Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4105/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)-4825/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş maddi zərərin əvəzi kimi 2926,20 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2956,20 manat məbləğində pulun cavabdehdən tutularaq “Azəriqaz” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» 16.06.2017-ci il tarixli 04/174926 saylı imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1702AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 799,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 64,80 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, cəmi 2707,20 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərdən əlavə cavabdehin 2017-ci ilin oktyabr ayına kimi iddiaçıya 138 manat qalıq borcu da mövcud olmuş, borc məbləğindən əlavə 2020-ci ilin aprel və may aylarında istifadə etmiş olduğu qaz sərfiyyatı üzrə müvafiq olaraq 65,70 və 15,30 manat məbləğində debitor borcu da yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2926,20 manat təşkil edir. Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)-4825/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş maddi zərərin əvəzi qismində 741 manat məbləğində pulun və 7,50 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin barəsində tərtib olunmuş 14 aktdan 6-sı yay aylarına təsadüf etdiyindən, o aylar üzrə 30 manat, 8-i qış aylarına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulması ədalətli olardı (6 ay x 30 manat=180 manat, 8 ay x 60 manat=480 manat, cəmi 660 manat). Bundan başqa, məhkəmə hesab etmişdir ki, 2020-ci ilin aprel və may aylarında istifadə etmiş olduğu qaz sərfiyyatı üzrə müvafiq olaraq 65,70 manat və 15,30 manat məbləğində debitor borcu da tutulmalıdır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı 2017-ci ilin oktyabr ayına olan 138 manat qalıq borcun mənbəyini göstərmədiyindən, iddia həmin hissədə rədd edilməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddianın rədd olunmuş hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini “ağlabatan” məbləğdə, yəni dəymiş ziyan məbləğinin yay və qış dövrlərinə təsadüf etməsi əsasına görə hesablamışdır. Cavabdeh tərəfindən dəfələrlə qaz xəttinə qanunsuz qoşulma hallarına yol verilməsinə baxmayaraq, məhkəmə iddianı tam təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)-4825/2020 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı 16.06.2017-ci il tarixli 04/174926 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonentə **********000000 №-li abonent kodu verilmiş və Bakı şəhəri Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi 210-000 ünvanında olan evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1702AZ**********07 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 799,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 64,80 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat. Adı çəkilən aktlar əsasında hesablanmış zərər 2707,20 manat təşkil edir, borc məbləğindən əlavə 2020-ci ilin aprel və may aylarında istifadə etmiş olduğu qaz sərfiyyatı üzrə müvafiq olaraq 65,70 və 15,30 manat məbləğində debitor borcu da yaranmışdır. Eyni zamanda iddiaçı cavabdehdən 2017-ci ilin oktyabr ayına olan 138 manat qalıq borcun tutulmasını da istəyir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 22-ci maddəsinə görə, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. “Azəriqaz” İB tərəfindən iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə gedən qaz sayğacına qədər olan qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. Fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evi və qaz sayğacı isə cavabdehə məxsusdur. Bundan əlavə cavabdeh iddia ərizəsini əldə etdikdən və ya məhkəmə bildirişləri vasitəsilə məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edildikdən sonra məhkəmə iclaslarında iştirak etməmiş, öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Eyni zamanda barəsində tərtib edilmiş aktları da mübahisələndirməmişdir. Buna görə də tərtib olunmuş aktlar üzrə hesablanmış cəmi 2707,20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, 2020-ci ilin aprel və may aylarında istifadə olunmuş təbii qaza görə 65,70 manat və 15,30 manat, habelə 2017-ci ilin oktyabr ayına qalıq borc kimi hesablanmış 138 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, 2017-ci ilin oktyabr ayına hesablanmış 138 manat pul əvvəlki aylardan qalıq qalan 76,8 manat pulla həmin ayda sərf olunmuş 61,2 manat pulun toplanması nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aktların yay və ya qış aylarında istifadə olunmuş qaz sərfiyyatına görə ziyanın məbləğini ağlabatan miqdarda müəyyən etməkdə haqlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azəriqaz” İB hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur, buna görə də iddia tələbi tam təmin olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin yoxlanılan hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, “Azəriqaz” İB Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbində haqlı olduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tam təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(008)-4825/2020 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmadığı hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası tam təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2926,20 manat məbləğində pul iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulsun. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4105/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver