Məhkəmə qərarları › İş №2(103)-4119/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4119/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4119/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər” tələbinə iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X5 imzası və MMC-in möhürü ilə təsdiqlənmiş Razılaşma adlanan sənədin 1.2-ci bəndi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün razılaşdırılmış kompensasiya məbləğinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı qarşılıqlı iddia ilə müraciət edərək, İddiaçı Cavabdeh MTK arasında 26 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi, həmin barışıq sazişi ilə bağlı olan bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı məhkəməyə ərizə və apellyasiya şikayətini təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayəti vermək üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən şikayətin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2229/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4114/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi müddəti bərpa edilsə də, birinci instansiya məhkəməsi həmin şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun baxmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2755/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3356/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı Cavabdeh MMC və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh İddiaçı isə hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 26 saylı Notariat ofisi isə ərizə ilə məhkəməyə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4114/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.8-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında iki dəfə, yəni ilk dəfə xx.xx.2016-cı il tarixli razılaşma saziş, daha sonra isə xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Hazırda Cavabdeh MTK İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsini, ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsini və münasibətlərin xx.xx.2016-cı il tarixli razılaşma sazişin şərtlərinə qaytarılmasını tələb edir. Qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində öz mövqeyinin əsası olaraq xx.xx.2016-cı il tarixli sazişin olmasına baxmayaraq, yeni şərtlərlə xx.xx.2021-ci il tarixli barışıq sazişinin kooperativin iradəsinə zidd olaraq, İddiaçı təhdidi və hədə-qorxusu altında bağlandığını vurğulayır. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən saziş tərəflər arasında bağlandıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş və bu zaman tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah edilmiş, tərəflər isə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişdilər. Bundan sonra məhkəmənin qeyd edilən qərardadından tərəflər, o cümlədən Cavabdeh MTK şikayət verməmiş, qərardad qanuni qüvvəsini almış, hətta Cavabdeh MTK mübahisələndirdiyi bu saziş üzrə üzərinə düşən bütün öhdəliklərin icra olunduğunu da qeyd edir. Başqa sözlə, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin artıq qanuni qüvvəsini almış qərardadı mövcuddur. Bu da öz növbəsində Cavabdeh MTK-nın qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilməsini şərtləndirir. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Cavabdeh MTK xx.xx.2021-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməklə, bundan əvvəl aralarında bağlanmış xx.xx.2016-cı il tarixli sazişin şərtlərinə qayıtmaq istəyir. Halbuki, xx.xx.2016-cı il tarixli saziş tərəflər arasında yaranmış mübahisəyə son qoymamış, məhz bu səbəbdən onlar öz aralarında xx.xx.2016-cı il tarixli barışıq sazişini imzalamışlar və bununla da onlar öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll etmişdilər. Belə olan halda, Cavabdeh MTK hazırki iddianı irəli sürməklə hüquqi nəticə etibarı ilə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə təkrar mübahisə yaratmış olur. Halbuki, belə bir mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə olan halda, Relt House” MTK-nın həmin sazişi İddiaçı təhdidi və hədə qorxusu altında imzalanması, onun 2006-cə ildə Psixiatrik Kliniki xəstəxanada müəyyən müddət stasionar müalicədə olması barədə dəlilləri də hazırki işə baxılması üçün əsas yaratmır. İddiaçı tərəfindən Barışıq sazişinin şərtlərindən əlavə tələblər irəli sürməsi, əlavə kompensasiya istəməsi, habelə sazişin şərtlərini kobud şəkildə pozması barədə dəlilləri də hazırki mübahisəyə baxılmasının yolverilməzliyini aradan qaldırmır. Hüquqi nəticə etibarı ilə bu dəlillər ayrıca mübahisənin predmetini təşkil edir və barışıq sazişinə onun etibarsızlığı baxımından ümumiyyətlə hər hansı təsiri yoxdur. Nəzərə alınmalıdır ki, qarşı tərəfin irəli sürdüyü kompensasiya məbləğinin ödənilməsi tələbinə dair iddiası ilə bağlı iş üzrə icraata da birinci instansiya məhkəməsi tərəfindən məhz eyni əsalarla xitam verilmiş və apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış və iddianı rədd etməklə aidiyyəti hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4114/2022 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4114/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və digər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar