Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4139/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-4139/2022 (Açar sözlər: işə bərpa, dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri, 29 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 134 saylı əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də maliyyə meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ilin mart ayında “İOSC LTD" MMC-də maliyyə meneceri kimi işə başlayaraq əmək müqaviləsi bağlamışdır. Sonradan ona məlum olmayan səbəblərdən işdən azad edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində regional menecer Yasəf Eyvazzadə tərəfindən bildirilmişdir ki, koronovirus pandemiyası ilə əlaqədar olaraq evdə online və tam iş rejimində işləyəcəklər. O, da regional menecer Yasəf Eyvazzadənin dediklərinə əsasən işə getməmiş, evdən online rejimdə işləmişdir. O, xx.xx.2020-ci il tarixində koronovirus xəstəliyinə tutulmuş, xəstəliyi ağır dərəcəli olduğundan həkim tərəfindən işə başlamağa xx.xx.2020-ci il tarixindən sonra icazə verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi evdən onlayn rejimdə işləmişdir. O, xx.xx.2020-ci il tarixində axşam saatlarında “e-gov.az” saytında şəxsi kabinetinə giriş edə bilməmişdir. Bundan sonra şirkət rəsmiləri ilə əlaqə saxlamaq istəsə də, telefon zənglərinə cavab verilməmişdir. Bundan sonra vəkili Vəkil2 cavabdehə yazılı şəkildə müraciət edərək, cavabdeh tərəfindən “onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi olaraq əmrin verilib-verilməməsi barədə məlumat verilməsini, əgər əmr verilibsə əmrin surətinin təqdim edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq təqdim edilmiş məktubla bildirilmişdir ki, onun əmək müqaviləsinə xitam verilmiş və eyni zamanda əmrin surəti təqdim edilmişdir. Həmin əmrdən görünür ki, o, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, o, heç vaxt əmək vəzifələrini kobud şəkildə pozmamış, şirkət rəhbərliyinin tələbi ilə və sonradan koronovirus xəstəliyinə tutulduğuna görə işə getməmişdir. Lakin işə getmədiyi halda da online rejimdə əmək vəzifələrini icra etmişdir. Cavabdeh onun əmək vəzifələrini kobud şəkildə pozduğu halları göstərməmiş, işdən çıxarıldığı halda onunla son haqq-hesab aparılmamışdır. Qeyd edir ki, o, işlədiyi dövrdə heç zaman intizam pozuntusuna yol verməmiş, işə hər zaman vaxtı-vaxtında getmiş, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirmiş və iş yoldaşları ilə də münasibətləri normal olmuşdur. O, işlədiyi dövrdə heç zaman müəssisə rəhbərliyi tərəfindən xəbərdarlıq və töhmət almamışdır. Cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq onun işdən azad olunmağı tamamilə qanunaziddir. Eyni zamanda əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, işlədiyi dövrdə işdən çıxarılmağı barədə əmr verilmişdir. Belə ki, işdən çıxarılmağı barədə əmr xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixə kimi işə getmişdir. xx.xx.2020-ci il tarixdən 02 iyul 2020-ci il tarixi də daxil olmaqla o, evdən online rejimdə işləyərək əmək vəzifələrini lazımınca icra etmişdir. Göründüyü kimi, cavabdeh təşkilat qeyd edilən müddəalarla onun əmək hüquqlarını kobud surətdə pozmuşdur.
3. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat məbləğində vurulmuş zərərin, 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərin, 310 (üç yüz on) manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh İddiaçı 147.403,76 (yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat məbləğində vurulmuş zərərin, 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərin, 310 (üç yüz on) manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsi bağlanmışdır. Cavabdehin əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xitam verilmişdir. Bununla bağlı cavabdeh ilə telefon danışığı olmuş və ona əmək müqaviləsinə xitam verildiyi və əmrlə tanış olmaq və əmək kitabçasının təhvil alması üçün işə gəlməli olması bildirilsə də, cavabdeh tərəfindən bu günədək sənədlər təhvil alınmamışdır. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə onun bacısı X6 və onun həyat yoldaşı Elşən Pənahov ilə telefon danışığı və görüşlər keçirilmişdir. Görüşlər zamanı cavabdehin əmək müqaviləsinə xitam verilməsinin səbəbləri izah edilmiş və ona qarşı iddia qaldırılacağı və iddiaçıya vurduğu ziyanı ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Sonuncu belə görüş 01 avqust 2020-ci il tarixində cavabdehin həyat yoldaşı Elşən Pənahov ilə olmuşdur. Belə ki, cavabdeh iddiaçıya vurulan ziyanı boynuna almamış və vurulan ziyanı könüllü ödəməmişdir. Cavabdeh tərəfindən qanunvericilik və Əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıda sadalanan hüquq pozuntularına yol verilmişdir. Cavabdeh digər istifadəçilərin (işçilərin) istifadəçi adı (“Login”) və şifrəsindən istifadə edərək iddiaçıya məxsus proqram təminatına (anbarın tərkibində məhsulların sayına nəzarət, iddiaçıya gələn sifarişlər, iddiaçı tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı) icazəsiz daxil olmuşdur. Həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirmiş və heç bir göstəriş və razılıq olmadan bu məlumatların surətini saxlamışdır. Həmçinin, cavabdeh tərəfindən sistemdən malların alış və satış qiymətləri icazəsiz olaraq əldə edilmişdir. Cavabdeh iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürmüşdür. Cavabdeh tərəfindən həmçinin öz səlahiyyətlərdən sui-istifadə edilərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatların üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişikliklər etmiş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Qeyd edilənlərlə bağlı şirkətdə daxili audit başlanılmış və ilkin hesablamalara əsasən iddiaçıya 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat məbləğində zərər dəymişdir. Nəzərə alaraq ki, audit hal-hazırda davam edir, və şirkətin təchizatçıları və müştəriləri ilə mövcud hüquq pozuntusu ilə bağlı görüşlər keçirilir, vurulmuş zərərin artacağı istisna olunmur.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan 53,65 manatın 30 manat hissəsinin İddiaçı, 23,65 manat hissəsinin Cavabdeh MMC-dən tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (Sədrlik edən: Rəna Qafarova).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə, ilkin iddianı ona görə rədd etmişdir ki, ilk iddiaçı tərəf əmək fəaliyyəti zamanı pozuntulara yol verməməsini göstərməsinə baxmayaraq, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları təkzib etmək üçün heç bir cəhd etməmiş, yalnız irəli sürülən dəlillərin əsassız olmasını ümumi sözlərlə ifadə etməklə kifayətlənmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, “X15” MMC-nin 10 iyun 2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci ildə başa çatmış audit Aktı ilə UFC proqramında cavabdeh tərəfindən qanunsuz hərəkətlərin aparılması və cavabdeh tərəfindən maliyyə sisteminə müdaxilələr əsasında Cəmiyyətə 147.403,76 manat ziyan vurulmağı təsdiqləndiyi üçün qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olduğu hüquq normalarını tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, işə qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada baxmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, məhkəmə Cavabdeh MMC-nin baş direktoru tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli əmrin qanuniliyini və əsaslılığını, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə riayət edilibedilməməsini yoxlamamış, MMC-yə vurulmuş maddi ziyanla İddiaçı əməli arasında səbəbli əlaqənin olub-olmamasını araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş audit aktı əsasında qarşılıqlı iddianın əsaslı olması qənaətinə gələrək ilkin iddianı rədd etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək online rejimdə işləmişdir. xx.xx.2020-ci il tarixədək isə işə gedib-gəlmişdir. Lakin, o işdə olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, əmrin surəti təqdim edilməmişdir. 31 avqust 2020-ci il tarixdə nümayədə və vəkili ərizə ilə MMC-yə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilib-verilməməsi, verilmişdirsə əmrin surətinin təqdim edilməsini xahiş etmiş, lakin MMC tərəfindən ərizəyə cavab verilməmişdir. Təkrarən 06 oktyabr 2020-ci il tarixdə MMC-yə müraciət edilmiş, bundan sonra əmrin surəti ona təqdim edilmişdir. Lakin, MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC İddiaçı tərəfindən proqramına çoxsaylı şəkildə müdaxilələr olmasına dair aktlar və auditor rəyi təqdim etsə də, həmin sənədlərlə məhz İddiaçı tərəfindən proqram təminatına müdaxilələr edilməsini sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 №-li xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, məhkəmə tərəfindən öz təşəbbüsü ilə mübahisə ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən təqdim olunmuş cədvəldə (maliyyə arayışında) qeyd edilən İP ünvanın İddiaçı aid olub-olmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olduğundan iş üzrə məsələnin həllinə dair məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməklə ekspertlər qarşısında aşağıdakı sualları qoyulmuşdur: 1. Cavabdeh "xxxx" MMC tərəfindən təqdim olunmuş cədvəldə (maliyyə arayışında) qeyd edilən İP ünvanı İddiaçıaiddirmi? 2. İddiaçıİmran qızına məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə etməklə kənar şəxslərin istifadəsimümkün ola bilərmi? Ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş məktubda xx.xx.2020-ci il tarixindən saat 00:20dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32)müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən edilsə də, İddiaçı məxsus olmasına dair hər hansı bir məlumat məktubda öz əksini tapmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində qeyd edilmişdir ki, internet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı (İR X8) mövcuddur. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Rəydə istifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatının aparıldığı göstərilmiş və məhz istifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyü nəzərə alınaraq, İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi nəticəsinə gəlinmişdir. Daha sonra məhkəmə iddiaçı tərəfindən təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırılaraq və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə müxtəlif vaxtlarda müvafiq proqrama daxil olunmasına dair heç bir sübut növünun məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cımaddəsinə əsasən ekspert rəyi sübut növü hesab edilir. Hazırkı iş üzrə isə İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə etməklə kənar şəxslərin istifadəsi mümkün olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən həmin məlumatın (sübutun) iddiaçı və ya cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Əgər həmin sübutun iddiaçı və ya cavabdeh tərəfindən əldə edilərək məhkəməyə təqdim edilməsi mümkün idisə və ya məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutları (aktları) qarşılıqlı iddianın əsaslı olması üçün mötəbər sübut hesab edirdisə niyə öz təşəbbüsü iş üzrə məhkəmə komputer-texniki ekspertizası təyin edirdi? Deməli, məhkəmə İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə etməklə kənar şəxslərin istifadəsi mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən öz təşəbbüsü ilə məhkəmə komputer-texniki ekspertizası təyin etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BakıTelefon Rabitəsi MMC tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitəvə Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğular ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 105-1-xx/xx/3499-21 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin saytından çıxarışdan görünür ki, ***-**-** nömrəli telefonun abunəçisi X2r. Lakin məhkəmə bir tərəfdən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə etməklə kənar şəxslərin istifadəsi mümkün olub-olmamasının müəyyən edilməsinin ekspert rəyi ilə əldə edilə biləcəyi səbəbindən iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin etmiş, digər tərəfdən isə göstərilən halla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyini, bununla da ilkin iddianın əsassız, qarşılıqlı iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamədə yalnız ekspert rəyinin nəticəsini qeyd etməklə kifayətlənmiş, rəylə razılaşmamasını qətnamədə əsaslandırmamış, hazırkı iş üzrə ekspert rəyini “mövcud deyilmiş kimi” qəbul edərək, ekspert rəyi ilə müəyyən edilməli olan halların iddiaçı tərəfindən sübut edilməli olması qənaətinə gəlmişdir. Bundan başqa, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. İş materiallarından isə görünür ki, məhkəmə qarşılıqlı iddia üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, “X15” MMC-nin 10 iyun 2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci ildə başa çatmış audit Aktı ilə UFC proqramında cavabdeh tərəfindən qanunsuz hərəkətlərin aparılması və cavabdeh tərəfindən maliyyə sisteminə müdaxilələr əsasında Cəmiyyətə 147.403,76 manat ziyan vurulmağı təsdiqləndiyi üçün qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, məhkəmə onun üçün hüquqi əhəmiyyətə malik olmayan audit aktına sübut kimi qiymət verməklə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Bundan başqa, iş materiallarında olan “X15” MMC-nin 2017, 2018 və 2019-cu illər üzrə "xxxx" MMC-nin maliyyə-təsərrüfat fətaliyyətini əks etdirən auditor rəylərinə əsasən müəyyənləşdirilmişdir ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır. Lakin “X17” MMC-nin “İOSC LTD MMC-nin maliyyə həesabatları və alqı-satqı əməliyyatlarına dair Aktına əsasən CavabdehMMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlar üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək dövriyyəsi üzrə 2021-ci ilin iyun ayında keçirilmiş audit üzrə Cavabdeh MMC tərəfindən fiziki şəxslərə köçürülmüş avans ödəniş üzrə tam məbləğdə elektron qaimə alınmadığı müəyyən edilmişdir. İddiaçı alqı-satqı və sistemdə müdaxilələr üzrə: - Cavabdeh M M Ctərəfindən təqdim olunan “İddiaçı tərəfindən UFC proqramında aparılan dəyişikliklər” sənədinə əsasən audit aparılmışdır. Dəyişikliklərin şirkətin maliyyə sənədlərinə uyğun olmaması və beləliklə qanunsuz olması aşkar edilmişdir. Hesablamalar nəticəsində maliyyə sistemində müdaxilələr əsasında Cəmiyyətə 147403,76 (bir yüz qırx yeddi min dörd yüz üç) manat 76 qəpik ziyan vurulmuşdur. Bununla da “X17” MMC 2017, 2018 və 2019-cu illərdə keçirdiyi auditor rəylərinə zidd olaraq 2015-2020-ci il tarixlərə dair ziyan dəymə faktını aşkarlamaqla özü tərəfindən verilmiş auditor rəylərini şübhə altına qoymuşdur. Məhkəmə tərəfindən isə qeydolunan ziddiyyətli məqamlar ümumiyyətlə araşdırılmamış, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbinə zidd olaraq “X17” MMC tərəfindən tərtib edilmiş akt mötəbər sübut kimi qəbul edilmişdir. Digər tərəfdən, cavabdeh yuxarıda qeyd olunan Akta əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövrdə İddiaçı tərəfindən maliyyə sistemində müdaxilələr aparıldığını və bu halı İddiaçı tərəfindən əmək müqaviləsinin tələblərinin pozulması kimi qiymətləndirsə də, 2015-2020-ci illər ərzində İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə riayət edilibedilmədiyini müəyyən etmədən, "xxxx" MMC tərəfindən təqdim edilmiş aktlara istinad edərək, İddiaçı tərəfindən "xxxx" MMC-yə maddi ziyan vurulmasının sübuta yetirildiyini, bununla da əmrin qanuni və əsaslı olması qənaətinə gələrək ilk iddianı rədd etmişdir. "xxxx" MMC-nin baş direktoru R.Əsədov tərəfindən verilmiş 134 №-li xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçıxx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab etmişdir ki, “X15” MMC-nin 10 iyun 2021-ci iltarixdə başlamış və xx.xx.2021-ci ildə başa çatmış audit Aktı ilə U F Cproqramında cavabdeh tərəfindən qanunsuz hərəkətlərin aparılması və cavabdeh tərəfindən maliyyə sisteminə müdaxilələr əsasında Cəmiyyətə 147.403,76 manat ziyan vurulmağı təsdiqləndiyi üçün qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə verilmiş, MMC-yə ziyanın vurulmasını müəyyən edən audit aktı isə xx.xx.2021-xx.xx.2021-ci il tarixdə aparılmış audit üzrə tərtib edilmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixdə əmr verilərkən İddiaçı tərəfindən MMC-yə maddi ziyanın vurulmasının müəyyən edilməsi qeyrimümkündür. Bundan başqa, İddiaçı qanunazidd əməlinin mövcud olub-olmaması, mövcuddursa həmin əməllə MMC-yə vurulmuş maddi ziyan arasında səbəbli əlaqə olmalıdır. Beləliklə, MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra maddi ziyanın vurulması müəyyən edilmiş, bununla da qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. "xxxx" MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən qeyd olunan maddi hüquq normasının tələbləri pozulmuş, bugünədək əmək kitabçası, son haqq-hesab İddiaçı təqdim edilməmiş, əmrin surəti isə yuxarıda qeyd edildiyi kimi 2020-ci ilin oktyabr ayında təkrar müraciətdən sonra təqdim edilmişdir. Lakin qeyd olunan hallar, yəni əmrin qanuniliyi məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı ilə "xxxx" MMC arasında nə tam maddi məsuliyyət, nə də kommersiya sirri barədə müqavilə bağlanmamışdır. Belə olan halda iddiaçının MMC-yə ziyan vurmağı faktı öz təsdiqini tapmış olarsa o yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşımalı olardı. Halbuki, işdə olan sübutlara əsasən iddiaçı tərəfindən MMC-yə hər hansı ziyan vurulması ilə bağlı məhkəməyə təqdim edilmiş sübutların mötəbərliyinə kifayət qədər əsaslı şübhələr vardır və bu hal işdə olan digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən ekspert rəyi sübut növü hesab edilir. Hazırkı iş üzrə isə İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə etməklə kənar şəxslərin istifadəsi mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən həmin məlumatın (sübutun) iddiaçı və ya cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Məhkəmə, qətnamədə yalnız ekspert rəyinin nəticəsini qeyd etməklə kifayətlənmiş, rəylə razılaşmamasını qətnamədə əsaslandırmamış, hazırkı iş üzrə ekspert rəyini “mövcud deyilmiş kimi” qəbul edərək, ekspert rəyi ilə müəyyən edilmiş hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyini, bununla da ilkin iddianın əsassız, qarşılıqlı iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Bundan başqa, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Məhkəmə isə onun üçün hüquqi əhəmiyyətə malik olmayan audit aktına maddi ziyanın vurulmasını təsdiq edən sübut kimi qiymət verməklə, mülki prosessual qanunvericiliyin qeyd olunan normaları ilə yanaşı, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Bununla da məhkəmə, sübutlara qeyri-obyektiv, qərəzli baxmış, sübutlara düzgün hüquqi qiymət verəməmiş, bununla da iddiaçının əmək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkünkünlüyü ekspert rəyi ilə müəyyən edildiyindən, məhkəmə baxışı zamanı audit rəyinin sübut kimi məhkəməyə təqdim edilməsinə zərurət görməmişdir. Lakin məhkəmə qətnamədə ekspert rəyini deyil, “X15” MMC-nin audit Aktına istinad edərək iddiaçıdan MMC-nin xeyrinə 147.403,76 manat ziyanın tutulmasını qət etmişdir. Halbuki, audit aktı deyil, audit rəyi məhkəmə üçün hüquqi əhəmiyyət kəsb edən rəsmi sənəddir. Bu səbəbdən iddiaçı xx.xx.2021-ci il tarixdə müstəqil auditor X1 ilə auditor xidməti göstərilməsi barədə 22 №-li müqavilə bağlamışdır. Auditə təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə vurulmuş ziyan məbləğinin və işin iqtisadi tərəflərinə aid olan digər müvafiq məsələlərin auditinin nəticələri barədə 10 yanvar 2022-ci il tarixdə seriya:SA 001№-li auditor rəyi tərtib edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir.
13. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
14. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
15. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
16. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə hallardan biri əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması («e» bəndi) hesab edilir.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir.
21. Qeyd edilən əmək müqaviləsinə əsasən bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-cimaddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - “əmək qabiliyyətinin olmaması vərəqəsi”dən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Covid-19” xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur.
22. Cavabdeh MMC-nin direktoru X10 və maliyyə direktoru X4 tərəfindən tərtib olunmuş 08 iyun 2020-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMCnin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də Biznesin İnkişafı üzrə Menecer vəzifəsində çalışan İddiaçı aşağıda qeyd olunan əmək vəzifəsinin kobud şəkildə pozuntuları aşkar olunmuşdur. İddiaçı ona aid olmayan, digər istifadəçilərin loqin və parolundan istifadə edərək Cavabdeh MMC-nin sifarişlərini idarə edən proqram təminatına icazəsiz girmiş, həmin proqram təminatında İddiaçı və onun vəzifə səlahiyyətlərinə aidiyyəti olmayan məlumatların nüsxəsini çıxarmış, habelə, sistemdən malların alış və satış qiymətlərini icazəsiz əldə etmişdir. Bundan başqa, X5 MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişmiş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Bununla da İddiaçı Cavabdeh MMC-nin kommersiya sirri sayılan istehsal, marketinq və bazarlama məlumatlarını, habelə müştərilərin fərdi və kommersiya məlumatlarını qanunsuz əldə etmiş və şirkətə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı İddiaçı izahat verməsi, bu əməli törətməsinin səbəbini açıqlaması təklif olundu. Ona izahat vermək tələb edilsə də, o, nə yazılı nə də şifahi qaydada izahat vermədi.
23. Cavabdeh MMC-nin baş direktoru tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
24. Cavabdeh MMC-nin əməkdaşları X10, X7 və X4 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2014cü il tarixli 4 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında İddiaçı 09 iyun tarixdə saat 10:48-də telefon ilə məlumat verilmiş və o, əmri qəbul etməkdən imtina etmişdir, imtinanın səbəbləri izah olunmamışdır.
25. Cavabdeh MMC-nin direktoru X10 və maliyyə direktoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də Satış meneceri çalışan İddiaçı MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və bu Akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə Qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, Qaimədə olan malın ilkin sayı və dəyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti, və sonda yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir.
26. Cavabdeh MMC-nin direktoru X10 və maliyyə direktoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də əməliyyatçı vəzifəsində çalışan İddiaçı MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və maddi ziyanın dəyəri 152234.36 (yüz əlli iki min iki yüz otuz dörd manat, otuz altı qəpik) manatdır. Maddi ziyanın detalları bu Akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, Qaimədə olan malın ilkin sayı və dəyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti və sonda, yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir.
27. “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 avqust 2017-ci il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır.
28. “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2018-ci il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır.
29. “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 mart 2019-cu il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır.
30. “X17” MMC ilə Cavabdeh MMC arasında auditor xidməti göstərilməsi barədə 29 yanvar 2021-ci il tarixli, 0299 nömrəli müqavilədən görünür ki, tərəflər arasında auditor xidməti göstərilməsi barədə müqavilədə göstərilən şərtlər əsasında müqavilə bağlanması razılaşdırılmışdır. Müqavilənin predmetini xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək anbarda olan material qiymətlərinin varlığı, saxlanması və uçotunun düzgün aparılmasının yoxlanılması təşkil edir. Göstərilmiş auditor xidmətinin nəticəsi yazılı aktlar və rəylə rəsmiləşdirilir.
31. “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin “İOSC LTD MMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlarına dair Aktdan görünür ki, Cavabdeh MMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlar üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək dövriyyəsi üzrə audit keçirilmiş və Cavabdeh MMC tərəfindən fiziki şəxslərə köçürülmüş avans ödəniş üzrə tam məbləğdə elektron qaimə alınmamışdır. İddiaçı alqı-satqı və sistemdə müdaxilələr üzrə:
32. Cavabdeh MMC tərəfindən təqdim olunan “İddiaçı tərəfindən UFC proqramında aparılan dəyişikliklər” sənədinə əsasən audit aparılmışdır. Dəyişikliklərin şirkətin maliyyə sənədlərinə uyğun olmaması və beləliklə qanunsuz olması aşkar edilmişdir. Hesablamalar nəticəsində maliyyə sistemində müdaxilələr əsasında Cəmiyyətə 147403,76 (bir yüz qırx yeddi min dörd yüz üç) manat 76 qəpik ziyan vurulmuşdur.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə komputer-texniki ekspertizasının 5/699 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş məktubda xx.xx.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən edilsə də, İddiaçı məxsus olmasına dair hər hansı bir məlumat məktubda öz əksini tapmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində qeyd edilmişdir ki, internet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı (İR X8) mövcuddur. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər.
34. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğular ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur.
35. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-i tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 105-1-xx/xx/3499-21 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur.
36. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin saytından çıxarışdan görünür ki, ***-**-** nömrəli telefonun abunəçisi X2r.
37. İddiaçı adına olan, xx.xx.2015-ci il tarixdə ASAN 3 tərəfindən verilmiş seriya AZE № ******** saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri (qeydiyyatı) Xəzər rayonu, Mərdəkan qəs. D.Dadaşov küç. ev 14-dür.
38. “İOSC LTD" MMC (Müştəri) ilə «X21» MMC (De Novo) arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin İ hissəsindən görünür ki, De Novo tərəfindən müştəriyə əmək mübahisəsi ilə əlaqədar şirkətin maraqlarının birinci instansiya məhkəməsi mərhələsində təmsil edilməsi, o cümlədən etirazın və qarşılıqlı iddianın hazırlanması ilə əlaqədar hüquq xidmətinin qiyməti avans olaraq 4000 AZN (ədv və hər hansı xərclər (tərcümə, notariat təsdiq, kuryer/poçt, nəqliyyat xərcləri, vəkil ilə müqavilənin imzalanması üçün xidmət haqqı daxil deyil)
39. Cavabdeh ilə 21 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 438 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən şəxsin adından X3 tərəfindən Cavabdehnə hüquqi yardıma görə 310 manat məbləğində pul ödənilmiş, müqavilə üzrə hüquqi yardım göstərilməsi Vəkil1 həvalə edilmişdir. Müqavilənin 2.1 bəndinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Kollegiya ilkin iddia tələbinə dair hissədə qeyd edir ki, iş materiallarından görünür ki, 2011-ci ilin 01 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsinə əsasən “İOSC LTD" MMC-də maliyyə meneceri kimi işə başlamış, əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.
41. İlk iddiaçı həmin əmrin qanuniliyini mübahisələndirərək tələbinin əsası kimi heç vaxt əmək vəzifələrini kobud şəkildə pozmamasına, şirkət rəhbərliyinin tələbi ilə və sonradan koronovirus xəstəliyinə tutulduğuna görə işə getməyərək bu halda da online rejimdə əmək vəzifələrini icra etməsinə davam etməsinə, cavabdehin onun əmək vəzifələrini kobud şəkildə pozduğu halları göstərməməsinə, işlədiyi dövrdə heç zaman intizam pozuntusuna yol verməyərək işə hər zaman vaxtı-vaxtında getməsinə, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirməsinə, işlədiyi dövrdə heç zaman müəssisə rəhbərliyi tərəfindən xəbərdarlıq və töhmət almamasına, cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq onun işdən azad olunmağının tamamilə qanunazidd olmasına istinad etmişdir.
42. İlk iddia üzrə cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi ilk iddiaçının özünün və digər istifadəçilərin (işçilərin) istifadəçi adı (“Login”) və şifrəsindən istifadə edərək şirkətin proqram təminatına icazəsiz daxil olmaqla, həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirməsinə, heç bir göstəriş, razılıq olmadan bu məlumatların surətini saxlamaqla, həmçinin, sistemdən malların alış və satış qiymətlərinin icazəsiz olaraq əldə edilməsinə, iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürməsinə, bununla da öz səlahiyyətlərindən sui-istifadə edərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatların üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişikliklər etməsinə və nəticədə şirkətə maddi ziyan dəyməsinə, eləcə də, barəsində verilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun verilməsinə, iddiaçının isə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün prosessual hərəkətlər etmək hüququnu itirməsinə istinad etmişdir.
43. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir.
44. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
45. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
46. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur.
47. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
48. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
49. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır.
50. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə hallardan biri əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması («e» bəndi) hesab edilir.
51. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə komputer-texniki ekspertizasının 5/699 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin nəticə hissəsində “Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi göstərilsə də, Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində qeyd edilmişdir ki, internet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı İP (X8) mövcuddur.
52. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər.
53. Göründüyü kimi Rəydə istifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatının aparıldığı göstərilmiş və məhz istifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyü nəzərə alınaraq, İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi nəticəsinə gəlinmişdir. İddiaçı tərəfindən isə təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırılaraq və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə müxtəlif vaxtlarda müvafiq proqrama daxil olunmasına dair heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir.
54. Belə olan halda kolllegiya hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ilk iddiaçının birbaşa vəzifəsi olduğu halda onun nümayəndəsinin belə sübutlar təqdim etmədən cavabdehin iddiaya etirazının əsassız olması ilə bağlı izahatları özü-özlüyündə ilk iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
55. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Normanın məzmununa görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir.
56. Kollegiyanın qənaətinə görə, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsinə dair ilk iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığı üçün ilkin iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
57. Kollegiya cavabdeh tərəfin ilk iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır:
58. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
59. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar).
62. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər.
63. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırkı mülki iş üzrə ilk iddiaçının iddiasının əsassız olması səbəbi ilə rədd edilməsini əsaslı sayaraq iddia müddəti tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirilməsinə zərurət görmür.
64. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04 nömrəli əmək müqaviləsinin 5.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsinin tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericliklə müəyyən edilmiş qaydada və maddi və mənəvi məsuliyyət daşıyır.
65. Qarşılıqlı iddia tələbində və apellyasiya şikayətində qarşılıqlı iddiaçının həmin iddia üzrə cavabdehin qanuna zidd hərəkəti nəticəsində UFC proqramında edilən dəyişikliklər nəticəsində iddiaçıya külli miqdarda zərər dəyməsi əsasən onunla əsaslandırılmışdır ki, cavabdeh maddi gəlir əldə etmək üçün qeyd edilən qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, UFC sistemə giriş ilə bağlı sənədlərdən görünür ki, cavabdeh müdaxilə səlahiyyəti olmaya-olmaya UFC sisteminə daxil olmuş və qeyri qanuni müdaxilələr etmişdir. Misal olaraq qeyd edilmişdir ki, müştəri tərəfindən mal anbara geri göndərilmədiyi halda cavabdeh sistemə müdaxilə etmiş guya malın geri göndərildiyini qeyd etmişdir. Bununla cavabdehin malı əldə etmək imkanı yaranmışdır. Nəticədə malın dəyəri müştəri tərəfindən ödənilməmiş və mal yoxa çıxmışdır. Belə bir dəyişikliyi etmək məqsədinin maddi gəlir əldə etmək olduğu açıq-aydındır. Cavabdeh tərəfindən qeyri-qanuni hərəkət edilməsi məhkəməyə təqdim edilən auditor rəyləri, aktlar, hesab-fakturalar vasitəsi ilə təsdiq edilir. Həmçinin cavabdeh nə yazılı, nə də şifahi izahatında belə bir addımlara niyə yol verdiyini aydınlaşdırmır və aydınlaşdırmağa da cəhd etmir. İddiaçının cavabdehin qanunsuz hərəkətlərinin məqsədini sübut etmək öhdəliyi olmasa da qeyd edilir ki, cavabdehin həyat yoldaşı tərəfindən, iddiaçı ilə eyni profilli şirkət təsis edilmiş və bu cavabdehə iddiaçının sisteminə icazəsiz daxil olmaqla (anbarın tərkibində məhsulların sayına nəzarət, iddiaçıya gələn sifarişlər, iddiaçı tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı girişi) həyat yoldaşına belə bir məlumatı ötürsün və nəticədə cavabdehin müştəriləri ilə əlaqə qursun və haqsız rəqabət etsin.
66. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “Araşdırma zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı Cavabdeh MMC-nin istifadəçi adı (“Login”) və şifrədən istifadə edərək müvafiq proqram təminatına (anbarın tərkibində məhsulların sayına nəzarət, ona gələn sifarişlər, onun tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı) icazəsiz daxil olmuş, həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirmiş, heç bir göstəriş və razılıq olmadan bu məlumatların surətini saxlamış, həmçinin, tərəfindən sistemdən malların alış və satış qiymətləri icazəsiz olaraq əldə edilmiş, qarşılıqlı iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürmüş, daha sonra öz səlahiyyətlərindən sui-istifadə edərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatlarda üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişiklər etməsi nəticəsində Cavabdeh MMC-yə maddi ziyan dəymişdir.”.
67. Məhkəmə bu mövqeyini əsaslandırarkən "xxxx" MMC tərəfindən təqdim edilən 02 iyun 2020-ci il tarixli akta və Cavabdeh MMC-nin daxili audit rəyinə istinad etmişdir.
68. Kollegiya hesab edir ki, həmin sübutlar mötəbər hesab edilə və hazırki mübahisənin həllində əsas götürülə bilməz. Belə ki, qeyd edilən məsələnin araşdırılması xüsusi bilik tələb edir və bu sahədə ixtisaslaşmış ekspertin rəyi olduğu təqdirdə həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilərək əsas götürülə bilər. Lakin, "xxxx" MMC tərəfindən təqdim edilən 02 iyun 2020-ci il tarixli akt ekspert rəyi deyil və özlüyündə məhkəmə üçün xüsusi bilik tələb edilən məsələnin həllində istinad edilə bilməz. Qeyd edilən akt ekspert rəyi olardısa, həmin rəy digər sübularla yanaşı şəkildə qiymətləndirilə bilərdi.
69. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iş üzrə audit ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
70. Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyinə əsasən, "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktında, həmçinin “X15” MMC audit Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktında yaranmış çatışmazlıq müəyyən olunarkən mühasibat sənədlərinə əsaslanmamışdır. Təsərrüfat subyekti malın təqdim olunmasına dair tərtib etdiyi daxili uçot sənədlərində (qaimə, təhvil-təslim aktı, hesab-faktura və s) hər hansı bir düzəliş aparıldığı təqdirdə mütləq həmin düzəlişlər elektron qaimə-fakturalarda əksini tapmalıdır. Həmçinin sahibkarlıq subyektində mühasibat uçotunun aparılması və nəzarəti qaydaları daxili sənədlərlə tənzimlənir. O cümlədən “uçot siyəsəti” ilə. Lakin, belə bir dəyişikliyin aparılması ilə bağlı iş materiallarında hər hansı məlumat və ya sənəd mövcud deyildir. Cavabdeh şirkətinə məxsus proqram təminatı əsasında hesablanmış çatışmazlıq məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığından İddiaçı tərəfindən MMC-yə ziyan vurulub-vurulmaması müəyyən edilmir.
71. Kollegiya ekspert rəyini iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirərək qeyd edir ki, İddiaçı tərəfindən MMC-yə ziyan vurulub-vurulmaması müəyyən edilmədiyindən iddiaçı tərəfindən Cavabdeh MMC-yə maddi zərərin əvəzi olaraq 147.403,76 manat məbləğində pul ödəməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.
72. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən sistemə müdaxilə edilməsi iş materialları ilə öz təsdiqini tapsa da, bu hal özlüyündə cavabdehə maddi ziyan vurulmasına dair nəticəyə gəlməyə əsas vermir. Belə ki, cavabdehə maddi ziyanın vurulması mühasibatlıq sənədləri və digər mötəbər sübutlar əsasında öz təsdiqini tapmalıdır ki, həmin sənədlər iş materiallarında aşkar edilməmişdir. Ekspert öz rəyində müvafiq mühasibatlıq sənədlərinin olmamasına istinad etmişdir.
73. Qarşılıqlı iddia tələbi və apellyasiya şikayətinin dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
74. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.
75. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
76. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, çatışmazlıqların olmasını təsdiq edən hər hansı sənəd və daxili uçot sənədlərində (qaimə, təhvil-təslim aktı, hesabfaktura və s) hər hansı bir düzəliş aparıldığına dair sübut iş materiallarında aşkar edilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
78. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
79. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
80. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
q ə t e t d i:
Qarşlıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev