Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4111/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Mehtixan oğlunun, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(008)- 5092/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2953,80 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2983.80 manat məbləğində borcun məcburi qaydada tutularaq ‘‘İddiaçı" İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********. M/H" AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB. VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. İddiaçı "İddiaçı” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı” İstehsalat Birliyi 16.05.2019-cu il tarixli, AKX0093517/05-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "İddiaçı" İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı. **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "İddiaçı” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 30.07.2019-cu il tarixli ******* saylı akt əsasında 486.20 manat. 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 329.40 manat. 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.1 1.2019-cu il tarixli ******* saylı akt əsasında 198 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.01.2020-cu il tarixli 02650640 saylı akt əsasında 381,60 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 381,60 manat, 30.04.2020-ci il tarixli 284941 saylı akt əsasında 381,60 manat ziyan dəymişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(008)- 5092/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 saylı iş üzrə 23.11.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı İB-nin maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə İddiaçı İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 2(008)-5092/2020 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qöstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamış və məhkəmə iclaslarında vaxtilə törətmiş olduğu faktı inkar etmişdir. Törətmiş olduğu faktı inkar etməsi səbəbindən Birliyin mühəndis-usta heyəti məhkəmənin tapşırığı əsasında onun ünvanında olmuş, cavabdehin iştirakı ilə qaz xəttinin yerində tədqiqatı keçirilmiş və vaxtilə qanunsuz qaz xəttinin qoşulu olmuş olduğu yer müəyyən edilərək video lentə alınmışdır. Çəkilmiş video kadr məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə iddianı rədd etmiş və diqqətinə çatdırıldığı video lenti sübut kimi qiymətləndirməmiş, yalnız iş materialları arasında olan fotoşəkillər əsasında mülki işə qiymət verərək həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olmamasını göstərmişdir. Biri-birini, tamamlayan və biri-birinə uyğun gələn sübutlar tərəflərindən məhkəməyə təqdim edilsə də məhkəmə iddia tələbini əsassız yerə rədd etmişdir. Hesab edirlər ki, qətnamə ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin əsassız yerə rədd olunması qanunsuzdur. Birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, fotoşəkillər, video lent, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, tərəflərindən göstərilənləri nəzərə alacaq apellyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 16.05.2019-cu il tarixli, AKX-0093517/05-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqaviləmin surətindən görünür ki, Cavabdeh ilə "İddiaçı" İB arasında cavabdehə məxsus mənzilin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan **********000013 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2020-ci il üçün 2953 manat borc yaranmışdır. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 9 ədəd aktın surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Beləliklə də, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu üçün akt tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Məhkəmə kollegiyası zəruri hesab edir ki, aktın tərtib olunması vaxtı kənar xəttin olması iş materialları ilə sübuta yetirilmir. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkil təqdim edilmiş, lakin həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olması müəyyən edilmir. Eyni zamanda “Gasrep” proqramından görünür ki, **********00001 abonent kodu olan Cavabdeh istifadə olunmuş qaz sərfıyyatına görə mütamadi olaraq ödənişlər həyata keçirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən aktların əsaslı olaraq tərtib edilməsi halları sübuta yetirilmədiyinə görə aktlar əsasında hesablanmış 2953,80 manat zərərin tutulmasına dair iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(008)- 5092/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4111/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4111/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver