Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4110/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7330/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7330/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş (səh.15), iddiaçının nümayəndəsi Vəkil tərəfindən həmin qərardaddan xx.xx.2021-ci il tarixində şikayət verilmiş (səh.20), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış (səh.26), lakin iddiaçının nümayəndəsi Vəkil tərəfindən həmin qərardaddan deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından xx.xx.2021-ci il tarixində yenidən şikayət verilmiş (səh.30), məhkəmə tərəfindən həmin prosesual pozuntuya qiymət verilmədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (səh.36). Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin baxılan işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış və bu qüvvədə olan qərardada birinci instansiya məhkəməsi tərəfindən qioymət verilmədən xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən qiymət verilməsi prosessual qanunvericiliyin mahiyyətinə daban-dabana ziddir. Ona görə əsaslarından asılı olaraq səlahiyyət həddində məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadın prosessual qüvvəsinə qiymət verilməlidir. Əks halda bu sui-istifadəyə şərait yaratmış olur, müddət və sair əsaslarla geri qaytarılmış şikayətin yenidən müzakirəsin yolverilməz edir və prosessual cəhətdən yolverilməz olan şikayətin yenidən müzakirəsinin mümkünlüyünü istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 2, 9, 128-135, 357.1, 360-366, 397.2 və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7330/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4110/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4110/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver