Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4121/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı ”işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-919/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25 noyabr 2021-ci il tarixili, 21-11 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh QSC-də kiçik daxili auditor vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə orta əmək haqqının və mənəvi ziyana görə 5000 manat məbləğində pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehin 25 noyabr 2021-ci il tarixili, 21-11 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh QSC-də kiçik daxili auditor vəzifəsinə bərpa olunması, mənəvi ziyana görə 5000 manat məbləğində pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)- 919/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi və barışıq sazişinin təsdiq olunması barədə ərizə təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 02 avqust 2022-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 02 avqust 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;
1. Cavabdeh iddiaçı ilə bağlanmış 18 fevral 2020-ci il tarixli, PERSORD20- 01784 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 25 noyabr 2021-ci il tarixli 21-1137 nömrəli əmrini ləğv edir və əmək müqaviləsinə iddiaçının öz xahişi ilə 02 noyabr 2021-ci il tarixli yazılı ərizəsi əsasında ƏM-nin 69-cu maddəsinə əsasən xitam verir.
2. Cavabdeh iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 25 noyabr 2021-ci il tarixli 21-1137 nömrəli əmrinin ləğv olunduğu və əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır.
3. İddiaçı təsdiq edir və bəyan edir ki, onun cavabdehə qarşı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı maddi, mənəvi və ya digər tələbi yoxdur.
4. İddiaçı, cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər, eləcə də məcburi işburaxmaya görə orta əmək haqqı, son haqq-hesab, mənəvi ziyan və ya hər hansı maddi tələblər irəli sürməyəcəyini bəyan edir.
5. İddiaçı bu barışıq sazini imzalamaqla təsdiq edir ki, cavabdehin onun qarşısında barışıq sazişinin 2 və 3-cü bənddə əks olunan öhdəlikdən başqa icra olunmamış və ya icra olunmalı olan hər hansı öhdəliyi mövcud deyildir.
6. Bu barışıq sazişinin imzalanması cavabdeh tərəfindən iddiaçının qəbul edilməsi və ya etirafı anlamına gəlmir.
7. Bu barışıq sazişinin imzalanması ilə iddiaçının cavabdehə təqdim etdiyi 04 noyabr 2021-ci il tarixli izahatlarının və 17 noyabr 2021-ci il tarixli izahatında qeyd olunan faktlar, həmçinin 04 noyabr 2021-ci il tarixli 1S-20210002 nömrəli yoxlama nəticələrinə dair aktda müəyyən olunan faktlar təkzib olunmur. İddiaçı öz izahatında da qeyd etdiyi kimi 19 aprel 2021-ci il tarixdə məlumatları Babak.İsmayıllı@accessbank.az elektron poçt ünvanından Elektron ünvan eletron poçt ünvanına göndərdiyini qəbul edir.
8. Tərəflərin bu Sazişin 2 və 3-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 iş günündən gec olmayaraq icra edilməlidir.
9. Tərəflərdən hər birinin hazırki mülki iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh QSC-yə qarşı ”işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 02 avqust 2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:
1. Cavabdeh iddiaçı ilə bağlanmış 18 fevral 2020-ci il tarixli, PERSORD20- 01784 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 25 noyabr 2021-ci il tarixli 21-1137 nömrəli əmrini ləğv edir və əmək müqaviləsinə iddiaçının öz xahişi ilə 02 noyabr 2021-ci il tarixli yazılı ərizəsi əsasında ƏM-nin 69-cu maddəsinə əsasən xitam verir.
2. Cavabdeh iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 25 noyabr 2021-ci il tarixli 21-1137 nömrəli əmrinin ləğv olunduğu və əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır.
3. İddiaçı təsdiq edir və bəyan edir ki, onun cavabdehə qarşı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı maddi, mənəvi və ya digər tələbi yoxdur.
4. İddiaçı, cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər, eləcə də məcburi işburaxmaya görə orta əmək haqqı, son haqq-hesab, mənəvi ziyan və ya hər hansı maddi tələblər irəli sürməyəcəyini bəyan edir.
5. İddiaçı bu barışıq sazini imzalamaqla təsdiq edir ki, cavabdehin onun qarşısında barışıq sazişinin 2 və 3-cü bənddə əks olunan öhdəlikdən başqa icra olunmamış və ya icra olunmalı olan hər hansı öhdəliyi mövcud deyildir.
6. Bu barışıq sazişinin imzalanması cavabdeh tərəfindən iddiaçının qəbul edilməsi və ya etirafı anlamına gəlmir.
7. Bu barışıq sazişinin imzalanması ilə iddiaçının cavabdehə təqdim etdiyi 04 noyabr 2021-ci il tarixli izahatlarının və 17 noyabr 2021-ci il tarixli izahatında qeyd olunan faktlar, həmçinin 04 noyabr 2021-ci il tarixli 1S-20210002 nömrəli yoxlama nəticələrinə dair aktda müəyyən olunan faktlar təkzib olunmur. İddiaçı öz izahatında da qeyd etdiyi kimi 19 aprel 2021-ci il tarixdə məlumatları Babak.İsmayıllı@accessbank.az elektron poçt ünvanından Elektron ünvan eletron poçt ünvanına göndərdiyini qəbul edir.
8. Tərəflərin bu Sazişin 2 və 3-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 iş günündən gec olmayaraq icra edilməlidir.
9. Tərəflərdən hər birinin hazırki mülki iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-919/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.