Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4161/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızının, Mahmudzadə Aytac Ramiz qızının və Mahmudzadə Səbrinə Ramiz qızının Cavabdehnə qarşı və İddiaçı Cavabdehlər Mahmudzadə Nəzrin Ramiz qızına, Mahmudzadə Aytac Ramiz qızına və Mahmudzadə Səbrinə Ramiz qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, kompensasiya ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Mirzəquliyeva Rəna Hüseyn qızının, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Pilot layihəyə əsasən "Poleks” MMC ilə (bundan sonra “cavabdeh”) Mahmudzadə Nəzrin Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı arasında 30 sentyabr 2017-ci il tarixində, Mahmudzadə Aytac Ramiz qızı (bundan sonra “iddiaçılar”) arasında 03 oktyabr 2017-ci il tarixində Bakı şəhəri 21 saylı notariat kontorunda ayrı-ayrı üç müqavilə imzalanıb.
2. Müqavilələrə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 02 (iki) otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 1 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.
3. Mübahisə həmin müqavilənin icrası ilə bağlı yaranıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızı, Mahmudzadə Aytac Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Mahmudzadə Aytac Ramiz qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər.
5. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə iddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı arasında 30 sentyabr 2017-ci il tarixində, Cavabdeh MMC ilə Mahmudzadə Aytac Ramiz qızı arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdeh "xxxx" MMC ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli sahələri 83 kv m olan 02 (iki) otaqlı mənzilləri iddiaçılara təhvil verənədək, iddiaçıların yaşayışlarını təmin etmək məqsədi ilə əmlak mülkıyyətçilərinə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 01 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir. Ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay) 2019-cu ilin dekabr ayından “Poleks" MMC müqavilədə qeyd olunan sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı mənzilləri də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 09 (doqquz) aydır kı, ödəmir (hər ay üçün 500 (beş yüz) manat) Bu isə bu günkü günə “Poleks' MMC tərəfindən hər bır iddiaçıya 4500 (dörd min beş yüz) manat borcun yaranmasına səbəb olub. Bundan əlavə, binanın komendantı bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb" və guya “hazırda bizə verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur". Beləliklə, aydın görünür ki, Cavabdeh MMC müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Dəfələrlə şifahi və yazılı şəkildə Cavabdeh MMC-nin rəhbəri müqavilələrdə qeyd olunan 02 (iki) otaqlı 83 kv.m mənzillərinin onlara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsələr də o, bunu etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC müqavilə uzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə qarşı tərəfin etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Yuxarıda qeyd etdiyi hüquq pozuntusu barədə iradı “Poleks" MMC-nın rəhbəri Şahın Qasımova bildirmişlər və mübahisənin könüllü həllinin tərəfdarı olmuşlar. Lakin “Poleks" MMC-nin direktoru onlar həmin müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m olan 02 (iki) otaqlı mənzilləri verməməklə yanaşı, yaşayışımızı təmin etmək uçun kirayə haqlarını da ödəməyərək Şahin Qasımov bizi çox acınacaqlı duruma salıb. Artıq dözülməz vəziyyətdədirlər.
6. İddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızı, Mahmudzadə Aytac Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi, cəmi 5.510 manatın tutulub iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi, cəmi 5.510 manatın tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi, cəmi 5.510 manatın tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızı, Mahmudzadə Aytac Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı 25 yanvar 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi tutulub iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından adı çəkilən mənzil iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızı, Mahmudzadə Aytac Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və Cavabdeh MMC-dən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat pul (kirayə haqqı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı tutulub iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına verilməsi (bu məbləğ hal-hazırda - yəni avqust ayı 2021-ci il tarixinə 21 ay üçün 10.500 (on min beş yüz) manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 (on min beş yüz on) manat təşkil edir; Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və Cavabdeh MMC-dən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızma təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat pul (kirayə haqqı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi (bu məbləğ halhazırda - yəni avqust ayı 2021-ci il tarixinə 21 ay üçün 10.500 (on min beş yüz) manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 (on min beş yüz on) manat təşkil edir; Bakı şəhəri 21 saylı notariat kcntorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2 ) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızma təhvil verilməsi və Cavabdeh MMC-dən dekabr ayı 2019-cu il tarixdən adı çəkilən mənzil iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilənədək hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat pul (kirayə haqqı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı tutulub iddiaçı Mahmudzadə Aytac Ramiz qızına verilməsi (bu məbləğ hal-hazırda - yəni avqust ayı 2021- ci il tarixinə 21 ay üçün 10.500 (on min beş yüz) manat və dövlət rüsumu ilə birlikdə) cəmi 10.510 (on min beş yüz on) manat təşkil edir) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddiaçı Cavabdehlər Mahmudzadə Nəzrin Ramiz qızına, Mahmudzadə Aytac Ramiz qızına və Mahmudzadə Səbrinə Ramiz qızına qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunması, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasənda olan 4 kv.m fərq hər kv.m 1.200 manatdan hesablanması və ilk iddia üzrə Cavabdeh MTK-dan alınaraq iddiaçılar Mahmudzadə Nəzrin Ramiz qızına, Mahmudzadə Aytac Ramiz qızına və Mahmudzadə Səbrinə Ramiz qızına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddiaçı Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, iş materiallarında olan 27 09.2017-ci il, xx.xx.2017-ci il, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudluşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Kommitəsi Yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmsiş xx.xx.2017 -ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı «Cıxarış»ın surətlərindən görünür ki, ilkin iddia üzrə iddiaçılar, hazırkı iddia üzrə cavabdehlər, (hər üçü) ünvan 4 ünvan olmaqla, yaşayış sahəsi 64.4 kv.m , köməkçi sahəsi 36 kv.m , ümumi sahəsi 100.4 (64.4 yaşyış + 36 köməkçi) olan, 3 otaqdan ibarət BİR MƏNZİLDƏ 1/3 hissə üzrə paylara malik olmuşlar. Yəni başqa sözlə desələr ümumi sahəsi 100.4 kv.m olan, 3 otaqdan ibarət, bir mənzildə, onların hər birinin 33.4 kv.m sahəsi olmuşdur. Lakin, tərəflərin yazdıqları iddia ərizəsindən görünür ki, ilkin iddia üzrə cavabdeh, Cavabdeh MTK iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək məqsədi ilə onları aldadaraq» hər birinə, ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 AYRİ-AYRİ MƏNZİL TƏKLİF ETMİŞDİR, («son dərəcə haqsız, ədalətsiz, cılız bir təklif») «Aldatmanın» başlıca səbəbləri kimi bildirmək istəyir ki, «Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında «Azerbaycan Respublikasinin 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azerbaycan Respublikasinin Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fermaninin 1.8-ci bəndinə əsasən Baki şəhərin Suraxani, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarinin ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzali vəziyyətdə olan binalarin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzali vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşilaşdirilmasi məqsədi ilə Azərbaycan Respublikasi Nazirlər Kabineti 25 fevral 2016- ci il tarixli, 86 nömrəli «Baki şəhərinin Suraxani, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xəzər rayonlarinin sosial-iqtisadi inkişafinin sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarı qəbul edilmişdir. Sözügedən Qərarin 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzali vəziyyətində olan və mövcud şəhərsalma normalarina cavab verməyən yaşayiş və geyri-yaşayiş binələrinin sökülməsi mənzil-məişət şəraitinin yaxşilaşdirilmasi məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlenmesinden əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların dairrıi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin gərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, orların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerinde yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş planina uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 24 oktyabr 2016-cı il tarixli 84 nömrəli sərəncam vermişdir. Sərəncama əsasən Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində 2,99 ha torpaq sahəsi Cavabdeh daimi istifadəsinə verilmişdir. Sərəncama əsasən Cavabdehnnə Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospect və küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla Cavabdehnə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq- planlaşdırma həllini layihələndirmə ərəfəsində Rayon İcra Hakimiyyəti ilə razılaşdırma, tikinti işlərinə başlamazdan oncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə. Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqi ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Bu məsələlərlə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyət arasında 30 oktyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə ist fadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli /aşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənz Hərin) verilməsi, digər xidmətlərin göstərilməsi Cavabdehnə həvalə edilmişdir. Həmçinin, Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təfərindən qəbul edilən 18 fevral 2017-ci il tarixli akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalması göstərilm şdir (binalalarm divarlarında suvaq qatının tökülməsi, aşınması, mövcuddur. Evlərin dam örtüyünün yararsız olması, atmosfer sularini istiqamətləndirən suötürücü xətləri oımaması, olanlarının isə yararsız vəziyyətdə olması hallan müşahidə olundu. Həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlave tikililer inşa edilmişdir. Bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Evler fiziki ve mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir). Nəticədə muyyən olunur ki, Cavabdeh MTK Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təfərindən qəbul edilən 18 fevral 2017-ci il tarixli akta əsasən uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunlu onlara düşən bir mənzildən ibərət 121.2 kv.m (100.4 kv.m + 20.8 (20%) = 121.2) sahənin əvəzinə onlara 83 kv.m , 2 otaqdan ibərət 3 ayrı - ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir. Lakin bununla belə iş materiallarında olan ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzı lər faktiki olaraq 83 kv.m deyil 79 kv.m təşkil etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tkiintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Hesab edir ki, bu halın aradan qaldırılması kompensasiya ödənilməklə həyata keçirilməsi zərurətini yaradır və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən barət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Hesab edir ki, bu hal, mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur.
11. Birinci instansiya məhkəməsi 20 oktyabr 2020-ci il tarixli qərardadla tikintitexniki ekspertizası təyin edərək, iddiaçılara verilmiş iki otaqlı mənzillərin sahəsinin nə qədər olması barədə ekspertiza qarşısında suallar qoymuşdur.
12. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3209 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən ünvan 5 ünvanda Poleks" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş hündürmərtəbəli binada Mahmudzadə Nəzrin Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 79.0 m2 , Mahmudzadə Səbrinə Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 78.81 m2 , Mahmudzadə Aytac Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 78,96 m2 təşkil etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilkin iddianın təmin edilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021- ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub Mahmudzadə Nəzrin Ramiz qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021- ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMCdən tutulub Mahmudzadə Səbrinə Ramiz qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub Mahmudzadə Aytac Ramiz qızına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz ) manatın 10 manatının Cavabdeh MMC-dən tutulub Mahmudzadə Aytac Ramiz qızına, 10 manatının Mahmudzadə Nəzrin Ramiz qızına və 10 manatının Mahmudzadə Səbrinə Ramiz qızına ödənilməsi, iddiaçı Cavabdehlər Mahmudzadə Nəzrin Ramiz qızına, Mahmudzadə Aytac Ramiz qızına və Mahmudzadə Səbrinə Ramiz qızına qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manatın Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 422.2, 422.4, 424.1, 424.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1 və 448.4-cü maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmaını xahiş etmişlər.
c) Məhkəmə aktı
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11057/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
ç) Kassasiya instansiya məhkəməsində icraat
19. Cavabdeh ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Ələkbərov Namiq Ələkbər oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1839/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11057/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, çoxmənzilli yaşayış binasında 83 kv.m-lik mənzilin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Lakin həmin sahədə olan mənzillər də ayrı-ayrı şəxslərə satılmışdır. İlkin iddia üzrə iddiaçılarla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavillərə əsasən Mahmudzadə Nəzrin Ramiz qızına verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, Mahmudzadə Sabrina Ramiz qızına verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, Mahmudzadə Aytac Ramiz qızına verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşir. MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzil qalmadığından, iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.
22. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Mirzəquliyeva Rəna Hüseyn qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, tiklmiş binada 83 kv.m-lik mənzillər mövcuddur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 5. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
24. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
25. Məddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır;
26. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
27. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
32. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
33. Maddə 405.1 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır;
34. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;
35. Maddə 422.1 tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur;
36. Maddə 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər;
37. Maddə 422.4 şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir;
38. Maddə 424.1 müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır;
39. Maddə 424.3 müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır;
40. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
41. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Hazırki halda qətnamə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə qərarında qeyd edilmişdir ki, cavabdehin binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişməsi barədə dəlillərinə qiymət verilməyib. Bu dəlillərin əsaslı olub-olmamasına həmin dəlillər üzrə işin faktiki hallarını müəyyən etməklə qiymət verilməli olduğu halda, məhkəmələr bunu etməmişlər. Buna görə də qeyd edilən dəlil üzrə məhkəmələrin gəldiyi nəticənin əsaslılığına kollegiya qiymət verə bilmir. Həmçinin məhkəmələr cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmadan iddianı təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
56. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə qeyd olunan mövqeyə uyğun izahat verilməsi təklif etmişdir. Cavabdeh nümayəndəsi izahatında qeyd etmişdir ki, Cavabdehndən aslı olmayan səbəblərdən ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişilmişdir. Nəticədə çoxmənzilli yaşayış binasında 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Lakin həmin sahədə olan mənzillər də ayrıayrı şəxslərə satıldığından və MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzil qalmadığından, iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.
57. Təkrar apellyasiya icraatı zamanı aparılmış araşdırmadan da müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmir.
58. Belə ki, xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada Mahmudzadə Nəzrin Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 79.0 m2, Mahmudzadə Səbrinə Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 78.81 m2, Mahmudzadə Aytac Ramiz qızına verilmiş mənzilin ümumi sahəsi 78,96 m2 təşkil edir.
59. Həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vermiş olduğu izahatında 83 kv.m-lik mənzillərin sahəsinin əslində daha çox olduğunu və həmin mənzillərin ayrı-ayrı şəxslərə satıldığını qeyd etsə də, bu hala dair (iddiaçı tərəfin yazılı və şifahi vəsatət təqdim etməsinə baxmayaraq) hər hansı sübut təqdim etməmişdir.
60. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunduğundan, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.
61. Kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıların hər birinə verilməli olan mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə izahat verilməsi təklif edilmiş və nümayəndə həm şifahi, həm də yazılı izahat təqdim edərək bağlanmış xx.xx.2017-ci il tarixli müqavillərə əsasən Mahmudzadə Nəzrin Ramiz qızına verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, Mahmudzadə Sabrina Ramiz qızına verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, Mahmudzadə Aytac Ramiz qızına verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşdiyini qeyd etmişdir.
62. Kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir.
63. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 10/2750 nömrəli və xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyləri üzrə ekspert araşdırması məhz iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təklif edilən mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, iddiaçı Mahmudzadə Sabrina Ramiz qızına təklif edilən mənzil 3-cü blok, 3-cü mərtəbədə, iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təklif edilən mənzil 3-cü blok, 14-cü mərtəbədə yerləşən mənzillər üzərində aparılmışdır.
64. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən təqdim edilən mənzillə ekspert rəyləri üzrə ekspert araşdırması aparılan mənzillər eynidir. Ona görə də, kollegiya hesab edir ki həmin hal üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.
65. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunmuşdur. Bu da iddiaçılarn haqlı narazılığına səbəb olmuşdur. Mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bunanla bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilmişdir.
66. Cavabdeh tərəf, kirayə haqlarının verilməməsinə səbəb olaraq qeyd etmişdir ki, dekabr 2019-cu il tarixdə iddiaçılara mənzilləri təhvil almaq təklif olunsa da, onlar imtina etmişlər. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şətrinə uyğun 83 kv.m deyil 79 -78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər.
67. Kollegiya tərəfindən mülki iş üzrə mübahisə predmeti olan mənzilin kv.m-nin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və "xxxx" MMC-nin 02 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən binada hesablanmış bir kv.m-nin bazar dəyəri 1850-1900 manat təşkil etdiyi müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Mirzəquliyeva Rəna Hüseyn qızının təklifi nəzərə alaraq müqavilə üzrə verilməli olan mənzil sahəsinin (83X3=249) hər kvadratının əvəzi olaraq pul məbləğinin iddiaçılara ödənilməsini ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə təklif edilsə də, birmənalı şəkildə imtina edilmişdir.
69. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən tələb olunan mənzil məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götümüş olduğu öhdəliyin yerinə yetirilməsindən ibarətdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən 83 kv.m-lik mənzillərin ayrı-ayrı şəxslərə satılması təsdiq olunmuş olsa belə, həmçinin ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişdirilməsi halında belə ilkin iddia üzrə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirilməsindən imtina üçün əsas ola bilməz.
70. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir
71. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddia tələbləri birbiri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.