Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4117/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-qanuni tikilinin sökülməsi və ərazinin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 nömrəli, 21 noyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. "xxxx" ASC-nin “Abşeron REŞ" MMC-nin Bakı Elektrik Şəbəkəsinin balansında və istismarında olan Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2, 3-çü Şimal hava xəttinin mühafizə zonasında vət. Cavabdeh tərəfindən qeyri-qanuni tikinti (market) inşa edilmişdir. Qanunsuz tikilinin dayandırılmasına dair cavabdeh xəbərdarlıq olunaraq bildiriş verilmişdir. İddiaçı "xxxx" REŞ MMC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısına, Xəzər rayon Polis İdarəsinə məktub ünvanlanaraq 110kV 2-ci, 3-cü Şimal HXnin 37-38 saylı dayaqlar arası mühafizə zonasında hal-hazırda qeyri-qanuni fəaliyyət göstərən tikilinin (mağaza) sökülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisində Cavabdeh məxsus tikilinin (marketin) yerləşdiyi ərazidən keçən hava xətti 110 kVluq “2-ci, 3-cü Şimal hava xətti”dir. “Gərginliyi 100 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Ekspertə təqdim edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisindən keçən 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin 37-38 saylı dayaqlarının yerləşdiyi ərazidə Cavabdeh məxsus tikili (market), həmin hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, tikili (market) ilə 100 kVluq “2-ci, 3-cü Şimal hava xətti”nin sağ tərəf yan xətti arasında olan məsafə 1,2 m təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı “Xəzər rayon, Şüvəlan bağlar massivi çöl şüvəlan ərazisindən keçən 110 kv-luq 2cı, 3-çü Şimal hava xəttinin 37-38 saylı dayaqlar arası mühafizə zonasında inşa edilən qeyri-qanuni tikilinin (market) sökülməsinə və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Abşeron REŞ" MMC-nin Bakı Elektrik Şəbəkəsinin balansında və istismarında olan Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2, 3-çü Şimal hava xəttinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni tikinti (market) inşa edilmişdir. Qanunsuz tikilinin dayandırılmasına dair tərəflərindən xəbərdarlıq olunaraq bildiriş verilmişdir. Xəzər rayon İcra hakimiyyətinə, Xəzər rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyiyinin Tikintidə X10 115/01- 03-274 saylı, xx.xx.2021 tarixli məktublarla müraciət olunmuşdur.Tərəflərindən edilən müraciətlərə baxmayaraq əmin qeyri-qanuni inşa edilmiş market fəaliyyət göstərir. Mühafizə zonalarının bu qaydada pozulması EVXnin normal istismarını ,qəza hallarında işlərin vaxtında aparılmasını çətinləşdirir və insan tələfatı ilə nəticələnən hadisələr baş verir. Qəzanın aradan qaldırılmaması isə Abşeron regionunun enerii ilə təchizatından məhrum olmasına və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı fərmanı ilə təsdiq olunmiş”Azərbaycan Respublikasının Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət proqramı" çərçivəsində yerinə yetirilməsi nəzərdə tutulmuş pianların həyata keçirilməsinə maneə törədir. Bununla da Nazirlər kabinetinin 21-5-63 saylı X9 Veriliş xətlərin mühafizə gücləndiricisi haqqında olan göstərişi və yüksək gərginlikli hava xətlərinin X8 nəzərdə tutulmuş mühüm qaydaları kobudcasına pozulmuşdur. Hava xəttinin mühafizə zonasında inşa olunmuş tikililər imkan vermir ki xətlərdə cari və əsaslı təmir işləri aparılsın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən elektrik şəbəkələinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraltin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində 110 kvluq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 20m məsafə ilə müəyyən edilir. Şüvəlan bağlar massivi çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2, 3cü Şimal hava xəttinin 37- 38 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş tikintinin (market) cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 102 (bir yüz iki) manatı Cavabdeh tutulub X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin nəticəsi tamamilə əsassızdır. Belə ki, sözügedən tikili (market) 15 ildir ki, həmin ərazidə yerləşir və fəaliyyət göstərir. Bu illər ərzində heç bir qurum tərəfindən ona hər hansı xəbərdarlıq edilməmiş və irad bildirilməmişdir. İddiaçı iddia edir ki, guya 2021-ci il tarixdə ona xəbərdarlıq edilmişdir. Sual olunur: Əgər belə bir hal var idisə, bəs 2021-ci ilədək bununla bağlı hər hansı tədbir görülməməsinin səbəbi nə olmuşdur? Bundan başqa, həmin ərazidə başqa şəxslərə məxsus bir çox tikililər mövcuddur. Lakin yalnız bu tikilinin mühafizə zonasına düşməsinin iddia olunması maraqlı məqamdır. Onlara heç bir tədbir görülməməsi, yalnız bu tikilinin sökülməsinin tələb edilməsi başa düşülən deyil. . Göstərilənlərdən aydın olur ki, məhkəmədə iddiaçının mövqeyi ondan üstün tutulmuş, işin obyektiv həllinə səy göstərilməmiş, yuxarıda qeyd etdiyi hallar aydınlaşdırılmamış, nəticədə heç bir əsası olmayan qanunsuz qətnamə qəbul olunmuşdur. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Çöl-Şüvəlan bağlar sahəsindəki 190 nömrəli kooperativ tərəfindən verilmiş orderə əsasən mübahisəli torpaq saəsinin yerləşdiyi bağ sahəsi X5 verilmişdir. Tərəfindən sözügedən bağ sahəsi X1 alınmışdır. Yəni torpaq sahəsi tərəfindən özbaşına tutulmamış, sahibindən alınmışdır. X5 verilmiş orderi də məhkəməyə təqdim edir. Qeyd edilənlərdən aydın olur ki, məhkəmənin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Torpaq sahəsinin order əsasında dövlət tərəfindən X5 verilmiş bağ sahəsi olduğuna görə də onun mühafizə zonasında yerləşmə ehtimalı da aradan qalxır. Göründüyü kimi, məhkəmənin qətnamənin əsaslandırılmasına həsr olunmuş mövqeləri öz təsdiqini tapmır. Məhkəmədə onun iştirakı təmin olunmamış, bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə özünü müdafiə etməy üçün imkanı olmamışdır. Əgər imkanım olsa idi mübahisəli torpaq sahəsinə dair orderi təqdim etmək imkanı olardı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi kimi iddia yaranmasının qarşısı alınmış olardı. Bundan başqa çıxarılmış qətnamə ona rəsmi qaydada çatdırılmamışdır. Bu səbəbdən tərəfindən apellyasiya şikayətinin verilməsi indi mümkün olmuşdur. Əsas məqam ondan ibarətdir ki, əldə etdiyi məlumata görə, məhkəmə xx.xx.2022-ci il tarixdə saat 11;40-a məhkəmə hazırlıq iclası təyin edilmişdir. Lakin məhkəmə hazırlıq iclasında qətnamə qəbul etmişdir ki, bu da mülki qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Belə ki, qanunvericliyin tələblərinə əsasən məhkəmə hazrlıq iclasları yekunlaşdırdan sonra məhkəmə işi üzrə baxış iclası təyin etməli və baxış iclasında qətnamə qəbul edilməlidir. Məhkəmənin hazırlıq iclası təyin etdiyi halda və onun həmin iclasda iştirak etmədiyi halda qətnamə qəbul etməsi qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmənin iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
11. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun
12. Maddə 12 Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 5-ci bəndinin a) abzasına əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq qadağandır.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
29. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
30. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
31. Belə ki, iş materiallarından görünür ki, "xxxx" REŞ MMC tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısına, Xəzər rayon Polis İdarəsinə məktub ünvanlanaraq 110kV 2-ci, 3-cü Şimal HXnin 37-38 saylı dayaqlar arası mühafizə zonasında hal-hazırda qeyri-qanuni fəaliyyət göstərən tikilinin (mağaza) sökülməsinə göstəriş verilməsi xahiş olunmuşdur.
32. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, vətəndaş Cavabdeh inşa etdiyi marketin "xxxx" MMC-nin Bakı Elektrik şəbəkəsinin 110 kv Yüksək Gərginlikli 2-ci 3-cü şimal hava xəttinin mhafizə zonasına düşməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına əsasən qeyri-qanuni olması barədə xəbərdar edilmişdir.
33. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 10/4546 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisində Cavabdeh məxsus tikilinin (marketin) yerləşdiyi ərazidən keçən hava xətti 110 kVluq “2-ci, 3-cü Şimal hava xətti”dir. “Gərginliyi 100 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Ekspertə təqdim edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisindən keçən 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin 37-38 saylı dayaqlarının yerləşdiyi ərazidə Cavabdeh məxsus tikili (market), həmin hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, tikili (market) ilə 100 kVluq “2-ci, 3-cü Şimal hava xətti”nin sağ tərəf yan xətti arasında olan məsafə 1,2 m təşkil edir.
34. Göründüyü kimi, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin (market) ərazidən keçən 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin 37-38 saylı dayaqlarının yerləşdiyi ərazidə tikilən tikili elektrik şəbəkəsinin mühafizə zonasına düşür.
35. Məhkəmə Cavabdeh məxsus tikili yüksək təzyiqli elektrik şəbəkəsinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ünvanında aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ərazidə tikinti quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi orderə hazır ki, iş üzrə əhəmiyyətli sübut hesab edilə bilməz. Belə ki, əvvəla həmin order cavabdehə deyil, X4 adına verilmiş orderdir. Həmçinin, məlum olduğu kimi, Çöl-Şüvəlan bağlar sahəsi geniş ərazini əhatə edir və apellyatorun istinad etdiyi orderdə X5 adına ayrılmış torpaq sahəsinin dəqiq ünvanı və+ kordinatları ümumiyyətlə müəyyən deyil. Cavabdeh apellyasiya şikayətində sözügedən bağ sahəsini başqa bir şəxsdən satın aldığını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı əsaslı sübut təqdim etməmişdir. Ona görə də, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Anar Quliyrv məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və növbəti məhkəmə iclasının vaxtı barədə qəbzə imza edilməklə məlumatlandırılmışdır. Daha sonra mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmənin növəbti iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və mülki iş üzrə cavabdehə rəsmi bildiriş göndərilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı barəsində isə cavabdehin istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tərəfələrin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1884/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.