Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4120/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı Rufulla qızı, iddiaçının nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, 260 saylı əmrinin ləğv edilməsi, işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ii tarixdə liseyin rəisinin 258 saylı əmri ilə C.Naxçıvanski adına hərbi lıseyin “Rabitə və Avtomatik idarəetmə sistemləri" bölməsinə operator vəzifəsinə işə düzəlmişdir. Bir il sonra Hərbi Liseyin xx.xx.2019-cu il tarixli, 260 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə işdən azad edilmişdir. Həmin vaxt liseyin rəisi məzuniyyəotdə olduğu, əmin isə onun imzası ilə verildiyi bildirilmişdir. Əmrin surəti ona verilməmişdir. Hesab edir ki, işdən azad edilməsi qanunsuz və əsassızdır. Belə ki, əmı verilərkən Əmək müqaviləsinin İX fəslınin 9.2 və 9.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Həmin bəndin tələblərinə görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunveriçiliklə nəzərdə tutulmuş qaydada xəbərdar edilir. 9.3cü bəndinə əsasən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgöturən bir təqvim ayı qabaq işçini xəbərdar etməlidır. O isə həmin vaxt məzuniyyətdə olmuşdur. ƏM-nin 79-cu maddəsınin 1-cı bəndinin tələbinə görə işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin... əmək müqaviləsinə xitam verilməsi qadagan olunmuş haldır. Göründüyü kimi anası onun himayəsindədir və İ qrup əlildir. ƏM-nin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsı barədə işəgötürənin əmri (sərəncami, qərarı) onun tərəfindən ımzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kıtabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh əmrin surətini və son haqq-hesabı ona verməmişdir. Sadəcə əmək kitabçasını qaytarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilərkən iddiaçıya bir təqvim ayı əvvəlcədən xəbərdarlıq edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçının himayəsində 1-ci və 3-cü qrup əlil 2 nəfər ailə üzvünün olması nəzərə alınmamış, əmrin surəti ona verilməmişdir. Birinci instansiya məhkməsinin istinad etdiyi iddiaçının xx.xx.2019-cu il tarixli aktı imzalamaması barədə tərtib edilmiş sənəd işin hallarına uyğun gəlmir və sonradan tərtib edilmişdir. Həmin aktı imzalamamaq üçün heç bir əsas olmamış və aktda da belə əsas göstərilməmişdir. İddiaçının əmək kitabçasını imza edib aldığı halda, işdən azad edilməsi barədə əmrim surətini almaqdan imtina etməsi həqiqətə uyğun deyil. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi çıxışında iddiaçının anasının onların idarəsində olması və 1-ci qrup əlil olmasını bildirmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və MPM-in 88, 106.1, 357.1, 360, 385, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Ə.Əliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilmıməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisi X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı birinci 1 həftəsi sınaq müddəti hesab edilməklə 1 il müddətinə Liseyin Rabitə və avtomatik idarəetmə sistemləri bölməsində operator vəzifəsinə qəbul olunmuşdur. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 9.2-ci bəndinə görə işəgötürən tərəfındən ə əmək müqaviləsi ləğv edilərkən, işçi qanunvericilikdə nəzərdə tutulan hallard xəbərdar edilir. 9.3-cü bəndinə görə isə işçi tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisi B.Orucovun xx.xx.2018-ci il tarixli, 258 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı birinci 1 həftəsi sınaq müddəti hesab edilməklə 1 il müddətinə Liseyin Rabitə və avtomatik idarəetmə sistemləri bölməsində operator vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisi B.Orucovun xx.xx.2019-cu il tarixli, 175 nömrəli əmrinin surətindən görünür ki,kompüter operatoruİddiaçı xx.xx.2019-cu il tarixli ərizəsi əsasında Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən (əsas məzuniyyət və onun müddətləri), xx.xx.2018xx.xx.2019cu iş ili üçün 2019-cu il avqust ayının 05-dən avqust ayının 25-dək 21 təqvim günü müddətinə məzuniyyət verilmişdir. İşçi əmək məzuniyyəti dövründə, 12-13 avqust - Qurban bayramı günləri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdə işə başlamalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisi B.Orucovun xx.xx.2019-cu il tarixli, 196 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisi B.Orucovun xx.xx.2019-cu il tarixli, 251 nömrəli əmrinin surətindən görünür ki, o həmin tarixdən Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş məzuniyyət qrafikinə uyğun olaraq, cari ilin növbəti məzuniyyəti hesabından xx.xx.2019-cu il tarixədək müddətinə növbəti məzuniyyətə getmiş, Hərbi Liseyin rəisi vəzifəsinin müvəqqəti icrasını rəis müavini X2 həvalə etmişdir. xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kadrlar bölməsinin rəisi X3, Hərbi Lisey rəisinin hüquq işləri üzrə köməkçisi X7 oğlu və Rabitə və AİS bölməsinin rəisi X4 aktı tərtib edərək xx.xx.2019-cu il tarixdə Rabitə və AİS bölməsinin operatoru İddiaçı onunla əmək müqaviləsinin növbəti 1 il müddətinə uzadılmaması barədə xəbərdarlıqla tanış olması təqdim olunduğunu, lakin İddiaçı xəbərdarlıqla tanış olduqdan sonra imza etməkdən imtina etdiyini göstərərək imzaları ilə təsdiqləmişlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyinin rəisinin müavini Fuad Ələkbərovun xx.xx.2019-cu il tarixli 260 nömrəli əmrinin surətindən görünür ki, Rabitə və avtomatik idarəetmə sistemləri bölməsinin kompüter operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2019-cu il tarixdən xitam verilərək işdən azad edilməsi və son haqq-hesabının ödənilməsi əmr olunmuşdur. xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kadrlar bölməsinin rəisi X3, Hərbi Lisey rəisinin hüquq işləri üzrə köməkçisi X7 oğlu və Rabitə və AİS bölməsinin rəisi X4 aktı tərtib edərək xx.xx.2019-cu il tarixdə Rabitə və AİS bölməsinin operatoru İddiaçı əmək kitabçası verilərkən onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin təqdim olunduğunu, İddiaçı əmək kitabçasını götürməsi haqda imza etdiyini, əmrin surətini imzalamaqdan imtina edərək ona verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini götürərək iş yerini tərk etdiyini göstərərək, imzaları ilə təsdiqləmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəlləinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Həmin Məcəlləinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya qeyd olunanlara əsasən, hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olduğundan iddiaçı əmək münasibətlərinə xitam veriləcəyi barədə xəbərdar olmuşdur. İddiaçının himayəsində əlil ailə üzvünün olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyed edir ki, iddiaçı bununla bağlı hər hansı sübutu təqdim etməməklə yanaşı, onun əlil ailə üzvünün olması Əmək Məcəlləsinin 79.2-ci maddəsinin tələbləri baxımından müddətli əmək müqaviləsinə xitam verilməsini istisna etmir. Belə ki, Əmək Məcəlləsinin 79.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4120/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4120/2020
21.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver