Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-412/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X13, Birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının nümayəndəsi və vəkili X14 iştirakları ilə, Birinci iş üzrə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsindən üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızı tərəfindən verilmiş, İkinci iş üzrə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının cavabdehlər İddiaçı və “xxxx ” MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Musayeva (Mustafayeva) Şəhanə İsa qızı və “xxxx” MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə İddiaçı Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC tərəfındən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilin onun sahibliyinə verilməsinin “xxxx” MMC-nin üzərinə qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən mənzil əvvəllər Cavabdeh2 MMC tərəfındən 25.05.2010-cu il tarixdə X1, R.Mehbalıyevə verilmiş 25.08.2012-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Rauf Mehbalıyev 14.03.2014-cü il tarixli ərizəsi ilə Cavabdeh2 MMC-yə müraciət edərək, həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 MMC tərəfındən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı həmin mənzilə dair İddiaçı ilə 14 mart 2014-ci il tarixində cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış alğı-satqı müqaviləsi əsasında cavabdehin inşa etdiyi 01 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.mdən ibarət olan 3 (üç) otaqlı mənzilə hər kvadrat metri üçün 352 AZN olmaqla, ümumi 36045 (otuz altı min qırx beş) manat ödəməklə mənzil almışdır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyi üçün ona həmin MMC tərəfindən 14.03.2014-cü il tarixli maliyyə arayışı da verilmişdir. Mənzil ona təhvil verilmiş, mənzili yerində qəbul etmişdir. Sonradan həmin mənzilə X10 iddia etməsini güman edərək, Yasamal rayon Məhkəməsində X10 Cavabdeh2 MMC-yə qarşı iddiası üzrə müstəqil tələb irəli sürmüşdür. Məhkəmə gedişində ona məlum olmuşdur ki, Cavabdeh1 83 saylı mənzilə iddia edir. Belə olduğu təqdirdə onun mənzili 87 saylı olduğu üçün, Cavabdeh1 isə mənzili 83 saylı olduğundan Cavabdeh1 qarşı iddiasının olmadığından, o işin ayrıca icraata ayrılmasını xahiş etmişdir. Ona görə də, hazırkı iddiası üzrə Cavabdeh2 MMC tərəfındən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilin onun sahibliyinə verilməsinin “xxxx” MMC-nin üzərinə qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı, 87 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi və həmin mənzilə dair maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC-yə həvalə edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızıapellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Belə ki, “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 1 (bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzilə dair “xxxx” MMC ilə onun arasında 09.04.2010-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə əsasında mənzilin tam dəyərini təşkil edən 56.320 (əlli altı min üç yüz iyirmi) AZN pul vəsaitini tam şəkildə “xxxx” MMC-yə ödəmişdir. Bu barədə ona 11.11.2013-cü il tarixli, 187 №-li Maliyyə arayışı verilmişdir. Qeyd olunan mənzil onun tərəfindən tam şəkildə təmir edilmiş, yaşayış üçün hazır vəziyyətə gətirilmişdir. Lakin iş üzrə cavabdeh “xxxx” MMC müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi üçün (binanın lifti hazır deyil) hal-hazırda mənzilimdə yaşamaq imkanı yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İkinci iş üzrə iddiaçı X5 qızı cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC ilə X15 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 aprel 2010-cu il tarixdə “xxxx” MMC ilə iddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil iddiaçı tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 550 manat olmaqla, cəmi 56320 manat pul vəsaiti tam şəkildə MMC-yə ödənilmişdir. 2010-cu il tarixdən bu günədək mənzil iddiaçının istifadəsində və sahibliyindədir. Mənzildə aparılmış təmir işlərinə 30000 manat vəsait xərclənilmişdir. 2017-ci ilin sentyabr ayının axırlarında qonşular vasitəsi ilə öyrənilmişdir ki, cavabdeh İddiaçıya məxsus mənzillə eyni mərtəbədə yeləşən digər 3 otaqlı mənzilin təhvil verilməsi barədə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin binanın 12-ci mərtəbəsində yalnız iki ədəd 3 otaqlı mənzil var. Mənzillərdən birinin nömrəsi 83, iddiaçıya məxsus mənzilin nömrəsi 87-dir. Cavabdeh İddiaçı məhkəməyə müraciət edərək, 87 saylı mənzilin ona təhvil verilməsini xahiş etmiş, məhkəmə isə iddia tələbini təmin etmiş və mənzil üzərində istifadə və sahiblik hüququnun pozulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh İddiaçı iddia edir ki, guya X15 adlı şəxslə MMC arasında 25 may 2010-cu il tarixdə iddiaçıya məxsus mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış və 2014-cü ildə satıcının razılığı ilə mənzil yenidən ona satılmışdır. 25 may 2010-cu il tarixli müqavilə əslində 25 avqust 2012-ci il tarixdə bağlanmış müqavilə olmuşdur. Belə ki, MMC-nin arxiv sənədlərində X15 ilə bağlanmış müqavilənin tarixi 2012-ci il kimi göstərilir. Həmçinin cavabdeh İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilədə satıcı qrafasında göstərilən imza saxtalaşdırılmışdır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil 2010-cu il tarixdən dəyəri ödənilməklə iddiaçının istifadəsində və sahibliyində olduğu üçün MMC-nin həmin mənzil barəsində hər hansı 3-cü şəxslər müqavilə bağlamaq hüququ olmamışdır. Belə müqavilələr etibarsızdır. Məhkəmə tərəfindən “xxxx” MMC-i ilə bağladığı müqavilə mübahisələndirildiyi üçün X15 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş, daha sonra o, cavabdeh tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia tələbi irəli sürdüyü üçün məhkəmə prosesində də həmin statusla iştirak etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər Musayeva (Mustafayeva) Şəhanə İsa qızı və “xxxx” MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Musayeva (Mustafayeva) Şəhanə İsa qızı ilə “xxxx” MMC arasında bağlanmış 09.04.2010-cu il mənzil alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddiasını onunla əsaslandırmışdır ki, 87 nömrəli mənzil 25 may 2010-cu il tarixində onun mülkiyyətində olmuş və o, həmin mənzilə giriş qapısı qoymuşdur. Lakin cavabdeh Musayeva (Mustafayeva) Şəhanə İsa qızı həmin mərtəbədə pilləkan qəfəsindən solunda yerləşən 83 nömrəli mənzili 11.11.2013-cü ildə almış və orada təmir işləri apararaq 2015-ci il tarixindən həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərinə əsasən “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər”. Belə olan halda Musayeva (Mustafayeva) Şahanə İsa qızının cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia tələbi əsassızdır və müddəti keçmişdir. X15 “xxxx” MMC ilə 25 may 2010-cu il tarixində mənzil alğı-satqı müqaviləsi bağlamış və sözügedən mənzil 25 avqust 2012-ci il tarixində ona yerində göstərilərək təhvil verilmiş və tərəfindən həmin mənzilin giriş qapısı qoyulmuşdur. Qeyd edir ki, sözügedən 87 nömrəli mənzilə görə hesablanmış dəyəri tam olaraq ödənilmişdir. Cavabdeh tərəfindən “xxxx” MMC sözügedən mənzili onun sahibliyinə və istifadəsinə təhvil vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 14 mart 2014-cü il tarixində onun razılığı əsasında sözügedən mənzilin ilkin hüquqverici sənədləri İddiaçı adına sənədləşdirilmiş və cavabdeh şirkətin iştirakı ilə sözügedən mənzilin razılaşdırılmış dəyəri İddiaçı tərəfindən ona ödənilmişdir. Qeyd edir ki, həmin vaxt cavabdeh “xxxx” MMC-nin rəhbərliyinin iştirakı ilə 87 nömrəli mənzil tərəfindən İddiaçı təhvil verilmişdir. Ona məxsus olan 87 nömrəli mənzil pilləkan qəfəsindən foye meydançasına baxanda həmin mərtəbənin sağ tərəfində yerləşən ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87 nömrəli mənzildir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan X5 qızına məxsus ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan mənzil pilləkan qəfəsindən foye meydançasına baxanda solda yerləşən mənzildir və həmin mənzilin giriş qapısının açarları isə Musayeva (Mustafayeva) Şəhanə İsa qızındadır. Belə olan halda hesab edir ki, ilkin iddiaçı olan Musayeva (Mustafayeva) Şəhanə İsa qızının “Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin tələblərinə əsasən '“mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.” Qeyd edir ki, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış 25 may 2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, o, 25 avqust 2012-ci il tarixində sözügedən mənzilin dəyərini tam ödəmiş və cavabdeh şirkətə borcunun olmaması barədə maliyyə arayışı almışdır. Belə ki, həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. 14 mart 2014-cü il tarixində isə razılıq ərizəsi ilə mülkiyyətində olan 87 nömrəli mənzili İddiaçı cavabdeh şirkətin razılığı və iştirakı ilə satmışdır. İlkin iddiada iddiaçı qarşılıqlı iddiada cavabdeh X5 qızı 2013-cü ildə 83 nömrəli mənzilin dəyərinin tam ödəməsi barədə maliyə arayışı almışdır. Həmin Məcəllənin 392.2-ci maddəsində deyilir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh Musayeva (Mustafayeva) Şəhanə qızı ilə onun arasında heç bir hüquq subyekti yoxdur. Belə ki, onunla cavabdeh Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında hər hansı müqavilə bağlanmayıb. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə görə müqavilə azad tərəflərin razılığı əsasında bağlanır, lakin qanunvericiliyə zidd olmamaq şərti ilə Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinin tələblərində göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ildə təsdiq olunmuş AZS ***-**** nömrəli Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi haqqında standartın 4.10.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzillərin ünvanı NİO-nun adından, binanın giriş nömrəsindən, mərtəbə nömrəsindən və mənzilin mərtəbə üzrə nömrəsindən ibarət olur. 4.10.2-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkanın yuxarı hissəsindən baxanda pilləkan meydançasının solundan başlayaraq, saat əqrəbi istiqamətində ardıcıl nömrələmə qaydasında mənzil nömrə verməklə formalaşır. Bildirir ki, ona məxsus 87 nömrəli mənzil pilləkən meydançasının sağ tərəfində, cavabdehin mənzili isə sol tərəfində yerləşir və hər birinin giriş qapısının açarları özlərindədir. Digər tərəfdən Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsində göstərilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hesab edir ki, cavabdeh Musayeva (Mustafayeva) Şəhanə İsa qızının İddiaçı və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia qaldırması tamamıilə əsassız və qanuna ziddir. Belə ki, müqavilə yalnız müqavilənin bağlanmasında iştirak edən tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsində qeyd edilir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hesab edir ki, 87 nömrəli mənzili 2014cü il 14 mart tarixində onun mülkiyyətində olmuşdur. Belə ki, o, sözügedən mənzilə dair sərəncam vermək hüququna malik olmuşdur. Sözügedən 87 nömrəli mənzili İddiaçı 2014-cü il 14 mart tarixində cavabdeh “xxxx” MMC-nin iştirakı və razılığı ilə satmışdır. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan X5 qızının İddiaçı və “xxxx” MMC-yə qarşı “Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi onun mülki hüquqlarını pozur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsi ilə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Musayeva (Mustafayeva) Şəhanə İsa qızı və “xxxx” MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eyni olmaqla, əlavə olaraq qeyd olunur ki, Musayeva (Mustafayeva) Şəhanə İsa qızının adına olan müqavilədə şrift fərqləri, sətirlər arası məsafə, səhifələrin ayrı-ayrı vaxtlarda çap edilməsi ehtimalını yaradan yazı mürəkkəblərinin fərqləri, müqavilənin hər səhifəsinin fərqli şəxslər tərəfindən doldurulduğunu göstərən yazı (xətt) fərqləri həmin müqavilədə saxtalaşdırmanın olduğunu göstərir. Həmin müqavilənin saxta olmasını göstərən digər hal isə 11.11.2013-cü il tarixdə verilməsidir. Halbuki həmin saxtalaşdırılmış 1-ci səhifədə qeyd olunub ki, alıcı satıcıya mənzilin bütün məbləğini tam olaraq ödəmişdir. “xxxx” MMC ilə bağlanan müqavilələrin heç birində mənzillərin sıra nömrəsi qeyd edilməyib. Bu cür sənədin məhkəməyə verilməsi qanun baxımından yolverilməzdir. Həmin sübut saxtalaşdırılmışdır. Müqavilənin saxtalığının müəyyən edilməsi üçün verilən vəsatət qismən təmin edilməklə, yalnız imzalar yoxlanılmaqla, ididaçının maraqlarına köməklik edən qərardad qəbul olunmuşdur. Buna görə də, vəsatətin tam təmin edilməsinə zərurət var. Müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi, onun iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi və cavabdeh İddiaçı iddia tələbi ilə eynilik təşkil edir. Birinci iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli, 2(103)-1694/2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(102)- 3780/2019 saylı qərarı ilə üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli, 2(103)-1694/2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəyalə Cəmilovanın 14 oktyabr 2019-cu il tarixli, 2(103)-3489/2019 saylı qərardadı ilə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının cavabdehlər İddiaçı və “xxxx ” MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Musayeva (Mustafayeva) Şəhanə İsa qızı və “xxxx” MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işin İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının nümayəndəsi və vəkili X20 birinci iş üzrə verdikləri apellyasiya şikayətini müdafiə etdi, ikinci iş üzrə verilmiş apellyasiya şikayətlərini qəbul etmədi, öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin ikinci iş üzrə iddia tələbinə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Həmçinin o, birinci iş üzrə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X21 ikinci iş üzrə apellyasiya şikayətlərini müdafiə etdi, apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o, birinci iş üzrə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci və ikinci iş üzrə cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci və ikinci iş üzrə məhkəmə qətnamələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, ikinci iş üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)- 2629/2018 saylı qətnaməsi iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X5 qızının cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı Cavabdeh2 MMC ilə X15 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi iddia tələbi təmin edilməməli, ikinci iş üzrə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, birinci iş üzrə üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci iş üzrə iddiaçının iddia tələbində istinad etdiyi müqavilə ikinci iş üzrə etibarsız hesab olunduğundan, birinci işə qiymət verilməzdən əvvəl ikinci işə qiymət verilməlidir. İş materiallarında olan sənədlərə əsasən: 09 aprel 2010-cü il tarixdə “xxxx” şirkətinin direktoru X22 ilə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən ünvan 1ndə inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzil iddiaçı tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 550 manat, müqavilənin ümumi məbləği 56320 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin direktoru X22 tərəfindən iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının adına verilmiş 11.11.2013-cü il tarixli, 187 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur. 25 may 2010-cu il tarixdə “xxxx” MMC-nin direktoru X22 ilə X15 arasında bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil onun tərəfindən alınmışdır. Müqavilənin 2.2ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 450 manat, müqavilənin ümumi məbləği 46.080 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin direktoru X22 tərəfindən X7 adına verilmiş 25.08.2012-ci il tarixli, 88 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur. X7 xxxx” şirkətinin direktoru X17 adına yazdığı 14.03.2014-cü il tarixli ərizəsindən görünür ki, o, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli binanın 12-ci mərtəbəsi 3 otaqlı mənzili (özünə məxsus) İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. 14 mart 2014-cü il tarixdə “xxxx” şirkətinin direktoru X22 ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzil onun tərəfindən alınmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 0.1 kv.m üçün 352 manat, müqavilənin ümumi məbləği 36.045 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin direktoru X22 tərəfindən İddiaçı adına verilmiş 14 mart 2014-cü il tarixli 219 saylı maliyyə arayışının surətindən görünür ki, onun Yasamal rayonu, Yeni Yasamal yaşayaış massivi Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəyib, şirkətə borcu yoxdur. Cavabdeh2 MTK-nın arayışına əsasən Cavabdeh2 MMC-də 1 saylı yaşayış binasında 87 saylı mənzilin sahibi İddiaçıdur. Təmirə başlanması üçün razılıq verilmişdir. “xxxx” MMC-nin təsisçisi M.A.Zeynalovun “xxxx” MMC-nin direktoru Nail Qafarova ünvanladığı 28.10.2017-ci il tarixli məktubun surətindən və məhkəməyə ünvanladığı 18.04.2018-ci il tarixli iddia ərizəsi ilə bağlı ərizəsindən görünür ki, “xxxx” MMC ilə X5 qızı arasında bağlanmış 09 aprel 2010-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən ünvan 1ndə inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87No-li 3 otaqlı mənzil 56.320 manata Musayeva X2. Hal hazırda qeyd olunan mənzil X5 qızı tərəfindən tam təmir olunmuşdur. Həmin mənzilə aid başqa bir müqavilə qanunsuz və əsassızdır. İddia tələbini qəbul edirlər. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizası mərkəzinin 16 noyabr 2018-ci il tarixli 27293 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(004)-2629/2018 nömrəli mülki işin 47-48-ci səhifələrində “xxxx” MMC və X4 adlarından olan 9 aprel 2010-cu il tarixli alqı-satqı müqaviləsində “7. Tərəflərin imzaları” hissəsində “Direktor Məmmədov.E.A” sözlərinin qarşısındakı imza və 46-cı səhifələrində olan 11 noyabr 2013-cü il tarixli 187 nömrəli maliyyə arayışında “Cavabdeh2 MMCnin direktoru” qrafasındakı imza – X22 tərəfindən icra olunmuşdur. Həmçinin, ekspertizaya təqdim edilmiş, 2(004)-8458/2017 nömrəli mülki iş materiallarında 53cü səhifələrində “xxxx” MMC və İddiaçı adlarından olan 14 mart 2014-cü il tarixli alğı-satqı müqaviləsində “7. Tərəflərin imzaları” hissəsində “Direktor Məmmədov.E.A” sözlərinin qarşısındakı imza və 51-cı səhifələrində olan 14 mart 2014-cü il tarixli 219 nömrəli maliyyə arayışında “Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imza – X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)-8352/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 qızının Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 MMCnin inşa etdiyi Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)-8352/2017 saylı qətnaməsindən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 2(004)- 8352/2017 saylı qətnaməsi ləğv edilərək, iddiaçı X5 qızının Cavabdeh2 MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(102)-514/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-804/2018 saylı qətnaməsindən iddiaçı X5 qızı və vəkili X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göründüyü kimi hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər olan Musayeva (Mustafayeva) Şəhanə İsa qızı, İddiaçı və “xxxx” MMC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli qətnaməsi qəbul olunarkən, 2(103)-8040/2018 saylı mülki iş üzrə işdə iştirak edən şəxslər olduğundan, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsi həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Musayeva (Mustafayeva) Şəhanə İsa qızı mübahisə predmeti olan mənzilə aid müqavilənin və maliyyə arayışının əslini məhkəməyə təqdim etməmiş, İddiaçı onun istifadəsində olan mənzilin pilləkan meydançasından sağda yerləşən 87 saylı mənzil olduğunu, Musayeva (Mustafayeva) Şəhanə İsa qızının sahibliyində və istifadəsində olan mənzilin 83 saylı mənzil olduğunu göstərmişdir. İddiaçının nümayəndəsi və vəkili Ə.Sarıyev əvvəlki məhkəmə iclasında mübahisəli mənzilin iddiaçının sahibliyində və istifadəsində olduğunu göstərmişdir. İzahatlara əsasən müəyyən olunur ki, həm iddiaçının, həm də 3-cü şəxsin sahibliyində binanın 12-ci mərtəbəsində yerləşən bir mənzil var, mübahisə həmin mənzillərin nömrəsi ilə yaranmışdır. Musayeva (Mustafayeva) Şəhanə İsa qızının binanın 12-ci mərtəbəsində 83 saylı mənzilində yaşadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Musayeva (Mustafayeva) Şəhanə İsa qızının 87 saylı mənzillə bağlı iddiası əsassızdır. Göründüyü kimi, birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının ünvan 1ndə inşa edilən 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 83 saylı mənzildə yaşaması qüvvədə olan və preyudisial əhəmiyyət daşıyan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 2(103)-8040/2018 saylı qətnaməsi ilə müəyyən olunmaqla, həmin hal yenidən mübahisələndirilə bilməz. Bundan əlavə apellyasiya mərhələsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 05 fevral 2020-ci il tarixli, 864 saylı rəyinə əsasən 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci işin 1-ci cildinin 47-48-ci vərəqələrində Cavabdeh2 MMC ilə X7 adına olan 25 may 2010-cu il tarixli müqavilənin 2-ci vərəqində “Direktor: Məmmədov E.A.” qrafasındakı imza-X22 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim olunmuş mülki işin 2-ci işin 1-ci cildinin 101-ci vərəqəsindəki “09 Aprel; X5; 1; 12-ci; 102,4; 3(üç); 87; 102,4; 12-ci; 3(üç); 550; 56.320; Əlli min üç yüz iyirmi manat; 100% ödənişlə” yazılar ilə 102-ci vərəqəsində “6.2 Alıcı” qrafasındakı “X5 qızı” yazılar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Apellyasiya mərhələsində keçirilmiş sənədlərin texniki ekspertizasının 12 fevral 2020-ci il tarixli 863 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X15 arasında bağlanmış, Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixdə Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış və Cavabdeh2 MMC ilə 14 mart 2014-cü il tarixli İddiaçı arasında bağlanmış müqavilələrin üzərlərindəki möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərlərində birbaşa vurulmuşdurlar. 2. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X15 arasında bağlanmış, Cavabdeh2” MMC ilə 09 aprel 2010-cu il tarixdə Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 3. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X15 arasında bağlanmış, Cavabdeh2” MMC ilə 09 aprel 2010-cu il tarixdə Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2” məzmunlu möhür əksləri, Cavabdeh2 MMC ilə 14 mart 2014-cü il tarixli İddiaçı arasında bağlanmış müqavilənin üzərindəki möhür əksi ilə eynilik təşkil etmirlər. 4. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 25.05.2010-cu il tarixdə X15 arasında bağlanmış, Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixdə Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış müqavilələrin üzərlərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2” məzmunlu möhür əksləri, şərti sərbəst nümunəsi qismində (cild İ, iş 1 səhifə 17-ci vərəqində) təqdim edilmiş müqavilənin üzərindəki möhür əksi ilə eynilik təşkil edirlər. 5. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 14 mart 2014-cü il tarixli İddiaçı arasında bağlanmış müqavilənin üzərindəki “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2” məzmunlu möhür əksi, şərti sərbəst nümunəsi qismində (cild İ, iş 2, səhifə 122-ci) təqdim edilmiş “Ərizə”nin üzərindəki möhür əksi ilə eynilik təşkil edir. 6. Tədqiqata təqdim edilmiş Cavabdeh2 MMC ilə 09 aprel 2010-cu il tarixdə Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış müqavilənin birinci və ikinci səhifəsinin tərtibat qaydalarında fərq müəyyən olunmadı. Apellyasiya mərhələsində keçirilmiş sənədlərin texniki ekspertizasının 02 mart 2020-ci il tarixli 1121 saylı rəyindən görünür ki, 1.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilədəki və 11.11.2013-cü il tarixli maliyyə arayışındakı bütün çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdən istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. 1.2. Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci səhifəsində olan əl yazıları, 2ci səhifəsindəki “Direktor E.A” sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza, rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.3. Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin “alıcı” qrafasındakı “Musayeva (Mustafayeva) Şəhanə İsa qızı” yazıları və 11.11.2013-cü il tarixli maliyyə arayışındakı “11.11 187 X5 12 102,4 3 (üç) yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.4 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1ci səhifəsində olan əlyazıları, 2-ci səhifəsindəki “Direktor Məmmədov E.A” sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMC-nin direktoru sözlərinin qarşısındakı imza ilə həmin müqavilənin “alıcı” qrafasındakı “Musayeva (Mustafayeva) Şəhanə İsa qızı” yazıları və maliyyə arayışındakı “11.11 187 X5 12 102,4 3 (üç)” yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri birbirindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. 2.2 Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. 3. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan 09 aprel 2010-cu il tarixli Musayeva (Mustafayeva) Şəhanə İsa qızı arasında bağlanmış müqavilədəki çap mətnlərinin və əl yazılarının icra olunma tarixini müəyyən etmək mümkün olmadı. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-tikinti ekspertizasının 19 may 2020-ci il tarixli, 865 saylı rəyindən görünür ki, 1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzili nömrələnmə qaydasına uyğun olaraq, 83 No-li olduğu müəyyən edilir. 2. Musayeva (Mustafayeva) Şəhanə İsa qızının yaşadığı 87 saylı mənzil nömrələnmə qaydasına uyğun olaraq 83 saylı mənzil olduğu müəyyən edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəylər əsasında müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci işin 1ci cildinin 101-ci vərəqəsindəki “09 Aprel; X5; 1; 12-ci; 102,4; 3(üç); 87; 102,4; 12-ci; 3(üç); 550; 56.320; Əlli min üç yüz iyirmi manat; 100% ödənişlə” yazılar ilə 102-ci vərəqəsində “6.2 Alıcı” qrafasındakı “X5 qızı” yazılar-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Göründüyü kimi, X5 qızı ilə 09 aprel 2010-cü il tarixdə “xxxx” şirkətinin direktoru X22 arasında bağlanmış alğı-satqı müqaviləsinin birinci vərəqəsində olan əlyazması və ikinci vərəqəsində olan əlyazması müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Bundan əlavə ekspert rəyinə əsasən tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci səhifəsində olan əlyazıları, 2-ci səhifəsindəki “Direktor Məmmədov E.A” sözlərinin qarşısındakı imza və “Alıcı” qrafasındakı imza, həmçinin 11.11.2013-cü il tarixli maliyyə arayışındakı Cavabdeh2 MMCnin direktoru sözlərinin qarşısındakı imza ilə həmin müqavilənin “alıcı” qrafasındakı “Musayeva (Mustafayeva) Şəhanə İsa qızı” yazıları və maliyyə arayışındakı “11.11 187 X5 12 102,4 3 (üç)” yazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 2.1 Tədqiq olunan 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri birbirindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. 2.2 Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. Göründüyü kimi, X5 qızı ilə 09 aprel 2010-cü il tarixdə “xxxx” şirkətinin direktoru X22 arasında bağlanmış alğı-satqı müqaviləsi və maliyyə arayışında olan yazıları fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 09 aprel 2010-cu il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələri bir-birindən lüminisensiya qabiliyyətlərinə və 1 kv.m-ə düşən çəkilərinə görə fərqlənirlər. Tədqiq olunan 11.11.2013-cü il tarixli maliyyə arayışının vərəqəsi və 09 aprel 2010-cu il tarixli müqavilənin 2-ci vərəqəsi lüminisensiya qabaliyyətlərinə və 1 kv.m-a düşən çəkilərinə görə eynidirlər. Belə olan halda kollegiya hesab edir ki, X5 qızı ilə 09 aprel 2010-cü il tarixdə “xxxx” şirkətinin direktoru X22 arasında bağlanmış alğı-satqı müqaviləsinin 1-ci vərəqi dəyişdirilmişdir. Belə ki, müqavilənin ikinci vərəqi ilə maliyyə arayışı eynilik təşkil edir. Qeyd olunanlar birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin arxivində olan 2(103)-8040/2018 saylı mülki iş materiallarından çıxarışdan bir daha müəyyən olunur. Həmin mülki işin 4-cü vərəqəsində olan 12.09.2017-ci ildə imzalanmış iddia ərizəsində iddiaçı X5 qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ə.Sarıyev 11 noyabr 2013-cü il tarixdə Cavabdeh2 MMC ilə aralarında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanaraq, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzili satın aldığını, müqavilənin 2.2-ci bəndinə əsasən, bir kvadrat metrinə görə 550 manat olmaqla, 56320 manat pul vəsaitini tam şəkildə cavabdehə ödədiyini, ona 11.11.2013-cü il tarixli, 187 saylı maliyyə arayışı verildiyini qeyd etmişdir. Həmin mülki işin 7-9-cü vərəqələrində olan iddia ərizəsi və maliyyə arayışı iş materiallarından çıxarılmış, lakin nömrələnmə 6-10 qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. X5 qızı 04.12.2017-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qərardadından şikayət verərək, 11 noyabr 2013-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin ona təhvil verilməsi və mənzil üzərində sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bir daha qeyd etmişdir. Bundan sonra X5 qızı 20.12.2017-ci il tarixdə iddia tələbində dəqiqləşmə aparması barədə ərizəsində müqaviləsinin tarixini 09 aprel 2010-cu il, mənzilin nömrəsini 87 kimi qeyd etmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlar X5 qızının müqaviləsinin 11.11.2013-cü il tarixli olmaqla, hazırkı müqavilənin birinci vərəqəsinin dəyişdirilərək, tarixi “09 aprel 2010-cu il” və mənzilin nömrəsi “87” kimi qeyd olunmuşdur. Qeyd olunan hal, ekspert rəyləri ilə də müəyyən olunur. Bundan əlavə birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsindən götürülmüş və lazımi qaydada təsdiq olunmuş Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli 2-1(103)345/10 saylı qərarında görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan mənzillə bağlı X7 adı qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, əgər X5 qızının müqaviləsi X7 müqaviləsindən əvvəl bağlanmışdırsa, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 avqust 2010-cu il tarixli 2- 1(103)345/10 saylı qərarında onun adı qeyd olunmalı idi. Lakin qərarda qeyd olunan hal müəyyən olunmur. Bütün bunlarla yanaşı ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı, 87 saylı mənzili nömrələnmə qaydasına uyğun olaraq, 83 No-li olduğu müəyyən edilir. Musayeva (Mustafayeva) Şəhanə İsa qızının yaşadığı 87 saylı mənzil nömrələnmə qaydasına uyğun olaraq 83 saylı mənzil olduğu müəyyən edilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Kollegiya qeyd edir ki, birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının hüquqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 83 saylı mənzillə bağlı olduğu halda, onun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 1 saylı binasının 12-ci mərtəbəsində, 102,4 kv.m olan, 87 saylı mənzillə bağlı müqavilələri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Musayeva (Mustafayeva) Şəhanə İsa qızının iddiası əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində 1 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 87 nömrəli, 3 (üç) otaqlı mənzillə bağlı Cavabdeh2 MMC ilə X15 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələri etibarsız hesab edərkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)- 2629/2018 saylı qətnaməsi iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı X5 qızının cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı Cavabdeh2 MMC ilə X15 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, Musayeva (Mustafayeva) Şəhanə İsa qızının subyektiv hüququnun olmamasına görə iddia rədd olunduğu halda, müstəqil tələb irəli sürən 3-cü şəxsin kəsici müddətin tətbiqi barədə ərizəsinə münasibət bildirilməsinə zərurət yaranmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Kollegiya birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən 3-cü şəxs X15 müqavilə tərəfi olmadığından, onun cavabdehlər Musayeva (Mustafayeva) Şəhanə İsa qızı və “xxxx” MMC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin birinci iş üzrə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)-8458/2017 saylı qətnaməsindən üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qeyd edir ki, iddiaçının hüquqları 83 saylı mənzilə aid olmaqla, o, 83 saylı mənzildə yaşadığından, 87 saylı mənzillə bağlı onun hüquqları olmadığından, onun apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Prosessual Qanunvericiliyin tələbinə uyğun olaraq kollegiya hesab edir ki, ikinci iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)-2629/2018 saylı qətnaməsi cavabdeh İddiaçı 133 manat ekspertiza xərcinin tutulması hissəsində əsassız olduğundan ləğv edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 606,52 (133+126+61,52+186+100) manatın 303,26 manatı Musayeva (Mustafayeva) Şəhanə İsa qızından, 303,26 manatı X6 alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İkinci iş üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)- 2629/2018 saylı qətnaməsi iddiaçı Musayeva (Mustafayeva) Şəhanə İsa qızının iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X5 qızının cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı Cavabdeh2 MMC ilə X15 arasında bağlanmış 25 may 2010-cu il tarixli və İddiaçı ilə bağlanmış 14 mart 2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi iddia tələbi təmin edilməsin. İkinci iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(004)- 2629/2018 saylı qətnaməsi cavabdeh İddiaçı 133 manat ekspertiza xərcinin tutulması hissəsində ləğv edilsin. İkinci iş üzrə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Birinci iş üzrə üçüncü şəxs Musayeva (Mustafayeva) Şəhanə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(004)- 8458/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 606,52 (133+126+61,52+186+100) manatın 303,26 (üç yüz üç manat iyirmi altı qəpik) manatı Musayeva (Mustafayeva) Şəhanə İsa qızından, 303,26 (üç yüz üç manat iyirmi altı qəpik) manatı X6 alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-412/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-412/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver