Məhkəmə qərarları › İş №2(103)-4116/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4116/2020

21.05.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4116/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-113/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzilinin açıq hərracda satılması və əldə edilən məbləğin paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 1976-cı il təvəllüdlü Elnur, 1977-ci təvəllüdlü Ceyran və 1984-cü il təvəllüdülü Tural adlı övladları var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-4146/2016 saylı qətnaməsi ilə nıkahları pozulmuşdur. Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əmlaka hər birinin ikidə bir hissədə miilkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq mənzilin onun və ikidə bir hissəsinə cavabdehin mülkiyyət hüquqları tanınmışdır. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)- 5477/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellvasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qüvvəyə minmişdir. Qeyd olunan mənzil iki otaqdan, bir mətbəxdən, bir hamam-tualetdən və digər yardımçı sahələrdən ibarətdir. Mənzilin bir giriş qapısı mövcuddur. Ekspert rəyinə görə, adı çəkilən ünvanda yerləşən mənzilin təcrid mənzillər şəklində iki hissəyə bölünməsi “İnşaat Norma və Qaydalarının 2.08.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələbləri baxımından mümkün deyil. Mənzildə cavabdehlə yaşaması da miimkünsüzdür. Dəfələrlə cavabdehə təklif etmişdir ki, ona razılığa gələcəyi məbləğdə pul versin ki, o özünə mənzil əldə etsin. Əvəzində isə mübahisəli mənzildə olan payından onun xeyrinə imtina etsin. O, buna razılıq verməmişdir. Belə olan halda cavabdehə öz payını satmağını bir neçə dəfə təklif etmiş və 90000 manata razı olduğunu demişdir. Son belə təklif xx.xx.2019-cu il tarixində edilmişdir. Cavabdeh buna razılıq verməmişdir.Mənzilin natura şəklində ayrılması mümküin olmadığından cavabdehə həmçinin mənzilin birgə satılmasını, satışdən əldə edilən pulun aralarında bərabər bölünməsini də təkilf etmiş, lakin cavabdeh bu varianta da razılaşmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-113/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında onların paylarına uyğun olaraq bölünməsi və iddianın verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub, iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-113/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən yazılı bildirişin alınıb alınmamasını müəyyən etmək əvəzinə bunu etməmiş, yalnız iddiaçının guya təklif göndərməsi barədə məlumatı ilə kifayətlənmiş və bu isə iş üzrə qeyri-obyektiv məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X5 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddia tərəfinin izahatını dinləməklə, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-150/2017 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzilinə aid hissədə ləğv edilərək həmin mənzilə dair “xxxxx” MTK-da olan paya tərəflərin hər birinin ikidə bir hissədə mülkiyyət hüququ tanınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2-1(82)-350/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazı İdarəsınə qarşı “mənzilə hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair” iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 26 saylı evin 81 saylı mənzilinin 1/2 hissəsinə iddiaçı X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsınin xx.xx.2019-cu il tarixli, **********19 saylı arayışından görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinın 2-1(82)-350/2019 nömrəli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzilin 1/2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzilin digər 1/2 hissəsin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-561/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlakda payların naturada ayrılması tələbinə dair” iddiası təmin edilməmişdir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən, mənzilin hər birinin 1/2 hissədə paylarına uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan və xx.xx.2018-ci il tarixli bildirişdən və onun sifarişli poçt vasitəsitəsilə göndərildiyini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri. Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzilin öz payına düşən 1/2 hissəsinin 90000 manata cavabdeh tərəfindən satın alınmasına təklif verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə görə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə görə isə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddoalarının şərh edilməsinə dair” x xxxxx 2014-cü il tarixli Qərartnda göstərilir ki, “ Azərbaycan Respublikası Mülki Mocəlləsinin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfındən qərarın qəbul edilməsi miilkiyyət hüququnun qanunsuz mohdudlaşdınlması kimi qiymətləndirilə bilməz... Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzilinin tərəflərin hər birinin mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, edilmiş xəbərdarlığa baxmayaraq Cavabdeh tərəfindən satın almaqda üstünlük hüququndan istifadə edilməməsi müəyyən olunduğuna görə həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tərəflərin arasında paylarına uyğun olaraq bölüşdürülməlidir. Təklifin çatdırılmamasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan və xx.xx.2018-ci il tarixli bildirişdən və onun sifarişli poçt vasitəsitəsilə göndərildiyini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri. Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzilin öz payına düşən 1/2 hissəsinin 90000 manata cavabdeh tərəfindən satın alınmasına dair təklif verilmişdir. Həmçinin uzun illərdir mənzil mübahisəsi ilə məhkəməyə müraciət etmiş iddiaçının bu prosedura əməl etməyə maraqlı olduğu görünür. Mülki Prossesual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-113/2020 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirlmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar