Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4120/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 3123-cü məhəllə, bina № 22-də yerləşən 50 saylı mənzildən cavabdehin istifadəsinə son qoyulması, cavabdehin əşyalarının mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Adil Mustafayev xx.xx.2019cu il tarixdə cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş və cavabdehi iddiaçıya məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən 16 saylı evə gəlin gətirmişdir. İddiaçı, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq Abay Kunanbayev küçəsi, bina № 22-də yerləşən 50 saylı mənzili MMC-dən almış və mənzili təmir etdirmişdir. Cavabdeh əvvəlcə iddiaçı və iddiaçının ailə üzvləri ilə birlikdə mehriban yaşasa da, sonradan aralarında narazılıqlar yaranmışdır. Ailədə yaranmış narazılığa son qoymaq üçün iddiaçı oğlunu və gəlini olan cavabdehi yeni almış mənzilə köçürtmüşdür ki, onlar özlərinə ev alana kimi onun mənzilində yaşasınlar. Buna baxmayaraq iddiaçının oğlu ilə cavabdehin münasibətləri tədricən korlanmış və onların nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra iddiaçının oğlu mənzildən çıxmış, lakin cavabdeh mənzildən çıxmamış və hazırda da mənzildə yaşayır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə dair mülki işə baxılan zaman cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının övladı Adil Mustafayevin və cavabdehin birgə nikahları dövründə qazandıqları birgə vəsait hesabına "xxxx" MMC-dən alınmışdır. Lakin mənzil saxta müqavilə əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda hazırki iş üzrə cavabdeh həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş həmin mənzilin üzərində onunla keçmiş ərinin paylarının müəyyən edilməsi barədə iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaya dair 2(001)-3777/2024 saylı mülki iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Hesab edir ki, həmin iddia tələbinin təmin olunması barədə iş üzrə qətnamə qəbul edilərsə həmin qətnamə hazırki işin nəticələrinə təsir göstərə bilər, buna görə də, hazırki iş üzrə icraat həmin 2(001)-3777/2024 saylı mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər iki iddianın əsasında hazırki iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 50 saylı müqavilə dayanır. İddiaçı həmin müqaviləyə əsaslanaraq mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququna son qoyulmasını və əşyaları ilə birlikdə mənzildən çıxarılması tələb edir. Cavabdeh isə həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürüb (iş № 2(001)-3777/2024). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələsi üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərardadın mahiyyətindən də, bəlli olduğu kimi hazırki iş üzrə icraatı davam etdirməli olduğu halda məhkəmə bunu etməmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra icraata qəbul edilmiş əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə əsasən hazırki qərardad qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsaslanaraq mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququna son qoyulmasını və əşyaları ilə birlikdə mənzildən çıxarılması tələb edir. Cavabdeh isə vəsatətdə bildir ki, mübahisəli mənzil iddiaçının övladı Adil Mustafayev ilə onun birgə nikahları dövründə qazandıqları birgə vəsait hesabına "xxxx" MMC-dən alınmışdır. Lakin mənzil saxta müqavilə əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Buna görə də, o, həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş mənzilin üzərində onunla keçmiş ərinin paylarının müəyyən edilməsi barədə iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş hazırda icraatda olduğu üçün hazırki iş üzrə icraat həmin mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-3777/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, (hazırki iş üzrə tərəf olmayan) X1 və (hazırki iş üzrə tərəf olmayan) "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 3123-cü məhəllə, bina № 22-də yerləşən 50 saylı mənzilin MTK tərəfindən İddiaçı satılması barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin üzərində onunla keçmiş əri Adil Mustafayevin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair mülki iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, 2(001)-3777/2024 saylı işin icraatının başlanmasına əsas olmuş iddia tələbinin rədd edilməsi ehtimalı istisna edilmədiyi kimi, həmin iddianın təmin edilməsi ehtimalı da istisna edilmir. Həmin iddia təmin olunacağı təqdirdə həmin iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı hazırki mülki işin nəticəsinə birbaşa təsir edəcək və həmin məhkəmə aktında müəyyən edilən işin faktiki halları hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edəcəkdir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə icraatı dayndırılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti, şikayətin əsassız olması əsası ilə təmin etməməkdə haqlı olmuşdur. Çünki qeyd edilən maddənin tələbinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Odur ki, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan, MPM-in 402-ci maddəsinin tələbini və yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4120/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4120/2024
28.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver