Məhkəmə qərarları › İş №2(103)-4129/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4129/2025

28.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-4129/2025 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 148, ** saylı mənzilə dair cavabdeh1 və cavabdeh2 vərəsəlik payları barədə Bakı şəhəri * saylı notariat ofisinin notariusu X1 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, adına Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 148, ** saylı mənzilə vərəsəlik hüququnun tanınması və həmin mənzilə dair vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. cavabdeh1 da İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) ilk iddia tələbinin təmin edilərək Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 148, ** saylı mənzilə dair cavabdeh1 və cavabdeh2 vərəsəlik payları barədə Bakı şəhəri * saylı notariat ofisinin notariusu X1 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və iddiaçı İddiaçı Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 148, ** saylı mənzilə vərəsəlik hüququnun tanınması, həmin mənzilə dair iddiaçı İddiaçı vərəsəlik payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri * saylı notariat ofisinin üzərinə qoyulması; qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. cavabdeh1 (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 təqdim etdiyi ərizədə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qarşılıqlı iddiaçı cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 da elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə ilk iddiaçı iddiasından imtina etdiyi üçün qarşılıqlı iddiaya baxılması zərurətinin aradan qalxdığından qarşılıqlı iddiadan da imtina etdiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizələr təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı İddiaçı iddiasından, cavabdeh1 isə qarşılıqlı iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Iddiaçı İddiaçı ilkin iddiadan, cavabdeh1 isə qarşılıqlı iddiadan imtina etməsinə dair ərizələri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar