Məhkəmə qərarları › İş №2(103)-4142/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4142/2021

29.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4142/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” MMC –nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı - cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 2018-ci il tarixdən 01 oktyabr 2020-ci il tarixədək cavabdeh şirkətdə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə rəhbərliyin bütün tapşırıqlarını yerinə yetirmiş və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır.01 oktyabr 2020-ci il tarixli əmrlə əmək müqaviləsi ləğv edilmişdir.İddiaçı Ağdam rayonundan məcburi köçkündür və öhdəsində iki azyaşlı övladı vardır. Göstərilənlərə əsasən əvvəlki işinə bərpa olunmasını, işdən azad olunduğu müddət ərzində məhrum olduğu əmək haqqısının cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə 01 oktyabr 2020-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, “xxxx” MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səbail rayon məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(009)-321/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx xxxxtiv Reklamçılıq Şirkəti" MMC-ə qarşı “işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iddiası təmin edilmişdir.Cavabdeh olaraq hazırda sözügedən qətnaməni tamamilə qanunsuz, əsassız və ədalətsiz hesab etdiklərindən aşağıda göstərilənlərə əsasən onun ləğv edilməsini zəruri sayırlar.İddiaçı 01.08.2018-ci il tarixdə “xxxx" xxxxtiv Reklamçılıq Şirkəti" MMC-yə, "Tədbirlərin təşkili departamenti"nə mütəxəsis olaraq işə qəbul edilmişdir. 01 Oktyabr 2020-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. İddiaçı bundan narazı qalaraq hazırki mülki iddia ilə məhkəməyə müraciət etmiş və Səbail rayon məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məzmunlu qətnamə qəbul edilmişdir. İddiaçının iddiasının əsası olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 78-ci maddəsinin 2-ci bəndinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. Bununla əlaqədar ƏM-nin 77-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.Həmin normaya əsasən əmək müqaviləsi qeyd olunan əsasla ləğv ediləcək işçinin bir ildən beş ilədək əmək stajı olduqda ona sözügedən bildiriş xitam qərarından ən azı dörd təqvim həftəsi təqdim edilməlidir. Qeyd olunan normanı rəhbər tutaraq Cəmiyyət tərəfindən ƏM-nin 77-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun olaraq iddiaçıya 02.09.2020-ci il tarixdə tərtib edilmiş bildiriş 03.09.2020-ci il tarixdə özünün də aldığına dair imzası ilə təqdim edilmiş və bununla da işəgötürən iddiaçının stajına görə azı dörd təqvim həftəsi xəbərdarlıq bildirişi şərtinə riayət etmişdir.Halbuki qətnamənin 2-ci səhifəsinin 8-ci abzasında bildirişin 30.07.2019-cu il tarixdə təqdim edilməsi kimi səhv göstərilmişdir (bildiriş iş materiallarına əlavə edilmişdir). Onu da qeyd edrlər ki, iddiaçının əmək müqaviləsi xitam verildiyi gün də iş gününə hesablanmış və son-haqq hesabda nəzərə alınmışdır. Bu da onu göstərir ki. məhkəmə işdə mühüm sübutlardan hesab olunan həmin xəbərdarlıq bildirişinə düzgün hüquqi qiymət vermədən iş üzrə hərtərəfli və obyektiv yox, səthi araşdırma aparmaqla qərar vermişdir.Buna görə də məhkəmənin qətnamənin bu hissəsindəki əsaslandırmasını tamamilə qanunzaidd və əsassız hesab edirlər. Bundan başqa iddiaçının iddiasının əsasını təşkil edən ƏM-nin 78-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Normanın leksik təfsirindən göründüyü kimi burada işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququ olaraq müəyyən edilmişdir. Amma hansı şəkildə müəyyən edilməsinə dair Əmək Məcəlləsi konkret qaydalar müəyyən etməmişdir. Odur ki. bu maddəni heç bir halda işəgötürənin hüquq və mənafelərinin ziddinə məhdud təfır edilməsi yolverilməzdir.Bu mənada məhkəmə tərəfindən qətnamənin 2-ci səhifəsindəki sonuncu abzasında “cavabdeh tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanıldığını və onun peşəkarlıq səviyyəsinin aşağı olduğunu təsdiq edə biləcək heç bir siibut məhkəməyə təqdim edilməmişdir” kimi əsaslandırma cavabdehin üzərinə əlavə sübutetmə yükü qoymaqla yanaşı, maddi hüquq normasının işəgötürənin əleyhinə təfsir edilməsi kimi başa düşülməlidir. Daha sonra həmin maddənin 2-ci bəndində deyilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müəyyən kateqoriyadan olan şəxslərin işdə saxlanmasına üstünlük verir. Bu bəndin hazırki normaya tətbiq edilməsi üçün öncə ixtisar zamanı işdən çıxarılacaq işçinin digər ixtisar olunacaq və ya qalacaq işçilərə münasibətdə ixtisasının və peşəkarlıq səviyyəsinin eyni olub-olmaması məsələsinə məhkəmə tərəfindən ayındlıq gətirilməli idi. Həmçinin o da nəzərə alınmalıdır ki. iddiaçının özünün də 1-ci instansiyada verdiyi izahatda təsdiq etmişdir ki. bildirişi aldıqdan sonra Cəmiyyətin direktorunun onunla fərdi söhbəti olmuşdur. Bu cür fərdi söhbətləri Cəmiyyətin direktoru vəzifəsi və ya şöbəsi ixtisara düşən bütün işçilərlə aparmış və bu söhbətlərin nəticəsində kimlərlə yenidən əmək müqaviləsinin bağlanacağı barədə qənaətə gəlmişdir. Cavabdehin əmək müqaviləsinə xitam verilənədək həm işlədiyi departament ixtisara düşmüş, həm də təsisçi tərəfindən Cəmiyyətin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılası və idarəetmənin optimallaşdırması qərarı verildiyindən işçi sayının ixtisarına məruz qalrmşdır. Cabadeh ixtisara qədər Cəmiyyətdə "Tədbirlərin təşkili departamentində" aparıcı mütəxəsis vəzifəsində işləmişdir.Həmin vəzifədə qeyd olunan departamentdə çalışan işçi isə yalnız iddiaçının özü olmuşdur. Yəni, ƏM-nin 78-ci maddəsinin 2-ci bəndinin tətbiqi üçün iddiaçı ilə müqayisədə eyni vəzifədə çalışan, eyni vəzifə öhdəliklərini yerinə yetirən və peşəkarlıq səviyyəsi eyni olan işçi olardısa o zaman işəgötürən həmin maddənin 2-ci bəndində göstərilən ixtisar zamanı işdə saxlanmağa üstünlük verilməli şəxslər kateoriyasına daxil ola bilərdi. İş materiallarından göründüyü kimi Cəmiyyətdə ixtisara qədər iddiaçıdan başqa işlədiyi departamentdə tam ştatda böyük mütəxəssis departament müdiri və iki nəfər yarımştatda mütəxəsis vəzifəsində işçilər olmuşdur. Göründüyü kimi, bu vəzifələr peşəkarlıq səviyyəsinə görə bir-birindən fərqlənir, eyni deyildir. Bununla yanaşı maddənin qrammatik təfsiri birinci şərt ödənildiyi halda “verir” sözü ilə bitdiyindən maddənin dispozivası da diskresion xarakterlidi, mütləq imperativ məzmun daşımır.AR-sı Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin deyərkən burada Konstitusiyamız təbii ki, o cümlədən işəgötürən olaraq hüquqi şəxslərin də hüquqlarının məhkəmədə müdafiəsinə dair təminatı nəzərdə tutmuşdur. MPM-ni 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin üçüncü bəndində göstərilir ki. hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O. öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə trəfindən hazırki mübahisəyə dair təqdim etdikləri sənədlərə sübut olaraq ümumiyyətlə münasibət bildirilməmiş, düzgün hüquqi qiymət verilməmişdir. MPM-nin 8 8-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qətrarında gösətilriir ki. məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin (2.1-ci bəndi) və qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (2.4-cü bənd). Həmçinin həmin Qərarın 6.2-ci bəndinə göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir.Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti nonneganti, incumbit probatio ( yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, və apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və apellyasiya şikayətinə etiraz etdiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, İş üzrə materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 01.08.2018-ci il tarixdə “xxxx" xxxxtiv Reklamçılıq Şirkəti" MMC-yə, "Tədbirlərin təşkili departamenti"nə mütəxəsis olaraq işə qəbul edilmişdir. 01 Oktyabr 2020-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. İddiaçı bundan narazı qalaraq hazırki mülki iddia ilə məhkəməyə müraciət etmiş və Səbail rayon məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məzmunlu qətnamə qəbul edilmişdir. İddiaçının iddiasının əsası olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 78-ci maddəsinin 2-ci bəndinə işəgötürən tərəfindən əməl edilməməsi göstərilmişdir. Bununla əlaqədar Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.Həmin normaya əsasən əmək müqaviləsi qeyd olunan əsasla ləğv ediləcək işçinin bir ildən beş ilədək əmək stajı olduqda ona sözügedən bildiriş xitam qərarından ən azı dörd təqvim həftəsi əvvəl təqdim edilməlidir. İş materiallarından görünür ki, cavabdeh “xxxx" MMC tərəfindən ƏM-nin 77-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun olaraq iddiaçıya 02.09.2020-ci il tarixdə tərtib edilmiş bildiriş 03.09.2020-ci il tarixdə iddiaçının özünün də aldığına dair imzası ilə təqdim edilmiş və bununla da işəgötürən iddiaçının stajına görə azı dörd təqvim həftəsi xəbərdarlıq bildirişi şərtinə riayət etmişdir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, iddiaçının əmək müqaviləsi xitam verildiyi gün də iş gününə hesablanmış və son-haqq hesabda nəzərə alınmışdır. Bundan başqa iddiaçının iddiasının əsasını təşkil edən ƏM-nin 78-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Daha sonra həmin maddənin 2-ci bəndində deyilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müəyyən kateqoriyadan olan şəxslərin işdə saxlanmasına üstünlük verir. Bu bəndin hazırki normaya tətbiq edilməsi üçün öncə ixtisar zamanı işdən çıxarılacaq işçinin digər ixtisar olunacaq və ya qalacaq işçilərə münasibətdə ixtisasının və peşəkarlıq səviyyəsinin eyni olub-olmaması məsələsinə məhkəmə tərəfindən ayındlıq gətirilməlidir. İddiaçının özünün də 1-ci instansiyada və apellyasiya baxışı zamanı izahatından və verilən suallara cavabından aydın olur ki, bildirişi aldıqdan sonra Cəmiyyətin direktorunun onunla fərdi söhbəti olmuşdur. Bu cür fərdi söhbətləri Cəmiyyətin direktoru vəzifəsi və ya şöbəsi ixtisara düşən bütün işçilərlə aparmış və bu söhbətlərin nəticəsində kimlərlə yenidən əmək müqaviləsinin bağlanacağı barədə qənaətə gəlmişdir. Cavabdehin əmək müqaviləsinə xitam verilənədək həm işlədiyi departament ixtisara düşmüş, həm də təsisçi tərəfindən Cəmiyyətin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılası və idarəetmənin optimallaşdırması qərarı verildiyindən işçi sayının ixtisarına məruz qalrmşdır. Cabadeh ixtisara qədər Cəmiyyətdə "Tədbirlərin təşkili departamentində" aparıcı mütəxəsis vəzifəsində işləmişdir.Həmin vəzifədə qeyd olunan departamentdə çalışan işçi isə yalnız iddiaçının özü olmuşdur. Yəni, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tətbiqi üçün iddiaçı ilə müqayisədə eyni vəzifədə çalışan, eyni vəzifə öhdəliklərini yerinə yetirən və peşəkarlıq səviyyəsi eyni olan işçi olardısa o zaman işəgötürən həmin maddənin 2-ci bəndində göstərilən ixtisar zamanı işdə saxlanmağa üstünlük verilməli şəxslər kateoriyasına daxil ola bilərdi. İş materiallarından göründüyü kimi, Cəmiyyətdə ixtisara qədər iddiaçıdan başqa işlədiyi departamentdə tam ştatda böyük mütəxəssis departament müdiri və iki nəfər yarımştatda mütəxəsis vəzifəsində işçilər olmuşdur. Göründüyü kimi, bu vəzifələr peşəkarlıq səviyyəsinə görə bir-birindən fərqlənir, eyni deyildir. MPM-ni 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin üçüncü bəndində göstərilir ki. hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O. öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qətrarında gösətilriir ki, məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin (2.1-ci bəndi) və qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (2.4-cü bənd). Həmçinin həmin Qərarın 6.2-ci bəndinə göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir.Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti nonneganti, incumbit probatio ( yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İiddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar