Məhkəmə qərarları › İş №2(103)-4126/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4126/2023

12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4126/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh X14 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı "xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış reyestr qeydinin və müqavilənin etibarsızlığına, çıxarışın ləğvinə, miras əmlakda vərəsə olaraq iddiaçının payının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-615/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları X2 rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilinə tam mülkiyyət hüququ ilə malik olmuşdur. O, xx.xx.2021-ci il tarixdə, onun oğlu X17 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ağayev Rüstəmin vərəsəsi (onun oğlu) iddiaçı xx.xx.2008-ci il təvəllüdlü İddiaçıdur. Cavabdeh3 iddiaçının babası mərhum X7 qardaşıdır. X7 ölümündən sonra Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzilə mülkiyyət hüququ qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə Cavabdeh3 keçmişdir. Daha sonra Cavabdeh3 həmin əmlakı Cavabdeh4 satmışdır. İddiaçı qanun üzrə vərəsə qismində tanınması ilə bağlı notariusa müraciət etsə də, ona şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçının valideynləri X17 ilə Qanuni nümayəndə nikahı pozulmuşdur. Qanuni nümayəndə xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qanuni nümayəndəsi qismində çıxış edir. Birinci instansiya məhkəməsində icraat İddiaçın cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsızlığına; Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 üzərində qeydiyyata alınmış reyestr qeydinin eibarsızlığına və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinə; xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərindı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum mirasqoyan xx.xx.1949-cu il təvəllüdlü X16 iddiaçının ata tərəfdən babasıdır. Belə ki, iddiaçının atası – xx.xx.1977-ci il təvəllüdlü X17 iddiaçının anası Qanuni nümayəndə Qınyaz qızı ilə xx.xx.2004-cü ildə nikah bağlamış və nikahları Səadət Sarayında 155 nömrəli ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçının valideynlərinin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuş və nikahın pozulması Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 443 nömrəsi ilə qeydə alınmışdır. İddiaçının babası X16 xx.xx.2021-ci il tarixdə “Covid-19 virusu” diaqnozundan ölmüş və mərhumun ölümü xx.xx.2021-ci il tarixdə Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən 838 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının babası Fərhad Ağayev öldüyü anda adına Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili olmuşdur. Həmin mənzil üzərində mərhumun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1996-cı il tarixdə 96246 reyestr nömrəsi qeydiyyata alınmışdır. Mərhumun öldüyü anda birinci növbəli vərəsələri aşağıdakı şəxslər olmuşlar: xx.xx.1955-ci il təvəllüdlü arvadı X18 – xx.xx.2022-ci il tarixdə ölmüşdür; xx.xx.1977-ci il təvəllüdlü oğlu – X17 – xx.xx.2022-ci il tarixdə ölmüşdür. X1 öldüyü anda və ondan sonra arvadı Olqa Ağayeva və iddiaçının atası Rüstəm Ağayev mirasqoyanla bir ünvanda yaşamaqla həmin miras qalmış mənzildə qeydiyyatda olmuşlar. İddiaçı yetkinlik yaşına çatmadığından və qanuni nümayəndəsi vərəsəlik işinin açılıbaçılmamasının, ümumiyyətlə vərəsəlik işinin hansı notariat ofisində aparılmasının müəyyən edilməsinin yollarını bilmədiyindən, iddiaçının qanuni nümayəndəsi olan Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə vəkilə müraciət edərək, vərəsəlik işi ilə bağlı sübutların toplanması işi üzrə onlara hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamışdır. Vəkil sorğusuna əsasən Bakı şəhəri 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 60 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili mərhum X11 məxsus olmuşdur. Qeyd olunan arayış və digər ilkin zəruri sənədlər toplanaraq xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri 43 saylı Notariat ofisinə yazılı şəkildə müraciət olunsa da, 10 gündən çox müddət ərzində müsbət cavab olmadığından, iddiaçının və onun qanuni nümayəndəsinin vəkili və etibarnamə üzrə nümayəndəsi olaraq tərəfindən notariat ofisinə müraciət edilir. Notariusun təklifi ilə vərəsəlik işinin açılmasının rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə yenidən notariat ofisinə gəldikdə, məlum olmuşdur ki, həmin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə mirsqoyanın ikinci növbəli vərəsəsi olan qardaşı - Cavabdeh3 2V-186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı məktub verilmişdir. Eyni zamanda, vəkil sorğusuna əsasən həmin vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Notariat Ofisindən xx.xx.2022-ci il tarixdə alınmış vərəsəlik işinin materiallarından müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8İ-12947 reyestr nömrəli ərizə ilə Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət edərək mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi - yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adını qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir. Notariat ofisindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzil üzərində mübahisələndirdikləri “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında cavabdehin mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X18 və oğlu X17 qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin 1/2 hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Lakin, Cavabdeh3 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən, vərəsələrdən mirasqoyanla bir ünvanda qeydiyyatda olaraq yaşamış xx.xx.2022-ci il tarixdə ölmüş Rüstəm Ağayevə münasibətdə sonuncunun oğlu İddiaçı adını bəyan etməməklə, həmin xüsusatı notariat ofisindən gizlətmişdir. Nəticədə həmin vərəsə miras əmlakdan pay almaq hüququndan məhrum olmaqla, onun konstitusion hüquqları pozulmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçının vəkili tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş xx.xx.2022-ci il tarixli 230 nömrəli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli **********56 nömrəli cavab məktubundan məlum olmuşdur ki, iddiaçı - yetkinlik yaşına çatmayan İddiaçı babası mərhum X11 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı 52 nömrəli mənzil üzərində mirasqoyanın qardaşı - Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra, sonuncu həmin mənzili Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin götürülməsi ilə əlaqədar tərəfindən xx.xx.2022-ci il tarixdə 274 nömrəli sorğu ilə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edilmiş və notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən məlum olmuşdur ki, Cavabdeh3 mübahisələndirilən xx.xx.2022-ci il tarixli 2V-186 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” aldıqdan sonra, həmin şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı 52 nömrəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra, Cavabdeh3 miras qalmış əmlakı qaçırmaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə dəyərindən aşağı qiymətə, yəni 85000 manata Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 4Ə1956 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır və hazırda həmin mənzil üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu göstərdikləri məhkəməyə vermiş olduqları iddia tələbinin dəqiqləşdirilməsini və iddia tələbinin həcminin artırılmasını zəruri edir. Verilmiş iddia ərizəsində iddia tələbinin qanuni əsasıları göstərildiyindən, hazırki ərizədə hüquqi əsaslandırmaya yenidən yer ayırmayaraq, hesab edir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Sonda o, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V- 186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsızlığına; Cavabdeh3 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsızlığına; cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsızlığına; həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə; xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-615/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Cavabdeh3 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101- 093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1252, 1253.1, 1255, 1300, 1318, 1321.1, 1321.2, 1322, 1324, 1325-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Məhkəmənin Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən gəldiyi nəticəsinə əsasən Cavabdeh3 ünvan 4 saylı əmlakın qanunsuz əsasla mülkiyyətçisi olması, həmin əmlakı vicdanlı əldə edən Cavabdeh4 ilə aralarında olan müqavilənin və onun əsasında verilmiş icra qeydinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Miras əmlakın alğı-satqısı zamanı Cavabdeh4 tərəfindən Cavabdeh3 ödənilmiş 85.000 manatın restitusiya qaydasında tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində bununla bağlı hər hansı xahişin olmaması, təmir işlərinin satışdan öncə və ya sonra aparılması, habelə əmlakın məbləğinin mübahisəli olması ilə bağlı hallar nəzərə alınaraq məsələyə ayrıca məhkəmə icraatı qaydasında baxılması məqsədəmüvafiqdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iş üzrə iddia tələblərinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsızlığına və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi,ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissəsinin də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin vərəsəlik barədə qaldırıldığı iddia tələbi 20% təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh4 izahatında tarixlərlə bağlı vermiş olduğu məlumatlar işin halları ilə ziddiyət təşkil edir. Cavabdeh4 mənzilə 2022-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində baxdığını, mənzilin sənədinin Nizaminin adına olmasını göstərməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və istənilən halda, əgər Cavabdeh4 mənzilin sahibinin Cavabdeh3 olmasını təsdiq edən sənədi görmüşdürsə, onda bu xx.xx.2022-ci il tarixdən sonra baş verə bilərdi. Bundan başqa, məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri, 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X12 Cavabdeh4la olan səmimi söhbətlərindən müəyyən olunurdu ki, onlar əvvəlcədən birbiriləri ilə tanış idilər. Nəzərə alınsa ki, Cavabdeh4la Cavabdeh3 arasındakı mənzilin alğısatqısına dair müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış və həmin əməliyyatın aparılmasına Bakı şəhəri 43 saylı Notariat ofisinin hər hansı bir aidiyyəti olmadığı halda, həmin notariat ofisinin əməkdaşı və Cavabdeh4 bir-birlərini tanımamalı idilər. Bütün bunlar isə ona dəlalət edir ki, həqiqətən də Cavabdeh3lə və Cavabdeh4 2022ci ilin oktyabr ayının sonunda, sonuncu vərəsə Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə öldükdən sonra, mənzilin satılması məqsədilə tanış olsalar da, Cavabdeh4 Cavabdeh3 mənzilin mübahisəli olduğunu bilmiş və mənzili vərəsə olan İddiaçı yayındırılması üçün müxtəlif qanunsuz yollarla cavabdehlərdən Bakı şəhəri 43 saylı Notariat ofisinin əməkdaşı Nüşabə Musayeva və digəriləri ilə cinayət əlaqəsinə girərək, qanunsuz üsullarla cəmi 5 gün ərzində mübahisəli mənzilin üzərində qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh3 adına şəhadətnamə almışlar. Daha sonra isə Cavabdeh3 digər Cavabdeh4la əvvəlcədən razılaşdıqları kimi, mənzili miras əmlak olaraq vərəsədən qaçırtmaq üçün öz aralarında mənzilin bazar dəyərindən aşağı qiymətə satılmasına dair alğı-satqı müqaviləsi bağlamışlar. Bütün bunlar Cavabdeh4 mənzilin mübahisəli olmasını əvvəlcədən bilməsinə və mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olmamasına dəlalət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət versə idi, iddianın “Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsızlığına və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissəsini də təmin etməli idi. Birinci instansiya məhkəməsi cavabdeh Ağayev X28 ilə Cavabdeh4 izahatlarında göstərdikləri “vasitəçi Hüseyn” adlı şəxsin şəxsiyyətini müyyən etmədən, həmin şəxsi məhkəməyə dəvət edib izahatını almadan, öz şəxsi qənaətini nümayiş etdirərək, tərəf tutmaqla Cavabdeh4 vicdanlı əldə edən olması qənaətinə gəlmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuna əsasən İddiaçı miras qoyan Fərhad Ağayevə münasibətdə qohumluq münasibətlərinə görə Fərhad Ağayevin nəvəsidir. Qanunun tələbinə görə nəvə və nəticələr o halda vərəsə ola bilərlər ki, mirasın açılma anında onların qanun üzrə birinci növbədə vərəsə ola bilən valideyinləri sağ olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, yəni mirasqoyan Fərhad Ağayevin 16 iyun 2021-ci il tarixdə onun qanun üzrə 1-ci növbə vərəsə olan İddiaçı atası Rüstəm Ağayev sağ olmuşdur. Odur ki, işin bu cür halında hazırki iş üzrə İddiaçı qanun üzrə birinci növbəli vərəsə ola bilən şəxslər kateqoriyasına daxil deyildir. İddiaçı atası Rüstəm Ağayev isə mirasın açıldığı 16 iyun 2021-ci il tarixdən, onun öldüyü 17 iyul 2022-ci il tarixədək (bir il bir ay bir gün) mirasın qəbuluna dair notariat kontoruna ərizə verməmiş, həmçinin miras əmlakı kütləsinə daxil olan evdə yaşamamış, bununla da mirası nə rəsmi nədə ki faktiki qəbul etməmişdir. Miras qoyanın arvadı X21 04 noyabr 2022-ci ildə vəfat etmişdir. O da təxminən 1 il 4 ay müddətində mirası hüquqi cəhətdən qəbul etməmişdir. Demək olar ki, onlar hər ikisi mirasdan imtina etmişlər. Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən miras qoyanın ikinci növbə vərəsə kimi qanuni olaraq vərəsəlik şəhadətnaməsi alıb mənzili adına sənədləşdirib satmışdır. Mülki Məcəllənin 1263-cü maddəsinin tələblərinə əməl edərək vərəsəliyi sənədləşdirmişdir. Odur ki, Mülki Məcəllənin 1279-1.1-ci maddəsinə müvafiq olaraq susmuş vərəsə hesab edilərək həmin Məcəllənin 1262-ci maddəsinə müvafiq olaraq cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əasında çıxarış verilmişdir. Göründüyü kimi miras əmlakı üzərində Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. X4 mirası ümumiyyətlə qəbul etməyib ölmüşdür. O bütün müddətləri üzürsüz səbəbdə buraxmışdır, faktiki olaraq mirasdan imtina etmişdir. Bir də məhkəmənin bu haqda heç bir sənədi yoxdur. Məhkəmə Mülki Məcəllənin 1152-ci maddəsinə istindan edərək hesab edir ki, burada (irsi transmisiya) var. Lakin yaranmış vəziyyətdə irsi trasmisiya yoxdur. Qeyd olunan Mülki Məcəllənin maddəsini iddiaçının xeyrinə tətbiq edilməsi qanunsuzluqdur. X17 mirasın mülkiyyətçisi deyil. Çünki miras açıldıqdan 1 il 1 ay 1 gün keçib mirası qəbul etməyib. Odur ki, onun oğlu iş üzrə iddiaçı varis sayıla bilməz. İddiaçı ancaq mərhum nənəsi X10 1/2 payına vərəsə ola bilərdi, ancaq o zaman ki, Olqa Alekseyevnanın vəsiyyəti olmasa idi. Tərəflərindən məhkəməyə sübut növü kimi diskə yazılmış səs yazısı təqdim edilmişdir. Lakin onu məhkəmə prosesdə səsləndirmədi və qətnaməsində bununla əlaqədar heçnə əks olunmayıb. Həmin diskdə X18 deyir ki, “satılan evin pulundan 20% nəvəmə verərsiz”. Onlar isə iddiaçı üçün 20% dən artıq pay saxlamışlar. Bundan başqa məhkəmədə X17 tərəfindən mirası faktiki qəbul etməsi barədə heç bir sübut əldə olunmadı, çünki belə bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi-vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 və onun nümayəndəsivəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X14 nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətlərinin təmin olunmadan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki,birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm cavabdeh tərəfindən şikayət verildiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1324. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməlidir. İş materiallarından görünür ki, mərhum mirasqoyan xx.xx.1949-cu il təvəllüdlü X16 iddiaçının ata tərəfdən babasıdır. Belə ki, iddiaçının atası – xx.xx.1977-ci il təvəllüdlü X17 iddiaçının anası Qanuni nümayəndə Qnyaz qızı ilə xx.xx.2004-cü ildə nikah bağlamış və nikahları Səadət Sarayında 155 nömrə ilə qeydiyyata alınmışdır. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə İddiaçı anadan olmuşdur. İddiaçının valideynlərinin nikahı xx.xx.2014-cü il tarixdə pozulmuş və nikahın pozulması Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 443 nömrəsi ilə qeydə alınmışdır. İddiaçının babası X16 xx.xx.2021-ci il tarixdə “Covid-19 virusu” diaqnozundan ölmüş və mərhumun ölümü xx.xx.2021-ci il tarixdə Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən 838 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının babası Fərhad Ağayev öldüyü anda adına Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili olmuşdur. Həmin mənzil üzərində mərhumun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1996-cı il tarixdə 96246 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mərhumun öldüyü anda birinci növbəli vərəsələri aşağıdakı şəxslər olmuşlar: xx.xx.1955-ci il təvəllüdlü arvadı X18 – xx.xx.2022-ci il tarixdə ölmüşdür; xx.xx.1977-ci il təvəllüdlü oğlu – X17 – xx.xx.2022-ci il tarixdə ölmüşdür. X1 öldüyü anda və ondan sonra arvadı Olqa Ağayeva və iddiaçının atası Rüstəm Ağayev mirasqoyanla bir ünvanda yaşamaqla həmin miras qalmış mənzildə qeydiyyatda olmuşlar. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə öz adından 8G-12947 reyestr nömrəli ərizə ilə Bakı şəhəri, 43 saylı Notariat Ofisinə müraciət edərək mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, həmin ərizəsində mirasqoyanın birinci növbəli vərəsəsi olan nəvəsi - yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adına qeyd etməmiş, mirasqoyanın cavabdehdən başqa hər hansı vərəsəsinin olmadığını bildirmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 40 saylı evin 3 otaqlı 52 saylı mənzili mərhum X11 məxsus olmuşdur. Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə mirsqoyanın ikinci növbəli vərəsəsi olan qardaşı - Cavabdeh3 2V- 186 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddia tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X18 və oğlu X17 qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin 1/2 hissədə payı olmuşdur. Onların hər ikisi mirası faktiki cəhətdən qəbul etsələr də, Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən xx.xx.2022-cu ildə öldüyündən, yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunur və digər birinci növbəli vərəsələr olmadığından, miras qalmış əmlakda iddiaçının payı tam müəyyən edilməlidir. Cavabdehin istər iddiaya olan etirazının, istərsə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamasının əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçının atası X17 tərəfindən miras faktiki olaraq qəbul edilmədiyindən iddiaçı vərəsə hesab edilə bilməz, o, ancaq mərhum nənəsi X10 1/2 payına vərəsə ola bilərdi, ancaq o zamanki Olqa Alekseyevnanın vəsiyyəti olmasa idi. Həmçinin, tərəfindən təqdim edilmiş diskdə X18 deyir ki, “satılan evin pulundan 20% nəvəmə verərsiz”. Onlar isə iddiaçı üçün 20% dən artıq pay saxlamışlar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X8 ünvan 3 ünvanındakı mənzili onun xx.xx.2021-ci il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-186 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qardaşı Cavabdeh3 mülkiyyətinə keçmişdir. Miras əmlakı əldə edən zaman Cavabdeh3 öz ərizəsində miras qoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etmiş və onun birinci növbəli vərəsəsi olan və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 çatmalı olan və daha sonra irsi transmissiya qaydası ilə X9 Fariz Rüstəm oğluna qalacaq əmlakın onun tərəfindən əldə edilməsinə mane olmuşdur. Halbuki, qanunda göstərildiyi kimi vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra, onun 2 nəfər qanun üzrə birinci növbəli vərəsələri olan arvadı X18 və oğlu X17 qaldığından, iddia ərizəsində qeyd olunan əmlaklarda onların hər birinin 1/2 hissədə payı olmuşdur. Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə, Rüstəm Ağayev isə mirası faktiki cəhətdən qəbul etsə də, bunu hüquqi cəhətdən rəsmiləşdirmədən xx.xx.2022-ci ildə - ölmüşlər. Cavabdeh isə - iddiaçının atası X17 tərəfindən miras faktiki olaraq qəbul edilmədiyindən iddiaçı vərəsə hesab edilə bilməməsini qeyd etsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, mərhumun arvadı X18 və oğlu X17 öldükləri vaxta qədər ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli,könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət müəllifi İddiaçı vərəsəliyi qanunvericiliyə uyğun olmadan qəbul etməməsini göstərsə də, şikayətin sonunda onun vərəsəliyi 20 faiz qəbul etməsini göstərməsi faktiki olaraq sonuncunun vərəsəliyi qəbul etdiyini və müddəti də buraxmamasını bir növ etiraf etmişdir. Göründüyü kimi yetkinlik yaşına çatmayan İddiaçı atasına münasibətdə birinci növbəli vərəsə hesab olunduğundan və miras əmlakı əldə edən zaman Cavabdeh3 öz ərizəsində miras qoyanın ondan başqa vərəsəsi olmadığını qeyd etməklə miras əmlakı əldə etdiyindən, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və Cavabdeh3 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə qiymət verilməsindən öncə iddia tələbinin təmin edilməyən - cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğv edilməsi hissəsinə nəzər yetirilməsi mütləqdir. Çünki məhz birinci instansiya məhkəməsinin müəyyən etdiyi və məhkəmə kollegiyasının razılaşdığı işin hallarından görünür ki, Cavabdeh3 ünvan 4 saylı əmlakın qanunsuz əsasla mülkiyyətçisi olsa da həmi mənzilə dair alğı-satqı bağlanan zaman mənzili əldə edən Cavabdeh4 vicdanlı alıcı olmuşdur. İddaçı tərəf bunun əksini, yəni Cavabdeh4 vicdanlı alıcı olmadığını qeyd etsə də bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir, bu barədə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Bununla yanaşı Cavabdeh4 mənzili əldə edən zaman Cavabdeh3 həmin mənzilə münasibətdə qanunsuz əsaslarla mülkiyyətçi olmasından məlumatlı olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi - Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və Cavabdeh3 ünvan 4 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61-05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlsə də iddia tələbinin - xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddia tələbi mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan, yəni Cavabdeh4 mənzilə dair vicdanlı alıcı kimi tanındığından həmin mənzilə dair İddiaçı payı müəyyən edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməsi” hissəsində rədd edilməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi - miras əmlakın alğı-satqısı zamanı Cavabdeh4 tərəfindən Cavabdeh3 ödənilmiş 85.000 manatın restitusiya qaydasında tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində bununla bağlı hər hansı xahişin olmaması, təmir işlərinin satışdan öncə və ya sonra aparılması, habelə əmlakın məbləğinin mübahisəli olması ilə bağlı hallar nəzərə alınaraq məsələyə ayrıca məhkəmə icraatı qaydasında baxılması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə də razılaşmır. Belə ki, mənzilə dair alğı-satqı müqaviləsi etibarsız hesab edilməsə belə, iddiaçı həmin mənzilə münasibətdə birinci növbə vərəsə olmuş və həmin mənzil satılarkən mənzildən məhrum olmuşdur ki, buna görə də məhrum olduğu 85.000 manat məbləğ əsassız varlanma müddəalarına uyğun olaraq Cavabdeh3 tərəfindən tutularaq ona ödənilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin 3 otaqlı 52 saylı mənzili Cavabdeh4 85000 manata əldə etmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 alğı-satqı yolu ilə mübahisəli mənzili əldə etməkdə vicdanlılığının təsdiqini tapmasını nəzərə almaqla yanaşı iddiaçıya izah edir ki, o, vərəsəliklə ona düşən payı, yəni tam mənzili cavabdehin hərəkətləri nəticəsində əldə etməklə ona öz mülahizəsi üzrə sərəncam vermək hüququndan faktiki olaraq mərhum olunduğuna görə, mənzili qanunsuz yolla əldə edərək özgəninkiləşdirən Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia qaldırmaq hüququna sahibdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, həmçinin Cavabdeh3 85000 manat alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-615/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nun adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış ünvan 4 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh3 85000 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar