Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4106/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X22, “Babək” Kiçik müəssisəsi, X20, Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "mülkiyyət hüququnun tanınması və s") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A nömrəli mənzilə dair İddiaçı “mülkiyyət hüququnun tanınması və sair” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 15 İddiaçı məxsusdur, öz vəsaiti ilə tikmişdir və kommunal xərclərini ödəyir. İddiaçı həmin mənzili Cavabdeh İlyiçdən almışdır və tikinti işlərini öz vəsaiti hesabına tamamlamışdır. Bu səbəbdən də İddiaçı bu mənzilə mülkiyyət hüququ tanınmalı və o bu mənzilə köçürülməlidir. Hazırki vəziyyət onun hüquqlarını pozur, yaşadığı mənzillə əlaqədar sənədləşmə və sairə ilə əlaqədar bir sıra problemlər yarada bilər.
3. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4341/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A saylı mənzilə köçürülməsi qət olunmuşdur.
4. Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək baxılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 15A nömrəli mənzildə pasport qeydiyyatındadır və həmin mənzildə yaşayır.
5. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4559/2022 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4341/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X14rşı “ona məxsus mənzilə mülkiyyət hüququnun tanınması və bununla bağlı müvafiq çıxarış verilməsi ilə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
6. Daha sonra iddiaçı iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı fərdi yaşayış evinə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X8 adına xx.xx.2004-cü il tarixdə verilmiş 250 saylı reyestr kitabının 16746-cı səhifəsində 30/16746 nömrə ilə qeydə alınmış FM seriyalı 030676 nömrəli Qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi Bakı şəhəri, A.Heydərov küçəsi 1936-cı məhəlləyə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Babək” kiçik müəssisəsinin adına xx.xx.2002-ci il tarixdə verilmiş 01 nömrəli reyestr kitabının 10-cu səhifəsində 160 reyestr nömrəsi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha topaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ üzrə həmin evə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evindən oranı qanunsuz tutmuş şəxslərin və həmin ünvanda yerləşdirilmiş avadanlıqların oradan çıxarılması, evin təmir edilməklə mənzil-kommunal xərcləri yoxlanılıb borcsuz şəkildə İddiaçı təhvil verilməsi, və İddiaçı qeyd edilən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Eyni zamanda İddiaçı cavabdehlər X15, Cavabdeh, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırki inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində təxminən 0.05 ha torpaq sahəsində tikilmiş ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evindən cavabdeh “Babək” kiçik müəssisəni və oranı zəbt etmiş digər şəxslərin avadanlıqları ilə birlikdə mənzildən və qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlərin vəsaiti hesabına tam olaraq boşaldılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilib əşyaları ilə birlikdə kommunalı yoxlanılaraq ona təhvil verilməsi, həmin 160 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilərək, dövlət reyestrindən çıxarılması, onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(005)-3531/2022 saylı mülki iş)
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırki inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində yerləşən iki mərtəbəli, iki mənzilli, tək fərdi yaşayış evi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evi qanuni əsaslarla ona məxsusdur. Onun həmin mənzilə köçürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4341/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. Həmin mənzil cavabdeh Nərimanov İcra Hakimiyyəti tərəfindən mağaza tikilməsi barədə Arif Heydərov küçəsinə verilmiş sərəncamla və düzgün olmayan sənədlərlə digər cavabdeh “Babək” kiçik müəssisə tərəfindən qanunsuz zəbt olunmuş, obyekt vəziyyətinə salınmış, evin daş hasarı, otaqların arakəsməsi qanunsuz olaraq sökülmüş, əşyalar mənimsənilmişdir. Qanuni əsaslarla ona məxsus olan 15A saylı mənzilə köçürülməsi haqqında məhkəmənin qətnaməsinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində icra olunması mümkün olmamışdır.
9. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3531/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər “Babək” kiçik müəssisəsinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair 2(005)-3531/2022 nömrəli mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4559/2022 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
10. Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.
11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X22, “Babək” Kiçik müəssisəsi, X20, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə X15 münasibətdə iddia tələbləri üzrə, “Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi” və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha topaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ üzrə həmin evə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” hissələrində iddia tələbləri üzrə icraata xitam verilmişdir.
12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci istansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçı qeyd edilən mənzili Cavabdeh faktiki alqı-satqı yolu ilə alıb. Qeyd edilən mənzili uzun bir müddət istifadə edib. Ancaq iddia ərizəsində də göstərildiyi kimi iddiaçının mərhum anasının qətl edilməsi nəticəsində sənədlər itirilmişdir. İddiaçı birinci istansiya məhkəməsi baxışı zamanı bunları qeyd etsə də birinci istansiya məhkəməsi bu xüsusatları nəzərə almamışdır. İddiaçı hazırda mübahisə predmeti olan mənzilə illərlə sahiblik etmişdir. Həmin mənzili əsaslı təmir etdirmiş, mənzildə yaxşılaşdırmalar etmişdir. Yalnız 2011-ci il tarixdə həmin mənzilin qapı açarının dəyişdirilməsinin şahidi olmuşdur. Bundan sonra özünün xəstəliyi ilə əlaqədar məhkəməyə müraciət edə bilməmiş, yalnız 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İşdə olan bütün sənədlərdən görünür ki, iddiaçı qeyd edilən mənzilə sahiblik etmiş və həmin mənzilə hüququ çatır. Birinci istansiya məhkəməsi isə qətnaməsində yalnız iddiaçının mülkiyyət hüququnun olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, mülki qanunvericilik məhkəmə müraciətini yalnız mülkiyyət hüququ ilə əlaqələndirmir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, xx.xx.1992-ci il tarixli Cavabdeh məxsus qeydiyyat vəsiqəsinə əsasən mübahisə predemeti olan mənzil onun mülkiyyətində olmuşdur. Bundan əlavə cavabdehlərdən Cavabdeh Məhkəməyə ərizə ilə müraciət edərək mübahisə predmeti olan mənzili iddiaçıya satdığını bildirmişdir. Bu baxımdan iddiaçının mənzilə sahiblik etdiyi sübut olunur. İşlə bağlı diqqət ediləcək digər xüsus bundan ibarətdir ki, iddiaçı iddia tələbini əvvəlcə Cavabdeh qarşı qaldırmışdır. Bununla bağlı qiyabi qətnamə qəbul edilmişdir. Sonradan qiyabi qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Hazırda mübahisə predmeti olan mənzil guya “Babək” kiçik müəssisəsinin mülkiyyətindədir. Ancaq işdə mövcud olan qeydiyyat vəsiqəsindən görünür ki, Babək müsəssisəsinin iddia etdiyi qeyri-yaşayış sahəsi başqa küçədə yəni Arif Heydərov küçəsində yerləşir. Məhkəmə bununla bağlı ekspertiza keçirilməsi barədə qərardad qəbul etsə də ekspert iş üzrə rəy verməkdən imtina etmişdir. Ancaq əslində ekspertiza keçirilməsi mübahisə predmeti olan mənzilin kimə məxsus olması üçün çox önəmlidir. İşlə bağlı digər xüsus isə bundan ibarətdir ki, işdə olan Cavabdeh məhkəməyə ünvanladığı ərizələrə qətnamadə münasibət bildirilməmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdə Evgeniy Durmanov bildirmişdir: “iddiaçının iddia tələbləri haqlıdır, tam təmin edilsin, Hazırki ərizəyə fotoşəkli əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 2 saylı ev, mənzil 1 tam olaraq mənə məxsusdur, yəni şəxsi evimdir. Həmin evə mənə xx.xx.1957-ci ildə qeydiyyata düşmüşəm. xx.xx.1997-ci ildə həmin evi İddiaçı adına keçirmək üçün arayış almışam. Lakin hüquqi maneələr olduğu üçün ev mənim adımda qalıb. Odur ki, evə dəymiş zərər X9 tərəfindən tam olaraq ödənilməlidir və evdən çıxarılmalıdır. Əgər evə dəymiş zərəri ödəməsə həmin vətəndaşı mən həbs etdirəcəyəm. Sizdən xahiş edirəm ki, 3 gün vaxt verilərək bu barədə qərardad çıxarılsın. Eyni zamanda həmin ev tam olaraq İddiaçı adına keçməsi ilə istifadəsinə verilməsi təmin edilməsi barədə qərardad çıxarılsın.” Ancaq Məhkəmə əsas cavabdehin bu ərizəsinə qiymət verməyərək iddianı rədd etmişdir. Bundan başqa işdə olan Bakı şəhəri Kirov rayon Məhkəməsində baxılmiş iş üzrə xx.xx.1989-cu il tarixli izahatdan görünür ki, Evgeniy Dumanov öz imzası ilə mübahisə predmeti olan mənzili iddiaçının sahibliyinə vermişdir. Yəni həmin mənzil iddiaçının sahibliyindədir. İşdə mövcud olan qeydiyyat vəsiqəsindən görünür ki, mənzil Cavabdeh mülkiyyətindədir. Ancaq verilmiş ərizələrə baxmayaraq birinci istansiya məhkəməsi Cavabdeh məxsus qeydiyyat vəsiqəsində göstərilmiş mənzilin mübahisə predmeti olan mənzillə eynilik təşkil edib-etmədiyini müəyyənləşdirməmişdir. İddiaçı aldığı mənzilə cavabdehin razılığı ilə sahiblik etmişdir. Məhkəmə mənzilin ilkin hüquqmüəyyənedici sənədlərə əsasən Cavabdeh məxsus olduğunu müəyyən etsə idi o zaman iddia təmin edilməli idi. Ancaq bunun üçün heç bir əsaslı prosessual hərəkətlər edilməmişdir. Bundan başqa işdə mövcud olan arayışlardan və digər sənədlərdən görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə sahiblik etmişdir. Bunu tullantıların ödənilməsi ilə bağlı əldə edilmiş qəbzlər, MKİS dən alınmış arayışlar və yaşayış yeri üzrə qeydiyyat barədə arayışlar təsdiq edir. Ancaq bütün bunlara baxmayaraq məhkəmə yalnız iddiaçının mülkiyyət hüququnun olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, iddiaçının iddia tələbləri genişdir. İddiaçı məhkəməyə müraciət etmiş və ilkin olaraq qiyabi qətnamə qəbul edilmişdir. İddiaçı yalnız bundan sonra icra hərəkətləri olduğu vaxt bilmişdir ki, mübahisə predmeti olan mənzil başqa şəxslərin sahibliyindədir. Həmin şəxslər əsas olmadan məhkəməyə müraciət etmiş və bu müraciət əsasında qiyabi qətnamə ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. Bu zaman iddiaçı iddia həcmini artıraraq cavabdehlərə məxsus qeydiyyat vəsiqələrinin, çıxarışların ləğv edilməsini və mənzili iddiaçıya qaytarılmasını xahiş etmişdir. Lakin məhkəmə iddianın ancaq iddiaçının mənzilə köçürülməsi hissəsinə dair qətnamə qəbul etmişdir. Digər hissələrə isə heç bir münasibət bildirməmişdir. Halbuki, işdə iddiaçının mübahisə predmeti olan mənzilə sahibliyini göstərən sənədlər mövcuddur və qeydiyyat vəsiqələrinin çıxarışların ləğv edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə işi hər tərəfli araşdıraraq mübahisləndirilən çıxarış və qeydiyyat vəsiqələrini ləğv edilib edilməməsi məsələsinə münasibət bildirməmişdir. Əgər məhkəmə həmin hissədə işə ətraflı baxmış olsaydı həmin sənədlər ləğv edilər və mənzilin iddiaçıya verilməsi hissəsində də iddia təmin edilə bilərdi. Odur ki, bu baxımdan iddiaçının ilkin tələblərinə qiymət verilmədiyi üçün mənzilə köçürülmə tələbi də təmin edilməmişdir. Eyni zamanda işdə mövcud sənədlərdən görünür ki, iddiaçının mübahisə predmeti olan mənzilə sahibliyi olmuşdur. Bu baxımdan qeyd edilən mənzilə köçürülməsi əsaslıdır. Ancaq məhkəmə Mülki Məcəllənin 165.1-ci maddəsinin təsir dairəsinə düşdüyü halda belə iddiaçının müraciətini ətraflı araşdırmamış və ədalətli qərar qəbul etməmişdir. Qeyd edildiyi kimi məhkəmə mübahisə predmeti olan mənzilin ünvanı ilə bağlı mübahisə olduğu üçün ekspertiza keçirilməsi barədə qərardad qəbul etmişdir. Ancaq ekspert tərəfindən ilk əvvəl vəsatət verilmiş daha sona isə ekspertiza keçirilməsindən imtina edilmişdir. Ekspertiza keçirilməsindən imtinanın səbəbi kimi məhkəməyə ünvanlanmış vəsatətlərə 1 ay ərzində cavab verilməməsi göstərilmişdir. Məhkəmə sorğu verib müvafiq qurumdan rəy alsa da ya həmin rəy ekspertiza idarəsinə göndərilməmişdir, yaxud da ekspert əsas olmadan ekspertizanın keçirilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı əlavə heç bir hərəkət etməmiş və yenidən ekspertiza keçirilməsi üçün cəhd etməmişdir. Halbuki, işdə olan məlumatlardan anlaşılır ki, iddiaçının mübahisə predmeti olan mənzilə sahibliyi olmuşdur. Bu baxımdan qeyd edilən ünvanların yerləşdiyi ərazinin kordinatlarında hər hansı bir fərqliliyin olmasının müəyyən edilməsi iş üzrə ədalətli qərar qəbul edilməsi üçün çox önəmli idi. Be lə ki, o zaman iddia təmin edilə bilərdi. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
17. Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal İstismarı Sahəsinin 212182 saylı arayışına əsasən İddiaçı, X5, X6, X4, X10 və X11 ünvan 3A mənzilində pasport qeydiyyatındadırlar.
18. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü X22 Bakı şəhəri, Nərimanov rayonu, Yusifzadə küçəsi, ev 2, mənzil 1 qeydiyyatında olmuş və xx.xx.1997-ci il tarixində qeydiyyatdan çıxmışdır.
19. 1987-ci il tarixli kartoçkadan aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyəti kimi tanınmışdır.
20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, arxiv materialları araşdırılmış və məlum olmuşdur ki, ünvan 4 ev BŞİHB-nin x-77 saylı xx.xx.2004-cü il tarixli məktubuna, 535 saylı xx.xx.2004-cü il tarixli sərəncama, hesabata, akta və 2 saylı arayışın surətinə əsasən xx.xx.2004-cü il tarixdə X8 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. ünvan 4 ünvanı nə əvvəllər nə də hazırda İddiaçı mülkiyyəti kimi qeydiyyatda deyil.
21. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Əlyar əliyev küçəsi 15 “a” saylı evin vətəndaş X12 adına ilkin hüquqi qeydiyyata alınmasına və həmin evə qeydiyyat vəsiqəsinin verilməsinə icazə verilmişdir.
22. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7də yerləşən ümumi sahəsi 291,6 kv.m olan qeyri-yaşayış binası “Babək” kiçik müəssisəsinin tam payda xüsusi mülkiyyətindədir.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında sağ tərəfdən 3-5 metrlikdə yerləşən fərdi yaşayış evi “Babək” kiçik müəssisəsinin yerləşdiyi ünvan 7 ünvanı ilə eynidir.
24. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışda qeyd olunur ki, İddiaçı X1 3 uşağın saxlanması üçün Binəqədi Rayon İcra Şöbəsi vasitəsi ilə aliment almır. İddiaçı müraciət ərizəsindən görünür ki, İddiaçı və X3 arasında razılaşma olmuşdur.
25. 30 saylı MKİS tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş arayışdan görünür ki, X3 arvadı İddiaçı və 3 uşaqları ilə birlikdə 1988-ci il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 15 “a” saylı mənzildə pasport qeydiyyatındadırlar.
26. 30 saylı MKİS tərəfindən verilmiş 126991 saylı arayışdan görünür ki, İddiaçı və 3 uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 15 “a” saylı mənzildə pasport qeydiyyatındadırlar.
27. "xxxx" ASC tərəfindən ünvan 9 ünvanı üzrə İddiaçı ünvanlanmış borcun ödənilməsi barədə məktubda elektrik enerjisindn istifadəyə görə xx.xx.2010-cu ilə 116,73 manat ödənməyən borcun qaldığı qeyd olunmuşdur.
28. 2008-ci ilin iyun ayına aid məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 10 ünvanı üzrə ödəniş edilmişdir.
29. 14.03.2006-cı il tarixdə verilmiş AZE seriaylı, 05114332 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri olaraq ünvan 11 ünvanı qeyd edilmişdir.
30. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 12 ünvanında 23 mart 2006-cı il tarixdən qeydiyyatdadır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Hazırkı iş üzrə mübahisəsiz qaydada müəyyən olur ki, ünvan 4 ev xx.xx.2004-cü il tarixdə X8 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. ünvan 4 ünvanı nə əvvəllər nə də hazırda İddiaçı mülkiyyəti kimi qeydiyyatda deyil.
34. Göründüyü kimi ünvan 4 ev iddiaçının mülkiyyətində olmamışdır, belə olan halda isə mülkiyyətçi olmayan şəxsin əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyil.
35. Bundan başqa iddiaçı tərəf mübahisəli mənzilə qeydiyyatda olmaqla, sahiblik və istifadə hüququnun olmasını qeyd etsə də qanunvericilik istifadə hüquqlarının tanınması faktını və ya mülkiyyət hüquqlarının olmasını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə mülkiyyətçi olması və ya istifadə hüquqlarının olması üçün əsas deyildir.
36. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
37. Digər tərəfdən iddiaçı qeyd edilən ünvanların yerləşdiyi ərazinin koordinatlarında hər hansı bir fərqliliyin olmasının müəyyən edilməsinin iş üzrə ədalətli qərar qəbul edilməsi üçün çox önəmli olmasını bildirməklə birinci instansiya məhkəməsi tərəfindən həmin halın araşdırılmadığını və yenidən ekspertiza keçirilməsi üçün cəhd etmədiyini qeyd etsə də iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında sağ tərəfdən 3-5 metrlikdə yerləşən fərdi yaşayış evi “Babək” kiçik müəssisəsinin yerləşdiyi ünvan 7 ünvanı ilə eynidir.
38. Bundan başqa, iddiaçı tərəf Evgeniy Dumanovun ərizələrinə qiymət verilməməsini bildirsə də, həmin ərizələrdən görünür ki, E.Dumanov hazırki mübahisəli mənzildə deyil, tamam fərqli - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 2 saylı ev, mənzil 1-dən bəhs etmişdir. Digər tərəfdən həmin mənzillər eynilik təşkil etsə idi belə, bu, iddianın əsaslı olmasına dəlalət etmir, belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Hazırki vəziyyətdə isə mübahisəli mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
39. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. İddiaçı tərəfindən təqdim olunmuş arayışlar onun ünvan 11 ünvanı üzə qeydiyyatda olduğunu təsdiq etsə də, bu arayışlar onun bu ünvana mülkiyyət hüququ olduğunu sübut etmir. Mülkiyyətçi olmayan şəxsin isə əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələblərinin təmin edilməsi mümkün deyil.
41. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddia tələbinin təmini üçün əsaslar olmadığından, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
42. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.