Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4129/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 direktoru (qanuni təmsilçisi) X7 və həmin Kooperativin vəkili X4, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair ilk, həmçinin Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin müqavilə şərtlərinə uyğun İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin Cavabdeh1 Mənzil Tikinti Kooperartivinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 28 mart 2017-ci il tarixli 38 nömrəli protokoldan çıxarışa əsasən İddiaçı Cavabdeh1 MTK-nin üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə bağlanan 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı həmin mənzili 105000 manata almaq barədə razılığa gəlmiş, ilkin olaraq mənzilin dəyərinin 30 faizi və digər xərclər olmaqla 30000 manat ödəniş etmiş, qalan məbləği isə 2 il müddətində ödəməyi öhdəsinə götürmüş, bununla bağlı qrafik tərtib edilmişdir. Cavabdeh1 MTK isə mənzildə müvəqqəti olaraq başqa şəxsin yaşadığını, lakin mənzilin dəyəri tam ödənildikdən sonra mənzili boşaldaraq təhvil verməyi üzərinə öhdəlik götürmüş və bu barədə müqaviləyə əlavədə qeyd olunmuşdur. İddiaçı 28 mart 2019-cu il tarixədək müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə onun müraciətinə əsasən Cavabdeh1 MTK tərəfindən 08 may 2019-cu il tarixdən 08 may 2020-ci il tarixədək ödəniş üçün əlavə olaraq 1 il müddət verilmişdir. İddiaçı mənzilin dəyərini tam olaraq ödədiyindən 08 may 2020-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. İddiaçı həmin müddət bitdikdən sonra Cavabdeh1 MTK-na müraciət edərək mənzilin təhvil verilməsini tələb etmiş, cavabdeh isə bir neçə gün ərzində mənzili tam olaraq boşaldıb təhvil verəcəyini bildirmişdir. Lakin bir neçə gün ərzində cavabdehin mənzili təhvil vermədiyini görüb Cavabdeh1 MTK-ya müraciət etmiş və onu mənzildə yaşayan şəxslə görüşdürməsini tələb etmişdir. İddiaçının tələbinə əsasən Cavabdeh1 MTK tərəfindən Aytən adlı şəxslə əlaqə saxlanılaraq onunla bağlanmış müqavilənin ləğv olunduğu bildirilmiş və mənzili təhvil verməsi tələb olunmuşdur. Həmin şəxs isə mənzilin dəyərini tam ödəyərək aldığını və mənzilin ona məxsus olduğunu demişdir. Bundan sonra iddiaçı 15 iyun 2020-ci il tarixdə rəsmi olaraq “Günəşli MTK”-ya müraciət edərək dəyərini ödədiyi mənzilin ona təhvil verilməsini, əks halda mənzilin dəyəri qalxdığından pulunun artıqlaması ilə ona qaytarılmasını xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq “Günəşli MTK” bildirmişdir ki, onun müraciətindən sonra və ondan əvvəl Cavabdeh2 könüllü olaraq evdən çıxması dəfələrlə təklif olunsa da, evdən çıxmaqdan imtina etmişdir. Buna görə də, “Günəşli MTK” tərəfindən Cavabdeh2 mənzildən çıxarılması üçün aidiyyəti üzrə məhkəməıyə müraciət olunacağı və bu barədə ona məlumat veriləcəyi qeyd edilmişdir. Sonradan “Günəşli MTK” tərəfindən bildirilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kvm. olan 3 otaqlı mənzil 69634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) Cavabdeh2 satılmışdır. Lakin, müqavilə üzrə ödənilməli olan pul vəsaiti ödənilmədiyi üçün “Günəşli MTK” tərəfindən Cavabdeh2 maliyyə arayışı verilməmişdir. Cavabdeh2 olan arayışların həqiqiliyi isə şübhə doğurur. Çünki, Cavabdeh2 şirkətə ödəniş etməmiş və bu barədə qeydiyyat kitabında heç bir məlumat yoxdur. İddiaçı 28 mart 2017-ci il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh1 MTK tərəfindən inşa olunmuş binanın 1-ci girişində, 11-ci mərtəbədə ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin dəyərini tam olaraq ödəsə də, Cavabdeh1 MTK mənzili təhvil verməklə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh1 iddiaya etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m. olan 3 otaqlı mənzil 69634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) Cavabdeh2 satılmışdır. Müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün "Günəşli MTK" tərəfindən Cavabdeh2 borcu olmadığına dair maliyyə arayışı verilməmişdir. "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən payçı pay haqqını ödəmədikdə və ya gecikdirdikdə kooperativin haqqı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bunu nəzərə alaraq, Cavabdeh2 ilə müqavilə "xxxx" MTK tərəfindən ləğv edilmiş, bu barədə ona dəfələrlə məlumat verilsə də, sonuncu həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina etmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq Cavabdeh2 ünvan 3 ünvanda yerləşən sahəsi 116 kv.m olan 3 otaqlı mənzildən çıxarılması tələb olunmuşdur. Cavabdeh2 isə "xxxx" MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» barədə tələb irəli sürərək, onunla cavabdeh "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80000 ABŞ dolları dəyəri tam ödənilməklə əldə etmiş ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh "xxxx" MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MTK-nın Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 cavabdehlər "xxxx" MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası isə təmin olunmuş, ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 kv.m olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə Cavabdeh2 ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilə, 01 fevral 2023-cü il tarixli maliyyə arayışı və 01 fevral 2023cü il tarixli ümumi iclasının protokolundan çıxarış təqdim olunmuşdur. Bundan sonra Cavabdeh2 "xxxx" MTK-nə müraciət edərək mənzilə dair 80040 ABŞ dolları ödəməsi barədə arayışları və maliyyə arayışını təqdim etmişdir. Lakin həmin arayışlar və maliyyə arayışı "xxxx" MTK tərəfindən Cavabdeh2 verilməmişdir. Ona görə də, həmin sənədlərin həqiqi olması şübhə yaradır. Hesab edirlər ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin sənədlərin həqiqiliyi ekspertiza təyin edilməklə yoxlanılmalıdır. Çünki həmin sənədlərin saxtalaşdırma ehtimalı vardır. Hazırki iddia ilə bağlı "xxxx" MTK heç bir öhdəlik daşımır və iddiaya cavab verməli olan şəxs deyildir. İddia üzrə əsl Cavabdeh2 olmalıdır. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 279 nömrəli (hazırda 38 nömrəli) mənzilin 69634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80040 ABŞ dollarına) satılmasına dair "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin müqavilə şərtlərinə uyğun İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin "xxxx" Mənzil Tikinti Kooperartivinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" qarşılıqlı iddia verərək, İddiaçı iddiasının qanunsuz və əsassız olduğuna görə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni İddiaçı ilə Cavabdeh1 arasında 28 mart 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" MTK arasında 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzili satın almış, bundan sonra həmin mənzildə təmir işləri aparılmışdır. Mənzil Cavabdeh2 tərəfindən alındığı gündən hazıradək Cavabdeh2 davamlı olaraq sahibliyində və istifadəsindədir. Qeyd edir ki, hələ 2021-ci ildə Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(006)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiası təmin olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi Cavabdeh1 MTK-nın öhdəsinə qoyulmuşdur. Daha sonra X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 678/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin tələbini yerinə yetirməməsinə görə barəsində Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023- cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1876/2023 saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Cavabdeh2 13 mart 2007-ci il tarixdə "xxxx" MTK ilə aralarında baglanmış müqaviləyə əsasən, mənzilin qanuni sahibidir. Belə olan halda həmin mənzilə dair sonradan, yəni 28 mart 2017-ci il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında batlanmış müqavilənin hansı qanuni əsası və qüvvəsi yoxdur, bu səbəbdən də həmin müqavilə etibarsız hesab olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) ik iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və 28 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 105.000 (yüz beş min) manat pul vəsaitinin restitusiya qaydasında "xxxx" Mənzil Tikinti Koooperativindən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən ilk iddia üzrə (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilk iddianın təmin edilməsi, qarşılqı iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ilk iddia ərizənin məzmununa uyğun əsaslandırılmış, həmçinin məhkəmənin sübutlara düzgün hüquqi qiymət verməməsi, maddi və prosessual hüquq normalarının tələblərini pozulması, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması, təqdim olunmuş qəbzlərdən Cavabdeh2 tərəfindən mənzilin dəyərinin tam ödənilməsinin müəyyən olunmaması, təqdim olunmuş sənədlərin mötəbərliyinin şübhə doğruması, ekspertizanın təyin olunmalı olması, məhkəmə tərəfindən iddiaçının dəlillərinə qiymət verilməməsi, bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan faktiki halların aydınlaşdırılmaması, ziddiyyətli məqamların aradan qaldırlmaması və s. göstrəilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə, həmçinin iddia ərizəsinə və ona əlavəyə, habelə birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 direktoru X7 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 ilə Kooperativ arasında bağlanmış 13 mart 2007ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m. olan 3 otaqlı mənzili Cavabdeh2 verməli, qarşılığında isə Cavabdeh2 mənzilin dəyərini MTK-ya ödəməli idi. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişlər olunmamış, mənzilin dəyəri tam şəkildə ödənilməmiş, bu müddət ərizəndə isə cavabdehə hər hansı rəsmi xəbərdarlıq olunmamış, cavabdehin mənzili təmir etdirməsinə icazə verilmiş, cavabdeh isə mənzili təmir etdirmişdir. Daha sonra, mənzilin dəyəri tam şəkildə ödənilmədiyindən o, mənzili 2017-ci ildə İddiaçı müqavilə əsasında 105000 manat qarşılığında satmışdır. Cavabdeh2 tərəfindən mənzilin ödənişlərinin olunması dair maliyyə arayışının verilməsinə baxmayaraq, faktiki olaraq pulun ödənilməsi barədə hər hansı qeydiyyat aparılmamışdıo. O, əmindir ki, ödənişlər olunmamış, həmin qəbzlərin necə və hansı şəraitdə verilməsini xatırlamır. Koperativin digər sənədlərində ödənişin olunmasına dair hər hansı qeydiyyat aparılmamış, ona görə də Cavabdeh2 verilmiş qəbzlər şübhə doğurur, onların saxta olmasına əmindir, ekspertiza təyin olunaraq həmin qəbzlər araşdırlmalıdır. Həmçinin, tərəflər arasında hazırkı işlə əlaqəli olan başqa mübahisə üzrə 2021-ci ildə mülki iş olmuş, həmin işə əsasən Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsində baxılmış, iddia təmin olunmuş, həmin qətnamədən mübahisələndirilmiş, şikayətə apellyasiya qayasında baxılarkən maliyyə arayışları təqdim olunmuş, onlar da şikayətdən imtina etmişlər. Həmçinin, mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyində olmasına baxmayaraq, İddiaçı satmasının səbəbini isə Cavabdeh2 mənzildən çıxaracağı barədə onda olan əminliklə əlaqələndirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, qarşılıqlı iddiada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatlara uyğun eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişlər ki, Cavabdeh2 ilə "xxxx" MTK arasında 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küç ev 16 da yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 kv.m dən ibarət olan 38 saylı mənzili satın almış, bundan sonra həmin mənzildə təmir işləri aparılmış, mənzil alındığı gündən bu günədək Cavabdeh2 davamlı olaraq sahibliyində və istifadəsindədir, orda ailəsi ilə yaşayır. Mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Kooperativ tərəfindən sənədlər verilmədiyindən hələ 2021-ci ildə Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddia qalıdrmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, həmin qətnamədən cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrinə şikayət verilmiş, şikayətə baxılan zaman cavabdeh apellyasiya şikayətindən imtina etmiş, yekun olaraq Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə hazırkı mübahisəli mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə Cavabdeh2 verilməsi Cavabdeh1 MTK-nın öhdəsinə qoyulmuşdur. Qeyd olunan mülki işə baxılan zaman ödnəniş qəbzləri, eləcə də maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuş, arayışda mənzilin tam dəyərinin ödənildiyi qeyd olunmuş və arayış "xxxx" MTK-nın sədri A.N.Mustafayev tərəfindən tərtib edilmiş, imzalanmış və möhürlənmiş, qeyd olunan sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda cavabdeh tərəfindən hazırda qeyd olunan sənədlərin mübahisəndirilməsi tamamilə əsassızdır, onun tərəfindən hər hansı əks dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini icra cavabdeh tərəfindən icra edilmədiyindən, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və cərimələnmişdir. Hazırkı halda isə verilmiş tələb tamamilə əsassız olmaqla, qurmadır. Belə ki, cavabdeh mübahisəli mənzilin Aytən xanıma məxsus olduğunu bilə-bilə mənzili iddiaçı satması barədə bağladqları müqavilə uydurmadır, heç bir hüquqi əsası yoxdur. Çünki, iddiaçı cavabdeh Kooperativin sədrinin oğlu ilə qrup yoldaşı olmuş, əvvəlki tarixə bu cür yalan əqd bağlamış, guya 2017-ci ildə mənzili Qoşqar adlı şəxsə satmışdır. Halbuki, bu hal əvvəlcədən olmamış, sonradan planlı şəkildə hazırlanmışdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan hallarına əsasən - "xxxx" MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 279 nömrəli (hazırda 38 nömrəli) mənzilin alqı-satqısına dair 13 mart 2007-ci il tarixli müqavilə bağlanmış, həmin mənzil Cavabdeh2 tərəfindən təmir edilmiş və alındığı gündən bu günədək onun sahibliyində və istifadəsində olmuşdur. Buna baxmayaraq, sonradan yəni 28 mart 2017-ci il tarixdə "xxxx" MTK ilə İddiaçı arasında məhz həmin mənzillə bağlı analoji müqavilə bağlanmışdır. İlk iddia üzrə İddiaçı bildirdiklərinə görə, onunla MTK arasında 28 mart 2017-ci il tarixdə müqavilə bağlanan zamanı, müvafiq mənzilin boş olmaması, orada digər şəxsin yaşamasını bilmiş, lakin MTK-nın direktoru X7 onu inandırmışdır ki, mənzildə müvəqqəti olaraq başqa şəxs yaşayır, lakin mənzilin dəyəri tam ödənildikdən sonra mənzil boşaldaraq ona təhvil veriləcəkdir. Mənzilin dəyəri tam ödənildikdən sonra isə bilmişdir ki, həmin mənzilə dair "xxxx" MTK ilə Cavabdeh2 arasında 13 mart 2007-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, cavabdeh MTK ona bildirmişdir ki, həmin şəxs mənzilin dəyərini tam ödəmədiyindən bağlanılmış müqavilə birtərəfli qaydada ləğv edilmiş, bununla yanaşı həmin şəxsin mənzildən çıxarılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Cavabdeh "xxxx" MTK-nın direktoru X7 İddiaçı bildirdikləri ilə analoji mövqedən çıxış etmişdir. Halbuki, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 MTK-nın Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və X5 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair təmin olunmuş, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh2 məxsus olmasına dair Cavabdeh1 MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh2 verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın öhdəsinə qoyulması qət edilmişdir (həmin qətnamədən Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan şikayətdən imtina olunmuş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4944/2022 saylı qərardadı ilə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır). Qeyd edilən məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinin əsası kimi aralarında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən sonuncuya ünvan 5 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 m2 olan 3 otaqlı mənzil 38–in (köhnə nömrəsi 279) 69.634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80.040 ABŞ dollarına) satılmasına baxmayaraq ödəməli olduğu pul ödənilmədiyi üçün MTK tərəfindən cavabdehə borcu olmadığına dair maliyyə arayışı verilməməsinə, eləcə də Cavabdeh2 ilə müqavilənin MTK tərəfindən ləğv edilməsinə istinad edir. Başqa sözlə, iddia tələbinin əsası cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Lakin məhkəmə baxışı zamanı Cavabdeh1 MTK-nın Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda mübahisəli mənzilin ona yaşayış üçün təhvil verilməsinə və hazırki vaxta kimi (iddia qaldırılana qədər) orada daimi yaşamasına etiraz etməməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndini nəzərə aldıqda, Cavabdeh1 MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli və mənzildə qanunsuz yaşayanlar olduğu təqdirdə isə onun boşaldılması barədə iddia tələbi ilə müraciət etmək hüququndan istifadə edə bilərdi. Lakin məhkəmə baxışı zamanı iddiaçı Cavabdeh1 MTK tərəflər arasında 13 mart 2007-ci il tarixdə bağlanmış müqaviləni ləğv etdiyi halda 13 il ərzində cavabdehə qarşı hər hansı iddia qaldırılmamasının səbəbini də izah edə bilməmişdir. İddia ərizəsinin məzmunundan aydın görünür ki, Cavabdeh1 MTK Cavabdeh2 ilə mübahisəli mənzilə dair aralarında həqiqətən də 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmasını inkar etmir və bu müqavilənin özü tərəfindən müqavilənin 8-ci bəndinə əsasən ləğv edilməsini bildirir. İşin bu halı Cavabdeh2 iddiaçı Cavabdeh1 MTK-nın iddiasına etirazının əsası kimi istinad etdiyi halın, yəni, həqiqətən də mübahisəli mənzilə dair aralarında müqavilə bağlanaraq hər nüsxəsinin tərəflərdə olması faktının təsdiqidir. Bunnula yanaşı, Cavabdeh1 MTK müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh2 dəfələrlə məlumat verilməsinin, eləcə də, sonuncuya həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, həm də mənzili boşaltmaq kimi tələblərini yazılı və ya şifahi formada bildirməsini təsdiq edən heç bir sübut növü (ləğv edilmiş müqavilənin MTKda olan nüsxəsi, teleqram, məktub və s.) təqdim etməmişdir. Tərəflərin izahatlarından və iş materiallarından (habelə məhkəməyə təqdim edilmiş mənzilin hazırki vəziyyətini əks etdirən fotoşəkillərdən) da görünür ki, mübahisəli mənzil təmir edilmiş vəziyyətdə yaşayış üçün tam yararlı olmaqla Cavabdeh2 uzun müddətdir ki, istifadəsindədir (bir müddət özü, daha sonra isə kirayənişinlər yaşamaqla). Həmin mənzil su, qaz, işıq və rabitə (telefon, internet) xətləri ilə təhciz edilmiş, onların istifadəsi və istismarı ilə bağlı onunla müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyərinin kifayət qədər yüksək məbləğ olduğu, eləcə də, Cavabdeh1 MTK-nın rəhbərliyi ilə cavabdeh arasında ciddi qohumluq, dostluq əlaqələri mövcud olmadığı halda mənzilin müqavilədə göstərilən məbləğinin MTK tərəfindən cavabdehdən uzun müddət tələb edilməməsi üçün hər hansı məntiqi və ağlabatan səbəb və ya səbəblər müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli mənzillə bağlanmış müqavilə ləğv edildiyi halda cavabdehin həmin mənzildə yuxarıda göstərildiyi kimi təmir edilməsinə və hazırki vaxta kimi daimi yaşamasından MTK rəhbərliyinin məlumatsız olması da inandırıcı deyildir. İşin bu halı Cavabdeh2 MTK tərəfindən yaşadığı müddət ərzində ondan ayba-ay kommunal xərclərlə bağlı ödənişlərin alınmasına dair izahatları ilə təsdiq edilir. Belə ki, iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 13 ildir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşamasına heç bir formada etiraz etməyən Cavabdeh1 MTK və onun rəhbəri X7 ilə hazırki mübahisə sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı MTK-ya müraciət edilməsi və bununla əlaqədar da zəruri sənədlərin (müqavilənin və maliyyə arayışının əsilləri) itməsinin aşkara çıxması ilə yaranmışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə hadisələrin gedişatı onu deməyə tam əsas verir ki, Cavabdeh2 yaşadığı mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmədiyi təqdirdə MTK ilə hazırki mübahisəsi yaranmazdı. İş materiallarından görünür ki, Cavabdeh2 həyat yoldaşı X8 2020-ci ilin iyul ayında Bakı şəhər BPİ-yə müraciət edərək, müqavilə və arayışın itdiyini bildirmişdir. Bakı şəhər BPİ-nin 21 iyul 2020-ci il tarixli məktubundan görünür ki, BPİ Sakit Məmmədovun müraciətinə cavab olaraq qeyd olunan müqavilə və maliyyə arayışının tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığını bildirmişdir. MTK isə məhkəməyə 15 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə MTK-nın yuxarıda qeyd edildiyi kimi məhz özəlləşdirmə ilə əlaqədar tələb edilən sənədlərin itməsinin aşkara çıxmasından sonra Cavabdeh2 qarşı iddia ilə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzili təmir edilməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, özünün MTK-ya (2020-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha bu qənaətə gəlməyə əsas verir ki, o, həmin mənzilin müqavilədə qeyd edilmiş 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. Cavabdeh1 MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etməklə isə müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, Cavabdeh2 mənzillə bağlı itirdiyi sənədlərin digər nüsxələrinin sözügedən cavabdeh MTK-da olmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə inandırıcı sayır və bu səbəbdən də onun həmin mənzil üzərindəki hüquqlarının pozulmaqdan müdafiə edilməli olunmaqla iddiasının tam həcmdə təmin edilməsi nəticəsinə gəlir. Göründüyü kimi, artıq cavabdeh MTK-nın analoji etirazlarına qanuni qüvvədə olan məhkəmə aktı ilə hüquqi qiymət verilmiş, bu səbəbdən də eyni halların (Cavabdeh2 tərəifndən müqavilə öhdəliklərinin pozulması, mənzilin dəyərinin tam ödənilməməsi, müqavilənin ləğv olunması, mənzildə əsassız və qanunsuz yaşaması və s.) hazırki icraat çərçivəsində yenidən yoxlanılması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Bunun davamı olaraq qeyd edilməlidir ki, məhkəmə kollegiyası mübahisə predmeti olan mənzilə görə borcun olmaması barədə Cavabdeh2 adına verilmiş maliyyə arayışı və ödənişlə bağlı digər sənədlərin həqiqiliyinin yoxlanılması istiqamətində məhkəmə xəttşünaslıq ekspetizasının təyin olunması barədə cavabdeh tərəfin yazılı vəsaiti (eləcə də apellyasiya şikayətinin müvafiq dəlilləri) ilə razılaşmır. Yuxarıda da qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə aktı ilə Cavabdeh2 tərəfindən mənzilin dəyərinin ödənilməsi halı müəyyən edilmiş, bu səbəbdən də Cavabdeh1 MTK-nın üzərinə mənzilin özəlləşdirilməsi üçün müvafiq sənədlərin (eləcə də maliyyə arayışının) verilməsi vəzifəsi qoyulmuşdur. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1876/2023 saylı qərarından görünür ki, Cavabdeh1 MTK-nın sədri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1296/2023 saylı qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmış, MTK-nın şikayəti təmin olunmamışdır). Məhkəmə baxışı zamanı Cavabdeh1 MTK-nın sədri X7 bildirmişdir ki, o, məhkəmə qətnaməsini icra edərək, lazımi sənədləri tərtib edərək, təqdim etmişdir. Belə olan halda, həmin sənədlərin həqiqiliyinin yoxlanılması barədə hazırki mövqe anlaşılmaz olmaqla, əsaslandırılmamışdır (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.. Əks hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər). Birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd edərkən, haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin dəyərini tam ödəmiş, bununla da həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Həmin fakt həmçinin Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsində də öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh1 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə İddiaçı ilə 28 mart 2017-ci il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə uyğun olmamışdır. Həmçinin, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 aldığı mənzilin tam dəyərini ödənildiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Eyni zamanda məhkəmə MTK ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəldiyi üçün qeyd edir ki, Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, “Günəşli" MTK ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, cavabdeh İddiaçı ödədiyi pul vəsaiti nəzərə alınmalı və ona münasibətdə restitusiya tətbiq edilərək, ödədiyi məbləğ (105.000 manat) “Günəşli" MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (MM-nin 178.1 və 178.2-ci maddələri). Lakin, MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən şərhləri hazırki mübahisəyə tətbiq edirək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, "xxxx" MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 kv.m olan 3 otaqlı 279 nömrəli (hazırda 38 nömrəli) mənzilin alqı-satqısına dair 13 mart 2007-ci il tarixli müqavilənin bağlanması və həmin dövrdə əşyanın dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi, habelə həmin mənzilin sonuncu tərəfindən qəbul edilərək, təmir olunması və alındığı gündən hazırki vaxtadək onun sahibliyində və istifadəsində olması, habelə qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuş hallar nəzərə alınmaqla, Cavabdeh2 həmin mənzil üzərində qanuni əmlak hüquqları əldə etmişdir. Belə olan halda isə, yəni cavabdeh "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə İddiaçıla 28 mart 2017-ci il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamaqla, özüözlüyündə etibarsızdır. Bunun davamı olaraq, İddiaçı da həmin mənzil üzərində hər hansı əmlak (əşya) hüquqları yaranmamışdır. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı müqavilə bağlanan vaxtı həmin mənzildə digər şəxslərin yaşamasından da məlumatlı olmuşdur (özü bu halı təsdiq edir). Belə olan halda, onun mübahisəli məsələyə aydınlıq gətirməyə cəhd etməməsi (dərhal mənzildə yaşayaş şəxslərlə əlaqəyə girməməsi, həmin şəxslərin hansı əsasla mənzildə yaşamasını, müqavilənin olubolmamasını və s. bu kimi zəruri halları aydınlaşdırmaması), əksinə mənzilə görə ödənişləri davam etdirməsi münasibətlərə formal yanaşmanı əks etdirməklə, sağlam məntiqə sığmır. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MMnin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. MM-nin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya, hazırkı işin hallarına da bu kontekstdən yanaşaraq hesab edir ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanması qeyd edilən 03 mart 2017-ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır. Çünki, yuxarıda da qeyd edildiyi kimi daha əvvəl mənzil üzərində Cavabdeh2 qanuni əsaslarla hüquqları yarandığından (əşya sonuncuya məxsus olduğundan) MTK-nın həmin mənzil üzərində hər hansı əşya və s. hüququ olmamış, buna baxmayaraq eyni mənzil barədə ikinci dəfə müqavilə bağlanmışdır. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası başdan bəri qeyd edilənləri ümumiləşdirərək, bir daha qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda isə, sonradan "xxxx" MTK-nın səlahiyyətli olmadığı halda İddiaçı ilə 03 mart 2017-ci il tarixli müqavilə bağlaması özü-özlüyündə etibarsız olmaqla, Cavabdeh2 qanuni əsaslarla yaranmış və hazırda da hüquqi anlamda mövcudluğunu davam etdirən həmin hüquqlarını aradan qaldırmamaqla, onun məhdudlaşdırılmasına əsas ola bilməz. Bu səbəbdən, İddiaçı hazırki iddia tələbləri də özü-özlüyündə əsassızdır. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası, habelə apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. İddiaçı tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, MM-nin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Günəşli" MTK ilə İddiaçı arasında bağlanmış 28 mart 2017-ci il tarixli müqavilə etibarsız olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq restitusiyanı tətbiq etmişdir. Beləliklə, birinci instansiya məhkəməsin ilk iddianı rədd etməklə, qarşılıqlı iddianı isə təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair ilk, habelə Cavabdeh2 cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4129/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4129/2024
27.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver