Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4142/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyətçinin dəyişməsi, müəssisənin ləğv olunması, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, qətnamənin əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.2003-cü il tarixdə X3 hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə həmin müəssisədə 13-cü dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə, xx.xx.2005-ci il tarixdə 11-ci dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə, xx.xx.2011-ci il tarixdə 13-cü dərəcəli “hüquq məsləhətçisi” vəzifəsinə keçirilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, xx.xx.2015-ci il tarixli Fərmanla Ekologiya və Təbiii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılaraq X5 həmin Agentliyin tabeliyinə verilmişdir.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar X1 13-cü dərəcəli hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və həmin tarixdən hüquq məsləhətçisi vəsifəsindən azad olunmuşdur.
4. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləgv edilmiş, onun tabeliyindəki X5 və Bakı Kartoqrafıya Fabriki Nazirliyin tabeliyinə verilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019cu il tarixli 29 saylı Sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X5 və Bakı Kartoqrafıya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" MMC yaradılmışdır.
6. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 045/k saylı əmri ilə İddiaçı müvəqqəti olaraq Geodeziya və Kartoqrafiya Fonduna nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə təyin olunmuş və həmin tarixdən X1 hüquq məsləhətçisi vəzifəsindən azad edilmişdir.
7. 22.08.2019-cu il tarixli əmrlə İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2019cu il tarixinədək uzadılmış, xx.xx.2020-ci il tarixində Geodeziya və Kartoqrafiya Fonduna nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə təyin olunmuşdur.
8. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin direktoru Nazim İsmayılov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Sizin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığınız “MMC-nin hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə keçirilmənizə dair” ərizənizə tərəfimdən baxılmışdır. Bildiririk ki, yaxın aylarda "xxxx" MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək X19 statusu alacaqdır. Bununla əlaqədar olaraq təşkilatımızda mövcud olan boş vakansiyalar ilə bağlı müsahibələr keçiriləcəkdir. Müsahibələrdə həm sizin, həm də digər namizədlərin iştirakı təmin olunacaqdır. Təşkil olunan müsahibə zamanı vakant olan yerlərə uyğun namizədlər seçiləcəkdir. Xahiş edirik nəzərə alasınız”.
9. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı əsasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X19 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı bildiriş təqdim olunmuş, bildirişdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına istinad olunaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilməklə Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələrinin mətnləri diqqətinə çatdırılmış, həmçinin qeyd edilmişdir ki, “Sizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılacaq X19 statuslu Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır”.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur.
12. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixli və vətəndaşların qəbulu zamanı təqdim etdiyiniz 2023-cü il tarixli 19 yanvar tarixli ərizələrə tərəfimizdən baxılmışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X19 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur. Bildiririk ki, Agentliyə işçilərin müsabiqə vasitəsilə cəlb edilməsi nəzərdə tutulduğundan bu məqsədlə Siz Agentlikdə “hüquqşünas” vakant vəzifəsinə təyin olunmağınızla bağlı 2023-cü il 18 yanvar tarixində müsahibə üçün Nazirliyin inzibati binasına dəvət edilmişsiniz. Buna baxmayaraq həmin müsahibədə iştirakdan imtina etmisiniz. Qeyd edilənləri nəzərə alaraq, vətəndaş qəbulu zamanı təqdim etdiyiniz müraciətiniz dəyərləndirilmiş və müstəsna hal olaraq vakant vəzifəyə uyğunluğu müəyyən etmək üçün yenidən müsahibənin keçirilməsi qərara alınmışdır. Müsahibə 2023-cü il 25 yanvar tarixində saat 15:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcəkdir. İştirak etməyiniz tövsiyyə olunur”.
13. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" X7 sədri Nazim İsmayılova ərizə ünvanlayaraq Agentliyə hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir.
14. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “onun xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X19 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur. Bildiririk ki, Agentliyə işçilərin müsabiqə vasitəsilə cəlb edilməsi nəzərdə tutulduğundan bu məqsədlə Siz Agentlikdə “hüquqşünas” vakant vəzifəsinə təyin olunmağınızla bağlı 2023cü il 18 yanvar tarixində müsahibə üçün Nazirliyin inzibati binasına dəvət edilmiş, lakin həmin müsahibədə iştirakdan imtina etmisiniz. Eyni zamanda, təkrar müraciətinizi nəzərə alaraq, yenidən Agentlikdə “hüquqşünas” vakant vəzifəsinə təyin olunmağınızla bağlı 2023-cü il 25 yanvar tarixində keçiriləcək müsahibədə iştiraka dəvət edilmiş, lakin həmin müsahibədə heç bir səbəb göstərmədən iştirak etməmisiniz”.
15. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər əmək qabiliyyətsiz olmuşdur.
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ilə Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin tarixdən ləğv edilmiş, ləğv etmənin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi göstərilmiş, əmr "xxxx" MMC-nin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirov tərəfindən imzalanmışdır.
17. X11 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-5/2-Ö-9035/2023 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “...Araşdırma zamanı X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC Nazirliyin tabeliyində X19 statuslu "xxxx" Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli, 425 saylı Qərarı ilə Cavabdeh nizamnaməsi təsdiq edilsə də, əmək qanunvericiliyinin tələbləri pozularaq X8 Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) ilə xitam verildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq hüquqpozmanın aradan qaldırılmasını təmin edib, nəticəsi barədə 30 (otuz) gün ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh vəzifəli şəxsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Hüquqpozma vəzifəli şəxs tərəfindən aradan qaldırılmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) tərəfimizdən müvafiq qaydada inzibati icraata başlanılacaqdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
18. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 037/k saylı əmrinin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2003-cü ildən xx.xx.2019-cu il tarixinədək X2 hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində çalışmış, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləgv edilmiş, onun tabeliyindəki X5 və Bakı Kartoqrafıya Fabriki Nazirliyin tabeliyinə verilmişdir. xx.xx.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 və Bakı Kartoqrafıya Fabriki birləşərək onların nəzdində "xxxx" MMC yaradılmış, 01 may 2019-cu il tarixdən hər iki müəssisənin işçilərinin yerləşdirilməsi aparılarkən ştat cədvəlində bir hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsi olduğuna görə, həmin ştata Bakı Kartoqrafıya Fabrikinin hüquqşünası təyin olunmuş, o isə müvəqqəti olaraq başqa şöbəyə-Geodeziya və kartoqrafıya fonduna keçirilmişdir. İxtisasça hüquqşünas olduğu üçün buna etiraz etsə də, X10 və Təbii Sərvətlər Nazirliyinin İnsan Resursları şöbəsinin keçmiş rəisi və Xüsusi şöbənin keçmiş rəisi Elman Qurbanovun yanında ona bildirmişdir ki, əgər cəmiyyətin hal-hazırki hüquqşünası nə vaxtsa işdən çıxarsa, həmin yerə onu hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə keçirəcək. xx.xx.2021-ci il tarixdə hüquq məsələləri üzrə baş mütəxəssis (Ruslan Bayramov) öz xahişi ilə işdən azad edilmiş, Nazim İsmayılov onu yanına çağırıb həmin ştata keçirəcəyinə söz versə də, sonradan nazirlikdən həmin yerə başqa namizədlərin olduğunu bidirmiş və onu həmin ştata keçirməkdən imtina etmişdir. Hətta müəssisədə işləməyən başqa şəxsi həmin vəzifəyə təyin etmək üçün ərizəsini idarənin elektron sisteminə yerləşdirmiş, onun şikayətindən sonra ərizə sistemdən götürülmüşdür. Həmin vəzifəyə keçirilməyi ilə bağlı ərizəsi ilə əlaqədar olaraq dəfələrlə Nazım İsmayılovun yanında olmuş, sonuncu, hər dəfə onu müxtəlif bəhanələrlə yola salmışdır. Daha sonra ona xx.xx.2021-ci il tarixli 28/Ö-018 saylı məktubla bildirmişdir ki, “yaxın aylarda "xxxx" MMC-nin təşkilati hüquqi forması dəyişdirilərək X19 status alacaqdır. Bununla əlaqədar olaraq təşkilatda mövcud boş vakansiyalarla bağlı müsahibələr keçiriləcək, təşkil olunan müsahibə zamanı vakant olan yerlərə uyğun namizədlər seçiləcəkdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 425 saylı Qərarı ilə Cavabdehn nizamnaməsi təsdiq olunmuşdur. Nazim İsmayılov təxminən 1 il 5 ay müddətidə həmin ştatı boş saxlamış, onu həmin ştata keçirməsə də "xxxx" MMC X19ə çevrilənədək müxtəlif şöbələrə xeyli sayda işçi qəbul etmişdir - hansı ki, onların heç biri müsahibə və müsabiqədə iştirak etməmişlər. Cavabdeh elmi müəssisə və ya təhsil müəssisəsi olmadığı, həmçinin buradakı hüquqşünas vəzifəsi pedoqoji fəaliyyətlə bağlı vəzifə olmadlğı üçün həmin vəzifəni tutmaq üçün müəssisə tərəfindən müsabiqə keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. O, 2003-cü ildən xx.xx.2019-cu il tarixinədək, yəni 16 il hazırki müəssisədə hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş, işlədiyi müddətdə 3 dəfə attestasiya olunaraq peşəkarlıq səviyyəsi yoxlanmış, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğun olduğu öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələblərinə görə o, birmənalı şəkildə qeyri-şərtsiz həmin vəzifəyə keçirilməli idi. Onun Geodeziya və Kartoqrafiya Fonduna baş mütəxəssis-nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə (13-cü dərəcə ilə) vəzifəsinə keçirilməyinə səbəb iki müəssisənin birləşməsi nəticəsində bir hüquq məsləhətçisi ştatının saxlanması olmuşdur. Cavabdehndə vakant hüquqşünas vəzifəsinə keçirilməyi üçün xx.xx.2023-cü il tarixli ərizəsinə isə cavabdeh tərəfindən cavab verilməmişdir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq şikayətlər edərək xx.xx.2023-cü il tarixdə şəxsən nazir Muxtar Babayevin qəbulunda olmuş və şikayət ərizəsini ona tədim etmişdir. Şikayət ərizəsinə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, guya o, Agentlikdə “hüquqşünas” vakant vəzifəsinə təyin olunmağı ilə bağlı 2023-cü il 18 yanvar tarixində müsahibə üçün Nazirliyin inzibati binasına dəvət edilmiş, lakin həmin müsahibədə iştirak etməkdən imtina etmişdir. Halbuki o, həmin tarixdə Nazirliyin inzibati binasında nazirin qəbulunda olmuşdur. Müsahibədə iştirak üçün iddiaçıya hər hansı bildiriş təqdim edilməmiş, ünvanına hər hansı məlumat göndərilməmişdir. xx.xx.2023-cü il tarixdə Nazirliyə yeni şikayəti təqdim edərkən yuxarıda qeyd olunan məktub ona təqdim edilmiş və həmin məktubla 2023-cü il 25 yanvar tarixində keçirilməsi nəzərdə tutulmuş müsahibəyə dəvət olunmuşdur. Müsahibənin keçirilməsi üçün hər hansı əmrin mövcudluğunu soruşaraq müsabiqə qaydaları və şərtlərini onlardan tələb etmiş, lakin ona bildirmişlər ki, nə Nazirliyin, nə də Agentliyin belə bir əmri və müsabiqə qaydaları yoxdur. Ona qarşı bu ayrı-seçkilikdən əsəb-stres keçirmiş, onda şiddətli ağrılar baş vermiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxa bilməmişdir. xx.xx.2023-cü il tarixdə Nazirliyə etmiş olduğu müraciətinə də xx.xx.2023-cü il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. xx.xx.2022-ci il tarixdə ona müəssisədə “Hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində ştatların və işçilərin ixtisar edilməsi haqqında" bildiriş təqdim edilmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, “Sizə Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılacaq X19 statuslu Geodeziya ve Kartoqrafiya Agentliyində mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır”. Lakin ona hər hansı vakant yer təklif olunmamış, əmək müqaviləsinə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən deyil, "xxxx" MMC-nin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi və 77.3-cü maddəsi əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində qeyd olunur ki, müəssisə ləğv edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əgər "xxxx" MMC ləğv edilmiş olsa idi, onda onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq müvafiq “Ləğvetmə komissiyası” tərəfindən xitam verilməli idi. Göründüyü kimi müəssisə ləğv olunmamış, yalnız təşkilati-hüquqi formasını dəyişmişdir. Yəni Agentlik "xxxx" MMC-nin hüquqi varisidir, onunla bağlanmış əmək müqaviləsinə də Agentlik tərəfindən xitam verilməli idi. Agentlikdə xeyli sayda yeni ştatlar yaradılaraq həmin ştatlara əlavə işçilər qəbul olunmuşdur. Hesab edir ki, əmr verilərkən mövcud olmayan "xxxx" MMC-nin direktoru səlahiyyətlərini müvəqqəti icra edən İlqar Əmirovun xx.xx.2023-cü il tarixli 037/k saylı əmri qanunsuz və əsassız hesab edilməli və o, əvvəlki işinə bərpa olunmalıdır. Nazim İsmayılov "xxxx" MMC-yə rəhbər təyin olunduqdan sonra qarşısına qoyduğu ilk məsələ kimsəsiz və “adamsız” şəxsləri işdən azad etmək olmuşdur. Buna misal kimi müəssisənin Gəncə şöbəsində çalışan işçilərin işdən çıxalımasını göstərmək olar. Hansı ki, həmin işçilər X15 Cənablarına və Əmək Müfəttişliyinə şikayətlər etdikdən sonra əvvəlki işlərinə bərpa olunmuş və Nazim İsmayılov barəsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbiri görülmüşdür.
20. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, hüquqşünas ola-ola gedib indi xəritəçəkən işləyə bilməz. Çünkü bu onun ixtisasına aid deyil, lazımi keyfiyyətdə xəritə çəkmək iqtidarında ola bilməz. Elə xəritələrin mütəxəssislər tərəfindən çəkilməməsi ona səbəb olur ki, hər il minlərlə xəritə idarəyə qaytarılır.
21. Cavabdehin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, hazırda nə iddiaçının xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edildiyi idarə, nə də həmin idarədə işlədiyi ştat mövcud deyil. İddiaçı faktiki olaraq hüquqşünas vəzifəsinə bərpa edilməsini istəsə də və həmin ştat idarədə hal-hazırda boş olsa da, bu qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, işdən azad edildiyi vaxt hüquqşünas vəzifəsində deyil, Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində o, heç vaxt hüquqşünas işləməyib. Həmin idarədə hüquqşünas vəzifəsində Ruslan Bayramov adında şəxs işləyib və iddiaçının idarə ilə mübahisəsi məhz həmin şəxsin işdən çıxmasından sonra başlayıb. İddiaçının nə vaxtsa digər idarədə hüquqşünas vəzifəsində işləməsi onun hazırda fəaliyyət göstərən idarədə hüquqşünas işləməsinə əsas vermir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmiş, bundan sonra iddiaçı mövcud olan vakat iş yerlərinə işə götürülməsi üçün iki dəfə müsahibəyə dəvət edilmiş, lakin o, həmin müsahibələrdə iştirak etməkdən imtina etmişdir. Qeyd olunan müsahibələrin keçirilməsinin hüquqi əsaslarına dair onda hər hansı məlumat yoxdur. Çox güman ki, müvafiq sənədlər mövcuddur, lakin idarədən həmin sənədlər ona verilməmişdir. Cavabdehndə işə götürülən işçilər müsahibədən keçərək işə qəbul edilmişlər. Digər işçilərə tətbiq olunan qaydalar iddiaçıya da tətbiq edildikdə, o buna etiraz etmiş və dəvət edildiyi müsahibələrə getməmişdir. İdarənin iddiaçı ilə hər hansı şəxsi-qərəzi yoxdur, xəritəçəkən vəzifəsinə indi də onu işə qəbul edə bilərlər.
22. Birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, X11 Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən çıxarılmasının hüquqpozmalarla həyata keçirilməsi tanınmış və hüquqpozmanın aradan qaldırılmasını təmin edib nəticəsi barədə 30 gün ərzində X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi məqsədilə Cavabdeh vəzifəli şəxsinə Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Bu göstəriş nəticəsində müvafiq əmrin ləğv edilməsi nəzərdə tutulmuşdur. Göstərişin icra edilib-edilməməsi və görülmüş sonrakı tədbirlər barədə onda hər hansı məlumat yoxdur. Əgər iddiaçının işdən azad edildiyi ştat hal-hazırda mövcud deyilsə, o, təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməlidir.
23. Məhkəmənin 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmrinin ləğv olunması, İddiaçı Cavabdehnə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
24.1. Müəssisə ləğv edilmədiyi təqdirdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilmiş və cavabdeh hal-hazırda "Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcud olmaması, mövcud olan hüquqi şəxsdə isə şəxsin işdən azad edildiyi ştatın mövcud olmamasına istinad edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edir. 24.2. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.4-cü bəndində qeyd olunur ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan X19lər (Cavabdeh) müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin hüquqi şəxslərə keçir.
25. Gəldiyi nəticənin hüquqi əsaslandrması üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinə, “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”ın 7-ci maddəsinə, “Avropa Sosial Xartiyası”nın 1-ci hissəsinin 1-ci və 2ci bəndlərinə, Əmək Məcəlləsinin 7-ci maddəsinin “a” bəndinə və 300-cü maddəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına istinad etmişdir.
26. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İddia ərizəsində iddiaçı konkret olaraq azad olunduğu işə bərpa edilməsini istəyir. MPM-ə əsasən hakim iddia tələbindən kənara çıxmalı olmadığı, iddiaçının heç bir yazılı xahişi olmadığı halda, hakim onun hüquqşünaslıq üzrə ali təhsilini nəzərə alaraq təhsili və peşə hazırlığına uyğun vəzifəyə təyin edilməsini qət edir. Hakim həmin iddianı sadəcə heç bir əsası olmadan X11 Xidmətinin nümayəndəsinin “əgər iddiaçının işdən azad edildiyi ştat hal-hazırda mövcud deyilsə, o, təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməlidir” məzmunlu izahatı əsasında təmin etmişdir – hansı ki, bu izahatın heç bir qanuni əsası yoxdur. Hakimin qətnamədə yalnız iddiaçının işdən çıxarılması barədə qərarı qanunsuz hesab edərək özünün də bu cür əsassız və qanunsuz nəticəyə gəlməsi absurddur. İddiaçı hakimin qanunsuz qətnaməsi ilə işləmədiyi hüquqşünas vəzifəsinə təyin edilmək istəyir ki, hakimin də qətnaməsi buna xidmət edir”.
Apellyasiya şikayətinə qarşı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, verilən izahatlar
28. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 11 (“b” və “ə” bəndləri). İşəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
32. Maddə 50. 1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. 4. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
33. Maddə 63. 1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.
34. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
35. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
36. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
37. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməni ümumiyyətlə əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
48. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
49. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
50. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
51. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixdən X2 13-cü dərəcəli hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanı ilə Geodeziya və Kartoqrafıya üzrə Dövlət Agentliyi ləgv edilmiş, onun tabeliyindəki X5 və Bakı Kartoqrafıya Fabriki Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, X5 və Bakı Kartoqrafıya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" MMC yaradılmış, həmin MMC-nin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı müvəqqəti olaraq Geodeziya və Kartoqrafiya Fonduna nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı əsasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində X19 statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
52. Bu o deməkdir ki, iddiaçının işləmiş olduğu "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində əmr vermək səlahiyyəti olmamış, həmin əmr səlahiyyətsiz şəxs tərəfindən verilmişdir.
53. Başqa sözlə, əslində iddiaçıya münasibətdə faktiki olaraq işəgötürənin (mülkiyyətçinin) dəyişikliyi baş vermiş və iddiaçı ilə əvvəlki işəgötürən (mülkiyyətçi) arasında bağlanmış əmək müqaviləsinin və onun şərtlərinin yeni işəgötürən (mülkiyyətçi) tərəfindən qüvvədə saxlanılması imkanı, eləcə də yeni işəgötürənin (mülkiyyətçinin) (Geodeziya və X6 Hüquqi şəxsinin) işçilərin əmək müqavilələrini, müəyyən edilmiş qaydalara əməl etməklə Əmək Məcəlləsinin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edə bilmək səlahiyyəti yaranmışdır (§ 33).
54. İşin hallarından aydın olur ki, Geodeziya və X6 Hüquqi şəxsi iddiaçıya münasibətdə göstərilən səlahiyyətindən istifadə etməmiş, iddiaçının əmək müqaviləsinə artıq onun işəgötürəni olmayan şəxs tərəfindən xitam verilmişdir.
55. Həmçinin qeyd olunmalıdır ki, “işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır” müddəasının mənasına görə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi müsabiqədən keçirilməli deyil və onun müsabiqədən keçməkdən imtina etməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas yarada bilməz. Əks yanaşma müvafiq normanın (Əmək Məcəlləsinin 70-ci maddəsinin) həddindən artıq geniş təfsiri olardı – hansı ki, hüquq normasının təfsiri heç bir halda yeni hüquq normasının formalaşdırılması ilə nəticələnməməlidir.
56. Başqa sözlə, müəssisənin mülkiyyətçisi dəyişdikdə işçi əvvəlki şərtlərlə əmək münasibətlərinə davam edir və əgər yeni mülkiyyətçi yeni struktura uyğun olaraq işçilərin (yaxud ştatların) ixtisarını həyata keçirmək niyyətində olarsa, Əmək Məcəlləsinin müəyyənləşdirdiyi qaydalara əməl etmək şərtilə həmin səlahiyyətindən istifadə edə bilər.
57. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçıya məhz yeni mülkiyyətçi, yəni Geodeziya və X6 Hüquqi şəxsi tərəfindən yeni strukturda nəzərdə tutulmuş işlədiyi vəzifəyə uyğun vəzifə təklif olunmalı, əgər o, bundan imtina edərdisə, o zaman müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilərdi.
58. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının barəsində verilmiş xx.xx.2023-cü il tarixli 037/k saylı əmr ləğv olunmalı və o, "xxxx" MMC-nin hüquqi varisi olan Geodeziya və X6 Hüquqi şəxsində əvvəlki vəzifəsinə işə bərpa edilməli, eyni zamanda məcburi işburaxmaya görə əmək haqqı ona ödənilməlidir.
59. Nəzərə alınmalıdır ki, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir (Mülki Məcəllənin 56.5-ci maddəsi).
60. Hazırda Geodeziya və X6 Hüquqi şəxsində iddiaçının əvvəlki vəzifəsinə uyğun vəzifənin olmaması fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz. Belə ki, əgər Geodeziya və X6 Hüquqi şəxsində iddiaçının işləmiş olduğu vəzifə ştatı mövcud deyildirsə, bu halda o, işlədiyi vəzifəyə uyğun (əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifə) digər işlə təmin edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2346/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Geodeziya və Kartoqrafiya fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ləğv olunsun. İddiaçı Cavabdehnə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə