.m olaraq nəzərə alındı. Hazırda isə bu qədər əziyyətlərdən sonra da qanuni mülkiyyətləri cavabdeh tərəfindən onlara verilmir və satışa çıxarılır. Yuxarıda da qeyd etdiyi kimi həmin obyektlər onun yeganə gəlir mənbəyi idi. Cavabdeh qurum isə məcburi şəkildə onunla razılaşdıqdan sonra o, həmin qazancından da məhrum oldu. Uzun illərdir ki, mülkiyyətinin ona təhvil veriləcəyi günü ümidlə gözləyirdi. Lakin bir neçə gün əvvəl artıq həmin sahənin satışa çıxarıldığı məlumatını aldıqda bütün ümidləri puç oldu. Halbuki müqavilə 2 il bundan əvvəl tam icra olunmalı və sahə ona təhvil verilməli idi. Bu müddət ərzində o, obyektinin istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edə bilərdi. Bu maddi zərəri əldən çıxmış fayda qismində 5000 manat dəyərində qiymətləndirir. Bildirir ki, müqavilə bağlandığı gündən uzun illərdir ki, ona davamlı bir süründürməçilik kompaniyası aparılır. Hər müraciət etdikdə tikinti şirkətinin nümayəndələri müxtəlif bəhanələr gətirir, onunla mübahisə edir və özlərinin haqlı olduqlarını təkidlə müdafiə edirlər. O, isə 66 yaşında bir qadındır və bu mübahisələrə tab gətirə bilmir. Uzun müddətli bu mübahisələr onun ağır əsəb, stres keçirməyinə səbəb olur. Bunun nəticəsində isə ona ağır mənəvi zərər vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin də əvəzi ona ödənilməlidir. Əks halda pozulmuş hüquqlarının bərpasından söhbət belə gedə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi ona ağır mənəvi zərər vurulması öz təsdiqini tapır. Bu mənəvi zərəri isə 1000 manat dəyərində qiymətləndirir. Həmçinin bildirir ki, qeyri-yaşayış sahəsinin ona faktiki olaraq təhvil verilməsindən əlavə gələcəkdə əmlakına rəsmi çıxarış almağında hər hansı bir problem yaranmaması səbəbi ilə yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi müəyyən edilməlidir.
2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-14/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə İddiaçı təhvil verilsin və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul və 147 manat dövlət rüsumunun tututularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442; Mənzil Məcəlləsinin 113.2, 113.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin "Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C- D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B- C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsi təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, belə ki, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 1718-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir.” Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə verilən A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 176,1 kv.metr təşkil edir. Mülki işin 125-ci səhifəsində olan eskiz layihədə Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ölçüsü 72.70 kv.m qeyd edilmişdir. Maraqlı şəxs ilə bağlanan müqavilədə ona veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü 65 kv.m göstərilmişdir. Ekspert rəyi ilə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi isə 65.9 kv.m müəyyən edilmişdir. Göründüyü kimi müqavilədə, eskiz layihədə və maliyyə arayışı arasında ziddiyyətlər vardır. "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Maraqlı şəxs məxsus sahənin konkret olaraq ünvanı göstərilməmişdir. Maliyyə arayışında isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında "D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs borcu olmadığı qeyd edilmişdir. Beləliklə, xx.xx.2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsi qeyd edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəydən də göründüyü kimi A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 65,9 kv.metr təşkil edir. Mülki işin 124-cü səhifəsində olan eskiz layihədə isə A- B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin üzərinə Kənan yerinə ümumiyyətlə Qızbəs adı qeyd edilmişdir. Qeyd olunanlardan açıq-aydın görünür ki, "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında bağlanmış müqavilədə nəzərdə tutulan yer, A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi deyil. Həmçinin yerində müayinə zamanı məhkəmə müəyyən etdi ki, A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinə bitişikdir və həmin sahənin davamıdır. Ona görə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi də İddiaçı verilməlidir. Bundan başqa "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə xx.xx.2018-ci il tarixdə, "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında isə müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə müqavilə daha öncə bağlanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilk növbədə İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəlikləri tam icra etməlidir. Cavabdeh tərəfindən Maraqlı şəxs verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü müqaviləyə əsasən 65 kv.m-dir və ünvan dəqiq göstərilməmişdir. Belə olan halda Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin harada yerləşməsini müəyyən etmək cavabdehin üzərinə düşən öhdəlikdir. Həmçinin "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb "Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq "Yeni Ailə” MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativi İddiaçı sahəsi 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini təmirsiz verməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir və müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilməmişdir. İddiaçıya A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsi və A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi verilsə belə, müqavilədə qeyd olunmuş 250 kv.m sahə tamamlanmır. Qeyri-yaşayış sahələrinin ümumi ölçüsü 176.1+65.9=242 kv.m-dir. Müqavilədə isə 250 kv.m qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmçinin müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən ******* manat (176,1 x 10110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsinin isə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 666000 manat (65,9 x 10110) məbləğində olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsi ekspert rəyi ilə müəyyən olunmuş orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış 8x10110=80880 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, İ8, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə və qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul İddiaçı təhvil verilməli və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin "cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən 33000 manat icarə haqqının tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, kirayə haqqının ödənilməməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin "5000 manat maddi zərərin və 1000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A- B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə İddiaçı təhvil verilməli və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul və 147 manat dövlət rüsumu tututularaq İddiaçı ödənilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - "Yeni Ailə” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb "Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq "Yeni Ailə” MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19- da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini işə qəbul edəcəklər. "Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyri- yaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür; - "Yeni Ailə” MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür; - xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, İddiaçı həmin binanın yarımzirzəmisində A-B-C-D və 17, 18, 19-da yerləşən ticarət sahəsinin eskiz layihəsi ilə tanış oldu. Öz razılığı ilə həmin yerin ona məxsus olmasına razılıq verir. Ümumi ölçü 250 kv.m təşkil edir; - Eskiz layihədən görünür ki, A-B-C-D və 17, 18, 19-da yerləşən 200 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı verilməsi qeyd olunub. 16, 17 oxlar aralığında yerləşən 72.70 kv.m olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi qeyd olunub; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, 10/630 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C- D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 176,1 kv.metr, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B- C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D 17-1819 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən ******* manat (176,1 x 10110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C 16-17 oxlar aralığında yerləşən qeyri- yaşayış sahəsinin isə hazırki orta bazar qiymətlərinə. uyğun ümumi dəyərinin təqribən 666000 manat (65,9 x 10110) məbləğində olduğu müəyyən edilmişdir;- Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında "D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə görə Maraqlı şəxs heç bir borcu yoxdur; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********77- 05101-083004 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2018-ci il tarixli, 11171049 52 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır; - ÖM seriyalı 128531 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2002-ci ildə Maraqlı şəxs adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli, 4/33 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 171 -ci vərəqində olan Maraqlı şəxs adına tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli 244 № li arayışda "Yeni Ailə” MTK-nin sədri:” qrafasındakı imza - HACİYEV ZİYA ELŞAD oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 171-ci vərəqində olan Maraqlı şəxs adına tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli 244 № li arayışda "Yeni Ailə” MTK-nin sədri:” qrafasındakı imza ilə mülki işin 22-ci vərəqində Vəkil2 adına olan 01 sentyabr 2022-ci il tarixli 25/22 № li etibarnamədə "Yeni Ailə” MTK- nin sədri:" qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8606 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri- yaşayış sahələrinin faktiki sahəsi təqdim olunan "işçi layihə” ilə eynilik təşkil etmədiyi, belə ki, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 1718-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri- yaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyriyaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan "işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B- C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan "işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B- C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 1617 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/15-5/19 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli, 244 N-li arayışın məzmunundakı yazıların şriftləri ilə arayışdakı "Yeni Ailə” MTK-nin sədri: Z.E.Hacıyev yazıların şriftləri eynilik təşkil etmirlər. - 25 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "Yeni Ailə” MTK tərəfindən İddiaçı 2450 manat məbləğində pul köçürülmüşdür; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10-5244-5/1183-5/1189 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiq olunan möhür əksi təqdim edilmiş "25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, "17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, "15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, "26 fevral 2023- cü il tarixli 349 nömrəli müqavilə”nin, "23 fevral 2023-cü il tarixli 285 nömrəli arayış”ın, "21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin üzərində olan "Azərbaycan Respublikası YENİ AİLƏ” eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqat zamanı tədqiq olunan və nümunə möhür əkslərində vurulduğu möhürün aşınmasını xarakterizə edən sabit əlamətlər müəyyən etmədi. Bu səbəbdən 25 noyabr 2021-ci il tarixli 244 nömrəli arayışdakı möhür əksinin və "Yeni Ailə” MTK-nın MTK-nın müvafiq dövrlərə (2021-ci ilə və 2023-cü ilə) aid sənədlərdəki möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhür (klişe) ilə vurulub-vurulmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın blankı "Yeni Ailə” MTK-nın sərbəst nümunə qismində təqdim etdiyi "23 fevral 2023-cü il tarixli 285 nömrəli arayış”ın blankı ilə eynilik təşkil etmir. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın yuxarı hissəsində olan "№ 244 25 Noyabr 2021-ci il ARAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb "borcu yoxdu” sözü ilə bitən mətnindəki şriftlər sərbəst nümunə qismində təqdim edilmiş "25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığının, 17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, "15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil etmirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın aşağı hissəsində olan "Yeni Ailə” MTK-nin sədri: Z.E.Hacıyev” sözlərini təşkil edən şriftlər sərbəst nümunə qismində təqdim edilmiş "25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, 17 may 2023- cü il tarixli 37 nömrəli Müqavilə”nin, "15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın yuxarı hissəsində olan "№ 244 25 Noyabr 2021-ci il ArAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb "borcu yoxdu” sözü qurtaran mətnlərin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli arayış”da "№ 285 23 Fevral 2021-ci il ARAYİŞ Verilir Vətəndaş”, "ona görə ki, həqiqətən də”, "inşa olunan yaşayış binasında E blok, yaşayış mərtəbələrin 8-ci mərtəbəsi, 155.29 kv.m, olan 3 otaqlı 345 saylı mənzilin dəyərini bütünlükdə ödəmişdir, borc yoxdur. Mənzilə quraşdırılan sayğacların dəyəri, quraşdırma və qeydiyyat xərcləri mülkiyyətçinin özü tərəfindən ödəniləcəkdir” mətnlərin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın yuxarı hissəsində olan "№ 244 25 Noyabr 2021-ci il ARAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb "borcu yoxdu” sözü ilə qurtaran mətnin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli 285 N-li arayışdakı "X2 (AzE ********)”, "Yeni Ailə” MTK-nın Bakı şəhəri, Azadlıq prosspekti ilə S.Rəhimov, M.Qaşqay, Ş.Əzizbəyov küçələrinin kəsişməsində” sözlərdə olan şriftlər ilə eynilik təşkil etmir. Təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli 285 №-li arayışın aşağı hissələrində olan "Yeni Ailə” MTK-nin sədri: Z.E.Hacıyev” sözlərin şriftləri öz aralarında eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021 -ci il tarixli 244 №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş "25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, 17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, "15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, "23 fevral 2023-cü il tarixli arayış”ın, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnləri lazer printerdə çap edilmişdirlər. Azərbaycan Respublikası "YENİ AİLƏ” məzmunlu möhür əksinin, "25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, "17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, "15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, "23 fevral 2023-cü il tarixli 285 nömrəli arayışın üzərlərində olan eyni məzmunlu möhürlərin rəngləyiciləri kimyəvi tərkibinə görə eynidirlər. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrində pilləkən və lift şaxtaları müəyyən edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-14/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 404; Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, ilk növbədə iddia tələbinin təmin edilməyən hissəsinə dair Qətnamənin 1-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə qeyriyaşayış sahəsinin təmirli, yoxsa təmirsiz təhvil verilməsi göstərilməmişdir. Lakin tərəflərin gerçək hüquqi niyyəti və iradə ifadəsi, cavabdehin praktikası, habelə tərəflərin sonrakı hərəkətləri ona işarə edir ki, cavabdeh müqavilədə qeyri-yaşayış sahəsinin təmirli şəkildə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi zəruridir. İddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilədən görünür ki, cavabdeh iddiaçının təmirli mənzilini sökülmək üçün təhvil almışdır. Bunun müqabilində isə qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Təmirli mənzili söküntü üçün təhvil aldığı şəraitdə, onun müqabilində yalnız təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməli olması barədə ağlabatan mühakimə əsasında nəticəyə gəlmək mümkündür. Belə ki, ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemləri olmayan şəxsin), yaxud "ağlabatan insan"ın qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır ki, təmirli mənzili söküntü üçün təhvil alan şirkət əvəzində yalnız təmirsiz qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürsün. Digər tərəfdən, cavabdehin formalaşmış praktikasıda ona dəlalət edir ki, söküntü üçün qəbul etdiyi yaşayış sahələri əvəzində təmirli sahə verməyi öhdəsinə götürür. Belə ki, cavabdehlə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli YZ/18 nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh Maraqlı şəxs məxsus yaşayış sahəsini sökülmək üçün təhvil alıb, əvəzində həmin ərazidə inşa ediləcək binadan təmirli mənzili ona verməyi öhdəsinə götürmüşdür. Bu fakt ona işarə edir ki, cavabdehin praktikası söküntü üçün qəbul edilən yaşayış sahələri əvəzində təmirli sahə verməyi nəzərdə tutur. Məhkəmə isə hazırkı iş üzrə tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmiş, müqavilə şərti təfsir edilərkən, digər şərtlərlə müqayisə aparılmamış, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri (əsl məqsədi) müəyyən edilməmiş, praktikanı nəzərə almamış, nəticədə sübutları düzgün (ağlabatan mühakimə əsasında) qiymətləndirmədən qanunsuz və əsassız Qətnamə çıxarmışdır. Halbuki, Məhkəmə müqavilə hər bir şərtini digər şərtlərin işığında təfsir edib və cavabdehin praktikasını nəzərə alıb tərəflərin həqiqi hüquqi niyyətlərini müəyyən etsəydi, təbii ki, təmirli şəkildə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə nəticəyə gələrdi. Bunları etməməklə, Məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etmədən Qətnamə çıxarmışdır. Mülki-Prosessual Məcəllənin (bundan sonra - "MPM") 385.1.1ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə tərəfindən Qətnamə maddi hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Bundan başqa, Qətnamənin 2-ci dəlilinə münasibətdə qeyd edilməlidirki, icarə haqqının ödənilməməsinə dair iddiaçının sübut təqdim etməli olması barədə gəlinən nəticə səhvdir. Çünki hər hansı halın mövcud olmaması özü özünün (prima facie[2]) sübutudur, həmin halın təkzib edilməsi qarşı tərəfin vəzifəsidir. Belə ki, Ali Məhkəmə Plenumunun"Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" xx.xx.2014-cü il tarixli 1/2024 nömrəli qərarındakı hüquqi mövqeyə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Müəyyən halın mövcud olmaması da ağlabatan mühakiməyə əsasən faktiki prezumpsiyadır və əksi sübut edilənə kimi həmin prezumpsiya qüvvədə olur. Faktiki prezumpsiya mövcud olduğu şəraitdə, onun əksini iddia edən şəxsin üzərinə MPM-in 77.1- ci maddəsi tələb və etirazın əsası kimi istinad edilən halları sübut etmək vəzifəsini qoyur. Bu baxımdan 15 aylıq icarə haqqının ödənilməməsi faktiki prezumpsiyadır və həmin prezumpsiyanı aradan qaldıran hər hansı bir sübutu cavabdeh təqdim etməli olduğu halda, təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə sübutları ağlabatan mühakimə əsasında düzgün qiymətləndirməmiş, 15 aylıq icarə haqqının ödənilməməsinin faktiki prezumpsiya olmasını nəzərə almamış və həmin prezumpsiyanı təkzib edəcək hər hansı sübutun Cavabdeh tərəfindən təqdim edilməməsinə, bununla da icarə haqqının ödənilməməsi faktiki prezumpsiyanın təkzib edilməməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin hissədə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. MPM-in 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Habelə, MPM-in 385.1.4-cü maddəsinə əsasən 1-ci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Qətnamə prosessual normaların pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Nəhayət Qətnamənin 3-cü dəlilinə münasibətdə qeyd edilməlidir ki, fiziki və mənəvi sarsıntı keçirməsini və bu sarsıntıların Cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübut təqdim etməyə də ehtiyac yoxdur. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab", "həyəcan, acizlik və sarsıntı", "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik" kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə09.ll.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə l6.01.2014-cü il tarixli qərarlar). Hazırki işin hallarından görünür ki, iddiaçıya qarşı cavabdehin hüquq pozuntusu törətməsi, bununla da iddiaçıya qarşı ədalətsizlik baş verməsi sübut edilmişdir. Ədalətsizlik halının baş verməsi isə iddiaçının ədalətsizliyə düçar olması hissi keçirməsini təsdiq edir və həmin hiss maddi deyil, iddiaçının mənəvi aləmində, şüurunda baş verən mənfi halı ifadə etdiyindən həmin halın sübutu üçün iddiaçının bunu məhkəməyə bəyan etməsi kifayətdir. İddiaçı da həm yazılı, həm də şifahi nitqlərində məhkəməyə dəfələrlə bildirmişdir ki, Cavabdeh tərəfindən onun hüququ pozulmuş və o, bundan sarsıntı keçirmişdir, yəni ədalətsizliyə düçar olmuşdur. Qeyd edilən fakt kifayətdir ki, cavabdehin hüquq pozuntusu nəticəsində iddiaçının mənəvi zərərə məruz qalmasını sübut etsin. Digər tərəfdən, 5 ilə yaxın müddətdə öz mülkiyyətindən məhrum olan yaşı yetmişə yaxın qadının mənəvi sarsıntı keçirməməsi ağlabatan mühakimə ilə, yaxud "ağlabatan insan"ın qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır. Buna baxmayaraq, Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, cavabdehin iddiaçıya qarşı hüquq pozuntusu törətməsini nəzərə almamış, iddiaçının məhkəməyə sarsıntı keçirməsini bildirməsinə, bununla da cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasının sübuta yetirilməsinə baxmayaraq, mənəvi zərərin guya sübuta yetirilməməsi barədə səhv nəticəyə gəlmişdir. MPM-in390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Habelə, MPM-in 385.1.4-cü maddəsinə əsasən 1-ci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, qətnamə prosessual normaların pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.
5. Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-14/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389, 390, 406, 408, 409; Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birincisi, məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində 207 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.1 kvm olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəlindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyriyaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi Cavabdeh İddiaçına sahəsi 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini təmirsiz verməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir və müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilməmişdir. İddiaçıya A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsi və A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi verilsə belə, müqavilədə qeyd olunmuş 250 kv.m sahə tamamlanmır. Qeyri-yaşayış sahələrinin ümumi ölçüsü 176.1+65.9=242 kv.m-dir. Müqavilədə isə 250 kv.m qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən İddiaçı verilmiş A-B-C-D 17-18-19 oxları aralığında yerləşən və ekspert rəyinə əsasən faktiki içdən-içə 176.1 kvmm qeyri-yaşayış sahəsini bəyənib qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi ordan istifadə edərək qazanc əldə edir. Çatmayan hissə ilə bağlı ona artıqlaması ilə əlavə qeyri-yaşayış sahəsi təklif edilmişdir. Sadəcə iddiaçı ona aid olmayan, binanın digər sakini və mübahisə edilən yerdə qeyri-yaşayış sahəsi olmuş iş üzrə üçüncü şəxsə məxsus sahəni ələ keçirmək niyyətində olmuş və bunu məhkəmə vasitəsi ilə icra etməkdədir. Bu isə məhkəmə tərəfindən vətəndaşlar arasında ayrı-seçkilik edərək qərəzli olaraq iddiaçının maraqlarına xidmət etmək deməkdir. İkincisi, məhkəmənin mövqeyinə görə iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulmayan, üçüncü şəxsə məxsus olan (faktiki olaraq sahiblik və istifadəsində olan) qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması qanuni və ədalətlidir. Bununla bağlı qeyd edir ki, məhkəmə bir cox halları nəzərə almamışdır. Belə ki, əvvəla bir şəxsin hüququ, digər şəxsin hüququnun astanasında bitir. Bundan başqa üçüncü şəxsə məxsus sahəyə müqavilə bağlanması vəzifə qoyulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncüsü, Maraqlı şəxs məxsus qeyri- yaşayış sahəsi Bakı şəhəri, N əsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın D blokunda olması Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavildə qeyd olunmuşdur. Bundan başqa iş materiallarına əlavə olunmuş və onun həqiqiliyin 2 (iki) dəfə keçirilmiş ekspertiza təsdiq olunmuş maliyyə arayışında qeyd olunub ki, verilir vətəndaş Maraqlı şəxs ondan ötəri ki, o Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə görə heç bir borcu yoxdur. Dördüncüsü, Cavabdeh MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 (faktiki 65.9) kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Maraqlı şəxs məxsus olmasını iş üzrə cavabdeh məhkəmə iclasında təsdiq etmişdir, məhkəmə faktiki olaraq yerli baxış zamanı müəyyən etmişdir, digər tərəfdən isə iddiaçı bu halı inkar etmir. Beşincisi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 16(007)-38/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən inşa edilmiş xx.xx.2018-ci il tarixli müqavilə və aktda, eskiz layihədə göstərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik olan 50 kv.m-lik qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs ərizə ilə Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MTK tərəfindən inşa edilmiş xx.xx.2018-ci il tarixli müqavilə və aktda, eskiz layihədə göstərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A- B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m olan qeyriyaşayış sahəsinə bitişik olan 50 kv.m-lik qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)- 38/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, e-16(007)- 38/2022 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A-B-C- D və 17, 18, 19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik olan 50 kv.m-lik qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A- B-C-D və 17, 18, 19 oxlararalığında yerləşən sahəsi 200 kv.m olan qeyriyaşayış sahəsinə bitişik olan 50 kv.m-lik qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi, Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən 65.9 kv.m olan qeyri-yaşayış sahəsində tikinti işləri aparılaraq qeyri-yaşayış sahəsinin arxa qapısı hörülmüşdür (şəkillər əlavə olunmuşdur). Beşincisi, xüsusi ilə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən 65.9 kv.m olan qeyri- yaşayış sahəsinin 1 (bir) çıxışı, A-B- C-Dvə 17, 18, 19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinin 2 (iki) çıxışı vardır (şəkillər əlavə olunmuşdur). Altıncısı, Cavabdeh MTK-i 04 mart 2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: 1. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MTK tərəfindəninşa edilmiş çoxmənzilli binanın qeyri-yaşayış hissəsinə dair MTK ilə SəfərovKənan Səfər oğlu arasında bağlanmış 21 Fevral 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Azadlıq prospekti ilə Süleman Rəhimov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasında, “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi hissəsində yerləşən sahəsi 65.9 kvm ibarət qeyri-yaşayış sahəsini 25 noyabr 2021-ci il tarixli verilmiş Maliyyə arayışına əsasən Süleyman Rəhimov küçəsinə baxan tərəfdən Maraqlı şəxs verilmişdir. 2. Cavabdeh MTK-nın Maraqlı şəxs verdiyi 25 noyabr 2021- ci il tarixli Maliyyə arayışına əsasən Süleyman Rəhimov küçəsində yerləşən 65 kv.m(faktiki 65.9) qeyri-yaşayış sahəsi binanın 16- 17 oxları arasında yerləşir. 3. Bakı şəhəri Nsəimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən 65 kv.m qeyri yaşayış sahəsinin 50 kvm hissəsinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. Həmin həbsin götürülməsi barədə Maraqlı şəxs ərizə üzrə Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həbs götürülərək məhdudiyyət tətbiq edilmişdir. Qeyri-yaşayış sahəsinə qoyulan həbsin ləğv olunmasına görə hər hansı bir müdaxilənin olmaması ilə bağlı Nəsimi rayonu İcra şöbəsinə məlumat verilmişdir. Bu cavabdan da açıq aşkar görünür ki, Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə Bakı şəhəri Süleyman Rəhimov küçəsində yerləşən 65 kvm (faktiki 65.9) qeyri-yaşayış sahəsi binanın 16-17 oxları arasında yerləşir (məktub əlavə olunmuşdur). Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Birincisi, işə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İkincisi, məhkəmə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunduğu halda hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Üçüncüsü, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir. Belə ki, iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi üçüncü şəxsə məxsus olması işin mübahisəsiz halıdır. Dördüncüsü, Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-14/2025 saylı qətnaməsinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C- D və 17,18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmirsiz vəziyyətdə İddiaçı təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması hissəsində ləğv edilməsi, iddia həmin hissədə təmin edilməməsi (rədd edilməsi) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil5 digər tərəflərin apellyasiya şikayətini əsassız hesab etməklə, iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, cavabdehin 65.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini Maraqlı şəxs təhvil vermək öhdəliyinin olduğunu qeyd etməklə, şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulduğu qənaətinə gəlinsə də, üçüncü şəxsin hüquqlarının pozulmasını nəzərə almadığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. 450.2. Öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir. 450.3. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir. 451. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
13. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, qeyd edilən qanunvericiliyin tələblərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlara əsasən mübahisəli hüquq münasibətinə müvafiq iddiaçı tərəfindən mübahisələndirilən hissədə hüququn tətbiqində qismən səhv nəticəyə gəldiyindən və hasil olunmuş qənaət qismən yanlış olduğundan iddiaçı tərəfindən təqdim edilən şikayət qismən təmin, cavabdeh və üçüncü şəxsin şikayəti rədd edilməklə, iddia tələbinin "cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən 33000 manat icarə haqqının tutulması barədə iddianın təmin edilməyən” və qeyri-yaşayış sahələrinin təmirsiz vəziyyətdə İddiaçı təhvil verilməsi hissəsində qətnamə ləğv edilməli, 33000 manat icarə haqqının tutulması” hissəsində iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Belə ki, "Yeni Ailə” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb "Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq "Yeni Ailə” MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri- yaşayış sahəsini işə qəbul edəcəklər. "Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyri- yaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyriyaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən "Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür.
17. Lakin hazırkı iş üzrə MTK müqavilə üzrə öz öhdəliyinin yerinə yetirməsini, o cümlədən icarə haqqının ödənilməsini sübuta yetirməmişdir. Belə olan halda, iddia tələbi "cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən 33000 manat icarə haqqının tutulması” hissəsidə təmin edilməlidir. Bundan əlavə, qeyri-yaşayış sahəsinin təmirsiz verilməsi barədə tələb olmadığı halda məhkəmə münasibətlər üzrə dəyişə bilən, müqavilədən irəli gələn öhdəliklərə tələbdən kənar olaraq qiymət vermişdir. Belə ki, sahənin təmirli və ya təmirsiz təhvil verilməsi məsələsi müqavilə öhdəliklərindən və tərəflərin təhvil-təslim etdiyi zaman onların öz iradə ifadəsi ilə razılaşmasından irəli gələn hal olduğundan, məhkəmənin özü tərəfindən sahənin təmirsiz kimi təqdim edilməsi şərtinin qoyulması prosessual cəhətdən yolverilməzdir. Baxmayaraq ki, iddiaçı tələbdə müqavilə şərtləri ilə nəzərdə tutulmayan təmirli sahənin təhvil verilməsini istəmişdir.
18. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "Yeni Ailə” MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Maraqlı şəxs məxsus sahənin konkret olaraq ünvanı göstərilməmişdir. Maliyyə arayışında isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında "D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs borcu olmadığı qeyd edilmişdir. Bundan başqa "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə xx.xx.2018-ci il tarixdə, "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilə Maraqlı şəxs arasında isə müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə müqavilə daha öncə bağlanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativi ilk növbədə İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəlikləri tam icra etməlidir.
19. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-14/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən “33000 manat icarə haqqı” və “təmirsiz vəziyyətdə” hissələrində qətnamə ləğv edilsin, iddianın 33000 manat icarə haqqı tutulması (təmin edilməyən) hissəsi (qismən) təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "Yeni Ailə” Mənzil Tikinti Kooperativindən 33000 manat icarə haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.