Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4138/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 Kompleksi” MMC-yə qarşı iddia qaldıraraq cavabdeh “X2 Kompleksi” MMC-nin 02 dekabr 2021-ci il tarixli K-03-2021-1272 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının, 110,00 manat hüquqi yardım göstərilməsi xərcinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1068/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti 27.04.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti qüvvədə olan MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, qüvvədə olan MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində sadəcə qanun normalarını sıralamaqla kifayətlənmiş, hər bir maddi və prosessual hüquq normasının qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1068/2022 saylı, 17 mart 2022ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4138/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4138/2022
12.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver