Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4115/2019 15.05.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı və eyni zamanda Cavabdeh nümayəndəsi X2, vəkili X4, İddiaçı və eyni zamanda cavabdeh İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-794/2018 saylı qətnaməsindən və İddiaçı oğlunun Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(004)-7914/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İddiaçı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(004)-794/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı oğlunun Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(004)-7914/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hər iki qətnamədən Cavabdeh apelyasiya şikayətləri vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq olunaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamələri ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh İddiaçı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı oğlunun Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. “Cavabdeh üzərinə öhdəlik götürür ki, qohumu X1 Vəli Nəcəfqulu oğluna olan 40000 ABŞ dolları borcundan ilkin olaraq 5000 ABŞ dolları məbləğində pul ödəyir, qalan 35000 ABŞ dolları məbləğində pulu 6 ay ərzində hissə-hissə İddiaçı oğluna ödəyir. Borcun ödənilməsinə Cavabdeh təminat verir.
2. İddiaçı oğlu 40000 ABŞ dolları məbləğində pul ona tam ödənildikdən sonra ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş ümumi yaşayış sahəsi 104 kv.m olan 3 otaqlı mənzili Cavabdeh qohumu X2 adına qeydiyyatdan keçirir.
3. İddiaçı Cavabdeh İddiaçı oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı oğlu Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələblərindən imtina edirlər.
4. Barışıq sazişi Bakı Apellyasiya Məhkəməsində təsdiq edildikdən sonra barışıq sazişinin şərtləri tərəflər üçün məcburi hesab edilir və tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı iddia tələbləri ilə bağlı iddia qaldırmamağı öz öhdəsinə götürürlər”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(004)- 7914/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 2(004)-794/2018 saylı qətnamələri ləğv edilərək həmin mülki işlərin icraatına xitam verilsin. İddia ərizələrinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.