Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4114/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «xxxx» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(008)-161/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edrərək, xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.02.2016-cı il tarixli 114449-1-7393/1 saylı kredit müqaviləsinə əsasən 25.09.2018-ci il tarixə banka borclu olduğu 9581,32 ABŞ dolları əsas borcun, 1128,18 ABŞ dolları faiz borcunun və 57,01 ABŞ dolları cərimənin, cəmi 10.766,51 ABŞ dollarının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq xxxx(Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş «KİA RİO» markalı, ağ rəngli, mühərrik G4FACS449871, ban KNADN412AD6202759 olan **-SA- *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(008)-161/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh 9581,32 ABŞ dolları əsas borc, 1128,18 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10.719,5 (on min yeddi yüz on doqquz dollar əlli sent) ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutulması, tutmanın Cavabdeh mülkiyyət hüququ əsasında məxsus və ipoteka predmeti olan «KİA RİO» minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı. KNADN412AD6202759 ban və G4FACS44 mühərrik nömrəli, 2012-ci il buraxılışlı, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10.719,5 (on min yeddi yüz on doqquz dollar əlli sent) ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 165 (bir yüz altmış beş) manat Cavabdeh Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************. SFİFT BİK CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə baxışına çağrılmadan, onun məhkəmə prosesində iştirakı təmin edilmədən, çəkişmə prinsipinə əməl edilməmiş, faktiki olaraq yalnız iddiaçının təqdim etdiyi dəlil və mülahizələri əsasında iddiaçının iştirakı ilə məhkəmə 13.03.2019-cu il tarixli, 2(008)-161/2019 saylı qətnamə qəbul etmişdir. Cavabdeh 03.08.2015-ci il tarixə qədər kredit müqaviləsinin şərtlərinə əsasən hər ay 379 [üç yüz yetmiş doqquz) ABŞ dolları ödəməklə ümumilikdə 8942 [səkkiz min doqquzyüz qırx iki) ABŞ dolları ödəmişdir. Respublikada baş verən 21.02.2015-ci il tarixli devalvasiyadan sonra Cavabdeh gəlirlərinin azalması səbəbindən ödənişlərdə çətinlik yaranmış və «xxxx Azərbaycan» MMC-nin razılığı ilə avtomobil etibarnamə əsasında X3 verilmişdir. Yeni şərtlərə əsasən ödənişlərdə gecikmə baş verdiyi halda avtomobil şərtsiz «xxxx Azərbaycan» MMC-yə veriləcəkdir. Cavabdeh ilə 01, fevral 2016-ci il tarixdə «xxxx Azərbaycan» MMC arasında hec bir razılıq olmamış və borcun kapitallaşdırılması barədə, hec bir əlavə kredit müqaviləsi bağlanmamışdır. Əgər iş materiallarında belə bir müqavilə mövcuddursa, həmin müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, kredit və ipoteka müqavilələrinə 01 fevral 2016-cı il tarixdə edilmiş dəyişiklik və əlavələrə dair Razılaşmalardakı imza ona məxsus deyil. Düzdür, X3 bu cür etibarnamə verməli olduğuna dair ona bankdan bildirmişdilər. Avtomobili satmaq üçün bu cür etibarnamə vermişdir. Ancaq 2013-cü il tarixli birinci müqavilədəki imza ona məxsusdur. Devalvasiya ilə əlaqədar ödəniş edə bilmirdi və banka müaricət etdi. Ona bildirdilər ki, müqavilədə adını dəyişdirərlər, o, da avtomobili satdığı şəxsə- Aqşinə etibarnamə verdi. Etibarnamə verdikdən sonra Aqşin heç bir ödəniş etmədi, avtomobil də ortada yoxdur. İlk növbədə avtomobil tapılmalıdır. Avtomobil başqa şəxslərə satılıb. Onun xəbəri olmadan 2016-cı il tarixli müqavilə bağlanıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, cavabdehin verdiyi etibarnamə ilə Aqşin İsmayılova bütün səlahiyyətlər verilib və həmin səlahiyyətlərin üçüncü şəxslərə verilə biləcəyi qeyd edilib. Aqşin də imza səlahiyyəti də daxil olmaqla həmin səlahiyyətləri başqa şəxsə ötürüb. Həmin etibarnamə əsasında da kredit və ipoteka müqavilələrinə 01 fevral 2016-cı il tarixdə edilmiş dəyişiklik və əlavələrə dair Razılaşmalar başqa şəxs tərəfindən imzalanıb. Burada heç bir qanun pozuntusu olmayıb. Həmin etibarnamənin surətini məhkəməyə təqdim edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən ona «KİA RİO» modelli avtomobilin satın alınması məqsədilə 60 ay müddətinə illik istifadə haqqı 18 % hesabı ilə 14.808 ABŞ dolları kredit verilmişdir. Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 24.07.2013-cü il tarixdən başlayaraq hər ay banka 378,81 ABŞ dolları (sonuncu ay 120,23 ABŞ dolları), ümumilikdə 22.470.02 ABŞ dolları ödəməklə qaytarmalı idi. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2013-cü il tarixli 114449- 1-7393 №-li kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 fevral 2016-cı il tarixli 01 saylı Razılaşmanın 1 və 2-ci bəndlərindən görünür ki, cavabdehin banka 01 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 10.643 ABŞ.dolları məbləğində müəyyən edilmiş, razılaşmanın imzalandığı tarixdən cavabdeh kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 29 ay müddəti ərzində istifadə etməyi və 24 iyun 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 01 fevral 2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğinə əlavə olaraq 20,40 ABŞ dolları məbləğində cərimə borcu mövcuddur. Məhkəmə-mühasibatlıq ekspertizasının 28 yanvar 2019-cu il tarixli 30387 №-li ekspert rəyinə əsasən, Cavabdeh 20 iyun 2017-ci il tarixə banka olan borcu 11.918,43 ABŞ dolları əsas borc, 1796,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.715,39 ABŞ dolları məbləğində müəyyən edilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildiriş və SMS bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş və növbəti məhkəmə iclası bardə qəbzə imza etmiş, ekspertiza keçirilməsi bardə vəsatət təqdim etmişdir. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla yanaşı, başa düşülən də deyildir. İkincisi, kredit və ipoteka müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə 01 fevral 2016cı il tarixli 01 saylı Razılaşmalardakı imzanın Cavabdeh məxsus olmaması da şikayətin əsaslı olduğuna dəlalət etmir. Belə ki, kredit və ipoteka müqaviləsinə dəyişiklik və əlavə edilməsi barədə razılaşma təmsilçi vasitəsilə bağlana bilərdi. Qanunvericilikdə bunu qadağan edən norma nəzərdə tutulmamışdır. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Cavabdeh Aqşin İsmayılova 20 aprel 2015-ci ildə onun adından bu cür əqdlər bağlamaq üçün nəinki səlahiyyət vermiş, hətta sonuncunun həmin səlahiyyətləri başqa şəxslərə verməsinə dair də səlahiyyət vermişdir. Ona görə də 01 fevral 2016-cı il tarixli 01 saylı Razılaşmaları Cavabdeh deyil, onun səlahiyyət verdiyi şəxsin imzalaması qanuna zidd olmamışdır. Üçüncüsü, Cavabdeh avtomobilə dair səlahiyyətləri etibarnamə əsasında başqa şəxsə verməsi də onu kredit müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Çünki, nə kredit, nədə ipoteka müqaviləsi üzrə öhdəliklər başqa şəxsə keçməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(008)- 161/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4114/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4114/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver