Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4124/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və digərlərinə qarşı işi üzrə Açar sözlər:(“vərəsəlik şəhadətnaməsinin ləğvi ") hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil1, tərcüməçi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2, Bakı şəhəri 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X9, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X12 qarşı “ miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1131/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində iddiaçı X23 tərəfindən X5 irs qalmış mirasın ona çatası hissəsindən imtina ərizəsinin etibarsız hesab edilməsi, eyni zamanda Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə cavabdeh X13 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən X13 adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil ½ payda mülkiyyət hüququ ilə Nasima Belayevaya məxsus olmuşdur. Mənzilin digər ½ payı 2014-cü ildən cavabdeh Ruslan Belayevə mülkiyyət hüququ ilə məxsusdur. Son iki ildə X10 Belayevin Moskva vilayəti Podolsk şəhərində yerləşən evində yaşamış və onun himayəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə Nasima Belayeva iddiaçının evində ölmüşdür. İddiaçı anasının meyitini təyyarə ilə Bakı şəhərinə çatdıraraq onu ölən yaxın qohumlarının yanında şəhər qəbiristanlığında dəfn etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 5 saylı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edərək, anasının ölümündən sonra qalan əmlakın vərəsə kimi onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman iddiaçının yanında qardaşı Ruslan Belayev və vətəndaş Şahid olmuşdur. İddiaçı Azərbaycan dilini bilmədiyi üçün vətəndaş Şahid vasitəsilə notariusla söhbət etmişdir. Notariat ofisində texniki işçi tərəfindən ərizə tərtib edilmişdir və bu ərizə iddiaçı tərəfindən imzalanmışdır. Notariusda ərizəni imza edərkən iddiaçı anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün bir ərizə imzaladığına əmin idi. İddiaçı Podolsk şəhərindəki evinə gəldikdən sonra cavabdeh Ruslan Belayev onunla əlaqə saxlamağı dayandırmışdır. Qardaşının nəsə gizlətdiyini hiss edən iddiaçı yenidən Bakıya uçmuşdur. Vərəsəlik şəhadətnaməsini nə zaman alacağını öyrənmək üçün 5 saylı “ASAN xidmət”in notariat ofisinə gələn iddiaçı burada vərəsəlik payından imtina barədə ərizəyə imza atdığını öyrənmişdir. Bu zaman o, qardaşı Ruslan Belayev və Ruslanın qohumu Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Miras payından imtina ərizəsini ləğv etmək üçün iddiaçı vəkillə müqavilə bağlayaraq 5 saylı “ASAN xidməti” mərkəzinin notariat ofisində Rafael Belayevin nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan ərizənin ləğvi ilə bağlı etibarnamə vermişdir. Sonra məlum olmuşdur ki, cavabdeh Ruslan Belayev 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda iddiaçının ərizəsindən istifadə edərək, anası Nasima Belayevanın ölümündən sonra qalan əmlakın yeganə vərəsəsi kimi özünü elan etmişdir və həmin gün vərəsəlik haqqında şəhadətnamə almışdır. Vərəsəlik şəhadətnaməsinə əsasən, cavabdeh Ruslan Belayev DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilə mülkiyyət hüququ üzrə çıxarış almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4. 339.2, 339.3, 339.4, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1, 107, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq, öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə, bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir. Əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 08 dekabr 2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Həmçinin, məhkəmə işin hallarına istinad etməklə bu qənaətə gəlmişdir ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri izah edilmiş, onun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmiş, bununla bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. İddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - ünvan 2 ünvandakı mənzilin ½ hissəsi mülkiyyət hüququ ilə cavabdeh X18, ½ hissəsi isə mərhum X7 məxsus olmuşdur ; - X14 xx.xx.2023-cü il tarixdə ölmüş və onun ölümündən sonra həmin hissə miras əmlak olaraq qalmışdır; - İddiaçı xx.xx.2023-ü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək miras əmlakın ona çatası hissəsindən imtina etmişdir; - xx.xx.2024-cü il tarixdə Belayev Ruslanın etibarnamə əsasında nümayəndəsi Şahid Bakı şəhəri 18 saylı notariat ofisinə ərizə verərək X5 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir; - 27 yanvar 2024-cü il tarixdə cavabdehə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin imtina ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir; - 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin X15 nümayəndəsi Vəkil2 göndərdiyi 10 fevral 2024-cü il tarixli, 286 nömrəli məktubda qeyd olunmuşdur ki, X23 tərəfindən 08 dekabr 2023-cü il tarixində 8İ-56202 reyestr nömrəsi ilə qeyd edilmiş ərizə elektron notariat informasiya sistemi vasitəsilə “mirasdan imtina” ilə bağlı tərtib olunmuş və çap edilərək notarius tərəfindən vərəsəyə izah olunaraq razılığı ifadə olunduqdan (həm şifahi, həm də imzalayaraq) sonra təsdiqlənmiş ərizədir. Mülki Məcəllənin 1268-ci maddəsinin 1-ci bəndinə əsasən (Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz) ərizənin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir; - 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı 26 aprel 2024-cü il tarixli 996 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin ərizə tərtib edilərkən vətəndaş X19 (bundan sonra mətndə-iddiaçı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri, ərizənin məzmunu izah edilmişdir. X23 öz iradə ifadəsini bildirdikdən sonra həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)-1131/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq normaları iddiaçı Rafael Belayev ilə cavabdehlər arasında yaranmış hüquq münasibətlərini tənzimləmir və bu hüquq normalarının yaranmış hüquq münasibətlərinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi öz qanunsuz qətnaməsi ilə iddiaçının Konstitusiya ilə nəzərdə tutulmuş vərəsəlik hüququnu, habelə ana dilindən istifadə hüququnu pozmuşdur. Notariat ofisinin notariusu vərəsəlikdən imtina ilə bağlı ərizə rəsmiləşdirilərkən qanun pozuntularına yol verib. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. O, 1990-cı ildə 17 yaşında Bakı şəhərini tərk edib və həmin dövrdən Rusiya Federasiyasının ərazisində daimi yaşayır. İddiaçı Azərbaycan dilində yazıb-oxumağı bacarmır. Eyni zamanda latın qrafikasını da bilmir. Məhkəmə iclasında 5 saylı “ASAN xidmət”in notariat ofisinin nümayəndəsi iş üzrə cavabdeh qismində izahat vermişdir. O, izahatlarında bildirib ki, imzaladığı ərizənin mahiyyəti iddiaçıya izah edilib. Lakin iddiaçıya tərcüməçinin verilibverilməməsi ilə bağlı suala o, mənfi cavab vermişdir. Yaranmış notariat təcrübəsinə görə, dövlət dilini kifayət qədər bilməyən şəxs öz ana dilində tərtib edilən sənədin nüsxələrindən birində imzaladığı sənədin mahiyyətini başa düşdüyü barədə yazılı qeyd edir. Lakin notarius Rusiya Federasiyasının vətəndaşı olan iddiaçıdan notariat ofisində qalan ərizənin surətinə bu qeydi qoymasını tələb etməyib. İddiaçı milliyyətcə tatardır və 30 ildən artıqdır ki, Rusiya Federasiyasında daimi yaşamaq üçün Bakı şəhərini tərk edib. Buna görə də, iddiaçının latın qrafikası ilə yazıb-oxumağı, ümumiyyətlə, Azərbaycan dilində yazıb-oxumağı bilməməsi ilə bağlı dediyi həqiqətdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid təsdiqləyib ki, həqiqətən də, 2024-cü il dekabrın 8-də Belayev qardaşları ilə birlikdə 5 saylı ASAN Xidmət mərkəzinin notariat ofisində olub. Lakin o, kənarda dayanıb və Rafael Belayevin ərizəni imzalaması zamanı heç bir iştirak etməyib, iddiaçı Ruslan Belayevdən fərqli olaraq rus dilindən başqa heç bir dildə danışmır, nə Azərbaycan dilini, nə də öz doğma tatar dilini bilmir. Bu bir daha vurğulayır ki, iddiaçı Azərbaycan dilini bilmədən, milliyyətcə tatar və Rusiya vətəndaşı olmaqla, mahiyyətini bilmədiyi sənədə əslində imza ata bilərdi. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi” hissəsi “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı olduğu və iddiaçının “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyi üçün iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, necə olur ki mübahisəli miras əmlaka dair cavabdeh X2 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Bundan sonra, qısa müddət ərzində vərəsəlik haqqında şəhadətnamənin əsasında miras qalmış mənzilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi Bakı şəhər ərazi İdarəsindən Çıxarış alınmışdır. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bununla belə, cavabdeh Ruslan Belayevin 6 ay müddətindən əvvəl vərəsəlik şəhadətnaməsi alması bir daha təsdiq edir ki, cavabdeh Ruslan Belayev qohumu Şahid vasitəsilə iddiaçını aldadaraq bütün miras əmlakı əldə edib. Lakin məhkəmə cavabdehin bütün miras əmlakı əldə etməsi üçün bu halı aldatma sübutu kimi qəbul etməyib. İddiaçı bütün sübutları təqdim edib ki, ərizəyə imza atarkən vərəsəlikdən imtina ilə bağlı ərizəyə imza atdığını bilmir. Bundan əlavə, iddiaçının Azərbaycan dilini bilməməsi, ərizə tərtib edilərkən tərcüməçinin təqdim edilməməsi, ərizənin Azərbaycan dilindən rus dilinə tərcümə edilməməsi, imzaladığı ərizənin mənasının ona aydın olduğu barədə iddiaçının qeydi olmaması halları məhkəmədə tam sübuta yetirmişdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməmişdir.
5. Cavabdeh X13 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, mirasdan imtinaya dair ərizə verilməsini iddiaçı özü təklif etmişdir. Şahid təkcə Ruslanın deyil, həm də Rafaelin bibisinin həyat yoldaşıdır. Yəni, hər iki qardaşa eyni münasibətdə olan şəxsdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5209/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(007)1131/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi və iddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X5 miras qalmış əmlakın ona çatası hissəsindən imtinası barədə ərizənin etibarsız hesab edilməsi, 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində iddiaçının adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256, 1268.1, 1272., 1273., 1321.1.,1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134, 135cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının kargüzarlığın aparıldığı dili bilməməsi notariusa məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində də qeyd olunmuşdur ki, “Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, notarius özü rus dilini bilir, iddiaçıya hansı hərəkəti etdiyi notariusun özü tərəfindən izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb olunmamışdır.” Məhkəmə kollegiyası notarius tərəfindən aparılmış hərəkətlərin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olub – olmamasını araşdıraraq bu qənaətə gəlmişdir ki, notarius tərəfindən həmin Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələbləri pozulmuş, mübahisəli sənəd iddiaçının bildiyi dilə tərcümə olunmalı olduğu halda, bu tələbə riayət olunmamış, nəticədə iddiaçı sənədin məzmunundan məlumatsız olmuşdur. Kollegiya hesab etmişdir ki, bu hal ərizənin etibarsız hesab edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla 6 aylıq müddət keçdikdən sonra verilməli olmasına baxmayaraq, mübahisəli miras əmlaka dair cavabdeh X2 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 1 gün müddətində verilmişdir. Məhkəmə kollegiyası bu əsasla vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu əsasla bağlı düzgün olaraq Mülki Məcəllənin 1322-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Lakin digər əsas, yəni, mirasdan imtina ərizəsinin etibarsızlığı həm şəhadətnamənin, həm də bu şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin ləğvi üçün əsasdır.
7. Cavabdeh Belayev Ruslan Ramizoviç ( nümayəndəsi və vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)- 5209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində AR Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə, Notariat haqqında AR Qanununun 13-cü maddəsinə, Notariat haqqında AR Qanununun 9, 13-cü maddəsinə, AR MPM-nin 14.2, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının mübahisələndirilən qətnaməsi ilə şəxs ədalətli məhkəmə müdafiəsindən məhrum edilmişdir. Belə ki, tətbiq edilən maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş, “hərfi” mənada və təhrif edilmiş şəkildə şərh edilib izah verilərək tətbiq edilməklə subyektiv mülahizəyə əsaslanmışdır. Ərizə notarius tərəfindən onun şəxsiyyəti müəyyən edilməklə imzasının həqiqiliyi təsdiq edilmişdir. Həmçinin bir qayda olaraq notarius tərəfindən ərizənin məzmunu müraciət edən şəxsə izah edilmişdir. Bu hal notariusun 1-ci instansiya məhkəməsində iştirak edən nümayəndəsi tərəfindən bildirilmiş və notariusun məhkəməyə göndərdiyi rəsmi məktubla təsdiq edilmişdir. Notarius üzərinə düşən vəzifəni yerinə yetirmiş, şəxsə müraciət etdiyi məsələ ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tətbiq edilməsində düzgün hüquqi nəticəyə gəlməmiş və mahiyyətcə düzgün olan 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin maddənin düzgün olmayan şərhi əsasında subyektiv mülahizə əsasında ləğv edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası normanın şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində iştirak edən notariusun nümayəndəsi notariusun rus dilini bildiyini, iddiaçıya hansı hərəkətin etdiyinin notariusun özü tərəfindən izah edildiyini, iddiaçı tərəfindən tərcüməçi tələb olunmadığının bildirildiyi qətnamənin 31-ci bəndində göstərilmişdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir .
8. Cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-5209/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.4., 339.2., 339.3., 339.4., 1256., 1268.1., 1272., 1273., 1321.1.-ci maddələrinə, Notariat haqqında AR Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2., 62.1, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin halları ilə müəyyən edilir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti etdiyini, onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçıya notarius tərəfindən ərizənin məzmunu və verilmiş ərizənin hüquqi nəticələri də izah edilmişdir. Həmçinin iddiaçı tərəfindən notariat ofisində tərcüməçi tələb edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçı notariat ofisinə müraciət edərkən tərcüməçi tələb etməmişdir. Belə ki, o Şahid inanmışdır. Həmçinin qeyd etmişdir ki, notarius rus dilini bilmir və tərcümə onun tərəfindən yox, Şahid tərəfindən həyata keçirilmişdir. İşin hər bir halında müəyyən olur ki, iddiaçıya notariat hərəkətinin mahiyyəti və nəticəsi izah edilmişdir. Onu da məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, mübahisəli mənzil paylı mülkiyyətdə olmaqla ½ hissədə cavabdehin, ½ hissədə isə analarının adına qeydə alınmışdır. İşin əhəmiyyətli halı ondan ibarətdir ki, əgər iddiaçı həqiqətən də mənzildəki payı istəmiş olsaydı, anasının sağlığında mübahisə predmetini təşkil edən mənzilin ½ hissəsi onun adına bağışlama qaydasında keçə bilərdi. İşin materialları ilə təsdiq edilir ki, iddiaçının anası ölənədək onunla birlikdə yaşamışdır. Belə olduğu halda iddiaçı həmin hissəyə ya vəsiyyətnamə, ya da ki bağışlama yolu ilə hüquq əldə edə bilərdi. Görünür, iddiaçının mənzildəki paya hüquq əldə etmək niyyəti olmamışdır. Ona görə də iddiaçı mirasın qəbulundan qardaşının xeyrinə qanunla müəyyən edilmiş qaydada və müddətdə imtina etmişdir. Ona görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ləğv edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. İşə baxan məhkəmə kollegiyası tərəfindən Notariat haqqında qanunun qeyd edilən norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən normaya qətnamənin 33-cü bəndində şərh verilir və göstərilir ki, normanın məzmunundan görünür ki, rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən ona tərcümə edilməsi üçün normada “və” deyil, “və ya” bağlayıcısı istifadə olunduğundan aşağıdakı şərtlərdən hər ikisi deyil, birinin mövcud olması kifayətdir: müraciət etmiş şəxsin kargüzarlığın aparıldığı dili bilməməsi; - notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş etməsi. Göründüyü kimi məhkəmə kollegiyası normanın şərhində “vurğunu” normanın “aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin aparılmasını hər hansı dildə aparılmasını xahiş etmişdirsə” hissəsinə yönəltsə də, normanın ikinci hissəsinə diqqət yetirməmişdir. Həmin hissədə “və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir” göstərilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını düzgün tətbiq edə bilməmişdir. Hazırkı işdə iddiaçının aldadılmasını təsdiq edən sübutlar da təqdim edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1317/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5209/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 1256, 1268.1, 1272, 1273, 1321.1, 1322; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 13; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134, 135; Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 416.1, 417.1.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı anasından miras qalmış əmlakdakı payından imtina etməklə bağlı notarial qaydada ərizə vermiş və bununla da, birtərəfli qaydada həmin paya dair iradəsini ifadə etmişdir. Hazırda iddiaçı həmin vaxt miras paydan imtina ilə bağlı hər hansı niyyətinin olmadığını, cavabdeh Ruslan Belayev və onun nümayəndəsi olmuş Şahid tərəfindən aldadılması nəticəsində belə bir ərizəyə imza etdiyinə istinad etməklə qeyd edilən ərizənin etibarsızlığını iddia etmişdir. Öz iddiasının faktiki əsası kimi iddiaçı onun Azərbaycan dilini bilməməsinə, notariusun isə notariat hərəkətlərini apararkən ərizəni onun bildiyi dilə tərcümə etməməsinə, notariat ofisində olarkən notariusla qohumu Şahid vasitəsilə əlaqə saxlamasına, sonuncu tərəfindən aldadılmasına, bu səbəbdən arzuladığı sənədi deyil, başqa məzmunlu sənədi imzaladığına istinad etmişdir. İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi notariat hərəkətini aparan notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərini pozaraq mübahisəli ərizənin məzmununun həmin normaların tələbinə uyğun olaraq iddiaçının bildiyi dilə tərcümə olunmaması, nəticədə iddiaçının sənədin məzmunundan məlumatsız olması və bu halların ərizənin etibarsız hesab edilməsi üçün əsas verməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır: İlk növbədə qeyd edilməlidir ki, mübahisəli ərizə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsidir və mahiyyət etibarı ilə birtərəfli əqddir. Qeyd edilməlidir ki, əqdin etibarlı olması bir sıra şərtlərə bağlıdır. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarsızlığına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı). Bu hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi ərizənin yuxarıda sadalanan şərtlərə cavab verib-verməməsi yoxlanmalı, yalnız bundan sonra onun etibarlılığı məsələsinə qiymət verilməlidir. Hazırkı mübahisədə iddiaçının istinad etdiyi əsas dəlil onun aldadılması və nəticədə arzulamadığı başqa məzmunlu bir sənədə imza etməsi olmuşdur. Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir. Bu mənada, işə mahiyyəti üzrə baxan məhkəmələrin əsas vəzifəsi qeyd edilən halın baş verib-vermədiyini tərəflərin təqdim etdiyi sübutlar əsasında müəyyən etməkdən ibarət olmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Həmin qərarda daha sonra göstərilir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxılarkən iradə ifadəsinin özü ilə yanaşı, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, o cümlədən əqdə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Hazırkı mübahisəni həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş yalnız bir hala – iddiaçının miras payından imtinaya dair verdiyi ərizənin onun bildiyi dilə tərcümə edilməməsinə istinad etməklə iddianı təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özü-özlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmur. Qeyd edilən hal iddiaçının miras payından imtina etmək niyyətinin olmadığı, verdiyi ərizənin məzmunundan xəbərsiz olduğu qənaətinə gəlmək üçün də kifayət deyildir. Bu hal yalnız iddianın əsaslılığı ilə bağlı iddiaçının istinad etdiyi sübut növlərindən biridir və məhkəmələr mübahisəni həll edərkən həmin hala digər sübutlarla yanaşı qiymət verməlidirlər. Lakin iş materiallarından görünür ki, hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması məsələsinə qiymət verilməmiş, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsi məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə həddən artıq formal yanaşmışdır. Qeyd edilməlidir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar 10.Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin bibisinin həyat yoldaşıdır, 30 ildir ki, onun bu ailə ilə qohumluq münasibəti var, onların bütün xeyir-şər məclislərində iştirak edib, o cümlədən, nənə-babalarının, analarının dəfnində iştirak etmiş, hətta onların dəfn pulunun ödənilməsi ona tapşırılmışdır. O, İddiaçı və Cavabdeh2 onun avtomobiliylə DOST Mərkəzinə gediblər. Qardaşlar Rusiya Federasiyasından analarının cənazəsini gətirdikdən sonra onun evinə gəldilər və bir həftə ərzində onun evində qonaq oldular. Səhəri gün söhbət edən zaman İddiaçı onun maddi imkanının yaxşı olduğunu, Rusiya Federasiyasında iki mərtəbəli evi, iki ədəd atomobili olduğunu, ona heç nə lazım olmadığını bildirib. Daha sonra, həyat yoldaşı manat, avro və ABŞ dolları valyutasından ibarət olan pul vəsaitləri və qızıl-zinət əşyaları olan bağlamanı gətirib stolun üzərinə qoyub. İddiaçı anasının cənazə xərclərinin qarşılanması ilə bağlı 2600 avro məbləğində pul vəsaitini götürüb, cibinə qoyub. 1000 ABŞ dolları məbləğində pul vəsaitini isə Cavabdeh2 verib. Qızıl-zinət əşyalarını İddiaçı götürüb, öz çantasına qoyub. Növbəti gün üçü birgə müavinətlə bağlı DOST Mərkəzinə yaxınlaşıblar, oradan çıxdıqdan sonra Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin həyətində söhbət edən zaman İddiaçı “ gedək notariusa, mən miras əmlakdan imtina etmək istəyirəm, çünki qardaşımın maddi imkanı bir o qədər də yaxşı deyil, miras əmlakın ona qalmasına razılıq verirəm” deyə bildirib. Onlar Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə yaxınlaşıblar, notariusda gördülər ki, İddiaçı rus dilində danışır, həmin vaxt o deyib ki, lazımdırsa, o rus dilində Azərbaycan dilinə tərcümə edə bilər, lakin onlar bildirdilər ki, onun tərcümə etməyinə icazə yoxdur. Daha sonra, bir qız gəldi, İddiaçılə başladılar rus dilində danışmağa və ona izah etdilər ki, əgər o, miras əmkakdan imtina ərizəsini imzalasa, həmin ərizəni geri götürmək mümkün olmayacaq. Sədrlik edən tərəfindən şahidə verilmiş suallara cavab olaraq bildirmişdir ki, notariusda olarkən İddiaçı rus dilində izah etdilər, o dəqiq bilmir ki, o, Azərbaycan dilini bilirdi, yoxsa yox, çünki o, 17 yaşına kimi Azrbaycan Respublikasında yaşayıb, oxuyub, işləyib, bəlkə də Azərbaycan dilini unudub, bilmir. Amma Notariat ofisində ona ikinci bir əməkdaş rus dilində məsələni izah etdi, ərizə tərtib olundu, fotoşəkli çəkildi, daha sonra o, Notariat ofisinin xüsusi notariusuna yaxınlaşdı. Lakin, onun içəri daxil olmağına icazə verilmədi. İddiaçılə notarius rus dilində söhbət etdilər, ona ərizənin mahiyyətini izah etdi və daha sonra, Rafael əlində imzalanmış və möhürlənmiş sənədlə çıxdı. Həmin sənədi ona təhvil verdi və vərəsəliklə bağlı bütün işlərin görülməsi ona həvalə olundu, çünki onların Bakı şəhərində yaşayan yeganə qohumu o idi. Daha sonra, evə gəldilər, 1 həftədən sonra onları Rusiya Federasiyasına yola saldı. Daha sonra, Cavabdeh2 fikri necə dəyişibsə, eşitdiyinə görə, artıq 1 ay sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bununla bağlı onunla əlaqə saxlamağa çalışdı, lakin o, telefon zənglərinə cavab vermədiyi üçün əlaqə saxlamaq mümkün olmamışdır. Ümumiyyətlə notariusda onun tərəfindən hər hansı söz deməyən icazə verilməyib.Həmçinin əvvəlcə notariusun bir xanın əməkdaşı iddiaçı ilə rus dilində danışaraq ərizənin mahiyyətini və hüquqi nəticələrini izah etdiyini, sonra isə qapı arxasında eşitdiyi qədəri ilə xuüsis notariusun onunla rus dilində danışaraq, mövcud vəziyyətini izah etdiyini qeyd etmişdir.
11. Cavabdeh2 nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı mülahizədə qeyd edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 5 saylı, “Asan Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X9 və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X12 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair” iddia qaldırmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, anasından miras qalmış mənzildəki paya qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariata müraciət etmiş, bu zaman onun yanında qardaşı Ruslan və vətəndaş Şahid olmuşdur. O, Azərbaycan dilini bilmədiyi üçün Şahid vasitəsilə notariusla söhbət etmişdir. 5 saylı “ASAN Xidmət”in notariat ofisində texniki işçi tərəfindən ərizə tərtib edilmiş və bu ərizə onun tərəfindən imzalanmışdır. Sonradan ona məlum olmuşdur ki, mirasa dair vərəsəlik şəhadətnaməsi almaq barədə ərizə deyil, vərəsəlik payından imtina barədə ərizəyə imza atmışdır. Bu zaman o, qardaşı Cavabdeh2 və Ruslanın qohumu Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Bir müddət sonra Notariat ofisinə həmin ərizəni ləğv etdirmək üçün müraciət etsə də bu mümkün olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının və cavabdehin anası X8 miras qalmış əmlak ünvan 4 ünvanda 196 nömrəli, 3 otaqlı, ümumi sahəsi 64,43 kv metr olan mənzilin ½ hissəsi olmuşdur. Mənzilin digər ½ hissəsi isə iş üzrə Cavabdeh2 mülkiyyətində olmuşdur və bu hal Daşınmaz 2 Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla təsdiq olunur. X20 04 dekabr 2023-cü ildə vəfat etmişdir və bu barədə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli AZ-11№ 389356 saylı ölüm haqqında Şəhadətnamə verilmişdir. İdidiaçı və cavabdeh olan qardaşlar Rusiya Federasiyasında yaşadıqlarından analarının dəfn mərasimi bibilərinin həyat yoldaşı Şahid tərəfindən təşkil edilmiş və hətta dəfn müavinəti onun tərəfindən alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1131/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2, Bakı şəhəri 5 saylı, “Asan Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X9, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X12 qarşı “miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. (X27) Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 5209/2024 nömrəli qətnaməsi ilə təmin edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin iş üzrə 2(007)-1131/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmışdır. Yeni qətnamə ilə qət edilmişdir ki, İddiaçı Cavabdeh2, Bakı şəhəri, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X9, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X12 qarşı miras əmlakdan imtina ilə bağlı ərizənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən 08 dekabr 2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X6 miras qalmış əmlakın ona çatası hissəsindən imtinası barədə ərizəsi etibarsız hesab edilsin. 27 yanvar 2024-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində Cavabdeh2 adına verilmiş V-11/2024 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bu şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Telnov küçəsi, ev 8, 196 №-li mənzilin 1/2 hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Apellyasiya İnstansiya Məhkəməsinin qətnaməsini yeganə dəlili ondan ibarət olmuş və onunla əsaslandırmışdır ki, iddiaçının miras paydan imtina etməsi barədə ərizəsi təsdiq edilərkən, notarius tərəfindən prosesual pozuntuya yol verilərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Məhkəmə Kollegiyasının həmin qətnaməsindən cavabdehlər Cavabdeh2 və vəkili, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin xüsusi notariusu X16 və vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1317/2025 nömrəli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5209/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Apellyasiya İnstansiyası Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Məhkəmə Kollegiyasının göstərilən qərarının Kassasiya instansiyası məhkəməsinin mövqeyi bölməsində göstərilir ki, iddiaçı öz iddiasının faktiki əsası kimi Azərbaycan dilini bilməməsinə, notariusun isə notariat hərəkətlərini apararkən ərizəni onun bildiyi dilə tərcümə etməməsinə, notariat ofisində olarkən notariusla qohumu Şahid vasitəsilə əlaqə saxlamasına, sonuncu tərəfindən aldadılmasına, bu səbəbdən arzuladığı sənədi deyil, başqa məzmunlu sənədi imzaladığına istinad etmişdir. (Qərarın 70-ci bəndi) İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi notariat hərəkətini aparan notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərini pozaraq mübahisəli ərizənin məzmununun həmin normaların tələbinə uyğun olaraq iddiaçının bildiyi dilə tərcümə olunmaması, nəticədə iddiaçının sənədin məzmunundan məlumatsız olması və bu halların ərizənin etibarsız hesab edilməsi üçün əsas verməsi qənaətinə gəlmişdir. (Qərarın 71-ci bəndi) Qərarın 72-ci bəndində göstərilir ki, Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır: İlk növbədə qeyd edilməlidir ki, mübahisəli ərizə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsidir və mahiyyət etibarı ilə birtərəfli əqddir və əqdin etibarlı olması bir sıra şərtlərlə bağlıdır. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarsızlığına səbəb ola bilər. (Qərarın 73-74-cü bəndləri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Bu hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi ərizənin yuxarıda sadalanan şərtlərə cavab verib-verməməsi yoxlanmalı, yalnız bundan sonra onun etibarlılığı məsələsinə qiymət verilməlidir. (Qərarın 75- 77-ci bəndləri) Hazırkı mübahisədə iddiaçının istinad etdiyi əsas dəlil onun aldadılması və nəticədə arzulamadığı deyil, başqa məzmunlu bir sənədə imza etməsi olmuşdur. Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir. Bu mənada, işə mahiyyəti üzrə baxan məhkəmələrin əsas vəzifəsi qeyd edilən halın baş verib-vermədiyini tərəflərin təqdim etdiyi sübutlar əsasında müəyyən etməkdən ibarət olmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Həmin qərarda daha sonra göstərilir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (Qərarın 78-82-cü bəndləri) Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxılarkən iradə ifadəsinin özü ilə yanaşı, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, o cümlədən əqdə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır. (Qərarın 83-cü bəndi) Məhkəmə Kollegiyasının qərarında göstərilən hallarla bağlı qeyd edilməlidir ki, Məhkəmə Kollegiyasının mövqeyi iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsində araşdırılmış və hüquqi qiymət verilmiş hallarla bağlı məhkəmənin mövqeyi ilə üst-üstə düşür. (Məhkəmə qətnaməsinin 23-73-cü maddələri) Beləki, həmin qətnamənin 34-cü bəndində göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar) Qətnamənin 35-40-cı bəndlərində müqavilənin aldatma yolu ilə bağlanılmasının formalarına və aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün müvafiq şərtlərin mövcud olması şərh edilmişdir. Qeyd edilən hallara qiymət verdikdən sonra qətnamənin 41-ci bəndində göstərilirki, İddiaçı əqdi aldatma nəticəsində imzaladığını iddia edərək əqdin etibarsızlığı tələbini irəli sürməsinə baxmayaraq öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki öz iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Daha sonra məhkəmənin qətaməsində hazırki halda etibarsız hesab edilməsi tələb edilən “mirasdan imtina” ərizəsi birtərəfli əqd olub, onun aldatma nəticəsində etibarsız hesab edilməsi üçün iddiaçı onun notarius tərəfindən aldadıldığını sübut etməlidir. Belə ki, həmin “mirasdan imtina” ərizəsi notariat orqanında rəsmiləşdirilməli və ərizəni almış notarius vərəsənin şəxsiyyətini müəyyən etməli, onun imzasının həqiqiliyini yoxlamalıdır. Həmçinin notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinin tələblərinə riayət edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Göründüyü kimi əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina”ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Belə ki, cavabdeh 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, notarius Pərvin Xudiyev rus dilini bilir və iddiaçıya notarius tərəfindən hansı notariat hərəkəti edildiyi və onun nəticəsi izah edilmişdir. İddiaçı tərəfindən tərcüməçi tələb edilməmişdir. Həmçinin 5 saylı “Asan Xidmət” Mərkəzinin notariusu Pərvin Xudiyev tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məktubdan görünür ki, məktubda notarius iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256,1268 və 1269-cu maddələrinin tələblərini və ərizənin məzmununun izah etdiyini bildirmişdir. (Qətnamənin 42-47- ci bəndləri) Ali Məhkəmənin qərarında iş üzrə digər mövqe isə ondan ibarətdir ki, hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması məsələsinə qiymət verilməmiş, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsi məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə həddən artıq formal yanaşmışdır. (Qərarın 88-89-cu bəndləri) Qeyd edilən məsələ ilə bağlı da Nizami rayon Məhkəməsinin iş üzrə qətnaməsinin 48-ci bəndində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatına istinad edilmişdir. İş üzrə şahid qismində Bakı şəhəri Nizami rayon Məhkəməsində, həmçinin apellyasiya instansiya məhkəməsində dindirilmiş, iddiaçı və cavabdeh olan qardaşların yaxın qohumu olan Şahid ifadəsində göstərmişdir ki, mərhumun yas mərasimindən sonra onun evində həyat yoldaşı tərəfindən (qeyd: vərəsələrin bibisi X4 ) mərhum Nasima Vildanovnadan əmanət qalmış bir bükülü gətirilərək qardaşlara təqdim edilmişdir. Bükülü açılarkən içərisində avro, dollar və qızıl əşyaları olduğunu görmüşlər. Rafael böyük qardaş olaraq bükülüdə olan puldan 2600 avro mərhumun gətirilməsinə yol xərci çəkdiyi üçün özünə götürmüş, 1000 dollar Ruslana vermiş, pulun bir hissəsini isə 40 mərasimi keçirmək və qəbr üstü abidə düzəltdirmək üçün özündə saxlamışdır. O, həmçinin qızılları da götürərək çantasına qoymuşdur. Həmin vaxt Rafael Bakıdakı mənzildə analarından qalan payı istəmədiyini, Bakıya gəlib-gedə bilmədiyinə görə həmin əmlakla bağlı məsələni də həll etmək istədiyini bildirmişdir. Qardaşlar razılığa gəldilər ki, analarından miras qalmış mənzilin ½ hissəsindən iddiaçı özünə düşən paydan imtina edir və miras pay digər ½ hissənin mülkiyyətçisi Ruslanın mülkiyyətinə keçir. Bunun üçün notariata gedib mirasdan imtina ərizəsi verilməsi zəruri olduğundan onlar səhəri gün, 8 dekabr 2023-cü ildə 5 sayli ASAN Xidmət Mərkəzinə getmişlər və ASAN Xidmət Mərkəzində notariat ofisində növbə əsasında Rafael notariat ofisinin əməkdaşına yaxınlaşmış, orada 2 əməkdaşla rus dilində danışmışlar, əməkdaş Rafaeldən rus dilində kimin xeyrinə payından imtina edirsən deyə soruşmuş, o isə payını qardaşı Ruslanın adına keçirmək istədiyini bildirmişdir. Bundan sonra həmin əməkdaş rus dilində ona bu sənədi geri götürməyin mümkün olmadığını izah etmişdir. Sonra Rafaelin şəkili çəkilmiş və hazırlanmış sənəd, yəni imtina ərizəsi ona təqdim olunaraq sənədlə birlikdə notariusun otağına keçməsi bildirilmişdir. Notarius onunla rus dilində danışmağa başlamış, mirasdan imtina ərizəsi yazmasının səbəbini soruşmuş və imtina ərizəsinin geri götürülə bilməməsini bir daha ona izah etmişdir. Bundan sonra ərizəni təsdiq etmişdir. Rafael isə elə orada həmin ərizəni qardaşı Ruslana vermişdir. Notariatda istər ərizə tərtib edilərkən, istərsə də notarius tərəfinən təsdiq edilərkən o hər hansı bir müdaxilə etməmişdir. Ərizədə göstərilir ki, “Yazıb bildirirəm ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anam-X11 irs qalmış (yaşayış evi, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın mənə çatası hissəsindən imtina edirəm”. Ərizədə digər hallarla yanaşı həmçinin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin geri götürülə bilməməsi də göstərilmişdir. Deməli, notarius tərəfindən ona bildiyi dildə, yəni rus dilində notariat hərəkəti ilə bağlı hərtərəfli izah verilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında yeni araşdırmada Məhkəmə Kollegiyası tərəfindən iradə ifadəsinə hüquqi qiymət verilməsi üçün müqaviləyə qədərki danışıqlar, tərəflər arasında münasibətlər və tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınması göstərilmişdir. Həmin məsələ ilə bağlı şahid qismində dindirilmiş Şahid göstərdikləri nəzərə alınmaqla zərurət yaranarsa İddiaçı tərəfindən mənzildəki payından imtina etməsini bildirərkən orada iştirak etmiş, iddiaçının və cavabdehin bibisi X4 da şahid qismində dindirilə bilər. Kassasiya instansiyası Məhkəmə Kollegiyasının qərarında göstərilir ki, iş materiallarından görünür ki, hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması məsələsinə qiymət verilməmiş, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsi məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu məsələ ilə bağlı yuxarıda göstərilənlərə əlavə olaraq qeyd edilməsi zəruridir ki, qardaşların anası 04 dekabr 2023-cü ildə vəfat etmişdi, 06 dekabr 2023-cü ildə həmin 5 saylı ASAN Xidmət Mərkəzində qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmışdı və 8 dekabr 2023-cü ildə həmin Mərkəzdə notariat ofisinə miras paydan imtina edilməsi barədə ərizə təsdiq edilməsi üçün müraciət edilmişdir. Həmin vaxt mirasa dair vərəsəlik işi açılmamışdı. Əgər İddiaçı həqiqətəndə vərəsəlik işinin açılması üçün müraciət etmiş olsaydı ondan vərəsəlik işinin açılması üçün tələb olunan digər sənədlər də istənilərdi. Mirasdan imtinaya dair ərizə təsdiq edilərkən qardaşlar arasında hər hansı bir mübahisə və münaqişə olmamış, İddiaçı tam sərbəst olaraq öz iradəsinə əsasən və öz təşəbbüsü ilə miras paydan imtinaya dair iradəsini ifadə edən ərizəni təsdiq etdirmişdir. Məhkəmə Kollegiyasının qərarında daha sonra göstərilir ki, hazırkı mübahisəni həll edən apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş yalnız bir hala – iddiaçının miras payından imtinaya dair verdiyi ərizənin onun bildiyi dilə tərcümə edilməməsinə istinad etməklə iddianı təmin etmişdir. (Qərarın 84-cü bəndi) Bununla bağlı Məhkəmə Kollegiyası qeyd etmişdir ki, miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özü-özlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmur. (Qərarın 85-ci bəndi) “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur.Həmin hala hüquqi qiymət verərək Məhkəmə Kollegiyasının qərarında göstərilirki, göründüyü kimi əgər notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni notarius və ya tərcüməçi tərəfindən ona tərcümə edilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli, 8İ-56202 reyestr nömrəli “mirasdan imtina” ya dair ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ərizə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Hazırkı mübahisə üzrə isə qeyd edilən ərizənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir.Yuxanda şərh olunanlara əsasən qeyd edilməlidir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi iş üzrə obyektiv və hərtərəfli araşdırma apararaq, iş üzrə yazılı sənədlərə və şahid ifadələrinə hüquqi qiymət verərək cavabdehlər Cavabdeh2, notarius Pərvin Xudiyev və qardaşların qohumu Şahid tərəfindən mübahisə edilən ərizə ilə bağlı iddiaçının aldadıldığını sübut edə biləcək hər hansı bir halın olmadığı və notarius hərəkətlərinin düzgün aparıldığı qənaətinə gəlmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı notarius tərəfindən ərizənin məzmununun ona izah edilmədiyini və ona ərizənin mətinin tərcüməçi tərəfindən tərcümə edilmədiyini, notariusun onunla Azərbaycan dilində danışdığını, heç bir zaman mərhum anasının ona çatası miras payından imtina etmək kimi niyyətinin olmadığını, qardaşına və qohumları olan Şahid inanaraq həmin ərizəyə qol çəkdiyini, sonradan ona mirasdan imtina ilə bağlı ərizəyə qol çəkdiyinin məlum olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Həmçinin sədrlik edən və cavabdehin nümayəndəsi tərəfindən ona ünvanlanmış suallara cavab olaraq qeyd etmişdir ki, bibisinin evində qardaşına bildirmişdir ki, qızıllar onun üçün bir əhəmiyyət kəsb etmir, hətta qızılları qardaşına verib, onların əvəzində ailənin xatirə şəkillərinin ona verilməsini təklif etmişdir, həmin gün notariusa gedərkən qardaşının və yaxın qohumları Şahid də onunla birgə getdiyini, lakin notariusun otağına yalnız özünün daxil olduğunu, notariusdan çıxdıqdan sonra isə qardaşının əlində çanta olduğundan ərizəni saxlaması üçün müvəqqəti ona verdiyini, beləliklə, qardaşı və Şahid tərəfindən aldadıldığını, həmçinin Şahid onların anasının ölümündən sonra dövlət tərəfindən verilən birdəfəlik müavinatı da alıb mənimsədiyini, bu səbəbdən onun barəsində hüquq mühafizə orqanına şikayət etdiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 Vladimorvna apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq yazılı mülahizəsini də elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini bildirmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.1272. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
17. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndinə əsasən: "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır. 134-cü bəndinə əsasən Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn birbirinin yanında, şaquli xətlə ayrılan bir səhifədə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Bu halda notarius əvvəl tərcüməçinin imzasının həqiqiliyini, sonra isə sənədi təsdiq edir. Təsdiq qeydləri sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur. 135-ci bəndinə əsasən Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə və ya notariat qaydasında təsdiqlənmiş surətinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kassasiya instansiyasının göstərişlərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz iddia tələbini sübut edə bilməmişdir. İddiaçının onun azərbaycan dilini bilmədiyini, notarius tərəfindən ona ərizənin mətninin rus dilində izah edilmədiyini iddia etsə də bununla bağlı hər hansı mötbər sübut təqdim edə bilməmişdir. Bunun əksinə şahid ifadəsi, notariusun izahatı ilə təsdiq olunur ki, iddiaçı həmin ərizəni imzalayarkan ərizənin məzmunu və doğuracağı hüquqi nəticələr ona tam izah edilmiş və iddiaçı tərəfindən könüllü olaraq ona çatası miras payından imtina edilmişdir. 20.Notariusda ərizəni imza edərkən iddiaçı anasının ölümündən sonra qalan əmlaka vərəsə kimi qeydiyyata alınması üçün ərizə imzaladığına əmin olduğunu, xx.xx.2023-cü il tarixdə 5 saylı ASAN Xidmətində notariat ofisində miras qalmış əmlakdan imtina edərkən, bu ərizənin mənası onun üçün nə şifahi, nə də yazılı şəkildə rus dilinə tərcümə edilməmiş, qardaşı Ruslan Belayev və qohumları Şahid tərəfindən aldadıldığını başa düşmüşdür. Ərizəni təsdiq edən notariat ofisində qanunvericiliyin tələblərinin pozulduğunu və qohumları tərəfindən aldadıldığını ərz edən iddiaçı X18, Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X9, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X12 qarşı tələb irəli sürsə də, hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olduğuna dair mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq sübutedici dəlillərini məhkəməyə təqdim etməmiş, onların birlikdə və ya ayrılıqda olan mülki məsuliyyətini müəyyən edən təfərrüatları təsnif etməmişdir. Miras payından imtinaya dair ərizənin verilməsi ilə bağlı notariat hərəkətlərini həyata keçirmiş notarius tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9, 134 və 135-ci bəndlərinin tələblərinin pozulması işin mübahisəsiz halı olsa da, bu fakt özü-özlüyündə həmin ərizənin etibarsızlığına səbəb olmaması, habelə iddiaçının miras payından imtina etmək niyyətinin olmadığı, verdiyi ərizənin məzmunundan xəbərsiz olduğu qənaətinə gəlmək üçün də kifayət olmadığı və bu halın yalnız iddianın əsaslılığı ilə bağlı iddiaçının istinad etdiyi sübut növlərindən biri olması, mübahisə həll edilərkən həmin hala digər sübutlarla yanaşı qiymət verilməli olması kassasiya instansiya məhkəməsinin mövqeyi ilə artıq təsbit edildiyindən bu halların yenidən müzakirəsi yolverilməzdir.
21. Bununla belə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yenidən araşdırma zamanı hazırkı mübahisə həll edilərkən tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlər, o cümlədən ərizə verilərkən onların arasında miras əmlakla bağlı hər hansı mübahisənin olub-olmaması, habelə iş üzrə araşdırılmış digər sübutlar, o cümlədən cavabdeh notariusun və şahidin ifadəsinin məhkəmənin iddianı təmin edərkən istinad etdiyi sübutla əlaqəli şəkildə qiymətləndirilməsi kimi vəzifələr olmuşdur ki, bu hallara dair iddiaçının hər hansı sübut təqdim etmədiyi prosessual şəraitdə notariusun və şahidin ifadələrinin təkzib edən xüsusatlar müəyyən edilməmiş, iddiaçı və cavabdeh olan qardaşların isə aralarında vərəsəliklə bağlı razılığın olması, miras qalmış pul vəsaitlərin bölünməsi və qızılların iddiaçı tərəfindən götürüldüyü müəyyən edilmişdir. Mirasın bir hissəsinin qəbulu artıq onun faktiki qəbulunu və vərəsələr arasında razılığın olmasını müəyyən edir. Bu müstəvidə imtina ərizəsinin verilməsi vərəsəliyin qəbulu zamanı mübahisənin olmadığını və vərəsələr arasında qarşılıqlı etimadın olduğunu şərtləndirir. 22.Mirasa dair vərəsəlik şəhadətnaməsi almaq barədə ərizə deyil, vərəsəlik payından imtina barədə ərizəyə imza atması barədə ərizənin verilməsini iddia edən iddiaçı necə, nə zaman və hansı şəraitdə bunu bildiyini sübut etməmişdir. Öz hüquqlarının müdafiəsi üçün müvafiq olaraq hansı zamandan hansı tədbirlərinin görülməsi və ya hansı səbəbdən görülməməsini sübut edə bilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki hüquq (fəaliyyət) qabiliyyətiinə şübhə belə olmayan iddiaçının öz vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün ölkə ərazisində kifayət qədər hüquq (tərcümə) təsisatların mövcudluğundan istifadə etməməsi onun özünün davranışlarının risk dairəsinə aiddir. Belə ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli və yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddia ərizəsində yalnız etimad göstərdiyi qardaşı Cavabdeh2 və qohumu Şahid tərəfindən aldadıldığının qeyd edilməsi isə hüquqi cəhətdən iddiaçının vacib əhəmiyyətli yanılma kimi qiymətlndirilə bilərdi ki, bu normanın dispozitiv şərtlərinə müvafiq faktoloji əsaslar sübuta yetirilməmişdir. Lakin iddiaçının imza atmazdan öncə tərcüməçi tələb etməsi və bununla əlaqədar iddia edilən digər dəlillər, habelə iddiaçının miras əmlakın ona çatası hissəsindən imtina etməsini təsbit edən iradə ifadəsinə zidd (arzulamadığı deyil, başqa məzmunlu bir sənədə imza etməsi) və yanılma əsasında birtərəfli əqdin etibarsızlığnı müəyyən edən dispozitiv şərtlər təsdiq edilməmişdir. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı). 24.Göründüyü kimi, iddiaçı miras paydan imtina edərkən onun iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtin pozulduğunu iddia etmişdir ki, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilən dayanıqlı digər əsaslar iddianın səciyyəsi ilə uyğunluq təşkil etməmişdir.
25. Beləliklə, birinci instansiya Məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, subyektiv və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1131/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron kabinetlə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.