Məhkəmə qərarları › İş №2(103)-4122/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4122/2022

26.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4122/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1469/2021 saylı qərardadından cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işə bərpa və s. tələbinə dair” iddıa ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********9 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, Həmkarlar ittifaqına üzvlüklə əlaqədar qanunsuz olaraq tutulmuş 298 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən etibarən qətnamə icra ediləcək günədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tutularaq ona ödənilməsi, məzuniyyət vaxtı orta əmək haqqı üçün düzgün hesablanmamış və ona qanunsuz olaraq verilməmiş 478 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən etibarən qətnamə icra ediləcək günədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2n gecikdirilmiş 27 gün uçun 27 faiz (günə bir faiz) olmaqla 591,3 manat və mediasiya təşkilatında mediasiya keçmək üçün ödədiyi 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək haqqı tələbinə daır” mülki iş üzrə icraata xitam verilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və iş üzrə icraata xitam verilməsinə dair vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. AR Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.”. Göründüyü kimi qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəmə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: Yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulmas; Müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər.” Kollegiya qeyd edir ki, hazırki işdə Cavabdehndə fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması barədə kollektiv müqavilənin bağlanması və onun DSMF-nin həmkarlar ittifaqı təşkilatının nəzdində fəaliyyət göstərməsinə dair sübut məhkəməyə təqdim etməmişdir. Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın mövcud olmadığı halda bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1469/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar