Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4112/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(008)-655/2021 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli qərardaddan ilk iddia üzrə iddiaçı X2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Bakı Şəhəri Cavabdeh1nə qarşı irəli sürdüyü “məcburi sökülmüş tikililərin real kvadratura mənzilləri ilə təmin olunması və iddiaçıya icarə haqqının ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh MTK-nın ilk iddia üzrə iddiaçıya qarşı irəli sürdüyü “köhnə mənzil əvəzinə MTK tərəfindən iddiaçıya yeni mənzilin və icarə haqqının verilməsi tələbi barədə” qarşılıqlı iddiaya dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə hər iki iddianın qismən təmin edilməsini qət etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışıdır. İddiaçı həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından isə görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilk dəfə İddiaçı vəkilinə xx.xx.2021-ci il tarixdə (bax: iş v. 68), ikinci dəfə isə İddiaçı ərizəsi əsasında onun özünə xx.xx.2022-ci il tarixdə (bax: iş v. 75) verilmiş, lakin o, qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Göründüyü kimi İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini prosessual müddətin ötürülməsi ilə vermişdir. Prosessual müddəti ötürmüş İddiaçı “prosessual müddətin bərpa edilməsi haqqında” ərizə verməmişdir. MPM-nin 363.1-ci maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə şikayətinin verilməsi qaydasına aiddir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə görə, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Lakin İddiaçı verdiyi apellyasiya şikayətindən görünür ki, şikayət Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə və elektron qaydada verilməyib. MPM-in 363.1.5-ci maddəsinin mənasına görə, yuxarıda qeyd edilən hal apellyasiya şikayətinin qaytarılması üçün əsasdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayətini qeyd edilən səbəblərə görə qaytarılması barədə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan verilmiş şikayət əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İlkin iddiaçı X2 verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4112/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4112/2025
18.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver