Məhkəmə qərarları › İş №2(103)-4114/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4114/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4114/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqda” xx.xx.2008-ci il tarixli 013, 014, 015 nömrəli, xx.xx.2008-ci il tarixli 016 və 017 nömrəli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllə, A.Məhərrəmov küçəsi 4-də tikilmiş çoxmərtəbəli binanın 7- ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin iddiaçı X3 verilməsinə, həmçinin hüquqi xidmət və məhkəmə xərci olaraq cəmi 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının və 3-cü şəxs "xxxx" MMC-nin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayətlər mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi məqsədilə mülki işin həmin Məhkəməyə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat veməmişlər. Kollegiya onlaın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilən məsələ ilə əlaqədar mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4114/2024 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar