Məhkəmə qərarları › İş №2(103)-4144/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4144/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4144/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarş iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2014cü il tarixli, ********* nömrəli bank əmanəti müqaviləsinə (“Göy Əmanət”) əsasən Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (bənd 1.1). Əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016cı il tarixədək 18 ay müddətinə qəbul edilir (bənd 1.4). Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15000 USD təşkil edir (bənd 1.5). Bank əmanət üzrə əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 9% faiz ödəyir (bənd 1.6, 1.6.1).

2. İş materiallarında olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış bank əmanəti müqaviləsi üzrə qalmış 12177 ABŞ dolların 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir.

3. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilən 18 yanvar 2018-ci il tarixli, 0138 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzdən görünür ki, kreditor İddiaçı Ləğv prosesində olan "xxxx" ASC qarşısında 15287 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır.

4. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı tərəfindən ünvanlanan xx.xx.2020 və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki. A.Nadir "xxxx" ASC-də ona məxsus qorunmayan əmanət məbləğinin 2 və 3-cü tranş üzrə ödəniləcək hissəsinin əlavədə qeyd edilən rekvizitlərə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə əsasında yaranmışdır və müqavilə öhdəlikləridir. Sözügedən müqavilənin predmetinə görə, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4, 1.5, 1.6 və 2.5-ci bəndlərinə əsasən, əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 18 ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15.000 ABŞ dolları təşkil edir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müqavilənin sonunda illik 9% ödəyir. Əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi– Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X6 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Müqavilənin 6.6-cı bəndinə görə, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a) Adsız borc qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; b) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; c) Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; d) Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; e) Üzərinə həbs qoyulmuş əmanətlər; f) Cəlb edildiyi gönə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilmiş həddən, yəni 12 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; g) Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; h) Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; i) Ödəniş müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; j) Bank qarşısında öhdəlikləri təminatı olan əmanətlər. Qeyd edilir ki, iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Həmin Müqavilənin 6.8-ci bəndinə görə, Fond kompensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Həmin Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi üzrə əmanətə qoyulmuş 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 9% dərəcəsilə (9:12=0.75; 15.000x0.75=112.5 (aylıq); 112.5x18=2025 (illik)) hesablanmış 2025 ABŞ dolları məbləğində faizlərin, cəmi 17025 ABŞ dolları məbləğində pul vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində kreditor tələblərinin qeydiyyatı barədə tələbi qeydiyyata alnmış və rəsmi qaydada iddiaçıya 15286 ABŞ dolları məbləğində qəbz də verilmişdir. İddiaçıya müxtəlif vaxtlarda müəyyən kompensasiya ödənilsə də, bugünki günədək depozit tam məbləğdə ödənilməmişdir. Göstərilənlərə əsasən 12.177 ABŞ dolların, faizi 2025 ABŞ dolların və hazırki iddia tələbi üçün ödənilən 163 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə müqavilənin 9% dərəcəsi ilə bağlandığını, sonradan eyni şərtlərlə uzadıldığını bildirmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının da qeyd etdiyi kimi, müqavilə illik 9% dərəcəsi ilə müəyyənləşdirilmiş və qoyulan məbləğ ABŞ dolları ilə olmuş, eyni şərtlərlə də uzadılmışdır. Müqavilə uzadıldıqdan sonra da illik 9% dərəcəsi şərti olmuşdur. İddiaçı tərəfindən iş materiallarına Azərbaycan Respublikası Ali Məhkəməsinin bir qərarı yerləşdirilmişdir ki, qarşı tərəf bu iş üzrə həmin qərarın analogiya olduğunu düşünür. Lakin həmin işdə vəziyyət tamamilə fərqlidir. Hal-hazırki işdə illik 9% dərəcəsi müəyyənləşdirilmişdir və bank müflis olana qədər də 9% dərəcəsi olmuşdur. “Əmanətlərin Sığortalanması haqqında” Qanunda qorunan əmanət anlayışındakı ilk şərtlərdən biri müəyyən edilən faiz dərəcəsidir ki, həmin dövrdə faiz dərəcəsi dollara münasibətdə 3% olmuşdur. Bu səbəbdən sözügedən əmanət qorunan əmanət hesab olunmur. Fond tərəfindən yalnız qorunan əmanətlər kompensasiya edilir. Digər tələblər isə banka qarşı kreditor tələblər kimi qeydə alınır. Artıq iddiaçıya vəsaitlər də ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.9, 2.1.10, 2.1.11, 8.1.20-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 423.1, 944.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göyəmanət”) bağlanılmışdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə əsasında yaranmışdır və müqavilə öhdəlikləridir. Sözügedən müqavilənin predmetinə görə, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4, 1.5, 1.6 və 2.5-ci bəndlərinə əsasən, əmanət xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 18 ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 15.000 ABŞ dolları təşkil edir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müqavilənin sonunda illik 9% ödəyir. Əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi– Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiqedilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2017-ci il tarixli, 2-1(103)- 3194/17 saylı qərarı ilə "xxxx" ASCmüflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X6 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Müqavilənin 6.6-cı bəndinə görə, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a) Adsız borc qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; b) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; c) Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; d) Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edi lmi ş əmanətlər; e) Üzərinə həbs qoyulmuş əmanətlər; f) Cəlb edildiyi gönə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilmiş həddən, yəni 12 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; g) Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; h) Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; i) Ödəniş müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; j) Bank qarşısında öhdəlikləri təminatı olan əmanətlər. Qeyd edilir ki, iddiaçının 2014-cü il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Həmin Müqavilənin6.8-ci bəndinə görə, Fond kompensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Həmin Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir. "xxxx" ASC ilə İddiaçı arasındabağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi üzrə əmanətə qoyulmuş 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 9% dərəcəsilə (9:12=0.75; 15.000x0.75=112.5 (aylıq); 112.5x18=2025 (illik)) hesablanmış 2025 ABŞ dolları məbləğində faizlərin, cəmi 17025 ABŞ dolları məbləğində pul vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində kreditor tələblərinin qeydiyyatı barədə tələbim qeydiyyata alınmış və rəsmi qaydada iddiaçıya 15286 ABŞ dolları məbləğində qəbz də verilmişdir. İddiaçıya müxtəlif vaxtlarda müəyyən kompensasiya ödənilsə də, bugünki günədək depozit tam məbləğdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin edilməlidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra– Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ vardır; 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir; 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan RespublikasıQanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 16 faiz olmaqla 3 il müddətində tam sığortalanmasımüəyyən edilmişdir. Məlum olduğu kimi, xx.xx.2017-ci il tarixində AR Maliyyə Bazarlarına Nəzarət X2 qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən "xxxx" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bu bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. “Banklar haqqında” AR Qanununun 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 78.1ci maddəsinə görəbu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. MM-nin 540.1ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 405.1 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu:

19. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

20. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər.

21. Maddə 2.1.9 sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir.

22. Maddə 2.1.10 sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.

23. Maddə 2.1.11 kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

24. Maddə 8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarı:

25. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

26. X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016- cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun

27. 3-cü maddəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır.

28. 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

29. 5-ci maddəsinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda iddia təmin edilmədiyindən və iddiaçı qətnaməni mübahisələndirdiyindən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

42. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

43. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bank əmanəti müqaviləsi bağlanan zaman tərəflər əmanətin 9%-lə qoyulması barədə razılığa gəlmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, Banka əmanət olaraq qoyulan məbləğ ABŞ dolları ilə olmuş, sonradan müqavilə eyni şərtlərlə də (9% olmaqla) uzadılmışdır, yəni müqavilə uzadıldıqdan sonra da illik 9% dərəcəsi şərti olmuşdur.

44. Kollegiya apellyasiya şikayətinin “əmanətin ödənilməsi” dəlilinə münasibətdə hesab edir ki, xx.xx.2014-cü il tarixli X4 8.3-cü maddəsindən göründüyü kimi, müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi. Birinci instansiya və apellyasiya icraatı zamanı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 nömrəli qərarı ilə "xxxx" ASC-nin iflas proseduruna başlanılmış, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdiyi zaman X3 2016-cı il 02 mart tarixli qərarı qüvvədə olmuş və həmin qərara əsasən qorunan əmanətlər üzrə xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edildikdən sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2014cü il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır.

45. Kollegiya tələbin “bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2014-cü il tarixli bank Əmanəti Müqaviləsi üzrə banka verilmiş 15.000 ABŞ dolları məbləğində əmanət qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır. Belə ki, qorunan əmanətlərə münasibətdə Əmanətlərin Sığortalanması Fondu məsuliyyət daşıya bildiyi halda, qorunmayan əmanətlər bankın bilavasitə bank fəaliyyəti ilə bağlı öhdəlikləri hesab olunur.

46. Kollegiya ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 163 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 81.50 manat dövlət rüsumu da iddiaçının öünə aid edilməlidir.

47. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar