Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4135/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı ləğv prosessindəki Cavabdeh2 ASC-nə və həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “girova (ipotekaya) xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin silinməsi və mənzillə bağlı mülkiyyət hüququna dair çıxarışın ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərardadından ləğv prosessindəki Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosessindəki Cavabdeh2 ASC-nə və həmin bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, xx.xx.2013-cü il tarixli 457/1 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ona məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 62 saylı mənzil üzərində girova (ipotekaya) xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə ipoteka qeydinin silinməsi və həmin mənzillə bağlı mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Fondun nümayəndəsi xx.xx.2024-cü il tarixdə yazılı vəsatət təqdim edərək, cavabdehlərdən biri olan bankın ləğv olunduğu və onun səlahiyyətlərinin bir qisminin Fonda verildiyini, Fondun hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 58 ünvanı olduğunu bildirmiş, buna görə də mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024cü il tarixli qərardadına əsasən vəsatət təmin edilməmişdir. Həmin qərardaddan ləğv prosessində olan Cavabdeh2 ASC-nin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İşdən görünür ki, iddiaçı tərəfindən qaldırılmış iddia cavabdeh qismində cəlb edilmiş bankın hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Bankın ləğv prossesində olması ilə əlaqədar olaraq ona qarşı iddiaların yalnız iflas proseduruna nəzarət edən məhkəmə qarşısında qaldırılmalı olmasın dair vəsatətdə göstərilən dəlillə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunduğu kimi Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Beləliklə kollegiya hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2848/2024 saylı mülki iş üzrə 15 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4135/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4135/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver