Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4124/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Yeni Yasamal MTK-ya və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair ilkin, iddiaçı Yeni Yasamal MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və sair, müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MTK-nın sədri X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 MTK-ya (bundan sonra MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin (bundan sonra mənzil) istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bundan sonra, iddiaçı iddianın təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 167,0 m2 olan 202 saylı mənzilin üzərinə həbs qoyulmasına, həmin mənzillə bağlı əqdlər bağlanmasının, mənzildə təmir-tikinti işləri aparılmasının və mənzildən istifadə edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə, mənzilin əsas giriş qapısının açarlarının cavabdehlərdən alınaraq hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minib icra ediləcəyi günədək saxlanması üçün icra qurumunda saxlanması haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur.
4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 167,0 m2 olan 202 saylı mənzilə dair əqdlərin bağlanması, mənzildə təmir-tikinti işlərinin aparılması, mənzildən istifadə edilməsi cavabdehlər Yeni Yasamal MTK-ya, Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir.
5. Həmin qərardaddan MTK-nın verdiyi şikayət rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə təmin edilməməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2910/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra xx.xx.2020-ci il tarixdə MTK cavabdeh İddiaçı qarşı MTK ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, iddiaçı MTK-nın cavabdeh İddiaçı qarşı mənzilə dair xx.xx.2007ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi, MTK-nın müraciətinə əsasən geri qaytarılmaqla baxılmamış saxlanmışdır.
9. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia ərizəsi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 340.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri:
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermiş və göstərmişdir ki, onunla MTK arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın 2-ci girişinin 12-ci mərtəbəsində 4 otaqdan ibarət, 167 kv.m sahəsi olan 202 saylı mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq, o, mənzilin dəyəri olan 91850 (doxsan bir min səkkiz yüz əlli) manat pulu MTK-ya ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, Cavabdeh1 MTK müqavilə üzrə öhdəliyini icra etməmiş və mənzili ona təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, MTK ona təhvil verməyi öhdəsinə götürdüyü mənzili başqa şəxslərə də satmış, həm pulunu mənimsəmiş, həm də mənzili ona təhvil verməkdən yayınmışdır. Bundan sonra uzun müddət MTK rəhbərliyi ilə danışıqlar aparmış və ona bildiriblər ki, qısa zamanda mənzilin ona təhvil verilməsini təmin edəcəklər. MTK-nın inandırıcı və ümidverici vədlərinə aldanaraq, uzun müddətdir gözləmiş, lakin bir neçə ay bundan öncə təsadüfən ona məlum oldu ki, MTK tərəfindən ona satılmış mənzillə bağlı məhkəmə mübahisəsi mövcuddur. Bundan sonra dərhal məhkəməyə müraciət etmiş və qətnaməni əldə etməyə müvəffəq olmuşdur. Bildirmək istəyir ki, hazırkı iş üzrə ilkin iddiaçı olan İddiaçı ilə MTK arasında bağlanmış müqavilə yalan əqd olmaqla etibarsızdır və birinci instansiya məhkəməsinin bu mövqeyi ilə tamamilə razıdır. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş hallardan belə nəticəyə gəlmək olur ki, guya mənzilin ilkin iddia üzrə Cavabdeh2 satılması barədə xx.xx.2008-ci il tarixli müqavilə əsaslıdır və mənzilin həmin müqavilə əsasında Cavabdeh2 verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalarsa, bu qətnamə ilə müəyyən olunmuş halların başqa işə baxan məhkəmə üçün məcburiliyi prinsipi əsas götürülərək, mənzilin Cavabdeh2 alınaraq ona verilməsində ciddi çətinliklər yaşanacaqdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi onun hüquqlarına toxunduğu üçün ləğv edilməsi və iddia tələbinin iş üzrə müəyyən olunmuş yeni əsaslarla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək göstərdi ki, həmin mənzilə dair üç müqavilə bağlanmış, ilkin olaraq mənzil iddiaçıya satılmış, bu hal idddiaçının təqdim etdiyi MTK ilə bağladığı müqavilə və maliyyə arayışı, cavabdeh MTK-nın bunu təsdiq etməsi, eləcə də MTK-nın rəhbərliyi barəsində olan cinayət işindən götürülmüş yazılı sübutlarla tam təsdiq olunur, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxslə müqavilələr sonra, həm də artıq satılmış, yəni mövcud olmayan mənzilə dair bağlanmışdır, bu səbəbdən də onlar etibarsızdır, MTK tərəfindən iddiaçıya məxsus olan mənzilə dair sonrakı müqavilələrin hansı niyyət və məqsədlə bağlanmasının əhəmiyyəti ola bilməz, həmin şəxslər MTK-dan eyni ölçülü başqa mənzil və ya zərər tələb edə bilərlər, rayon məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına düzgün və obyektiv qiymət verə bilməmiş, iddiaçı tərəfindən mənzilin əvəzinin hansı formada (tikintiyə verilən betonun müqabilində) ödənilməsinin həmin müqavilənin etibarlılığı üçün hər hansı əhəmiyyəti ola bilməz, cavabdeh MTK da təsdiq etmişdir ki, həmin ünvanda inşa edilən binaya betonun verilməsi müqabilində ödəmə 30% pul şəklində, 70% isə naturada, yəni mənzillərin verilməsi ilə həyata keçiriləcəkdir, bu xüsusat da rayon məhkəməsində tədqiq olunan sübutlara əsasən işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur, lakin bütün bunlara baxmayaraq, rayon məhkəməsi obyektiv ola bilməmiş və işin müəyyən olunmuş hallarına uyğun gəlməyən qanunsuz və əsasız qətnamə qəbul etmişdir, odur ki, iddiaçının şikayətinin təmin edilməsini, qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər və əlavə olaraq da göstərdilər ki, mənzilə dair onlardan öncə başqa müqavilənin olmasından xəbərləri olmamış, mənzilə dair müqavilə MTK-nın rəhbəri tərəfindən imzalanmış, mənzilə dair ödəmənin edilməsi də müvafiq maliyyə arayışı ilə təsdiq olunur, həmin vəsaitin MTK-nın hesabına keçib-keçməməsi və ya MTK-nın digər təsisçisinin özündə saxlaması da onlara məlum deyil, hesab edirlər ki, həmin mənzil qanuni əsaslarla onlara məxsusdur, rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın sədri C.Alışov iddiaçının apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, mənzil iddiaçıya məxsusdur. C.Alışov əlavə olaraq bildirdi ki, rayon məhkəməsində işə baxılarkən onun məlumatı olmadan və işin konkret hallarını dəqiq bilməyən nümayəndə tərəfindən MTK-nın adından İddiaçı qarşı müqavilənin etibarsızlığına dair qarşılıqlı iddia verilmişdir, o bunu bildikdə dərhal qarşılıqlı iddianın geri götürülməsinə dair nümayəndəyə göstəriş vermişdir, mənzillə bağlı isə bildirdi ki, Yasamal rayonu M.Xiyabani 5 ünvanında MTK tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasında 2007-ci ildə bağlanmış müqavilə əsasında İddiaçı həmin binanın 2-ci girişinin 12-ci mərtəbəsində 167 m2 sahəsi olan 202 saylı mənzil satılmış, ona müvafiq müqavilə və maliyyə arayışı verilmişdir. Aralarında olan razılaşmaya görə İddiaçı mənzilin dəyərini MTK-ya beton verməklə ödəməli idi. İddiaçı razılaşmaya uyğun MTK-nı betonla təmin etmiş, beləliklə mənzilin tam dəyərini MTK-ya ödəmişdir, onun mənzilin əvəzinin pulla və ya natura şəklində tərəflər arasında olan razılaşmaya əsasən betonla ödəməsinin hər hansı əhəmiyyəti yoxdur. 2008-ci ildə MTK-nın həmtəsisçisi X4 ofisə gələrək 202-saylı mənzilə onun Cavabdeh2 adlı alıcısının olmasını bildirmiş və bu mənzili Cavabdeh2 nağd pula satıb əldə olunmuş pulu İddiaçı MTK-ya verdiyi betonun əvəzinə ödəyib 202 saylı mənzili Cavabdeh2 adına rəsmiləşdirməyi təklif etmişdir. Bu barədə ümumi razılıq əldə olunmuş, Ə.Şahmarov mənzilin pulunu Cavabdeh2 almasını deyib mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinin mümkün olmasını demişdir. Ə.Şahmarov MTKnın həmtəsisçisi olduğundan o, inanıb Cavabdeh2 adına müvafiq müqavilə və maliyyə arayışı yazıb Ə.Şahmarova vermiş, o özü şəxsən Cavabdeh2 görməmiş, onunla ünsiyyətdə olmamışdır. Ə.Şahmarov özü müqaviləni Cavabdeh2 imzalatdırıb mənzilin dəyərini MTK-nın kassasına ödəməli idi. Əldə olunan razılaşmaya əsasən də həmin pul da İddiaçı çatmalı idi ki, onunla müqaviləyə xitam verilsin, onu yola salaq. Lakin Ə.Şahmarov həmin mənzilin dəyərini MTK-ya ödəməmiş, özü dəfələrlə pulun ödənilməsinin vacibliyini Ə.Şahmaraova bildirsə də, bu günədək MTK-ya pul ödənilməmişdir. Bu əsasla da həmin mənzil onun ilk alıcısı İddiaçı qanuni istifadəsində qalmış və MTK tərəfindən tam əsaslı olaraq ona təhvil verilmişdir, MTK-nın rəhbəri olaraq hesab edir ki, 202 saylı mənzil İddiaçı tam qanuni əsasla məxsusdur və o həmin mənzilə qanuni sahiblik edir.
16. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, R. Allahverdiyev məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
17. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Sübutların tədqiqi:
18. Mülki iş materiallarında olan:
19. MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 68000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
20. MTK-nın xx.xx.2007-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 68000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.
21. MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 kvm olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 91850 (doxsan bir min səkkiz yüz əlli) manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
22. MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 91850 (doxsan bir min səkkiz yüz əlli) manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir.
23. MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən MTKnın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
24. MTK-nın xx.xx.2008-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 105210 manat alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir.
25. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzil Cavabdeh1 MTK-nın sahibliyindədir (1-ci cild i/v 105).
26. İddiaçı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək rəhbərlik etdiyi MTK-nın M.Xiyabani küçəsi 5 saylı ünvanda çoxmərtəbəli binanın tikintisinə başlamasını haqda məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Onunla şifahi razılığa əsasən tikinti betonla təmin edilməsi nəticəsində materialın dəyərinin 30 faizinin nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödəniləcəkdir. Aralarında yazılı müqavilə bağlanmamışdır. Dana sonra o, binanın tikintisi ilə məşğul olan podradçı Məsud adlı şəxslə tanış olmuş, əksər hallarda Məsud ona pulu nağd şəkildə vermişdir. Binanın 7- 8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürmələrini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul alaraq kitabı imzalamışdır. Ona nağd şəkildə cəmi 250000 manat pul verilmiş, bu pulu o, betonun hazırlanması üçün materialın alınmasına xərcləmiş, materialın hazırlanmasına daha çox xərcləri çıxmışdır. Həmin illərdə onların adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmin mənzillərin içində 3 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzillər olmuşdur.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/429-5/435 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef kilşedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının üzərilərində olan möhür əksi və MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının surətlərinin üzərilərində olan möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil edirlər. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə ica olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2008-ci il tarixli maliyyə arayışınının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/818 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən xx.xx.2007-ci il tarixli müqavilənin MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısında olan imza, xx.xx.2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısındakı olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1172 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzildə aparılmış tikintitəmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2884 manat məbləğində müəyyən edilir.
30. Birinci instansiya məhkəmə iclasında şahid Şahmarov Əli-Heydər Əli oğlu ifadəsində göstərmişdir ki, o, MTK-nın təsisçilərindən biridir və 2010-cu ilə qədər MTKın inşa etdiyi binada mənzillərin satılmasında iştirak etmişdir. MTK-nın inşa etdiyi binadan satılan mənzillərə dair müqavilələr MTK-nın sədri X3 tərəfindən bağlanmış, mənzillərin pulu C.Alışova ödənilmişdir. Cavabdeh2 o, qonşu kəndin sakini kimi tanımışdır. Cavabdeh2 mənzil almaq istəməsini ona demiş, o da bu barədə C.H.Alışova demişdir. Daha sonra layihədə mənzil seçilmişdir. C.Alışovun otağında Cavabdeh2 mənzilin pulunun böyük hissəsini onun iştirakı ilə C.Alışova vermiş, qalan 10000-11000 manatı isə Cavabdeh2 ona göndərmiş, o da, həmin vəsaiti C.Alışova vermişdir. C.Alışov Cavabdeh2 adına müqavilə və maliyyə arayışı tərtib edərək vermişdir. MTK-da kassa olsa da, mənzillərin pulu kassaya deyil, C.Alışova ödənilirdi, ödənişə görə maliyyə arayışı verilirdi. 202 saylı mənzil ilk dəfə Cavabdeh2 satılmış, həmin mənzil 2009-2010-cu illərdən sonra ikinci dəfə satılmışdır. Cinayət işi üzrə ifadə verərkən C.Alışov 202 saylı mənzili Cavabdeh2 satmasını ifadəsində qeyd etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4124/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıkı iş üzrə kompleks, məhkəməxətşünaslıq və sənədlərin-texniki ekspertizası təyin edilmişdir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1286-5/1022- 5/1028 saylı ekspert rəyinə görə Ekspertizaya təqdim edilmiş, 2(103)-4124/2022 saylı mülki işin 1-ci cildinin 8-ci vərəqində olan 23 aprel 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza; mülki işin 9-cu vərəqində olan 23 aprel 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza, 12 iyun 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Aİışov” yazılarının qarşısında olan imza; 12 iyun 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.
33. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.
34. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X3 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının üzərlərində olan möhür əksi ilə öz aralarında eynilik təşkil edirlər.
35. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə ica olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhədən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışınının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı.
36. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 nömrəli hökmdən çıxarışda məlum olur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ... bundan başqa, 2007-ci ilin əvvəlində X9 Şirinov adlı şəxsin işlətdiyi beton zavod ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsinin razılaşdırdığını söylədiyindən, betonun dəyərinin həmin qaydada ödənilməsinə razılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun dəyəri olan 826.077 ABŞ dollarından 318.534 ABŞ dolları nəğd, binanın tikintisi zamanı istifadə olunmuş betonun dəyəri 826.077 ABŞ dollarından, 318.534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi Yurist adlı şəxsə ödənilmiş, yerdə qalan 507.543 ABŞ dollarının dəyəri isə Cahangirlə razılaşdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv.m. hesabına Cahangir Alışovun özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797.909 ABŞ dollarını çıxanda, onunla Fuadın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. Cahangir Alışov tərəfindən isə onlara ümumilikdə 1.607.777 ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperativin əməkdaşı olan Ehtibar Bağırovdan xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Tikintiyə nağd şəkildə sərf etdikləri 2.390.882 ABŞ dollarından Cahangirin verdiyi 1.607.777 ABŞ dollarını çıxdıqda və bu məbləğin üzərinə binanın təməl hazırlıq işlərinə çəkdiyi 118.320 ABŞ dollarını və Cahangirin əvəzinə ödədikləri 66.880 ABŞ dolları borcu da gəldikdə, Cahangir Alışovun Cavabdeh1 MTK-dan binanın tikintisi ilə əlaqədar onlara ümumi borcu 968.305 ABŞ dolları, yaxud bir kvadrat metri təxminən 520 ABŞ dollarından hesablandıqda 1871 kv.metr mənzil sahəsi təşkil edir (i/v 1-ci cild 219).
37. Cavabdeh1 MTK tərəfindən birinci və ikinci blokdakı mənzillərin nömrələri əks olan cədvəl təqdim edilmişdir (1-ci cild, i/v 238).
38. Mülki iş materiallarında olan şahid İddiaçı dindirilməsi haqqında xx.xx.2017-ci il tarixli protokoldan məlum olur ki, İddiaçı bildirmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək, rəhbərlik etdiyi Cavabdeh1 MTK-nın M.Xiyabanı küçəsi, 5 saylı ünvanda çoxmərtəbəli binanın tikintisinə başladığını bildirmiş, binanın betonla təmin edilməsində köməklik göstərilməsini xahiş etmiş, onlar şifahi şəkildə razılaşmışlar ki, tikintini betonla təmin edəcəklər, materialın dəyərinin 30%-ini nağd şəkildə, qalan 70%-ini isə barter şəklində, yəni tikilən binadakı mənzillərlə ödəyəcəkdir. Aralarında yazılı müqavilə bağlanmadı, bir-iki ay sonra Məsud adlı şəxslə tanış oldu, podratçı kimi binanın tikintisi ilə məşğul olurdu, ona pul əksər hallarda Məsudun əli ilə verilmişdir. Binanın 7- 8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürmələrini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul alaraq kitabı imzalamışdır. Ona cəmi 250.000 manat pul verilmiş, lakin beton üçün çəkilən xərc daha çox olub. Ona cəmi üç mənzil, 1 ədəd iki otaqlı, 1 ədəd üç otaqlı, 1 ədəd dörd otaqlı mənzil verilib, birini öz adına, digərlərini qohumlarının adına rəsmiləşdirib, verilib, mənzillərin nömrələrini xatırlamır, Ə.Şirinova hansı sahədə mənzillərin verildiyini bilmir. 2008-ci ilin axırlarından betonun pulunun verilməsini ləngitməyə başladılar, Cahangir maddi sıxıntı keçirmələrini, binada işlərin səngiməsini demişdir. Buna görə də o, həmin binadan aralanmış, bundan sonra onun Cahangir və Məsudla heç bir əlaqəsi olmamışdır. Binaya dəqiq hansı həcmdə beton verdiyini bilmir, qaimələri özündə saxlamayıb, lakin tikintinin 8-ci mərtəbəsindən, ən yaxşı halda 9-cu mərtəbəsindən sonra oraya beton verməyib (1-ci cild, i/v 243).
39. Cavabdeh2 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ilk iddia tələlərinə iddia müddətinin tətbiq edilməklə, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir (1-ci cild, i/v 247-248). Tətbiq edilən hüquq Mülki Məcəllə
40. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni).
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığ`ı andan etibarsızdır.
45. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
46. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
47. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Tətbiq edilən prosessual hüquq normaları:
48. Mülki Prosessual Məcəllə
49. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3).
50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
56. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
57. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
58. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
59. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
60. 372.4.Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
61. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
64. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
65. Maddə 387.2.şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi... aşağıdakı hallarda ləğv edilməlidir:
66. Maddə 387.2.4.məhkəmə işdə iştirak etməyə etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
67. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
69. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, digər Cavabdeh2, eləcə də qətnamə ilə hüquqlarına (maraqlarına) toxunulan şəxs Maraqlı şəxs arasında eyni mənzilə dair ayrı-ayrılıqda üç müqavilə bağlanmışdır. Həmin müqavilələrin hər üçünün əsli məhkəmə tərəfindən tədqiq olunmuş, onların hər üçünə dair müvafiq ekspertizalar keçirilmiş və onların həqiqiliyi (bağlanması tarixi, imzalar və istifadə olunmuş möhürlərin eyniliyi baxımından) təsdiq olunmuşdur. Eyni hal, yəni sənədin həqiqiliyi həmin müqavilələrə dair verilmiş maliyyə arayışlarına münasibətdə də təsdiq olunmuşdur.
70. Araşdırmalar zamanı tədqiq olunmuş həmin üç müqavilənin MTK ilə bağlanmasının zaman (vaxt) baxımından ardıcıllığının aşağıdakı kimi olduğu müəyyən olunmuşdur:
71. MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə.
72. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MTK ilə həmin müqavilələrin xronoloji ardıcıllığının yuxarıda qeyd olunduğu tarixlərə aid olması, eləcə də hər üç müqaviləni eyni, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə aid olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur.
73. İddia tələbini təmin etməyən rayon məhkəməsi Mülki Məcəllənin 337-ci, 340.2ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.
74. Birinci instasniya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə Yeni Yasamal MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqd olduğundan, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmadığından, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərdiyindən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan ilk iddia tələbləri təmin edilə bilməz.
75. Rayon məhkəməsi Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə göstərmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir.
76. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri).
77. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
78. İddiaçı hazırkı tələbi ilə bağlı rayon məhkəməsinə sübut kimi öz izahatından başqa mənzilin alqı-satqısına dair müqavilə və maliyyə arayışını təqdim etmişdir, rayon məhkəməsində cavabdeh MTK iddiaçının bildirdiklərinin əsaslı olmasını təsdiq etmişdir, bundan başqa rayon məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 nömrəli qüvvədə olan hökmündən hazırkı mübahisəyə aidiyyəti olan bəzi ifadələri də tədqiq etmişdir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
80. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadında da eyni hüquqi mövqe müəyyən olunmuşdur.
82. Həmin qərardadın 54-cü bəndində göstərilir ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.
83. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (Qərardadın 55-ci bəndi).
84. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (Qərardadın 56 bəndi).
85. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
86. MM-in 340.2-ci maddəsində yalan əqdin anlayış verilmişdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
87. Beləliklə də, iş üzrə təqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdeh MTK-nın Bakı şəhər, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 m2 olan 4 otaqlı 202 saylı mənzilə dair üç ayrı-ayrı müqavilə bağlanmış, hər üç müqavilə əvəzli olmuş və hər üç müqaviləyə görə əvəz ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, MTK ilə həmin müqavilələrin bağlanmasının xronoloji ardıcıllığı belə olmuşdur; 1).İddiaçı ilə xx.xx.2007-ci il tarixində, 2).üçuncü şəxs Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixində, 3).Cavabdeh2la xx.xx.2008-ci il tarixində.
88. MM-in həmin vaxt qüvvədə olan 178.8-ci maddəsinin tələbinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (178.8-ci maddənin 2018-ci il iyulun 1dək qüvvədə olan mətni).
89. Həmin Məcəllənin 452.1-ci maddəsində isə təsbit olunmuşdur ki, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
90. Belə olan halda müəyyən olunur ki, MTK ilkin olaraq iddiaçı Y.Hüseyinovlə həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, MM-in istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzilə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlaya bilməzdi.
91. Hazırkı işdə müəyyən olunduğu kimi, iddiaçı tələbində ona məxsus mənzilin MTK tərəfindən təhvil verilməsi ilə yanaşı həm də MTK-ilə Cavabdeh2 arasında özünə məxsus mənzilə dair sonradan bağlanmış müqavilənin etibarsızlığını irəli sürmüşdür.
92. Baxılan mülki işin müəyyən olunmuş faktiki halları və MM-in yuxarıda istinad olunan (157.2-ci, 337.1., 339.2-ci və 452.1.) maddələrinin tələbləri baxımından bəlli olur ki, iddiaçının hər iki tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, Cavabdeh2 münasibətdə MM-in 337.5-ci maddəsinin qaydaları tətbiq edilməlidir.
93. Məhkəmə kollegiyası MTK ilə Maraqlı şəxs ilə bağlanmış müqaviləyə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, birincisi, iddiaçı hazırkı icraatda həmin müqaviləni mübahisələndirməmişdir, ikincisi isə Maraqlı şəxs apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən bəlli olur ki, Maraqlı şəxs özü Binəqədi Rayon Məhkəməsinə həmin müqaviləyə əsasən cavabdehlər MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması”na dair iddia vermişdir. Kollegiyanın qənaətinə görə məhz bu səbəbdən həmin müqaviləyə hazırkı icraatda münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
94. Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçının tələbinin əsaslı, yəni MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlı müqavilə olması, eləcə də həmin mənzilin ilkin olaraq İddiaçı satıldığı müəyyən olunduğundan, Maraqlı şəxs şikayətinin – iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin yalan əqd olması və həmin mənzilin ona məxsus olması barədəki dəliləri əsaslı deyildir. Bunula belə o, şikayətində qətnamənin ləğvini istədiyindən, rayon məhkəməsinin qətnaməsi isə digər əsaslara görə ləğv edilməli olduğundan, onun şikayəti qismən təmin olunmalıdır.
95. Beləliklə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar və istinad olunan maddi və prossesual hüquq normalarına əsasən müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi işin yuxarıda qeyd olunan hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, eləcə də həmin mənzilə dair MTK ilə müqaviləsi olan Maraqlı şəxs işdə iştirak etməyə cəlb etməmiş, bununla da onun hüquq və vəzifələrinə dair məsələni həll edən düzgün olmayan qətnamə qəbul etmişdir.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
97. Həmin Məcəllənin 387.2.- ci maddəsinin tələbinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi... aşağıdakı hallarda ləğv edilməlidir: məhkəmə işdə iştirak etməyə etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə(maddə 387.2.4.) Nəticə:
98. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab edilməli, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə iddiaçıya təhvil vermək vəzifəsi MTK-ya həvalə edilməli, eyni zamanda MM-in 337.5-ci maddəsi tətbiq edilməklə MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, ödənilmiş 105210 manat MTK-dan alınaraq Cavabdeh2 qaytarılmalıdır.
99. Bundan əlavə, Cavabdeh2 müqaviləyə əsasən mənzil görə ödədiyi məbləğdən əlavə çəkmiş olduğu xərclərin və digər zərərin ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
100. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
101. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının apellyasiya şikayəti təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu (20+15=45) 45 manat cavabdeh MTK-dan alınaraq iddiaçıya verilməli, ekspertiza xərcləri (346+300=646) 646 manat cavabdeh MTK-dan tutulmalı, Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir.
102. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
103. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanımış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə İddiaçı təhvil vermək vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilsin. Cavabdeh1 MTK-dan 105210 (yüz beş min iki yüz on min) manat (MM-n 337.5-ci maddəsinə əsasən) alınaraq Cavabdeh2 verilsin. Cavabdeh2 müqaviləyə əsasən mənzil görə ödədiyi məbləğdən əlavə çəkmiş olduğu xərclərin və digər zərərin ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu (20+15=45) 45 manat Cavabdeh1 MTK-dan alınaraq İddiaçı verisin. Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi ilə bağlı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri (346+300=646) 646 manat (altı yüz qırx altı) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh1 MTK-dan tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev