Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4114/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “evin tikintisinə sərf olunmuş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evin tikintisinə sərf olunmuş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (məhkəmə) 27 aprel 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələbə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə baxmalıdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, işin aidiyyətinin müstəsna aidiyyət qaydalarına görə müəyyənləşdirilməli olduğunu və mübahisəsi gedən əmlakın yerləşdiyi yer üzrə məhz Xəzər Rayon Məhkəməsində baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmənin 10 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı nə əmlaka mülkiyyət hüququnun tanınmasını, nə də əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini deyil, əmlakın tikintisəinə çəkdiyini iddia etdiyi pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir; eyni zamanda iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında da deyildir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1923/2023 saylı iş üzrə 10 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4114/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4114/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver