Məhkəmə qərarları › İş №2(103)-415/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-415/2020

19.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-415/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayədarlıq Komissiyasına, maraqlı şəxs “xxxx” ASC-yə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) xx.xx.1978-ci il təvəllüdlü qızı X7 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(006)-2384/2015 saylı qərardadına əsasən X7 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməsi və xəstəliyinin olub-olmamasını, onun öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini karə edə bilmək qabiliyyətində olub-olmamasını müəyyən etmək üçün təkrar məhkəmə-psixiatrik rspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MPEM Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx xxxxxx 2015 tarixli, 1745 nömrəli rəyilə belə nəticəyə gəlinmişdir ki, X8 90-cı illərdən başlayaraq psixi xəstəlik əlamətləri özünü büruzə vermiş və həmin xəstəlik hal- hazıradək davam edir. Təqdim olunmuş tibbi sənədlərə əsasən X13 2002-ci ildə “Şizofreniya paranoid forma” psixi xəstəliyindən əziyyət çəkmişdir. S.A.Ələkbərova 2002-ci ildə qeyd olunan şizofreniya xəstəliyinin kəskimləşməsi ilə əlaqədar stasionar müalicə olunması, həmin dövrdə onda sayıqlama ideyaları, davranışında qeyri-adekvatlıq və digər pozuntu əlamətləri qeyd olunması belə nəticəyə gəlməyə əsas verir ki, o, 2002-ci ildə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətinə malik olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi Əliyeva X18 xx.xx.1978-ci il təvəllüdlü qızı X7 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Maraqlı şəxs “xxxx” ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə MPM 320.2, 357.1, 360, 384.0.2, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx xxxxxx 2012-ci il tarixli 016/A-12 kredit müqaviləsinə X14 ilə "xxxx" ASCnin Binəqədi filialı arasında imzalanmış və həmin kredit müqaviləsinə əsasən X9 17055 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit məbləğinin verilməsindən 4 il sonra Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü qızı X7 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi həmin kredit öhdəliyi üzrə məsuliyyətdən boyun qaçırmaq üçün edilmişdir. Belə ki, ərizəçi ərizəsində bildirmişdir ki, X13 1990-cı ildən ruhi xəstədir, o, 2002-ci ildən Bakı şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alınmışdır. Belə olan halda ərizəçi X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə 14 il sonra müraciət etməsi ağlabatan deyildir. Həmçinin hesab edirlər ki, möhkəmə- psixiatrik ekspertizası təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)- 4647/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6105/2018 nömrəli qərarı ilə maraqlı şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4647/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11545/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs “xxxx” ASC tərəfindən verilmiş rədd edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4067/2019 nömrəli qərarı ilə maraqlı şəxs “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11545/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda MPM-in 321, 416, 417.1.3, 418; Mülki Məcəllənin 28.8. 34.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin materiallarına əsasən ərizəçi bildirir ki, qızı S.Ələkbərova 1990-cı ildən ruhi xəstədir. 2002ci ildən qızı ruhi xəstə kimi Bakı şəhəri Psixonevroloji Dispanserdə (hazırda X16) qeydiyyata alınmışdır. O, 2002-ci ildən ruhi xəstə kimi 2-ci qrup əlil olmaqla tam əmək qabiliyyətsiz tanınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Tibbi Sosial Ekspert komissiyasının xx.xx.2006-cı il tarixli 1136 nömrəli müayinə aktından çıxarışa əsasən X13 “Şizofreniya paranoid forma" diaqnozu ilə ümumi xəstəlik səbəbdən müddətsiz olaraq ikinci qrup əlil, tam əmək qabiliyyətsiz kimi tanınmışdır. S.Ələkbərova sonralar da dəfələrlə 1 saylı X2 stasionar müalicələr almışdır. S.Ələkbərova yad adamların təsiri altına düşür, onlar qızının xəstəliyindən sui-istifadə edərək öz mənafelərində qızına problemlər yaradırlar, qızını ağır maddi vəziyyətə salırlar. Xəstəliyinə görə Sima Ələkbərova öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və anasının himayəsinə ehtiyacı vardır. Maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi ərizəyə etiraz edir və qeyd edir ki, X7 2002-ci ildə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu sürətdə idarə etmək qabiliyyətinə malik olmadığı təqdirdə ərizəçinin 14 il sonra bu tələblə məhkəməyə müraciət etməsi ağlabatan deyil. Ərizənin verilməsində məqsəd X7 bank qarşısında xx.xx.2012-ci ıl tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəliklərdən yayınmaqdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə X3 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2015 tarixli, 819 nömrəli rəyinə əsasən X13 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Birinci instansiya məhkəməsində iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2015 tarixli, 1745 nömrəli rəyi ilə belə nəticəyə gəlinmişdir ki, X8 1990-cı illərdən başlayaraq psixi xəstəlik əlamətləri özünü büruzə vermiş və həmin xəstəlik hal- hazıradək davam edir. Təqdim olunmuş tibbi sənədlərə əsasən X13 2002-ci ildə “Şizofreniya paranoid forma” psixi xəstəliyindən əziyyət çəkmişdir. Sima Ələkbərova 2002-ci ildə onda qeyd olunan şizofreniya xəstəliyinin kəskinləşməsi ilə əlaqədar stasionar müalicə olunması, həmin dövrdə onda sayıqlama ideyaları, davranışında qeyri-adekvatlıq və digər pozuntu əlamətləri qeyd olunması belə nəticəyə gəlməyə əsas verir ki, o, 2002-ci ildə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətinə malik olmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə əlavə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə X3 xx.xx.2018-ci il tarixli 344 saylı rəyində qeyd edilmişdir ki, X13 2002-ci ildən hazıra kimi xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir Belə ki, tibbi sənədlərə görə X8 1990-cı illərdən başlayaraq psixi xəstəlik əlamətləri meydana gəlmiş, 1 saylı şəhər poliklinikasının psixiatrik kabinetində (a/k1513/2001) “Şizofreniya paranoid forma apato-abulik qüsurlu” diaqnozu ilə qeydiyyatda olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı şəhər 1 saylı X2 göstərilən diaqnozla stasionar müalicədə olmuşdur. Təqdim edilmiş epikrizin kserosurətində olan həkim qeydlərində göstərilir ki, “1992-ci ildə xəstə Moskva şəhərində Kaşenko adına psixiatriya xəstəxanasında stasionar müalicə qəbul edib, PND-nın qeydiyyatında 2001-ci ildəndir (ambulator karta 1513/2001) ev şəraitində həmin psixiatr tərəfindən uzun müddət müalicə olunub. Qospitalizədən təxminən 10-15 gün əvvəl xəstənin ruhi halı dəyişib, titrəmə, zəhərlənmə təqib, təsir məzmunlu sayıqlama ideyaları söyləyib, adekvatlıq əmələ gəlib. Bu səbəbdən də xəstə klinikada qopitalizə olunub. Stasionar müalicə müddətində xəstə prof. Əsədov B.Ə məsləhətini almış Şizofreniya süst gediş paranoid forma” diaqnozu təsdiq edilmişdir. Ev şəraitində olandan bir neçə dəfə xəstədə suisidal hərəkətlər olmuşdur. Çoxlu miqdarda zəhərlənmə məqdəsi ilə həblər qəbul etmiş, qoluna kəsik aparmışdır. Toksikologiya mərkəzində müalicə olunub. Müalicə nəticəsində xəstənin ruhi halı müqayisəli dərəcədə sabitləşmiş və anasının ərizəsinə əsasən PND-nin nəzarətinə evə yazılmışdır”. Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, sonralar X7 psixi vəziyyətində kəskinləşmələr meydana gəldiyi üçün Bakı şəhər 1 və 2 saylı X1, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuşdur. Qeyd edilməlidir ki, X8 müəyyən edilən psixi xəstəlik xroniki psixi xəstəlikdir, xəstəlik kəskinləşmələr və kəskinləşmələrdən sonra şəxsdə psixi qüsur əlamətlərin artması ilə təzahür edir. X8 müəyyən edilən “Şizofreniya paranoid forma” diaqnozlu xroniki psixi xəstəlik hal-hazırda da davam edir. Tibbi sənədlərin tədqiqi və təhlili belə nəticəyə gəlməyimə əsas verir ki, X13 2002-ci ildən hazıra kimi öz hərəkətlərinin mənasını anlamaq iqtidarında olmamış və hal-hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsində işə baxılan zaman maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsinin əlavə məhkəmə psixiatrik ekspertizasının təyin olunmasına dair vəsatətini təmin edən apellyasiya instansiyası məhkəməsi Sima Ələkbərova haqqında əlavə ekspertiza təyin etmiş, bu barədə qəbul etdiyi xx xxxxxx 2017ci il tarixli qərardadında əvvəlki rəylərin müfəssəl araşdırılmadığı, kifayət qədər aydın olmadığı göstərilmiş, ekspert qarşısında Sima Ələkbərovanın 2002-ci ildən hal-hazıra kimi, yəni 15 il müddətinə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olub-olmaması, hər hansı psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsisinin müəyyən edilməsi kimi mücərrəd suallar qoymuşdur. Halbuki maraqlı şəxs Bankın nümayəndəsinin vəsatətində bankın bilavasitə maraqlarına toxunan əsas məsələnin, Sima Ələkbərovanın 2012-ci ildə, yəni bankla Sima Ələkbərova arasında xx xxxxxx 2012-ci il il tarixli kredit müqaviləsi bağlanan zaman və bankdan pul alarkən sonuncunun fəaliyyət qabiliyyətli olub- olmamasının müəyyən edilməsi məsələsi qoyulmuşdur. Məhkəmə həmin sual üzrə etməməkdə səhvə yol vermişdir. Yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi kassasıya instansiyası məhkəməsinin Sima Ələkbərovanın 2012cı ildə, yəni bankla Sima Ələkbərova arasında xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi bağlanan zaman və bankdan pul alarkən sonuncunun fəaliyyət qabiliyyətli olubolmamasının müəyyən edilməsinə dair göstərişinə qiymət verərək onun xroniki psixi xəstəlik nəticəsində 2002-ci ildən hal-hazıra kimi öz hərəkətlərinin mənasını anlamaq iqtidarında olmaması, 2012- ci ilin yanvar ayının 6-sının da bu dövrün daxilində yerləşməsi kimi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişə əməl edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəsinin əsası kimi ekspertlərin keçmişdəki konkret günləri görməmələrini, onların hazırda mövcud olan tibbi sənədlərə əsasən keçmişi müəyyən etmələrini, ona görə də ekspertin qarşısına 6 il əvvələ aid olan 1 gündə (2012-ci ilin yanvar ayının 6-da) psixi xəstəlik nəticəsində şəxsin öz hərəkətlərini anlamaq iqtidarında olubolmamadığı barədə sual qoyulmasının məntiqsiz olması, uzaq keçmişə aid olan belə sualların 1 günlə deyil, dövrlər və ya ərəfələrlə qoyula bilməsinə, xroniki xəstəliklərin 1 günlük olmaması, <<xroniki>> ifadəsinin xəstəliyin uzun sürən və ya daimi olduğunu bildirməsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməyərək Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərini pozmuş və işin bu halına da diqqət yetirməyərək hüquqi qiymət verməmisdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx xxxxxx 2012-ci il tarixli 016/A-12 kredit müqaviləsinə əsasən X13 ilə LPO “xxxx” ASC-nin Binəqədi filialı arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinə əsasən X9 17.055 ABŞ dolları məbləğində kredit verilmişdir. X13 1990-cı ildən ruhi xəstə olmaqla 2002-ci ildən Bakı şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alındığı halda ərizəçinin qeydiyyat tarixindən 14 il sonra, kredit məbləğinin verilməsindən isə 4 il sonra fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsinin səbəblərini aydınlaşdırmayaraq buna dair maraqlı şəxsin ərizəyə etirazının və apellyasiya şikayətinin dəlilləri baxımından araşdırma aparmamış, müəyyən edilmiş hallar əsasında yenidən kompleks qaydada, xx.xx.1978-ci il təvəllüdlü qızı X7 özünün iştirakı ilə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi və məqsədəmüvafiqlyini müzakirə etməmişdir. Digər tərəfdən, apelyasiya instansiya məhkəməsi şəxsin hansı maddi hüquq normasına əsasən müvafiq ərizə verildiyi vaxtdan deyil, 14 il əvvəldən, yəni 2002-ci il tarixdən fəaliyyət qabiliyyətsiz hesab edilməli olması barədə qənaətini qətnamədə əsaslandırmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaınaraq, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halların tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğunluğuna lazımi hüquqi qiymət verməməsi ilə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Sima Ələkbərovanın bankla kredit müqaviləsi bağlanan dövrdə, yəni xx xxxxxx 2012-ci il tarixdə fəaliyyət qabiliyyətli olub-olmamasını araşdırmalı, şəxsin hansı vaxtdan fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması maddi hüquq normalarına uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən təyin edilmiş, əlavə ambulator məhkəmə-psixiatriya (komisyon) ekspertizasının nəticəsi olan xx.xx.2020-ci il tarixli 566 saylı ekspert rəyinə əsasən, X13 2002-ci ildən hazıra kimi xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir. Belə ki, rəyin təsviri hissəsində göstərildiyi kimi, tibbi sənədlərə görə X8 1990-cı illərdən başlayaraq psixi xəstəlik əlamətləri meydana gəlmiş, 1 saylı şəhər poliklinkasının psixiatrik kabinetində (a/k1513/2001) “Şizofreniya paranoid forma apato-abulik qüsurlu” diaqnozu ilə qeydiyyatda olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Bakı şəhər 1 saylı X2 göstərilən diaqnozla stasionar müalicədə olmuşdur. Təqdim edilmiş epikrizin kserosurətində olan həkim qeydlərində göstərilir ki, “1992- ci ildə xəstə Moskva şəhərində “Kaşenko” adına psixiatriya xəstəxanasında stasionar müalicə qəbul edib, PND-nın qeydiyyatında 2001 -ci ildəndir (ambulator karta 1513/2001) ev şəraitində həmin psixiatr tərəfindən uzun müddət müalicə olunub. Hospıtalizasiyadan təxminən 10-15 gün əvvəl xəstənin ruhi halı dəyişilib, titrəmə, zəhərlənmə təqib, təsir məzmunlu sayıqlama ideyaları söyləyib, davranışında qeyriadekvatlıq əmələ gəib. Bu səbəbdən də xəstə klinikamızda hospitalizə olunub. Stasionar müalicəsi müddətində xəstə prof. Əsədov B.Ə məsləhətini almış, ‘‘Şizofreniya süst gedişli paranoid forma” diaqnozu təsdiq edilmişdir. Ev şəraitində olanda bir neçə dəfə xəstədə suisidal hərəkətlər olmuşdur. Çoxlu miqdarda zəhərlənmə məqsədi ilə həblər qəbul etmiş, qoluna kəsik aparmışdır. Toksikologiya mərkəzində müalicə olunub. Müalicə nəticəsində xəstənin ruhi halı müqayisəli dərəcədə sabitləşmiş, anasının ərizəsinə əsasən PND-nin nəzarətinə evə yazılmışdır”. Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, sonralar X7 psixi vəziyyətində kəskinləşmələr meydana gəldiyi üçün Bakı şəhər 1 və 2 saylı X1, AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuşdur. Qeyd edilməlidir ki, X8 müəyyən edilən psixi xəstəlik xroniki psixi xəstəlikdir, xəstəlik kəskinləşmələr və kəskinləşmələrdən sonra şəxsdə psixi qüsur əlamətlərinin artması ilə təzahür edir. X8 müəyyən edilən “Şizofreniya paranoid forma, psixi qüsur vəziyyəti” diaqnozlu xroniki psixi xəstəlik hal- hazırda da davam edir. Tibbi sənədlərin tədqiqi və təhlili belə nəticəyə gəlməyimə əsas verir ki, X13 2002-ci ildən hazıra kimi öz hərəkətlərinin mənasını anlamaq iqtidarında olmamış və hal-hazırda öz hərəkətlərim idarə etmək qabiliyyətində deyildir.Həmçinin, qeyd olunmalıdır ki, X7 əziyyət çəkdiyi “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi süst gedişli olmuş və dərin psixi qüsur vəziyyəti ilə nəticələnmişdir. Bunu mülki işdə olan AR SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasının çıxarış epikrizindən göründüyü kimi, X13 xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi adı çəkilən xəstəxanada “Şizofreniya, süst gedişli. paranoid forması” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin həmin çıxarış epikrizindən göründüyü kimi 2001 -ci ildən PND qeydiyyatda olması (ambulator karta 1513/01) olması və sonrakı illərdə dəfələrlə “Şizofreniya, paranoid forma, apato-abulik sindom” diaqnozu ilə stasionar və ambulator psixiatrik müalicələr alması və hazırkı müayinə zamanı aşkar olunan əlamətlər sübut edir (m.i. vər.69). İİ. Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1) X13 2002-ci ildən hazıra kimi ‘‘Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur vəziyyətf’ xronik psixi xəstəlikdən əzab çəkir və psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil. Buna görə də X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. 2) X13 “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur vəziyyətf' xroniki psixi xəstəlik səbəbindən 06.01,2012-ci il tarixli kredit müqaviləsi bağlanan vaxt öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamışdır. Həmin dövrdə X13 fəaliyyət qabiliyyətsiz olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, ekspertiza rəyi ilə razı olmadığını, müqavilə bağlanan vaxt şəxsin fəaliyyət qabiliyyətsiz olmasının təsdiq edilməli olduğunu, bu səbəblə də yenidən ekspertiza keçirilməsini tələb etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayədarlıq Komissiyasının nümayəndələrinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli, 2(102)-4067/2019 saylı qərarında ehtiva olunmuş göstərişlərə uyğun şəkildə tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərə alaraq MM-in 28, 31-39, 324, 342, 1105-1107-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə yoxlayan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 566 saylı xx.xx.2020-ci il tarixli rəyə əsasən X7 xroniki psixi xəstəliyinin gedişatı (dinamikası) onun 2002-ci il tarixdən sonrakı dövrdən hal-hazıradək öz hərəkətlərinin mənasının dərk etməsini mümkünsüz etmişdir. Bu da özlüyündə iddianın təmin edilməsini şərtləndirsə də kasassiya instansiya məhkəməsinin və prosessual qanunvericiliyin göstərişləri iddianın tam təmin edilməsinə imkan vermir. Belə ki, MPM-in 305.1.1, 305.1.3, 305.2, 308, 310.1, 318.2, 321.2-ci maddələrinə əsasən: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında, habelə Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə də baxılması da nəzərdə tutula bilər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in 3.1, 6, 217.2-ci maddələrinə əsasən: Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Mülki işlər məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, prosessual qanunvericiliklə, habelə hüquqi faktın məqsədlərinə müvafiq keçmiş zamana münasibətdə şəxsin fəaliyyət qabiliyyətsiz olmasının müəyyən edilməsi üçün icraat qaydaları nəzərdə tutulmadığından, şəxsin iddia edilən dövrdə fəaliyyət qabiliyyətsiz hesab edilməsi deyil, sadəcə qəyyumluğun müəyyən edilməsi əsası ilə fəaliyyət qabiliyyətsiz sayılmasına dair hissədə ərizənin təmin edilməsinə əsaslar mövcuddur. İddia edilən dövrdən fəaliyyət qabiliyyətsiz hesab edilməsi, yəni iddianın məqsədlərindən asılı olaraq qəti zaman kəsiyində şəxsin öz hərəkətlərinin mənasının dərk edilməməsi və sair məsələlərə isə (qeyd edilən halları və bu hissədə hüquq haqqında mübahisənin mövcudluğunu nəzərə alaraq) konkret mülki münasibətlərin mübahisələndirilən hallarından asılı olaraq başqa icraat qaydasında qiymət verilməsi istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, kollegiya q ə t e t d i: Maraqlı şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnamə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ərizəsi qismən təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü qızı X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar